26 Dekabr 2024

Cümə axşamı, 19:53

"MÖVSÜM YENİCƏ BAŞLAYIB"

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevanın "R+"a müsahibəsi

Müəllif:

01.04.2014

2014-cü il­də Azər­baycan­da ke­çi­ri­ləcək mö­tə­bər ya­rış­lar­dan bi­ri bə­dii gim­na­s­ti­ka ilə bağlı­dır. İy­un­da Ba­kı qi­tə­nin ək­sər öl­kə­lə­ri­nin təm­sil olu­nacağı Av­ro­pa Çem­pi­o­na­tı­na ev sa­hib­liyi edəcək. Mö­tə­bər ya­rı­şa ha­zır­lığı da­vam et­di­rən gim­nast­la­rı­mız son həf­tə­lər­də ar­dıcıl ola­raq bir ne­çə tur­nir­də iş­ti­rak edib. Azər­bayca­nın qrup hə­rə­kət­lə­ri ko­man­da­sı Fran­sa­nın Tiye şə­hə­rin­də ke­çi­ri­lən bə­dii gim­na­s­ti­ka üzrə Qran-Pri ya­rı­şın­da üç top və iki len­t­lə çı­xı­şa gö­rə bi­rinci ye­rə lay­iq görülüb. İkinci ye­ri İs­ra­il, üçüncü ye­ri isə Çin ko­man­da­sı tu­tub. Azər­baycan mil­li yığma­sı­nın hey­ə­ti­nə Sə­bi­nə Ab­ba­so­va, Si­a­na Va­silye­va, Aliyə Pa­şay­e­va, Di­a­na Do­man, Alek­san­d­ra Pla­to­no­va və Ay­nur Mu­s­ta­fay­e­va da­xil olub.

Maca­rı­s­tan­da ke­çi­ri­lən Dünya Ku­bo­ku da Azər­baycan id­man­çı­la­rı üçün uğur­lu olub. Ma­ri­na Du­run­da hal­qa ilə fi­nal­da 17.6 xal top­la­maq­la, əsas rə­qib­lə­ri Uk­ray­na və Ru­siy­a­dan olan həm­kar­la­rı­nı ar­xa­da qoy­ub. Son də­rəcə mürək­kəb pro­qram, par­laq gey­im, ha­kim­lə­rin yüksək qiy­mət­lə­ri və ta­ma­şa­çı­la­rın al­qış­la­rı son­da macar are­na­sın­da Azər­baycan bay­rağı­nın yüksəl­mə­si ilə nə­ticə­lə­nib. Ma­ri­na Du­run­da Dünya Ku­bo­ku­nun qa­li­bi ol­du.

Qrup hə­rə­kət­lə­ri üzrə ko­man­da­mız isə çox­növçülükdə fər­q­lən­di. Üzey­ir Hacı­bəy­li­nin möh­tə­şəm əsə­ri­nin sə­da­la­rı al­tın­da 6 gim­na­s­tı­mız ma­raq­lı kom­po­zi­siy­a­nı yüksək sə­viyyə­də ye­ri­nə ye­tir­di. Ye­kun­da qrup hə­rə­kət­lə­ri üzrə ko­man­da­mız çox­növçülükdə ya­rı­şın qa­li­bi ol­du. 3 top və 2 len­t­lə çı­xış­la­rı­na gö­rə Sə­bi­nə Ab­ba­so­va, Aliyə Pa­şay­e­va, Si­a­na Va­silye­va, Di­a­na Do­man, Alek­san­d­ra Pla­to­no­va və Ay­nur Mu­s­ta­fay­e­va 3-cü ye­rə lay­iq görüldülər.

Ye­niy­et­mə gim­nast­la­rı­mız Ja­lə Pi­riy­e­va və Züley­xa İs­mayı­lo­va Dünya Ku­bo­ku ilə ey­ni vaxtda ke­çi­ri­lən bey­nəl­xalq tur­nir­də ko­man­da he­sa­bın­da bürünc me­dal əl­də et­di. Bun­dan əla­və, Ja­lə və Züley­xa­nın ak­ti­vin­də müva­fiq ola­raq hal­qa və gürzlər­lə hə­rə­kət­lə­ri­nə gö­rə də bürünc me­dal var.

Son ay­lar qa­za­nı­lan uğur­lar, Ba­kı­da təş­kil edi­ləcək qi­tə bi­rinci­liy­i­nə ha­zır­lıq ba­rə­də milli komandasının baş məşqçi­si Ma­ri­a­na Va­sile­va "R+"a müsa­hi­bə­sin­də açıq­layıb.

- Azər­baycan gim­nast­la­rı Dün­ya Ku­bo­ku da da­xil ol­maq­la, bir sı­ra tur­nir­lər­də uğur­lu çı­xış et­mək­lə Və­tə­nə me­dal­la qayıt­dı...

- Ya­rış­lar­da Ma­ri­na Du­run­da ilə bə­ra­bər müba­ri­zə apa­ran, ilk də­fə ola­raq Dünya Ku­bo­ku mər­hə­lə­sin­də fi­nal­çı­lar sı­ra­sı­na da­xil olan Ni­lu­fər Nif­ta­lıy­e­va­nı  qeyd et­mək is­tər­dim. Onun 7-ci yer qa­zan­ma­sı mütə­xəs­sis ola­raq, bi­zim üçün və hə­m­çi­nin gim­na­s­tın özü üçün də böyük əhə­miyyət kəsb edir. İy­un ayın­da ke­çi­ri­ləcək Av­ro­pa Çem­pi­o­na­tın­da iş­ti­rak edə­cək yığma ko­man­daya da­xil ol­maq id­di­a­sın­da olan Gülsüm Şə­fi­za­də və ye­niy­et­mə gim­nast Bey­za Də­mi­rin əl­də et­dik­lə­ri uğur­lar diq­qə­tə lay­i­q­dir. Gülsüm Ka­le­də (Fran­sa) ke­çi­ri­lən bey­nəl­xalq tur­nir­də 4 fi­na­lın dör­dündə də qa­lib gəl­miş və çox­növ­çü­lükdə isə 2-ci yer­də qə­rar­laş­mış­dır. Bey­za isə len­t­lə hə­rə­kət­lər­də 1-ci ye­rə yüksə­lib. Baş məşqçi ki­mi gim­nast­la­rın hər tur­nir­də me­dal uğ­run­da ya­rış­ma­sı mə­ni se­vin­dir­məyə bil­məz. Uşaq­lar­la işi­miz bəh­rə­si­ni ver­di. İn­di gənc gim­nast­la­rı­mız bö­yüklə­rin ya­rı­şın­da uğur­la çı­xış edir. Ar­tıq bütün öl­kə­lər Azər­baycan ko­man­da­sı­nın böyük po­ten­si­a­la ma­lik ol­duğu­nu eti­raf edir. Gim­na­s­ti­ka­da möv­süm in­di baş­layıb. Ona gö­rə ümu­­­­mi­lik­də, yığma ba­rə­də da­nış­maq bir qə­dər çə­tin­dir. Uğur­lar­la ya­na­şı səh­vlə­ri­miz də olur. Bu səh­vlər üzə­rin­də iş­ləy­ə­rək, on­la­rı ara­dan qal­dır­maq vaci­b­dir.

- Ko­man­da­nın ar­dıcıl tur­nir­də çı­xış et­mə­si gim­nast­la­rın təcrübə­si­nə də müsbət mə­na­da tə­sir edə­cək...

- Hər ya­rış­da Azər­baycan gim­nast­la­rı­nın fa­vo­rit­lər sı­ra­sın­da ol­ma­sı bi­zi çox se­vin­di­rir. Bu nə­ticə­lə­rin Ba­­kı­da ke­çi­ri­ləcək Av­ro­pa Çem­pi­o­na­tı ərə­fə­sin­də qa­za­nıl­ma­sı xüsu­si­lə vaci­b­dir. İd­man­çı­la­rı­mız qi­tə bi­rinci­liy­i­nə yüksək əh­val-ru­hiyyə­də ha­zır­la­şacaq. Av­ro­pa Çem­pi­o­na­tı­nın Ba­kı­da ke­çi­ril­mə­si gim­nast­la­rı­mı­zın mə­su­liyyə­ti­ni ar­tı­rır.

- Bu nə­ticə­lər­dən so­nra Av­ro­pa Çem­pi­o­na­tı ilə bağlı pro­qnoz ver­mək olar?

- Gim­nast­la­rı­mız sta­bil ola­raq çox­­lu say­da tur­nir­də nə­ticə qa­zan­maq­la yüksək sə­viyyəyə çat­dığı­nı tə­s­diq­lə­di. Ba­kıya gə­ləcək hər bir ko­man­da bi­zim rə­qib olacaq. Ha­zır­da Av­ro­pa­da gim­na­s­ti­ka çox sürət­lə in­ki­şaf edir. Zə­if id­man­çı və ya ko­man­da yox­dur. Fa­vo­rit­lər dəy­i­şil­məz qa­lır. Fər­di müba­ri­zə­də Ru­siya, Uk­ray­na və Be­la­rus gim­nast­la­rı hər za­man ol­duğu ki­mi id­di­a­lı­dır. Qrup hə­rə­kət­lə­ri üzrə ko­man­da­lar ara­sın­da isə İta­liya, Ru­siya, İs­pa­niya, Bol­qa­rı­s­­tan və Be­la­ru­su qeyd et­mək is­tər­dim. Rə­qa­bət yüksək­dir. Ar­xayın­laş­maq ol­­maz. Hər za­man gim­nast­la­ra dey­i­rəm ki, ça­lış­maq la­zım­dır.

- Ma­ri­na Du­run­da ha­q­da da­nış­maq is­tər­dim. Gənc ol­ma­sı­na bax­may­a­raq, hər ya­rış­da yüksək hə­­də­f­­lər uğrun­da müba­ri­zə apar­ma­sı al­qı­şa lay­i­q­dir...

- Ma­ri­na Du­run­da fər­di pro­qram­da li­der id­man­çı­lar­dan sayı­lır. Onun cə­mi 16 ya­şı var. Gim­nast karye­ra­sı­nı, de­mək olar ki, in­di baş­layır. Qrup hə­rə­kət­lə­ri üzrə yığma­nın üzvlə­ri ilə ma­raq­lan­sa­nız, on­la­rın ya­şı­nın az ol­duğu­nu gö­rəcək­si­niz. Hey­ə­ti­miz gənc­dir. Biz bir ne­çə il əv­vəl yığma­da gəncləş­dir­mə siy­a­sə­ti­nə baş­la­dığı­mı­zı söy­lə­miş­dik. Bir ne­çə il ye­ni­y­et­mə­lə­rə şans ve­rə­rək, on­la­rın gə­lə­cək­­də güclü gim­nast­lar­la rə­qa­bət apa­­racağı­na ina­nır­dıq. Əsas məq­səd Olim­piya Oy­un­la­rı­na qə­dər yüksək ha­­zır­lıq­lı gim­nast­la­rı for­ma­laş­dır­maq idi.

- Av­ro­pa Çem­pi­o­na­tı­na ha­zır­lıq han­sı mər­hə­lə­də­dir?

- Ha­zır­da hər həf­tə­so­nu ko­man­da­mız müxtə­lif ya­rış­lar­da iş­ti­rak edir. Ap­re­lin son­la­rı­na ya­xın tur­nir­lə­ri­miz aza­lacaq. Biz kon­kret ola­raq tə­lim-məşq top­la­nı­şı­na baş­lay­acağıq. Səh­v­lə­ri­miz üzə­rin­də iş­ləy­əcəy­ik. Ba­kı Gim­­na­s­ti­ka Mər­kə­zin­də ke­çi­ri­ləcək qi­tə bi­rinci­liy­i­nin yüksək sə­viyyə­də ke­çi­ri­ləcəy­i­nə əmi­nəm. Azər­baycan hər za­man təş­ki­lat­çı­lı­q­da bir sı­ra öl­kə­lə­rə nümu­nə olub. Av­ro­pa Çem­pi­o­na­tın­da da be­lə olacaq. Ar­tıq gim­nast­la­rı­mı­zın Ba­kı Gim­na­s­ti­ka Mər­kə­zi ki­mi yüksək stan­dar­t­la­ra ca­vab ve­rən are­na­sı var. Bu kom­plek­s­də bi­zə hər cür şə­ra­it ya­ra­dı­lıb. Are­na Av­ro­pa­nın ək­sər kom­plek­s­lə­ri­ni üstə­ləy­ir. Gim­nast­la­rı­mı­za ya­rat­dığı yük­sək şə­ra­i­tə gö­rə Azər­baycan Gim­na­s­ti­ka Fe­de­ra­siy­a­sı­nın pre­zi­den­ti Meh­ri­ban xa­nım Əliy­e­vaya tə­şəkkür et­mək is­tər­dim.

- Ba­kı­da­kı ya­rı­şın gim­nast­lar üçün mə­su­liyyət­li ol­duğu­nu söy­lə­di­niz. Bu mə­na­da id­man­çı­la­rı­mı­zın ha­zır­lığı­na xüsu­si diq­qət yö­nə­ləcək?

- Ba­kı­da ke­çi­ri­ləcək Av­ro­pa Çem­pi­o­na­tı sayca 30-cu ya­rış­dır. Yu­bi­ley tur­ni­ri­nin Azər­baycan pay­tax­tın­da ke­çi­ril­mə­si­nə gö­rə çox xoş­bəx­təm. İna­nı­ram ki, bu tur­nir ta­rix­də təkcə yüksək təş­ki­lat­çı­lıq və ya say­ca 30-cu də­fə ke­çi­ril­diy­i­nə gö­rə qal­may­acaq. Qi­tə bi­rinci­liyi həm də Azər­baycan gim­nast­la­rı­nın par­laq çı­xı­şı ilə yad­daş­lar­da iz bu­ra­xacaq.



MƏSLƏHƏT GÖR:

666