14 Mart 2025

Cümə, 23:36

ZƏFƏR YÜRÜŞÜ

Valentin XRİSTOV: "Dünya birinciliyində məni nə gözlədiyini yaxşı bilirəm"

Müəllif:

23.04.2013

Ağır at­le­ti­ka üzrə yığma ko­man­da­mız uzun müddət azar­keş­lə­ri se­vin­di­rə bil­mir­di. Nə­hayət, ötən il Türkiy­ə­də ke­çi­ri­lən Av­ro­pa Çem­pi­o­na­tın­da ko­man­da­mız ta­ri­xi nə­ticəyə im­za at­dı. Ar­dınca Lon­don Yay Olim­piya oy­un­la­rın­da ağır at­le­ti­ka ta­ri­xin­də ilk me­da­lı­mı­zı qa­zan­dıq. Bu ya­xın­lar­da Al­ba­niy­a­da baş tu­tan qi­tə bi­rinci­liyi də at­let­lə­ri­mi­zin zə­fə­riy­lə ye­kun­laş­dı. Ti­ra­na­dan ko­man­da­mız iki qı­zıl, iki gümüş və bir bürünc me­dal­la qayıt­dı.

Sirr dey­il ki, yığma­nın li­de­ri Va­len­tin Xri­s­to­va da­ha böyük ümid­lər bəs­lə­ni­lir. İki­qat Av­ro­pa çem­pi­o­nu son qi­tə bi­rinci­liy­in­də 8 re­kor­du tə­zə­lə­di. Üstə­lik, olim­pi­a­da­da bu id­man növü üzrə qa­za­nı­lan ye­g­a­nə me­da­lı­mı­zın da sa­hi­bi Xri­s­tov­dur. Ti­ra­na­dan qayı­dan gənc id­man­çı­mız Re­g­i­on Plus-a müsa­hi­bə­sin­də ya­rış ba­rə­də və gə­ləcək plan­la­rın­dan da­nış­dı.

- İlk ola­raq, si­zi ikinci də­fə Av­ro­pa Çem­pi­o­na­tın­da qə­lə­bə qa­zan­mağı­nız müna­si­bə­tiy­lə tə­b­rik edi­rik. Tə­əssürat­la­rı­nı­zı bil­mək ma­raq­lı olar­dı...

- Al­ba­niy­aya qı­zıl me­dal üçün yol­lan­mış­dım. İs­təy­ir­dim mak­si­mum nə­ticə qa­za­nım. Se­vi­ni­rəm ki, növ­bə­ti də­fə Ba­kıya çem­pi­on ki­mi qayıt­dım. Bu, ay­lar­la gə­rg­in məş­qlə­ri­mi­zin nə­ticə­si­dir. Ko­man­da­da olan meh­ri­ban­çı­lıq uğu­ru­mu­zun əsas sir­lə­rin­dən­dir. Ti­ra­na­da güclü rə­qa­bət hiss et­mə­dim. Elə yax­şı ha­zır­laş­mış­dım ki, rə­qib­lə­rin mə­nə çat­ma­la­rı­na heç bir şan­sı yox idi.

- İki­qat Av­ro­pa çem­pi­o­nu özünü necə hiss edir?

- Qi­tə­nin bütün iki­qat çem­pi­on­la­rı ki­mi. Av­ro­pa­da bi­rinci ol­maq asan dey­il. Am­ma mə­nim ar­zum dünya və olim­piya çem­pi­o­nu ol­ma­q­dır. Sözsüz ki, qi­tə çem­pi­on­luğu da vaci­b­dir. Bun­dan so­nra, is­ti­ra­hət et­məyə vax­tım ol­may­acaq. 15 gündən so­nra gənclər ara­sın­da dünya bi­rinci­liyi baş­layır. Ora­da yax­şı çı­xış et­mək üçün gə­rg­in məş­qlə­ri da­vam et­dir­mək la­zım­dır.

- Əl­bət­tə, dünya bi­rinci­liyi Av­ro­pa Çem­pi­o­na­tın­dan çox fər­q­lə­nir...

- Si­zin­lə tam ra­zıy­am. Av­ro­pa Çem­pi­o­na­tın­da Asiya güclü id­man­çı­lar­la təm­sil olun­mur, Dünya Çem­pi­o­na­tın­da isə Çin at­let­lə­ri də iş­ti­rak edəcək. On­lar hər bir çə­ki­də fa­vo­rit sayı­lır. Odur ki, dünya bi­rinci­liy­in­də rə­qa­bət böyükdür. Əmi­nəm ki, məşqlər­də yax­şı ha­zır­laş­sam, is­təy­i­mə ça­tacam. Gənclə­rin dünya bi­rinci­liy­in­də qı­zıl me­dal qa­zan­maq əsas məq­sə­dim­dir.

- Al­ba­niy­a­da 8 re­kor­du tə­zə­lə­di­niz...

- Ağır­lığı qal­dı­ran­da məq­sə­dim rə­qib­lər­dən irə­li ke­ç­mək idi. Re­kord­lar ba­rə­də so­nra­dan xə­bər tut­dum. Re­kor­d­la­rı tə­zə­lə­mək yax­şı hal­dır. Da­ha bir re­kor­du dünya bi­rinci­liy­in­də ye­ni­ləy­əcəm. Hə­min ya­rı­şa cid­di ha­zır­la­şı­ram. Tə­kan­la­qal­dır­ma­da rə­qib­lər­dən da­ha çox ağır­lığı si­fa­riş et­məyi plan­laş­dı­rı­ram.

- Av­ro­pa Çem­pi­o­na­tın­da, de­mək olar ki, sə­nə lay­iq­li rə­qib ol­ma­dı. Am­ma dünya bi­rinci­liy­in­də be­lə ol­may­acaq. Sən güclü rə­qa­bə­tə ha­zır­san­mı?

- Dünya bi­rinci­liy­in­də mə­ni nə göz­lə­diy­i­ni yax­şı bi­li­rəm. Dünya bi­rinci­liy­in­də ən güclü gənclər təm­sil olu­nacaq. Yə­qin, Al­ba­niy­a­da­kı uğur­dan so­nra mə­nim ha­q­da ki­fay­ət qə­dər mə­lu­mat top­layıb­lar. Bə­zi rə­qib­lər xüsu­si əzmlə mə­nə qar­şı ha­zır­la­şacaq. Bi­rinci­liy­in çə­tin olacağı­nı bi­li­rəm və rə­qa­bə­tə ha­zı­ram. Ge­ne­ral ol­maq is­tə­məy­ən əsg­ər­lər­dən dey­i­ləm. Mən hə­mi­şə qar­şı­ma böyük məq­səd­lər qoy­mu­şam.

- Ko­man­da yol­daş­la­rı­nı­zın çı­xı­şı­nı necə qiy­mət­lən­di­rir­si­niz?

- Azər­baycan mil­li­si yüksək sə­viyyə­də çı­xış et­di. Qa­za­nı­lan nə­ticə uzun müddət yad­daş­lar­da qa­lacaq. İn­ti­qam Za­irov, Sər­dar Hə­sə­nov, Zülfüqar Süleyma­nov ümid­lə­ri lay­i­qincə doğrultdu. Xüsu­si­lə Zülfüqa­rı qeyd et­mək is­tər­dim. Çünki üç il­dir böyük ya­rış­lar­da iş­ti­rak et­mir (Zülfüqar dis­k­va­li­fi­ka­siya edil­miş­di - müəl­lif). At­let üçün ya­rış­da iş­ti­rak et­mə­mək böyük zər­bə­dir - həm ha­zır­lıq, həm də psi­xo­lo­ji tə­rəf­dən. Am­ma Zülfüqar çə­tin­lik­lər­lə lay­i­qincə müba­ri­zə apar­dı.

- Av­ro­pa Çem­pi­o­na­tı si­zin üçün sı­naq ol­du. Bu ya­rış­da 62 kq-da çı­xış et­məy­i­ni­zi nə­zər­də tu­tu­ram....

- Düz qeyd et­di­niz. Əv­vəl­ki ya­rış­lar­da 56 kq-da müba­ri­zə apar­mı­şam. Am­ma 62 kq da mə­nə yad deyil­di. Uzun müddət­dir bu ka­te­qoriy­aya ha­zır­la­şır­dım. Lon­don olim­pi­a­da­sın­dan so­nra çə­ki­mi dəy­i­şəcəyim də­qiq idi. Av­ro­pa Çem­pi­o­na­tın­da qə­lə­bə qa­zan­mağım gö­s­tər­di ki, 62 kq-da da uğur mə­nim­lə ola bi­lər. Əsas məşq et­mək­dir. İd­man­çı məş­qlər­də çox güc iti­rir­sə, de­mə­li, düz yol­da­dır.

- Zülfüqar Süley­ma­nov da 62 kq-da ya­rı­şır. Bu mə­na­da kim yığma­nın əsas id­man­çı­sı sayı­lacaq...

- Ağır at­le­ti­ka­da bir çə­ki­də iki id­man­çı­nın ol­ma­sı nor­mal hal­dır. Bu o de­mək­dir ki, iki­miz də is­tə­ni­lən vaxt yığma­nın şə­rə­fi­ni qo­ruya bi­lə­rik. Süley­ma­nov sə­viyyə­li id­man­çı­dır. Mən də, o da rə­qa­bət­dən çə­kin­mi­rik. Bi­zim ara­mız­da əda­lət­li rə­qa­bət ola bi­lər. Hər iki­miz mil­li­nin uğu­ru üçün ça­lı­şı­rıq.

- Qi­tə bi­rinci­liy­in­də uğur qa­zan­mağı­nı­za doğma bol­qar­lar necə müna­si­bət bəs­lə­di?

- On­lar mə­ni tə­b­rik et­di­lər. Ya­rış­da ta­nı­dığım bütün in­san­lar mə­ni tə­b­rik edə­rək qar­şı­da­kı ya­rış­lar­da uğur­lar ar­zu­la­dı­lar. Bol­qa­rı­s­tan ko­manda­sı da hə­m­çi­nin.

- Bol­qar mət­bu­a­tı si­zin Azər­baycan yığma­sı­nın şə­rə­fi­ni qo­ru­mağı­nı­zı xüsu­si qıs­qanclıq­la vu­rğ­u­layır. Bu ba­rə­də nə deyə bi­lər­si­niz?

- Bol­qa­rı­s­tan­da bə­zi­lə­ri heç cür ba­rı­şa bil­mir­lər ki, mən Azər­bayca­nın şə­rə­fi­ni qo­ruy­u­ram. Am­ma mən hə­mi­şə de­mi­şəm ki, id­man­çı üçün əsas ya­ra­dı­lan şə­ra­it­dir. Özünüz fi­kir­lə­şin, əg­ər məşq et­mə­səm, necə qə­lə­bə qa­za­na­ram. Azər­baycan­da id­ma­na döv­lət sə­viyyə­sin­də qayğı var. Mə­nə bur­da ide­al şə­ra­it ya­ra­dı­lıb. Gənc ya­şım­da böyük ya­rış­lar­da qə­lə­bə qa­zan­maq is­təy­i­rəm. Bol­qa­rı­s­tan­da id­ma­na bu sə­viyyə­də diq­qət yox­dur. Lon­don­da bürünc me­dal qa­za­nan­da on­lar peş­man ol­du­lar. Böyük fəxrlə Azər­baycan yığma­sı­nın şə­rə­fi­ni qo­ruy­acam.

- Olim­pi­a­day­la bağlı ar­zun hə­lə də həy­a­ta ke­ç­məy­ib...

- Av­ro­pa Çem­pi­o­na­tın­dan so­nra əv­vəlcə gənclər, so­nra böyüklər ara­sın­da dünya­nın ən güclüsü ol­maq is­tər­dim. Ən böyük ar­zum olim­pi­a­da­da çem­pi­on ol­ma­q­dır. Lon­don­da bürünc qa­za­nan­da çox se­vin­miş­dim. Növ­bə­ti olim­pi­a­daya da­ha yax­şı  for­ma­da yol­la­nacam. Çox is­tər­dim ar­zu­ma ça­tım. Nə baş ve­rəcəy­i­ni proqnoz­laş­dır­maq mümkün dey­il. 2016-cı ilə hə­lə çox var.


MƏSLƏHƏT GÖR:

536