TALANDAN MÜHARİBƏYƏDƏK
SSRİ Baş Prokurorluğunun sabiq müstəntiqi, Dağlıq Qarabağda erməni separatçılığının ilk cücərtilərini araşdırmış Konstantin MAYDANYUKUN "R+" jurnalına müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Dağlıq Qarabağda 26 il öncə baş qaldırmış separatçılıq Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibəyə, 10 minlərlə insanın ölümünə səbəb oldu. Nəticədə, Azərbaycan ərazisinin 20%-i işğal edildi, münaqişənin gedişində azərbaycanlılar dəfələrlə erməni işğalçıları tərəfindən soyqırımına məruz qaldılar. Qarabağda erməni separatçılığının özəyini təşkil edən çoxlu sayda millətçi indi Ermənistan hakimiyyətində yüksək postlar tutur. Amma bu gün Qarabağ ermənilərinin Manuçarov kimi sponsorlarını, ilhamvericilərini çox az adam xatırlayır. Onun təxribatçı fəaliyyəti haqda "R+" jurnalına SSRİ Baş Prokurorluğunun sabiq müstəntiqi Konstantin Maydanyuk danışıb.
- 1980-ci illərin sonlarında, Qarabağ münaqişəsi təzə-təzə qızışarkən siz bir qrup şəxsi Şuşa həbsxanasına salmışdınız. Onlara "Stepanakert" mərmər zavodunun rəhbəri Manuçarov başçılıq edirdi...
- 1988-ci ilin fevralında məni Əskəran kəndində 2 azərbaycanlının qətlilə bağlı araşdırma aparmaq üçün Dağlıq Qarabağa göndərmişdilər. Daha sonra SSRİ-nin baş prokuroru Suxarev mənə, eyni zamanda "Stepanakert" mərmər zavodundakı iqtisadi cinayətlərin və mərmər istehsalı ilə bağlı hər şeyin də araşdırılmasını tapşırdı. Biz Manuçarovun qrupunun yol verdiyi cinayətlərə dair dəqiq, təkzibolunmaz sübutlar topladıq. O, günahını etiraf etdi və iş məhkəməyə göndərildi. Manuçarov və onunla əlbir olan daha 6 nəfər Şuşa həbsxanasına salındılar. Dindirilmə zamanı briqadirlərdən biri mərmər zavodundakı bütün cinayət sxemini açıqladı. O, istintaqa 200 min rubl təqdim etdi. Həmin dövr üçün bu, çox böyük məbləğ idi. O, bu pulları evin divarında gizlətmişdi.
- Baş Prokurorluğun istintaq qrupu tərəfindən başlanmış işi yalnız Kremldən birbaşa tapşırıqla ört-basdır edə bilərdilər. Bəlkə, cinayət işinin bir ucu Moskvaya gedib çıxırdı?
- Bizə onların ölkənin digər regionları ilə kriminal əlaqələrini müəyyənləşdirmək tapşırılmamışdı. Mərmər zavodu bu materialın digər istehsalçıları ilə əlaqəli idi. İstintaq bir çox cinayət faktları üzə çıxarmışdı. Məsələn, Manuçarov qanunsuz olaraq, yeni binalardakı dövlətə məxsus mənzilləri paylamışdı. Zavodun işçiləri dövlət tərəfindən mənzil almaq üçün Manuçarova külli miqdarda rüşvət verdiklərini etiraf edirdilər. Məhkəmə olsaydı, cinayət məsuliyyətinə xeyli adam cəlb olunacaqdı. Bu halda bir çox şəxslər ekstremizmlə məşğul olduqları üçün də məsuliyyətdən yaxa qurtara bilməyəcəkdilər.
- Bəs, separatçı “Krunk” təşkilatının əsas fiqurlarından birinin azad edilməsində siyasi səbəb var idimi?
- Manuçarov “Krunk” separatçı hərəkatının liderlərindən biri idi və bunu gizlətmirdi. Sov İKP Mərkəzi Komitəsində Qarabağ məsələsinə yanaşmada parçalanma yaranmışdı. Yeqor Liqaçovun (Sov.İKP MK-nın ideologiya üzrə katibi) tərəfdarları Qarabağ regionunda sərt intizamın yaradılmasını, separatçıların liderlərinin, fəallarının həbsini, bütün etiraz aksiyalarına qadağa qoyulmasını və s. vacib sayırdılar. Aleksandr Yakovlevin (Sov.İKP MK Siyasi Bürosunun üzvü) tərəfdarları isə ənənəvi üsullardan istifadə olunmasını, DQMV-də keçirilən mitinq və nümayişlərə daha liberal yanaşılmasını təklif edirdilər. Sonda liberalların mövqeyi üstün gəldi. Mən SSRİ Baş Prokurorluğunun istintaq aparatında çalışırdım və DTK-dan fərqli olaraq, bizim siyasi xarakterli cinayətləri araşdırmaq səlahiyyətimiz yoxdur. Biz, əsasən, iqtisadi qanun pozuntuları ilə məşğul olurduq.
Manuçarovun və digər şəxslərin yarımleqal “Krunk” təşkilatındakı fəaliyyətinin araşdırması ilə DTK istintaqçıları və digər hüquq mühafizə orqanları məşğul olurdular. Bildiyimə görə, ona qarşı siyasi cinayətlərdə iştirakla bağlı da cinayət işi qaldırılmışdı.
- Sizi qorxutmağa çalışırdılarmı? Çünki həmin dövrdə artıq DQMV-də xeyli silahlı var idi...
- Bəli, Qarabağdakı bəzi qüvvələr istintaq qrupunun fəaliyyətini pozmağa çalışırdı. Manuçarovun hüquqlarının müdafiəsi adı ilə kütləvi iğtişaşlar törədilirdi. Məhz, bu səbəbdən, onun həbsinə edilən ilk cəhd uğursuz alınmışdı. Kimsə Manuçarova həbs olunacağına dair xəbərdarlıq etmişdi və o, İrəvana qaçmışdı. Lakin biz onun İrəvanda gizləndiyi yeri müəyyənləşdirdik və Qarabağa qaytararaq, Şuşa həbsxanasına saldıq. Moskva Azərbaycan məhkəmələrinin Manuçarovun qrupu ilə bağlı ədalətli qərar çıxaracağına şübhə edirdi. Bu səbəbdən, iş baxılması üçün Belarus məhkəməsinə verildi. Halbuki qanuna görə məhkəmə prosesi Bakıda və ya Dağlıq Qarabağda aparılmalı idi. Beləliklə, işdə adı keçən bütün şəxslər Belarusa aparıldı. Tezliklə “Krunk” fəalları da Minskə yollandılar və orada "demokratlar"la, hüquq müdafiəçilərilə birlikdə prosesi pozdular. Nəticədə, Sovet İttifaqının dağılması fonunda Belarusda məsələni ört-basdır etdilər və məhkəmə baş tutmadı.
Bildiyimə görə, uzun fasilədən sonra cinayət işi Azərbaycana qaytarıldı, amma Manuçarov və digərləri mühakimə olunmadılar. Qeyd etmək lazımdır ki, istintaq qrupu saxlanılanların hər birinin korrupsiya, dələduzluq, külli miqdarda dövlət əmlakının mənimsənilməsi kimi cinayətlərə yol verdiklərini sübuta yetirmişdi.
Stepanakertdə istintaq qrupunun üzvlərinə qarşı heç bir birbaşa təhlükə yox idi. 50 nəfərdən ibarət qrup Şuşadakı sanatoriyanın binasında yaşayırdı və onların mühafizəsi ən yüksək səviyyədə təşkil olunmuşdu. Amma Manuçarovun həbsi ilə istintaqa təzyiqlər artdı. Yeri gəlmişkən, biz “Krunk” təşkilatının digər rəhbərlərini də dindirmişdik.
O zaman regiondakı silah arsenalı etibarlı qorunurdu. İnsanlarda yalnız ov tüfəngləri var idi. Stepanakertdə hər gün bizim əleyhimizə mitinqlər keçirilirdi. Yerli prokurorluğun binası bir neçə dəfə daş-qalaq edilmişdi. Bir dəfə, hətta mitinqçilər prokurorluğun binasını mühasirəyə aldığından, biz prokuror Vasilenko ilə orada gecələmişdik. Amma Manuçarovun Şuşa həbsxanasından zorla azad edilməsinə cəhdlər yox idi. Həbsxananın DTK əməkdaşları tərəfindən qorunduğunu hər kəs bilirdi.
- Bu işi başa çatdıra bilsəydiniz, Qarabağ münaqişəsinin qanlı-qadalı davamını önləmək olardımı?
- Biz öz missiyamızı tam başa vurduq və iş məhkəməyə göndərildi. Dağlıq Qarabağda işləyərkən aydın şəkildə görürdüm ki, qarşıdurmada sadə ermənilərin və azərbaycanlıların heç bir günahı yoxdur. Orada suyu bulandıran qüvvələr var idi. Bugünkü prizmadan baxdıqda, bəlkə də, nəyisə dəyişmək, hadisələri başqa məcraya yönəltmək olardı. Amma belə olmadı.
- Yeri gəlmişkən, Əskəranda 2 azərbaycanlının qətlilə bağlı istintaq nə ilə yekunlaşdı?
- Bu insident 1988-ci ilin fevralında baş vermişdi. İnsan kütləsi Ağdamdan Stepanakertə tərəf hərəkətə keçmişdi. Yolda isə ermənilər barrikadalar qurmuşdular. İnsanlar barrikadaları yarmağa çalışdıqda ağdamlılara ov tüfəngindən atəş açılmışdı. Bir gənc ölmüş, digəri ağır yaralanmışdı. Bu cinayətin istintaqı çox çətin idi. Hər şey siyasiləşmişdi, heç kəs düz ifadə vermirdi. Amma biz yenə də atəş açmış şəxsin kimliyini müəyyənləşdirdik və onu həbs etdik. Əvvəlcə, o, Şuşa həbsxanasında saxlanılırdı. Sonradan Moskvanın Butarsk həbsxanasına köçürüldü. Günlərin birində atəş açan şəxsin bunu "zəruri özünümüdafiə məqsədilə" etdiyi əsas gətirilərək, cinayətə xitam verildi.

MƏSLƏHƏT GÖR: