Müəllif: Nailə BƏNNAYEVA , sənətşünas Bakı
Xalq Bankın baş ofisində "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli rəngkar və qrafik, SSRİ Dövlət mükafatçısı, Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı, Azərbaycanın incəsənət xadimi və SSRİ xalq rəssamı Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş kitabın təqdimatı keçirilib. Mikayıl Abdullayev haqqında kitab təkcə növbəti, "Xalq Əmanəti" mədəni layihəsinin onuncu mərhələsi olmadı. Bu, özünəməxsus ikinci yubileyin keçirilməsidir: layihənin dörd yaşı tamam olur. Layihə ASC "Xalq" Bankı tərəfindən Azərbaycan xalqının mədəni irsinin qorunaraq, gələcək nəsillərə ötürülməsi məqsədilə həyata keçirilib. Yaradıcılıq prosesinə mütəxəssislərdən ibarət çoxsaylı komanda cəlb olunub. Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, eləcə də Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub; Xalq şairləri Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı işıq üzü görüb.
Bütün nəşr olunmuş kitablar hədiyyəlikdir və üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Tarix mənzərələrdə
Layihənin sayca onuncu buraxılışı xalq rəssamı Mikayıl Abdullayevin (1921-2002) həyat və yaradıcılığına həsr olunub. Alboma dahi sənətkarın böyük irsindən ən yaxşı əsərlərinin reproduksiyaları daxil olub. Mikayıl Abdullayevin mənzərə və digər məşhur əsərlərində Azərbaycanımızın əsrarəngiz təbiəti, şanlı tarixi, milli-mənəvi dəyərləri böyük məharətlə təsvir olunub. Rəssam həmçinin çox sayda yazıçıların, incəsənət xadimlərinin portretlərini yaradıb. O, Azərbaycan klassiklərinin əsərlərinə çoxsaylı interyer təsvirləri və illüstrasiyaları yaradaraq, həm monumental əsərlərə, həm də kitab qrafikasına böyük töhfə verib.
Abdullayevin portret yaradıcılığı yeni nəşrin böyük bölməsi üçün mövzu olub. Bu nəşrə məşhur mədəniyyət, elm və incəsənət xadimlərinin portretləri, eləcə də rəssamın həyat yoldaşının saysız-hesabsız müxtəlif planlı portretləri daxil olub. Nəşrdə ayrıca bölmə əməyə həsr olunub - məlum olduğu kimi, Mikayıl Abdullayev fəhlələrin və xüsusilə kəndlilərin əməyinə çoxlu əsərlər həsr edib. Onu kənd təbiətinin ədəbi gözəlliyini (belə əsərlərdən biri, məsələn, zərifliyi, yüngüllüyü ilə gözoxşayan "Qarabağda qış" əsəridir) və gündəlik ağır, lakin insanların inamlı zəhmətkeşliyi (bu mənada "Azərbaycan çöllərində" triptixi səciyyəvidir) cəlb edirdi.
Eyni zamanda, rəssam qadın təsvirlərinə xüsusi vurğu edirdi. Kənd qadınları sadəliyi və əməksevərliyi, həmçinin ruh səxavətliyi və xeyirxahlığı ilə rəssamı özünə çəkirdilər. Rəssam bu keyfiyyətləri "Qışın yola salınması", "Çəltikçi qızlar" və "Lənkəranlı qız" kimi əsərlərində ustalıqla əks etdirib. Masallıdan olan kəndli ananın uşağı ilə təsvir edildiyi "Sevinc" və ya zəhmətkeş qadınların əks olunduğu "Pambıq" kimi rəsmlər arasında alboma daxil olmayan və kifayət qədər tanınmayan, amma gözəl işlər də var; məsələn, "Körpəsinin ardınca": günəşdən yanmış kəndli qadın - görünür, indicə çöldən gəlib. Bayırdan uşaq bağçasının şüşəsini taqqıldadır. Sakitləşdirici işıq və xoşbəxtlik mühiti - səmimi ovqat sənətkarın yalnız kolorit və ya şəxsi manerasının di-gər xarici keyfiyyəti ilə təsvir oluna bilməz. Onun keyfiyyətli imzası burada da parıldayır və ani məişət səhnəciyinə yüksəldilmiş xarakter təqdim edir.
Mikayıl Abdullayevin əsərlərindən sovet vaxtı Bakının abadlaşdırılması tarixini öyrənmək olar: onlar təkcə dahi sənətkarın fırçasının mənzərələrini təsvir etmir, həm də paytaxtın memarlıq tarixinin, demək olar ki, sənədli sübutudur ("Bakı tikilir", 1951).
Bu rəssam həm Sovet İttifaqına, həm də xarici ölkələrə (Hindistan, Əfqanıstan, Polşa, İtaliya və digər ölkələr) çox səyahət edib. O, hər yerdən eskizlər gətirirdi. Sonra isə səfərləri haqda təəssüratlarını əks etdirən gözəl işlər yaradırdı. Hindistana ilk dəfə 1957-ci ildə səfər edib, daha sonra da bir neçə dəfə bu ölkəyə gəlib. Və hər dəfə əvvəlki hisslərini yeni ifadəli işləri ilə tamamlayırdı. "Hindistan silsiləsi" əsərinə görə 1970-ci ildə bu ölkənin hökuməti onu qızıl medal və Cəvahirləl Nehru adına beynəlxalq diplomla mükafatlandırıb. Yeni alboma bu silsilədən istər mənzərə, istərsə də portret və janr səhnələrindən ibarət işlərin çoxlu reproduksiyaları daxil olub. "Mənzərələr" bölməsində həmçinin bir çox digər ölkələrin mənzərələrini də görmək olar. Məsələn, orada sənətkarın məşhur Venesiya silsiləsindən işləri yer alıb.
1970-ci illərdə Mikayıl Abdullayev Nizami Gəncəvinin əsərlərinin süjeti əsasında "Nizami" metro stansiyasının zalını mozaik panno ilə tərtib edib. Stansiyanın sonunda mərkəzi panno Nizami Gəncəvinin nəhəng portretindən ibarətdir. Kitabda təkcə bu möhtəşəm işlərin şəkilləri deyil, həm də onların eskizləri, eləcə də bu əsərlər üzərində iş prosesini əks etdirən arxiv şəkillər yer alıb. Kitabın qrafikası Sədi Şirazinin "Gülüstan" və Füzulinin "Leyli və Məcnun" poemalarına illüstrasiyaların reproduksiyaları ilə təqdim olunub.
Bu ustad sənətkarın onlarca əsərini, ona həsr edilmiş kitabın təqdimatı günü açılmış sərgidə görmək olardı. Onlar arasında xüsusilə xarici səfərlərlə (ilk növbədə, Hindistan silsiləsindən) bağlı olan işləri, portretləri, o cümlədən "Yeddi gözəl" silsiləsindən olan bütün əsərləri yer alır.
Yüksək əyarlı sənətkar
Mikayıl Abdullayevin doğmaları və yaxınlarının iştirak etdikləri təqdimat mərasiminə görkəmli ictimai xadimlər, məşhur mədəniyyət və incəsənət nümayəndələri də qatılıblar. Tədbirdə çıxış edənlər - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqa sənət ustaları Mikayıl Abdullayevin milli incəsənətin tə-rəqqisinə verdiyi əhəmiyyətli töhfəsindən söz açıblar.
"Mikayıl Abdullayev nurla dolu, xoşbəxt, yaradıcı həyat sürüb. O, son dərəcə mülayim, həssas rəssam idi. İlk növbədə o, sakit, ziyalı insan olub. Elə işləri də belədir. Bu plastik xətlərə, zərif xarakterlərə və sakitləşdirici koloritə baxın! Burada bütövlükdə onun sənətinin sirri yatır", - akademik Ömər Eldarov öz nitqinə başlamışdır. O, bu sözlərlə qeyd etdi ki, Mikayıl Abdullayev kəndli insanları böyük sevgi ilə təsvir etdiyi "Axşam" işindən başlayaraq, özünü yüksək səviyyəli sənətkar kimi tanıda bildi. Bununla yanaşı, Abdullayev gerçəkliyi nəinki kənd, həmçinin mürəkkəb sənaye mənzərələrini də bədii şəkildə təsvir etmişdir.
Sonuncu sosialist realizmi ənənələri üçün, bir növ, yenilik olub və iri SES-in tikintisinə həsr olunan "Mingəçevir süitası" silsiləsində M.Abdullayev təsdiq edib ki, bu cür sintez ola bilər və bundan əlavə, özünü təsdiq edib. "Baxın, bu ocaqlar, bu axşamlar necə də böyük hisslə təsvir olunub!" - deyə Ömər Eldarov bu silsiləni şərh edərkən bildirib. Məhz bu silsilədə möhtəşəm təsir gücünə malik "Xoşbəxtlik memarları" rəsmi yaradılıb. Orada cavanlıq və optimizm hissi bəlkə də hər bir yaxmada hiss olunur.
Aşiq olmuş gənc qız və oğlan gələcək Mingəçevir SES-in tikintisi ilə bağlı aparılan işlər zamanı görüşərək, nəinki öz xoşbəxtliklərini, həmçinin doğma ölkələrinin xoşbəxtliyini hər gün qurmağa hazırdırlar.
Sənətkarın şah əsərlərindən biri sayılan bu rəsm "Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr olunan albomun üz qabığını bəzəmişdir.
Sənətkarın işlərindən ibarət sərgi ziyarətçilər üçün Xalq Bankın Bakıda yerləşən baş ofisində martın 1-dən iyunun 1-dək, Gəncə filialında isə martın 10-dan iyunun 10-dək açıqdır.
MƏSLƏHƏT GÖR: