30 Yanvar 2025

Cümə axşamı, 12:23

"KARATENİN BRİLYANTI"

Dördqat dünya və səkkizqat Avropa çempionu Rafael Ağayev öz uğurunun sirlərini R+la bölüşdü

Müəllif:

21.05.2013

Ya­pon­lar onu "ka­ra­te­nin brilyan­tı" ad­lan­dı­rır­lar. Də­fə­lər­lə dünya və Av­ro­pa bi­rinci­lik­lə­ri­nin qa­li­bi, dünya­nın li­der ka­ra­te­çi­lə­rin­dən bi­ri olan Ra­fa­el Ağay­e­vin ak­ti­vin­də yal­nız Olim­piya me­da­lı yox­dur. O da sa­dəcə ona gö­rə ki, onun təm­sil et­diyi id­man növü olim­piya oy­un­la­rı­nın siy­a­hı­sı­na da­xil dey­il. Bu ya­xın­lar­da "Qə­bə­lə" klu­bu­na ke­çən R. Ağay­ev Maca­rı­s­tan­da ke­çi­ril­miş  48-ci Av­ro­pa Çem­pi­o­na­tın­da növ­bə­ti qı­zıl me­da­lı qa­za­nıb. Ba­kı­da böyük ço­şğ­uy­la qar­şı­la­nan id­man­çı  su­al­la­rı­mı­za hə­vəs­lə ca­vab ver­di.

- Yə­qin, ar­tıq Av­ro­pa Çem­pi­o­na­tın­da qə­lə­bə sə­nin üçün adi uğur ki­mi qə­bul olu­nur?

- De­məz­dim. Hər bir qə­lə­bə­nin öz ye­ri var. Çox­la­rı elə bi­lir ki, ti­tul­lu id­man­çı üçün müba­ri­zə apar­maq asan­dır. Am­ma elə dey­il. Bi­zə qar­şı da­ha çox ha­zır­la­şır­lar. Ha­mı is­təy­ir ki, ti­tul­lu id­man­çıya qa­lib gəl­sin. Bu­da­peştdə­ki ya­rış heç də asan ol­ma­dı. Döyüşlə­ri­mi gö­rən­lər bu fi­k­ri tə­s­diq­ləər.

- Ən çə­tin döyüş han­sı ol­du?

-  Fi­na­la qə­dər 4 görüş ke­çir­dim və ha­mı­sın­da qa­lib gəl­dim. Əv­vəlcə Avstriya, Slo­va­kiya, Por­tu­qa­liya vəİta­liya id­man­çı­la­rın­dan güclü ol­dum. Bu görüşlər ara­sın­da ita­liy­a­lı id­man­çı Lu­idci Bu­say­la du­e­lim da­ha ma­raq­lı, həm də prin­si­pi­al idi. Ötən il Dünya Çem­pi­o­na­tı­nın fi­na­lın­da məhz onun­la müba­ri­zə apar­mış­dım. Hə­min görüş 0-0 he­sa­bıy­la ba­şa çat­sa da, ha­kim­lər qə­lə­bə­ni ona ver­di. Bu qə­rar mə­nəçox pis tə­sir et­di. Bi­lir­dim ki, nə vaxtsa qar­şı­ma çı­xacaq və on­da sözümü dey­əcəm.

- De­mə­li, ən çə­tin döyüşün elə Lu­idci Bu­saya qar­şı olub.....

- Bu də­fə açıq qə­lə­bəüçün ya­rış­dım və güclü ol­duğu­mu sübut et­dim. Re­vanş ba­rə­də düşünmürdüm, yox­sa yax­şı ha­zır­la­şa bil­məz­dim. Sa­dəcə qə­lə­bə is­təyir­dim. Ən çə­tin döyüşə gəl­dik­də, fi­na­lı xüsu­si qeyd et­mə­liy­əm. Həl­le­dici müba­ri­zə­də hol­land rə­qi­bi­nə qa­lib gə­lə­rək Av­ro­pa çem­pi­o­nu ol­dum. Bu, təkcə mə­nim dey­il, həm də "Qə­bə­lə" id­man klu­bu­nun uğu­ru­dur. Ha­zır­da bil­diy­i­niz ki­mi, bu ko­man­da­nı təm­sil edi­rəm. Ha­zır­lığı­ma yüksək sə­viyyə­dəşə­ra­it ya­ra­dıl­dığın­dan on­la­ra tə­şəkkür et­məyə bil­mə­rəm.

- Ya­dın­da­dır, Av­ro­pa Çem­pi­o­na­tın­da ne­çənci də­fə­dir qa­lib gə­lir­sən? He­sa­bı itir­mə­mi­sən ki?

- (gülür) Əl­bət­tə, ya­dım­da­dır. Bu mə­nim qi­tə bi­rinci­lik­lə­rin­də 8-ci çem­pi­on­luğum ol­du. Ka­ra­te üzrə 8 qat Av­ro­pa çem­pi­o­nuy­am. Am­ma ti­tul­la­rı­mın sayı­nı ar­tır­maq is­tər­dim. Heç bir id­man­çı uğur­la­rı­nı unu­da bil­məz. Ha­mı­sı böyük zəh­mət­lə qa­za­nı­lır.

- Fi­nal görüşünə Ru­siya ka­na­lın­da ba­xır­dım. "Boy­ets" ka­na­lın­da sə­nin haq­qın­da xoş söz­lər eşit­mək çox se­vin­di­rici ol­du. Adə­tən, bi­zim id­man­çı­lar ba­rə­dəəcnə­bi şərhçi­lər o qə­dər çox da­nış­mır...

- So­nra­dan mə­nə de­di­lər ki, haq­qım­da dünya ka­ra­te­si­nin li­de­ri ki­mi söz­lər dey­i­lib. Bi­zim bütün id­man­çı­la­rı­mız xoş söz­lə­rə lay­i­q­dir­lər. O ki qal­dı rus şərhçi­si­nə, on­lar tez-tez Ba­kıya gə­lə­rək mən­dən müsa­hi­bə götürürlər. Bəl­kə, yax­şı ta­nı­dığı üçün elə da­nı­şıb.

- Ra­fa­el Ağay­ev də­fə­lər­lə dünya çem­pi­o­nu olub, Av­ro­pa çem­pi­o­na­tın­da qə­lə­bə qa­za­nıb. İnan­mı­ram ki, re­al­laş­may­an ar­zun ol­sun...

- Əs­lin­də, Yay Olim­piya Oy­un­la­rın­da iş­ti­rak et­mək is­təər­dim. Am­ma ka­ra­te ora da­xil dey­il, ona gö­rə ar­zum hə­lə həy­a­ta ke­ç­məy­ib. 2015-ci il­də Ba­kı­da ilk də­fə Av­ro­pa Olim­piya Oy­un­la­rı olacaq. Ora ka­ra­te da­xil edi­lib. Qi­s­mət ol­sa, Və­tə­nim­də ke­çi­ri­lən ya­rış­da uğur qa­zan­maq is­tər­dim.

- Nəyə gö­rə ka­ra­te Olim­piya proqra­mı­na da­xil edil­mir?

- Ka­ra­te id­man­da ən po­pulyar növ­lər­dən bi­ri­dir. Bir sı­ra id­man növ­lə­ri­ni, bəl­kə də, qa­baq­layır. Sa­dəcə, döyüşdə zər­bə za­ma­nı rə­qib­lə "kon­takt" çox ol­duğu üçün müba­hi­sə­lər var. İs­tə­ni­lən hal­da ka­ra­te çox po­pulyar­dır və qə­dim id­man növüdür. Bir sı­ra döyüş filmlə­ri­nin or­taya çıx­ma­sı po­pulyar­lığı da­ha da ar­tır­dı.

- Av­ro­pa Olim­piya Oy­un­la­rın­dan göz­lən­tin nə olacaq?

- Fi­k­rimcə, Ba­kışə­hə­ri ta­ri­xi oy­un­la­rı yüksək sə­viyyə­də ke­çi­rəcək. Qi­tə­nin bütün öl­kə­lə­ri təş­ki­lat­çı­lığı­mı­za hey­ran qa­lacaq. Öz növ­bəm­də bu ya­rış­da iş­ti­rak edə­rək qə­lə­bə qa­zan­maq is­tər­dim. İn­di yax­şı for­ma­day­am. Fi­k­rimcə, gücüm ça­tacaq qə­lə­bə qa­zan­mağa. Əər yax­şı və­ziyyə­ti­mi sax­laya bil­mi­şəm­sə, bun­dan so­nra da qo­ruya bi­lə­rəm. Be­lə mö­tə­bər ya­rış­da iş­ti­rak et­mə­səm özümü bağış­la­ma­ram. Ka­ra­te­nin Av­ro­pa oy­un­la­rın­da ol­ma­sı bi­zi olim­piya hə­rə­ka­tı­na bir qə­dər də ya­xın­laş­dı­rır.

- 4 qat dünya, 8 qat Av­ro­pa çem­pi­o­nu Ra­fa­el Ağay­ev ti­tul­la­rı­nın sayı­nı ar­tır­ma­q­da da­vam edəcək­mi?

- Özümdə güc hiss edə­nə qə­dər ya­rı­şacam. Atam dey­ir ki, 5-ci də­fə dünya çem­pi­o­nu olum. Av­ro­pa çem­pi­o­nat­la­rın­da isə qə­lə­bə­lə­ri­min sayı 10 ol­sun. Siz də dey­ir­si­niz ki, ti­tu­lum çox­dur. Va­li­dey­ni­min ar­zu­su­nu həy­a­ta ke­çir­mə­liy­əm. Qar­şı­da çox­lu say­da hə­də­f­lər var. 5-ci də­fə Dünya Çem­pi­o­na­tın­da qə­lə­bə qa­zan­maq üçün çox iş­lə­mə­liy­əm.

- Ru­siy­a­lı həm­ka­rın dey­ir ki, sən ya­rış za­ma­nı sa­kitcə döyüşmürsən, əsl şou gö­s­tə­rir­sən. Bu nə de­mək­dir?

- Ça­lı­şı­ram di­na­mik müba­ri­zə gö­s­tə­rim. Ta­ma­şa­çı­


MƏSLƏHƏT GÖR:

690