26 Dekabr 2024

Cümə axşamı, 18:28

“TİTULLAR ROL OYNAMIR”

Cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Hacıağa Hacıəhmədov «R+»a idmançıların hazırlanmasında öz prioritetləri barədə danışıb

Müəllif:

11.03.2014

Azər­baycan id­ma­nın­da 2014-cü ilin ən göz­lə­nil­məz dəy­i­şik­liyi cüdo yığma­sın­da baş ver­di. Ötən il Dünya Çem­pi­o­na­tın­dan 1 qı­zıl və 1 bürünc me­dal­la qayı­dan av­striy­a­lı mütə­xəs­sis Pe­ter Zay­zen­ba­her­lə müqa­vi­lə ye­ni­lən­mə­di. Azər­baycan Cüdo Fe­de­ra­siy­a­sı yer­li məşqçiyə eti­mad gö­s­tər­məyi la­zım bil­di. Zay­zen­ba­her­lə ma­liyyə şər­t­lə­rin­də ra­zı­lıq əl­də edə bil­məy­ən fe­de­ra­siya yığma­nı təcrübə­li Hacı­ağa Hacı­əh­mə­do­va tap­şır­dı. Uzun müddət gənclər­dən iba­rət yığma­nın baş məşqçi­si iş­ləy­ən mütə­xəs­sis, ey­ni za­man­da əsas ko­man­da­da Ağay­ar Axund­za­də­nin kö­mək­çi­si olub. İs­te­dad­lı cüdo­çu­la­rın ha­zır­lan­ma­sın­da böyük pay sa­hi­bi olan Hacı­ağa Hacı­əh­mə­dov ilin so­nu­na qə­dər cüdo­da­kı nə­ticə­lə­rə ca­va­b­deh olacaq.

"R+" ola­raq Hacı­ağa Hacı­əh­mə­dov­la söh­bət­lə­şə­rək onun yığmay­la bağlı plan­la­rı­nı, təy­i­na­tı­nın giz­li mə­qam­la­rı­nı öy­rən­məyə ça­lış­dıq.

- Təy­i­nat müna­si­bə­tiy­lə si­zi tə­b­rik edi­rik. Bi­zim fi­k­ri­mizcə, bir qə­dər göz­lə­nil­məz ol­du...

- Həy­at­da göz­lə­nil­məz qə­rar­lar çox olur. Zay­zen­ba­he­rin ge­di­şin­dən so­nra rəh­bər­lik mil­li ko­man­da­da baş məşqçi ol­mağı tək­lif et­di. Müza­ki­rə­lər­dən so­nra ra­zı­laş­dıq və baş­la­dıq iş­lə­məyə.

- Pe­ter Zay­zen­ba­her­dən so­nra mil­li­də iş­lə­mək çə­tin ol­may­acaq?

- Əcnə­bi məşqçi Lon­don Olim­piya Oy­un­la­rın­dan so­nra mil­liyə təy­in olun­du. İş­lə­diyi müddət­də in­ti­zam və ye­ni məşq me­to­du ya­rat­dı. Hər məşqçi­nin öz si­s­te­mi var. Bu­na gö­rə ko­man­da ye­ni­dən məş­qlə­ri dəy­i­şəcək. Mil­li­də iş­lə­mək hər za­man çə­tin­dir. Sa­dəcə, də­s­tək ol­duğu za­man böyük uğur­lar qa­zan­maq mümkündür.

- Gənclərdən ibarət yığmada işlədiy­i­ni­zə gö­rə öl­kə­nin bütün po­ten­si­a­lı olan cüdo­çu­la­rı­nı ta­nıyır­sı­nız. Bu mə­na­da mil­li­nin hey­ə­tin­də dəy­i­şik­lik olacaq, yox­sa?

- Azər­baycan­da per­spek­tiv­li gənc­lər çox­dur. Ha­zır­da mil­li­nin əsas id­man­çı­la­rı­nın və­ziyyə­ti mə­nə mə­lum dey­il. On­la­rı məş­qdə iz­lə­dik­dən so­nra hər şey ay­dın olacaq. On­suz da cüdoda gənclər­lə əsas ko­man­da da­im bi­rgə ha­zır­lıq ke­çib. Özünü gö­s­tə­rən gənc dər­hal əsas ko­man­daya də­vət alıb. 

- Qar­şı­da han­sı ya­rış­lar­da iş­ti­ra­kı­nız göz­lə­ni­lir?

- Mar­tın son­la­rın­da Gürcüstan və Türkiy­ə­də ke­çi­ri­ləcək Qran-pri­lər­də iş­ti­rak edəcəy­ik. Ha­zır­da hə­min ya­rış­lar­da iş­ti­rak edəcək hey­ət müəyyən­lə­şir. Ar­dınca Mon­pelye­də təş­kil olu­nacaq Av­ro­pa Çem­pi­o­na­tı­na yol­la­nacağıq. Mayın əv­və­lin­də isə cüdo­çu­la­rı­mız Ba­kı­da ke­çi­ri­ləcək "Böyük də­bil­qə" sil­si­lə­sin­dən olan ya­rış­da mü­ba­ri­zə apa­racaq.

- Yay­dan eti­ba­rən li­sen­ziya xal­la­rı­nın oy­na­nıl­dığı tur­nir­lər baş­layır. Mil­li bu vax­ta la­zı­mi for­ma­nı top­laya bi­ləcək?

- Bi­zim üçün pri­o­ri­tet 2016-cı il­də Bra­zi­liy­a­da ke­çi­ri­ləcək olim­pi­a­da, bun­dan 1 il əv­vəl isə Av­ro­pa Oy­un­la­rı­dır. Bu mə­na­da yay ay­la­rın­dan baş­lay­a­raq ko­man­da li­sen­ziya xa­rak­ter­li tur­nir­lər­də iş­ti­rak edəcək. Məq­səd mümkün qə­dər çox li­sen­ziya qa­zan­ma­q­dır.

- Adə­tən, mil­li­nin baş məşqçi­si hər za­man diq­qət mər­kə­zin­də olur və da­im tən­qid olu­nur. Be­lə şə­ra­it­də iş­lə­mək çə­tin ol­may­acaq?

- Biz hər za­man üzə­ri­miz­də diq­qə­ti hiss edi­rik. Azar­keş­lər və me­dia hər ya­rış­dan uğur göz­ləy­ir. Bu mə­na­da biz də qə­lə­bə qa­zan­maq is­təy­i­rik. Bə­zən alı­nır, bə­zən alın­mır. Tən­qi­də hər za­man ha­zır ol­mu­şuq. Sağlam tən­qid in­ki­şa­fa kö­mək edir.

- Dünya çem­pi­o­nu El­xan Məm­mə­­do­vun du­ru­mu han­sı və­ziyyət­də­dir?

- Dünya Çem­pi­o­na­tın­dan so­nra id­man­çı bir ne­çə ay bər­pa kur­su keç­di. Ha­zır­da məş­qlər­də iş­ti­rak edir və əv­vəl­ki for­ma­sı­nı top­la­mağa ça­lı­şır. Ha­zır­lıq sə­viyyə­si ba­rə­də tur­nir­lər­dən so­nra da­nış­maq olar. İd­man­çı­nın ha­zır­lığı­na qiy­mət, məhz, ya­rış­lar­da ve­ri­lir. Onun Av­ro­pa oy­un­la­rı, eləcə də Bra­zi­liy­a­da­kı olim­pi­a­da­da iş­ti­rak özündən ası­lı­dır. Biz ona çox ina­nı­rıq.

- Ya­xın za­man­lar­da yığma­da ye­ni El­nur Məm­məd­li gör­mək müm­kün­dürmü?

- El­nur Məm­məd­li Azər­baycan id­ma­nın­da ta­rix ya­zan id­man­çı­dır. Elə id­man­çı­lar 10 il­də bir də­fə ola bi­lər. Əl­bət­tə, məşqçi­lər kor­pu­su Məm­məd­li sə­viyyə­sin­də id­man­çı­lar ha­zır­la­maq üçün ça­lı­şır. Bu­nun üçün za­man la­zım­dır. Ey­ni za­man­da eti­raf et­mək la­zım­dır ki, Məm­məd­li ki­mi is­te­dad­lı cüdo­­çu­la­ra tez-tez rast gə­lin­mir.

- Azər­baycan mil­li­si­nin uğur qa­zan­ma­sı ye­ni baş məşqçi ki­mi dəy­i­şik­lik nə­dən baş­lay­acaq?

- Mil­li­də dəy­i­şik­liyə eh­tiy­ac yox­dur. Sa­dəcə, mə­nim ha­zır­lığım dö­nə­min­də hər za­man ən vacib şərt ni­zam-in­ti­zam olub. Hər bir id­man­çı yığma­nın qay­da­la­rı­na ri­ay­ət et­mə­li­dir. İd­man­da in­ti­zam vaci­b­dir. On­suz uğur qa­zan­maq ol­maz. İlk məş­qdən uşaq­la­ra de­mi­şəm ki, ha­mı gözümdə ey­ni­dir. Ti­tul­lar vacib rol oy­na­mır. Əsas məş­qlə­rə ya­naş­ma və in­ti­za­ma ri­ay­ət­dir. İd­man­da dünən­ki uğur­lar ta­rix­də qa­lır. Ça­lış­maq la­zım­dır ki, sa­bah uğur qa­za­na­san.

- Ötən il Dünya Çem­pi­o­na­tın­da El­xan Məm­mə­dov qı­zıl, Or­xan Sə­fə­rov gümüş me­dal qa­zan­dı. Bu nə­ticə­ni tə­k­rar­la­maq mümkün ola­caq?

- Ba­şa düşürəm ki, əg­ər hə­min nə­ticə tə­k­rar­lan­ma­sa, tən­qid atə­şi­nə tuş gə­ləcəy­ik. La­kin biz bu is­ti­qa­mət­də ça­lı­şı­rıq. İn­di­dən pro­qnoz ve­rə bil­mə­rəm. Azər­baycan yığma­sı rəh­bər­liy­im al­tın­da tə­lim-məş­qə bu günlər­də baş­layıb. Bir müddət ke­ç­mə­li­dir və on­dan so­nra və­ziyyət ba­rə­də da­nı­şa bi­lə­rəm. Hər bir məşqçi is­təy­ər ki, id­man­çı­sı dünya çem­pi­o­nu ol­sun. Ona gö­rə si­zin ki­mi biz də qa­lib ol­maq ar­zu­sun­dayıq.

- Uzun müddət gənclər­dən iba­rət yığma­da baş məşqçi, əsas ko­man­da da kö­mək­çi məşqçi iş­lə­mi­si­niz. Si­zin fi­k­ri­nizcə, təy­i­na­tı­nı­zı gecik­miş, yox­sa ye­rin­də qə­bul edi­lən he­sab et­mək olar?

- Nə baş ve­rir­sə, hə­min an­da baş ver­mə­li­dir. Təy­i­na­tım­la bağlı çox da­nış­maq is­tə­məz­dim. Biz ha­mı­mız Azər­baycan id­ma­nı üçün ça­lı­şı­rıq.

 



MƏSLƏHƏT GÖR:

727