15 Mart 2025

Şənbə, 00:37

"FUTBOLDA ƏSAS SƏBİRDİR"

R+un suallarını tanınmış holland futbolçusu Roy Makay cavablandırır

Müəllif:

04.06.2013

Azər­bayca­nın sə­fa­lı gu­şə­lə­rin­dən sayı­lan Qə­bə­lə­də 15 yaş­lı fut­bol­çu­lar ara­sın­da İkinci "Qə­bə­lə Ku­bok"u uğrun­da bey­nəl­xalq tur­nir ke­çi­ri­lib. Ümu­mi­lik­də 8 ko­man­da­nın qa­tıl­dığı ma­raq­lı tur­nir­də "Bar­se­lo­na", "Şaxtyor", "Por­to", "Be­şik­taş", "Fey­e­nord" ki­mi məş­hur klub­lar­la ya­na­şı, dünya fut­bo­lu­nun ta­nın­mış si­ma­la­rı­nı da gör­mək olar­dı. On­lar­dan To­ni Adams bir müddət "Qə­bə­lə" klu­bu­nun süka­nı ar­xa­sın­da olub və so­nra­dan işi­ni klub pre­zi­den­ti­nin müşa­vi­ri po­s­tun­da da­vam et­di­rib. Roy Ma­kay isə öl­kə­mi­zə ilk də­fə gə­lib. Fut­bol­çu karye­ra­sı boyu Roy Ma­kay Hol­lan­diya yığma­sı­nın, bu öl­kə­nin "Vi­s­tes" və "Fey­e­nord" ko­man­da­la­rı­nın, İs­pa­niy­a­nın "Te­ne­ri­fe" və "De­por­ti­vo", Al­ma­niy­a­nın "Ba­va­riya"  ki­mi klub­la­rı­nın şə­rə­fi­ni qo­ruy­ub. 1999-2000-ci il mövsümündə "De­por­ti­vo"nun tər­ki­bin­də İs­pa­niya çem­pi­o­nu olan, 2004-2005 və 2005-2006-cı il mövsümlə­rin­də isə "Ba­va­riya"nın heyə­tin­də iki­qat Al­ma­niya çem­pi­on­luğu­nun se­vinci­ni ya­şay­an R. Ma­kay, hə­m­çi­nin İs­pa­niya, Hol­lan­diya və Al­ma­niya ku­bok­la­rı­nın sa­hi­bi­dir.  2002/2003-cü il mövsümündə "De­por­ti­vo"nun hey­ə­tin­də 29 qol vu­ra­raq "Qı­zıl but­sa" müka­fa­tı­na lay­iq görülüb. Yüksək sürət­li oy­u­nu­na, qol his­siyya­tı­na və meh­ri­ban­lığı­na gö­rə onu ikinci Van Ba­s­ten ad­lan­dı­rır­dı­lar. 17 il­lik fut­bol­çu karye­ra­sı ər­zin­də     R. Ma­kay bir də­nə də ol­sun qır­mı­zı və­rə­qə al­mayıb. Ha­zır­da o, doğma "Fey­e­nord"un 15 yaş­lı­lar­dan iba­rət yığma­sı­na baş­çı­lıq edir. Məş­hur hol­lan­diy­a­lı hücu­m­çu ilə söh­bə­ti­miz "Qə­bə­lə Ku­bo­ku"nun fi­na­lı ərə­fə­sin­də baş tut­du.

- Məş­hur Roy Ma­kayı Qə­bə­lə­də gör­mək se­vin­di­rici və bir qə­dər də tə­əccüblüdür...

- (gülür) Sözün düzü, Qə­bə­lə-Azər­baycan ha­q­da o qə­dər mə­lu­ma­tım yox idi. Sə­fər ərə­fə­sin­də in­ter­net­də ma­raq­lı mə­lu­mat­lar oxu­dum. İn­di bu­raya gəl­diy­i­mə gö­rə çox şa­dam.

Qə­bə­lə­də gördüklə­rim mə­ni yax­şı mə­na­da tə­əccüblən­dir­di. Təş­ki­lat­çı­lıq yax­şı ol­maq­la ya­na­şı, mey­dan­ça­la­rın ot örtüyü də yüksək sə­viyyə­də­dir. Tur­ni­rin iş­ti­rak­çı­la­rı ara­sın­da zə­if ko­man­da yox­dur. Bu o de­mək­dir ki, "Qə­bə­lə" klu­bu fut­bo­lun in­ki­şa­fın­da ma­raq­lı­dır. Nə­ticə­dən ası­lı ol­may­a­raq, Qə­bə­lə­dən yax­şı tə­əssürat­lar­la ay­rı­lacağıq.

- Məncə, Roy Ma­kay üçün nə­ticə hər za­man vaci­b­dir...

-  İs­təy­i­rik ki, yax­şı oy­un gö­s­tə­rək. İlk oy­un­da "Por­to"ya uduz­duq. Ancaq biz rə­qi­b­dən heç nə­də ge­ri qal­ma­dıq. Mi­ni­mal he­sab­lı nə­ticə qey­də alın­dı. Məq­sə­di­miz tur­nir­də yax­şı oy­un gö­s­tə­rən ko­man­da ki­mi yad­daş­lar­da qal­ma­q­dır. Ar­dıcıl qə­lə­bə­lər­dən so­nra fi­na­la ad­la­mağı­mız bi­zi se­vin­dir­məyə bil­məz.  Ya­rım­fi­nal­da "Şaxtyor"la oyun çə­tin ol­du. Əsas vaxt 1-1 he­sa­bıy­la ba­şa ça­tan­dan so­nra pe­nal­ti­lər qa­çıl­maz ol­du. 11 metrlik zər­bə­lər­də da­ha də­qiq olan ye­tir­mə­lə­rim fi­na­la və­si­qə qa­zan­dı.

- Sten­li Brard - yə­qin, bu ad si­zə ta­nış­dı. "Fey­e­nord" Aka­de­miy­a­sın­da ça­lış­sa da, ar­tıq "Qə­bə­lə" ilə müqa­vi­lə im­za­layıb....

- O, fut­bo­lu bi­lən və se­vən in­san­dır. "Fey­e­nord"da gördüyü iş­lər göz qa­bağın­da­dır. Sten­li çox böyük idey­a­la­rı olan bi­ri­dir. İna­nı­ram ki, hə­min idey­a­la­rı­nı "Qə­bə­lə"də də tət­biq edə bi­ləcək. Uşaq fut­bo­lu gə­ləcək uğur­la­rın özülüdür. İn­di­ki uşaq­lar bir ne­çə il so­nra əsas ko­man­da­lar­da oy­nay­acaq. Bu mə­na­da "Qə­bə­lə" Aka­de­miy­a­sı­nın fə­a­liyyə­ti gə­ləcək üçün zə­min ya­rat­ma­lı­dır. Sten­li Brard ye­ni ul­duz­la­rın ya­ran­ma­sın­da əməy­i­ni əsi­rg­ə­məyəcək.

- Brard Qə­bə­lə­də ça­lı­şan 2-ci hol­lan­diy­a­lı olacaq. Bu­na qə­dər ko­man­da­da Stiv Ol­fers ad­lı fut­bol­çu oy­nayıb...        

- Mən onun adı­nı eşit­mi­şəm. O, əv­vəl­lər İng­il­tə­rə­də və Da­ni­mar­ka­da çı­xış edib. Onun bur­da oy­na­ma­sı, eləcə də Brar­dın bu­ra gə­ti­ril­mə­si fut­bol­da apa­rıcı yer­lə­rə gəl­mək is­tə­diy­i­ni­zi gö­s­tə­rir. Hər bir öl­kə­də təcrübə­li fut­bol­çu­la­ra və mütə­xəs­sis­lə­rə eh­tiy­ac var. On­lar bil­dik­lə­rin­dən is­ti­fa­də edə­rək "Qə­bə­lə"ni uğu­ra da­şıya bi­lər. Əl­bət­tə, bu uğur bir aya və ya al­tı aya ol­may­acaq. Fut­bol­da sə­bir vacib amil­dir. Za­man tez ötüb ke­çəcək və on­da gö­rəcək­si­niz ki, nə qə­dər sə­mə­rə­li iş görmüsünüz.

- "Qə­bə­lə"nin əsas ko­man­da­sı­na vax­ti­lə məş­hur To­ni Adams rəh­bər­lik edib. Bu ba­rə­də mə­lu­ma­tı­nız var idi­mi?

 - To­ni Adam­sın Azər­baycan­da ça­lış­dığı­nı mət­bu­at­dan oxu­muş­dum. Ancaq Brard "Qə­bə­lə"yə ke­çən­dən so­nra öl­kə­niz­də be­lə gö­zəl klub ol­duğu­nu bil­dim. Düşünürəm ki, di­g­ər klub­la­rı­nız­da da apa­rıcı mütə­xəs­sis­lər ça­lı­şır. Ümu­miyyət­lə, Azər­baycan­da id­ma­na qayğı­dan mə­nə çox da­nı­şı­lıb. Hö­ku­mət bütün id­man növ­lə­ri­nin in­ki­şa­fın­da ma­raq­lı­dır. Qə­bə­lə­də ol­duğum müddət­də ye­ni ya­ra­dı­lan in­fra­struk­tur ba­rə­də mə­nə mə­lu­mat ve­ril­di. Hiss olu­nur ki, ko­man­da­nın rəh­bər­liyi fut­bo­lu se­vir və onun in­ki­şaf et­mə­sin­də iş­lə­məyə ha­zır­dır. Məş­hur uşaq ko­man­da­la­rı­nı Qə­bə­ləyə gə­tir­mək özü böyük uğur­dur.

- Məş­hur Roy Ma­kay da­rıx­mır ki, köh­nə za­man­lar üçün...

- Han­sı fut­bol­çu da­rıx­maz ki. Əl­bət­tə, hər­dən no­s­tal­ji his­slə­ri özünü gö­s­tə­rir. Am­ma həy­at­da da­i­mi heç nə yox­dur. Hər fut­bol­çu bi­lir ki, nə vaxtsa get­mə­li­dir. Ha­zır­da mən doğma olan "Fey­e­nord" ko­man­da­sı­nın 15 yaş­lı­lar­dan iba­rət ko­man­da­sın­da ça­lı­şı­ram. Am­ma iki həf­tə so­nra iş ye­rim dəy­i­şəcək. Rəh­bər­lik mə­nə 19 yaş­lı­lar­dan iba­rət ko­man­da­nı eti­bar edir. Uşaq­lar­la iş­lə­mək ma­raq­lı və mə­su­liyyət­li­dir. İlk ay­lar çə­tin ol­sa da, so­nra­dan öy­rəş­dim. Bu mə­nə də ca­van qal­mağa kö­mək edir.

- Hol­lan­diya yığma­sı­nın ha­zır­kı hey­ə­ti ha­q­da nə deyə bi­lər­si­niz?

- Hol­lan­diya yığma­sı hə­mi­şə ul­duz oy­un­çu­lar­la məş­hur olub. Fi­k­rimcə, mil­li ko­man­da in­ki­şaf edir. Hər növ­bə­ti tur­nir­də da­ha yax­şı oy­nayır. Sa­dəcə bə­zən ko­man­da­da son nöqtə­ni qoy­maq mümkün ol­mur. Bu gün fut­bol­çu­la­rı­mız Av­ro­pa­nın məş­hur klub­la­rın­da for­ma gey­ir. Fi­k­rimcə, hol­land fut­bo­lun­da ənə­nə prin­si­pi da­vam edir.

- Hey­ət­də yax­şı fut­bol­çu­la­rı­nız ol­sa da, Av­ro­pa və Dünya Çem­pi­o­nat­la­rın­da fi­na­la qə­dər irə­li­lə­mək çə­tin olur...

- Ha­mı çem­pi­on ola bil­məz. On­da fut­bo­lun ma­rağı aza­lar. Di­g­ər tə­rəf­dən rə­qib ko­man­da­lar da yer­lə­rin­də say­mır. Biz in­ki­şaf et­dikcə, on­lar da in­ki­şaf edir.

- Məş­hur həmyer­li­niz Aryen Rob­ben ke­ç­miş ko­man­da­nız "Ba­va­riy­a­"nın hey­ə­tin­də Çem­pi­on­lar Li­qa­sı­nı qa­zan­dı...

- Rob­ben çox güclü və əzmkar fut­bol­çu­dur. Onun və "Ba­va­riya"nın uğu­ru­na çox se­vin­dim. Əl­bət­tə, Çem­pi­on­lar Li­qa­sın­da qa­lib ol­mağa bir ne­çə na­mi­zəd var idi. Am­ma "Ba­va­riya" ən lay­iq­li­si idi. Münhen təm­sil­çi­si mövsümü bir nə­fə­sə keç­di. Fi­nal­da da yax­şı oy­na­dı. Eti­raf et­mək la­zım­dır ki, "Ba­va­riya" bu gün çox güclüdür. Bu ko­man­da­nın güclü aşağı yaş qrup­la­rı, se­lek­siy­a­çı­la­rı və ənə­nə prin­si­pi var. Yu­up Hayn­kes güclü ko­man­da for­ma­laş­dı­rıb. "Ba­va­riya"nın qə­lə­bə­si əda­lə­tin tən­tə­nə­si ol­du.


MƏSLƏHƏT GÖR:

438