14 Mart 2025

Cümə, 22:41

"MƏN MUĞAMIN MƏCNUNUYAM"

Mənsum İbrahimov: "Yüz siyasətçinin deyə bilmədiyini bircə musiqi ilə etmək mümkündür"

Müəllif:

28.05.2013

Muğam nə­dir? Yə­qin ki, bu su­al hə­lə də bir çox­la­rı­nışündürür. Bə­zi ifa­çı­lar muğa­mı ru­hun mu­si­qi­si ad­lan­dı­rır, la­kin bu­ra­da məca­zi heç nə yox­dur, muğam­da hər şeyin bir mə­na­sı və qay­da­sı var. Bəs Mən­sum İb­ra­hi­mov üçün muğam nə­dir? Azər­bayca­nın Xalq ar­ti­s­ti, gör­kəm­li xa­nən­də, Qa­ra­bağ muğam mək­tə­bi­nin ye­tir­mə­si bu və di­g­ər su­al­la­rı­mı­zı ca­vab­sız qoy­ma­dı.

- Mən­sum müəl­lim, siz muğam kon­ser­t­lə­ri ilə dünya­nın bir çox öl­kə­lə­rin­də olur­su­nuz. Şər­qi qoy­aq bir kə­na­ra, Qər­bdə  muğa­ma olan müna­si­bət siz­də han­sı tə­əssürat ya­ra­dır?

- Əv­və­la, qeyd edim ki, Av­ro­pa ta­ma­şa­çı­sı­nı bi­zim mu­si­qi çox ma­raq­lan­dı­rır. Çünki es­t­ra­da müğən­ni­lə­ri­nin ən məş­hur­la­rı, vo­kal sə­nə­ti­nin ko­ri­fey­lə­ri, hip­hop ifa­çı­la­rı on­lar­da­dı, muğam isə yal­nız biz­də­dir. Ona gö­rə də av­ro­pa­lı­la­ra ma­raq­lı olan tə­rəf məhz bu­dur; mə­sə­lən, iki il bun­dan öncə Da­ni­mar­ka­da - Ko­pen­ha­gen­də ke­çi­ri­lən fe­s­ti­val­da çı­xış üçün bi­zə də di­g­ər öl­kə­lər ki­mi 45 də­qi­qə vaxt ve­ril­miş­di və bu müddət ər­zin­də sözümüzü muğam­la de­dik. Hə­min fe­s­ti­val­da qru­pu­mu­zun adı Azər­bayca­nın "Qa­ra­bağ" qru­pu ki­mi ge­dir­di. Ümu­miyyət­lə, biz bütün xa­rici öl­kə­lər­də qru­pu­mu­zun adı­nı be­lə tə­q­dim edi­rik. Tə­bii ki, bu da bir mu­si­qi­çi siy­a­sə­ti­dir. Son­da isə hə­min fe­s­ti­val­da "Qa­ra­bağşi­kə­s­tə­si"ni ifa et­dik. Elə məhz hə­min fe­s­ti­val­da biz "Qa­ra­bağşi­kə­s­tə­si"ni ifa et­dik­dən sonra, da­ni­mar­ka­lı jur­na­list səh­nəyə qal­xıb diz­lə­ri­ni ye­rə qoy­ub, Azər­baycan Bay­rağı­nıəli­nə alıb öpdü. Bay­rağı­mız qar­şı­sın­da başəy­di və bu cür də  özümüzü tə­s­diq­lət­miş ol­duq. Bütün dünya­da qə­bul olun­muş bir şey var ki, yüz siy­a­səçi­nin deyə bil­mə­diy­i­ni bircə mu­si­qi ilə et­mək mümkündür. Bu­nun də­fə­lər­ləşa­hi­di ol­mu­şam. Mu­si­qi­mi­zin gücü, da­ha doğru­su, muğa­mı­mı­zın gücü özünü bir da­ha gö­s­tər­di.

- Ope­ra və Ba­let Te­a­t­rı­na Şöv­kət xa­nım Ələk­bə­ro­va­nın tək­li­fi ilə gəl­mi­si­niz. Bəs Məcnun­luğu kim­dən öy­rən­di­niz?

- Bu­nun ma­raq­lı ta­rix­çə­si var. Bil­diy­i­niz ki­mi, Qa­ra­bağda böyümüşəm. O vax­tlar Döv­lət Te­le­vi­ziy­a­sı­nın efi­rin­də Arif Ba­bay­ev və Zey­nəb Xan­la­ro­va­nın baş rol­da oy­na­dıq­la­rı "Ley­li və Məcnun" ta­ma­şa­sı­na ba­xan­da mən­də böyük hə­vəs ya­ra­nır­dı. Da­ha so­nra isə bu ar­zu və hə­vəs­lə Ba­kıya gəl­dim, Asəf Zey­nalllı adı­na Or­ta İx­ti­sas Mu­si­qi Mək­tə­bin­də təh­sil al­dığım vax­tlar­da Üzey­ir Hacı­bəy­o­vun ana­dan ol­ma­sı­nın 100 il­liyi ilə bağlı mu­si­qi müsa­bi­qə­si ke­çi­ri­lir­di. Mən də hə­min müsa­bi­qəyə qa­tıl­dım və muğam üzrə bi­rinci ye­ri qa­zan­dım. Və elə hə­min vaxtdan müsa­bi­qə­nin münsi­f­lər hey­ə­tin­dən olan Şöv­kət xa­nım­la ta­nış­lığım baş­la­dı və onun sin­fi­nə get­dim, təh­si­li­mi da­vam et­dir­dim.

Be­lə­lik­lə, bir gün mə­nim­lə söh­bət əs­na­sında sə­nət­ka­rı­mız öz fi­k­ri­ni bil­di­rə­rək de­di ki, "Sə­nin ye­rin Ope­ra Te­a­t­rı­dır və sən­dən yax­şı Məcnun ro­lu­nun ifa­çı­sı olar". Elə hə­min ərə­fə­də dəŞöv­kət xa­nım Ələk­bə­ro­va te­a­t­rın rəh­bər­liyi ilə söh­bət et­di və Bə­dii Şu­ra­nın qə­ra­rı ilə te­at­rda fə­a­liyyə­tə baş­la­dım. İlk də­fə bu əsər­də Zeyd ro­lu­nu oy­na­dım. Da­ha so­nra isə 1993-cü il­də te­a­t­rın rəh­bər­liyi dəy­iş­di və di­rek­tor Arif Mə­li­kov ol­du. Elə hə­min vaxtdan bu ope­ra­da Məcnun ro­lu­nu ifa et­məyə baş­la­dım.

Bu rol üçün çox ha­zır­laş­dım. Sək­kiz ay­dan çox məşq et­dim. Mən­dən öncə­ki Məcnun ro­lu­nun ifa­çı­la­rı Arif Ba­bay­ev, Ca­nə­li Ək­bə­rov, Ba­ba Mah­mu­doğlu­nun ifa­la­rı­nı iz­ləy­ir­dim. Həm də ey­ni za­man­da on­la­rın oy­na­dıq­la­rı ta­ma­şa­lar­da Zeyd ki­mi tə­rəf-müqa­bil­lə­ri olur­dum. On­lar­dan çox şey öy­rən­dim, am­ma ça­lış­dım ki, öz "Məcnun"umu ya­ra­dım. Elə hə­min vax­tlar­dan bu ro­lu ifa et­dim və ta­ma­şa­da ilk Ley­lim də Gülyaz xa­nım Məm­mə­do­va ol­du. Bir şeyi də qeyd edim ki, bu gü­nə ki­mi səh­nə­də  yed­di Ley­lim olub və de­mək olar ki, ən çox "Ley­li"si olan "Məcnun" da elə mən özüm ol­mu­şam. Qən­dab Qu­liy­e­va, Nə­za­kət Tey­mu­ro­va, Sə­ki­nəİs­mayı­lo­va, Ay­gün Bay­ra­mo­va, Si­ma­rəİma­no­va, Gülüstan Əliy­e­va ki­mi tə­rəf-müqa­bil­lə­rim olub.

Ar­tıq 20 il­dir, bu səh­nə­də Məcnun ro­lu­nu ifa edi­rəm; hət­ta 2008-ci il­də "Ley­li və Məcnun" ta­ma­şa­sı­nın 100 il­liy­in­də də bu ro­lu ifa et­mi­şəm. Yə­ni yüzil­liy­in ta­ma­şa­sı Pa­ri­s­də və YUNESKO-nun səh­nə­sin­də də mə­nim ifam­da ol­du. So­nra bir ne­çə il bun­dan öncə "Az­te­le­film" Mə­həm­məd Füzu­li­nin 500 il­lik yu­bi­leyi ilə bağlı "Ley­li və Məcnun" ad­lı film-ope­ra çək­miş­di və hə­min filmdə Məcnu­nun ifa­sı mə­nim sə­sim­də­dir.

Bu il Bey­nəl­xalq Muğam Fe­s­ti­va­lıərə­fə­sin­də - mart ayın­da ye­ni­dən 50 də­qi­qə­lik film-ope­ra çə­kil­di. Bu, ta­ma­mi­lə baş­qa bir lay­i­hə idi. Bu ope­ra­nın süjet xət­ti sax­la­nıl­maq­la, sırf "Ley­li və Məcnun"un iş­ti­ra­kı ilə, yə­ni di­g­ər ob­raz­lar ol­ma­dan çə­kil­di. Filmdə Tey­mur Göçay­e­vin rəh­bər­liyi ilə Döv­lət Ka­me­ra Or­ke­s­t­ri, Gülbacıİma­no­va­nın rəh­bər­liyi ilə Xor Ka­pel­la­sı və Döv­lət Rəqs An­sam­blı da iş­ti­rak edir­di. Mə­nim tə­rəf-müqa­bi­lim, yə­ni Ley­li ro­lu­nun ifa­çı­sı Xalq ar­ti­s­ti Ay­gün Bay­ra­mo­va idi. Bi­zi Əmək­dar ar­tist­lər El­çin Hə­şi­mov, El­nur Əh­mə­dov müşay­i­ət et­di­lər. Bu film-ope­ra­nın re­jis­so­ru məş­hur re­jis­sor Meh­di Məm­mə­do­vun nə­və­si Meh­di Məm­mə­dov idi. Fil­min tə­q­di­ma­tı­na fran­sa­lı məş­hur aktyor Je­rar De Pardye də gəl­miş­di. Film-ope­ra ta­ma­şa­çı­lar tə­rə­fin­dən ma­raq­la qar­şı­lan­dı və bu­nun çə­kil­mə­sin­dəəsas məq­səd ope­ra­nın ki­çik for­mat­da fe­s­ti­val­lar­da nümay­i­şi­dir. Onu da qeyd edim ki, "Ley­li və Məcnun" ope­ra­sı ta­ri­xin­də ilk də­fə au­dio cd ha­zır­lan­dı.

- Mən­sum müəl­lim, bil­diy­i­miz ki­mi, əsər­də Məcnu­nun ya­şı az­dır. Bəs necə düşünürsünüz, 52 ya­şın­da Məcnun qocal­mayıb ki?

- Sözün düzünü de­səm, in­san var ki, 20 ya­şı var, am­ma 70 ya­şın­da­kı bir in­san ki­mi ru­hu qoca­dır. Ya­şın­dan ası­lı ol­may­a­raq da, hər Məcnu­nun və ya­xud da Ley­li­nin li­ba­sı­nı gey­i­nib səh­nəyəçı­xan in­san bu mə­su­liyyə­ti ye­tə­rincə ye­ri­nə ye­tir­məyə bi­lər. O qə­dər bu rol­la­rı ifa edən­lər var ki, yad­da qal­mır­lar. Bu, ob­ra­zın alın­ma­sın­dan ası­lı­dır. Te­at­rda hər yaş qru­pun­da ifa­çı var. Kim han­sı­nı qə­bul edir­sə, onun ta­ma­şa­sı­na gə­lir. Bi­lir­si­niz, bu çox mə­su­liyyət­li iş­dir. Hər də­fə səh­nəyəçı­xan­da bu əsə­rin ya­ra­dıcı­la­rı - da­hi Mə­həm­məd Füzu­li və da­hi Üzey­ir Hacı­bəy­o­vun ru­hu qar­şı­sın­da özümü sı­na­q­da­kı ki­mi hiss edi­rəm. Ən əsa­sı, ta­ma­şa­çı­la­rı­mın ək­sə­riyyəti ca­van­dır. Hər­dən it­ti­ham edir­lər ki, in­di­ki gənclər şo­uya ma­raq­lı­dır­lar. Am­ma məncə, bu be­lə dey­il. Sübu­tun bi­ri də bu­dur ki, "Ley­li və Məcnun"un şou yox, bir faciə ol­ma­sı­na bax­may­a­raq, onun da ta­ma­şa­çı­la­rı­nın ək­sə­riyyə­ti gənclər və uni­ver­si­tet tə­lə­bə­lə­ri­dir.

- Mən­sum İb­ra­hi­mo­vun oy­na­dığı ta­ma­şa­la­ra bi­let tap­maq ol­mur, bir-iki ay səh­nə­də ol­may­an­da in­san­lar bu­nun sə­bə­bi  ilə ma­raq­la­nır­lar. Bəs bu gün te­at­rda elə bir gənc var­mı ki, Mən­sum İb­ra­hi­mov düşünsün, bu ifa­çı üçün də ta­ma­şa­çı te­atr rəh­bər­liy­i­nə zə­ng edəcək?

- Bu­nu za­man gö­s­tə­rəcək. Tə­bii ki, is­te­dad­lı gənclə­ri­miz çox­dur. Bu­ra­da təkcə səs rol oy­na­mır axı. Xa­nən­də­lik­lə ya­na­şı, aktyor­luq, gör­kəm, tə­rəf-müqa­bi­li­ni hiss et­mək, ən əsa­sı, ro­lu­nu an­la­maq, ru­hun­la "Məcnun" ol­maq ki­mi mə­qam­lar var. Bu isə təkcəçox ça­lış­maq­la ol­mur, bu is­te­dad gə­rək in­san­da ya­ra­dı­lış­dan ol­sun. Bu sə­nət elə möcüzə­li sə­nət­dir ki, əər xo­şu­na gəl­mə­sə, heçöz öv­la­dın, qo­hu­mun da sə­nə qu­laq as­mır. Əər bu sə­si Al­lah bi­zə ve­rib­sə,  de­mək, bu səs xal­qı­mı­za, in­san­la­rı­mı­za xid­mət et­mə­li­dir. Sözsüz ki, biz də bu yo­lu us­tad­la­rı­mız­dan, ko­ri­fey­lə­ri­miz­dən öy­rən­mi­şik. Bu gün isə b



MƏSLƏHƏT GÖR:

674