25 Noyabr 2024

Bazar ertəsi, 12:49

TUR-SƏRGİ

Azərbaycana əcnəbi turist axınının 70-80% artacağı gözlənilir

Müəllif:

09.04.2013

Son illər Azərbaycanda turizm sektorunun dinamik inkişafı bu sahənin yerli iqtisadiyyatının enerji, aqrar, nəqliyyat, informasiya kimi sahələrilə eyni sırada dayanmasına imkan yaradıb. Ötən həftənin sonunda başa çatmış «AITF-2013» XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi də ölkənin bu sahədəki inkişafını nümayiş etdirib. Baku Expo mərkəzində keçirilmiş regionun ən böyük forumu çərçivəsində “HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçirilib.

 

Bu gün güclü informasiya dəstəyi - beynəlxalq turizm konfransları və sərgiləri olmadan turizmin müasir səviyyədə inkişafını təsəvvür etmək mümkün deyil. Azərbaycan üçün turizm sərgilərinin əhəmiyyətini ölkə rəhbərliyinin bu sahəyə diqqəti də təsdiqləyir. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu il də AITF sərgisilə tanış olublar. Qeyd etmək lazımdır ki, bu il turizm forumunda iştirakçı ölkələrin sayı xeyli artıb, iştirakçı ölkələrin coğrafiyasında da ciddi artım qeydə alınıb. Bakıya 35 ölkədən 60 turizm istiqamətini təmsil edən 251 şirkət gəlmişdi. Ekspozisiyaların təxminən 20% artımı xarici turizm şirkətlərinin və bu profilə aid beynəlxalq təşkilatların bizim turizm bazarımıza marağının artdığını, ən başlıcası isə əcnəbi turist axınının gücləndiyini göstərir.

«Ötən il görülmüş tədbirlər ölkəmizə rekord sayda - 2,5 milyon xarici vətəndaşın gəlməsinə səbəb olub. Onların 1,9 milyonu turist kimi gəliblər. Bununla da, ötən il ölkəyə xarici turist axını 2011-ci illə müqayisədə 16% artıb», - deyə AITF-2013-ün açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib: «Turizm sənayesindəki güclü inkişafı nəzərə alsaq, yaxın 5-6 ildə ölkəmizə xarici turist axınının 70-80% artacağını proqnozlaşdırırıq». Nazir prosesə əlavə stimul kimi bu günlərdə istifadəyə verilmiş elektron viza sistemini göstərib. Onun sözlərinə görə, «indi Azərbaycana gəlmək arzusunda olanlar bütün viza məsələlərini tez bir zamanda və məsafədən həll edə bilərlər». 15 günlük viza almaq xarici vətəndaşlara 26 dollara başa gələcək.

Builki sərgidə Çernoqoriya, Tunis, Kanada, Mərakeş, Monakodan olan turoperatorlar debüt edib. Cənub-Şərqi Asiya ölkələrindən olan stendlərin sayının ciddi şəkildə artmasını da AITF-2013-ün fərqli cəhəti kimi göstərmək olar: İndoneziya, Mavrikiya, Malayziya, Seyşell, Tailand və digər ölkələrdən olan şirkətlər sərgidə ekzotik istiqamətlər təqdim ediblər. Ənənəvi istiqamətlər arasında isə Türkiyə, Şimali Kipr, Gürcüstan, Çexiya, Slovakiya, BƏƏ-ni göstərmək olar.

Həmişə olduğu kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin stendində bu dəfə də daxili turizm seqmentləri nümayiş etdirilib. Fəal istirahət sahəsində yeni məhsullar və istiqamətlər isə ölkənin aparıcı özəl turizm firmaları, istirahət zonaları və sanatoriyaları tərəfindən nümayiş olunub.

Yerli iştirakçıların ekspozisiyalarının bir hissəsi Azərbaycanın 22 regionunun stendində nümayiş etdirilib. Maraqlıdır ki, Turizm ili və «Eurovision» mahnı müsabiqəsinin keçirildiyi 2012-ci il xarici turistlərin ölkənin regionlarına cəlbi sahəsində kifayət qədər məhsuldar olub. Demək olar ki, bütün regionlarda 10-12%-lik turist artımı müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyi isə ayrı-ayrı perspektivli regional istiqamətlər üzrə proqramlar hazırlayır. Xüsusilə şimal regionlarının turizm potensialının inkişafı üzrə Dövlət Proqramı hazırlanır. O, Quba, Xaçmaz və Şabranı əhatə edir. «Ölkənin regionlarında turizm sahəsindəki hazırkı vəziyyətə nəzər salsaq, görərik ki, əvvəllər regionlarda, xüsusilə oradakı mehmanxanalarda normal sanitar şərait belə yox idisə, indi hər bir regionda beynəlxalq standartlara cavab verən xeyli sayda mehmanxana var», - deyə Ə.Qarayev qeyd edib. Yerli istirahət infrastrukturunun inkişaf templəri kifayət qədər ciddidir : bu gün ölkədə 510 mehmanxana və qonaq evi tipli obyekt var. Son 5 ildə onlarda yerlərin sayı 3 dəfə artaraq 35 minə çatıb. Ötən ilin sonunda Şahdağ dağ xizəyi turizm kompleksində obyektlərin bəziləri işə salınıb. Geridə qalmış 2 il ərzində məşhur brendlərə aid 6 beşulduzlu mehmanxana istismara verilib, bu ilin ikinci yarısında isə daha bir belə mehmanxananın istifadəyə veriləcəyi gözlənilir. Bu il yerli mehmanxana biznesinin daha bir uzunmüddətli trendinin əsası qoyulub - baha olmayan üçulduzlu mehmanxanaların kütləvi inşasına start verilib. «Mədəniyyət və Turizm Nazirliyi lazımi normativ sənədləri hazırlayıb və prioritet regionları müəyyənləşdirib. Orada büdcə mehmanxanalarının inşası əksini tapıb və bu tövsiyələr artıq sahibkarlara təqdim edilib», - deyə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev R+ jurnalına açıqlamasında bildirib: «Məsələn, Bakıda artıq üç üçulduzlu mehmanxananın inşasına başlanılıb. Birinci Avropa Olimpiya Oyunları ərəfəsində - 2015-ci ilin ortalarında paytaxtda 6 belə obyektin istifadəyə verilməsi nəzərdə tutulur».

Müasir turizm infrastrukturunun inkişafı daxili və xarici turist axınının artırılması üçün əsas şərtdir. Ötən il ölkədə istirahət edən əcnəbi turistlərin sayı 16% artıb və bu ilin sonuna da bu qədər artım gözlənilir.

Azərbaycan postsovet məkanında və uzaq xariclə turist mübadiləsinin intensivləşdirilməsi məqsədilə dövlətlərarası əlaqələrin genişləndirilməsində maraqlıdır. Xüsusilə AITF-2013 çərçivəsində Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyi ilə məhsuldar danışıqlar aparılıb, iki ölkənin turizm biznesinin nümayəndələri arasında əməkdaşlıq memorandumları imzalanıb, Bakıda Krım kurort-turizm şirkətinin daimi nümayəndəliyi açılıb. Ötən ilki məlumata görə, Krımda 20 minədək Azərbaycan vətəndaşı istirahət edib. Onların 70%-i yarımadanın sanatoriya-kurort imkanlarından yararlanıb. Krım muxtariyyəti ilə əlaqələr zamanı, güman ki, balneoloji seqment əsas istiqamət kimi götürülüb. Bununla yanaşı, Azərbaycan Ukraynadan revers turist axınının təşkilinə də maraq göstərib. O, alternativ kimi unikal müalicəvi nefti olan Naftalanın imkanlarını təklif edib.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm sektorunun Avropa məkanına inteqrasiyasına da çalışır: AITF-2013-ün gedişində Avropa İttifaqının «Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yanında Turizm şöbəsinin potensialının artırılması» twinning-layihəsinin təqdimatı olub. 15 aylıq bu layihəni Litvanın Dövlət Turizm Departamenti və Avstriyanın Federal Təchizat Agentliyi reallaşdıracaq. 4 komponentdən ibarət layihə səyahət və turizm sahəsində rəqabət indeksi üzrə Azərbaycanın mövqeyinin yüksəldilməsinə kömək edəcək, yeni dövlət və qeyri-dövlət investisiyalarının cəlbinə yol açacaq, ilk növbədə, Avropadan turizm axınına, bu sahədən gəlirlərin artımına imkan yaradacaq. TUR-SƏRGİ Azərbaycana əcnəbi turist axınının 70-80% artacağı gözlənilir Ənvər MƏMMƏDOV Bakı Son illər Azərbaycanda turizm sektorunun dinamik inkişafı bu sahənin yerli iqtisadiyyatının enerji, aqrar, nəqliyyat, informasiya kimi sahələrilə eyni sırada dayanmasına imkan yaradıb. Ötən həftənin sonunda başa çatmış «AITF-2013» XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi də ölkənin bu sahədəki inkişafını nümayiş etdirib. Baku Expo mərkəzində keçirilmiş regionun ən böyük forumu çərçivəsində “HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçirilib. Bu gün güclü informasiya dəstəyi - beynəlxalq turizm konfransları və sərgiləri olmadan turizmin müasir səviyyədə inkişafını təsəvvür etmək mümkün deyil. Azərbaycan üçün turizm sərgilərinin əhəmiyyətini ölkə rəhbərliyinin bu sahəyə diqqəti də təsdiqləyir. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu il də AITF sərgisilə tanış olublar. Qeyd etmək lazımdır ki, bu il turizm forumunda iştirakçı ölkələrin sayı xeyli artıb, iştirakçı ölkələrin coğrafiyasında da ciddi artım qeydə alınıb. Bakıya 35 ölkədən 60 turizm istiqamətini təmsil edən 251 şirkət gəlmişdi. Ekspozisiyaların təxminən 20% artımı xarici turizm şirkətlərinin və bu profilə aid beynəlxalq təşkilatların bizim turizm bazarımıza marağının artdığını, ən başlıcası isə əcnəbi turist axınının gücləndiyini göstərir. «Ötən il görülmüş tədbirlər ölkəmizə rekord sayda - 2,5 milyon xarici vətəndaşın gəlməsinə səbəb olub. Onların 1,9 milyonu turist kimi gəliblər. Bununla da, ötən il ölkəyə xarici turist axını 2011-ci illə müqayisədə 16% artıb», - deyə AITF-2013-ün açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib: «Turizm sənayesindəki güclü inkişafı nəzərə alsaq, yaxın 5-6 ildə ölkəmizə xarici turist axınının 70-80% artacağını proqnozlaşdırırıq». Nazir prosesə əlavə stimul kimi bu günlərdə istifadəyə verilmiş elektron viza sistemini göstərib. Onun sözlərinə görə, «indi Azərbaycana gəlmək arzusunda olanlar bütün viza məsələlərini tez bir zamanda və məsafədən həll edə bilərlər». 15 günlük viza almaq xarici vətəndaşlara 26 dollara başa gələcək. Builki sərgidə Çernoqoriya, Tunis, Kanada, Mərakeş, Monakodan olan turoperatorlar debüt edib. Cənub-Şərqi Asiya ölkələrindən olan stendlərin sayının ciddi şəkildə artmasını da AITF-2013-ün fərqli cəhəti kimi göstərmək olar: İndoneziya, Mavrikiya, Malayziya, Seyşell, Tailand və digər ölkələrdən olan şirkətlər sərgidə ekzotik istiqamətlər təqdim ediblər. Ənənəvi istiqamətlər arasında isə Türkiyə, Şimali Kipr, Gürcüstan, Çexiya, Slovakiya, BƏƏ-ni göstərmək olar. Həmişə olduğu kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin stendində bu dəfə də daxili turizm seqmentləri nümayiş etdirilib. Fəal istirahət sahəsində yeni məhsullar və istiqamətlər isə ölkənin aparıcı özəl turizm firmaları, istirahət zonaları və sanatoriyaları tərəfindən nümayiş olunub. Yerli iştirakçıların ekspozisiyalarının bir hissəsi Azərbaycanın 22 regionunun stendində nümayiş etdirilib. Maraqlıdır ki, Turizm ili və «Eurovision» mahnı müsabiqəsinin keçirildiyi 2012-ci il xarici turistlərin ölkənin regionlarına cəlbi sahəsində kifayət qədər məhsuldar olub. Demək olar ki, bütün regionlarda 10-12%-lik turist artımı müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyi isə ayrı-ayrı perspektivli regional istiqamətlər üzrə proqramlar hazırlayır. Xüsusilə şimal regionlarının turizm potensialının inkişafı üzrə Dövlət Proqramı hazırlanır. O, Quba, Xaçmaz və Şabranı əhatə edir. «Ölkənin regionlarında turizm sahəsindəki hazırkı vəziyyətə nəzər salsaq, görərik ki, əvvəllər regionlarda, xüsusilə oradakı mehmanxanalarda normal sanitar şərait belə yox idisə, indi hər bir regionda beynəlxalq standartlara cavab verən xeyli sayda mehmanxana var», - deyə Ə.Qarayev qeyd edib. Yerli istirahət infrastrukturunun inkişaf templəri kifayət qədər ciddidir : bu gün ölkədə 510 mehmanxana və qonaq evi tipli obyekt var. Son 5 ildə onlarda yerlərin sayı 3 dəfə artaraq 35 minə çatıb. Ötən ilin sonunda Şahdağ dağ xizəyi turizm kompleksində obyektlərin bəziləri işə salınıb. Geridə qalmış 2 il ərzində məşhur brendlərə aid 6 beşulduzlu mehmanxana istismara verilib, bu ilin ikinci yarısında isə daha bir belə mehmanxananın istifadəyə veriləcəyi gözlənilir. Bu il yerli mehmanxana biznesinin daha bir uzunmüddətli trendinin əsası qoyulub - baha olmayan üçulduzlu mehmanxanaların kütləvi inşasına start verilib. «Mədəniyyət və Turizm Nazirliyi lazımi normativ sənədləri hazırlayıb və prioritet regionları müəyyənləşdirib. Orada büdcə mehmanxanalarının inşası əksini tapıb və bu tövsiyələr artıq sahibkarlara təqdim edilib», - deyə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev R+ jurnalına açıqlamasında bildirib: «Məsələn, Bakıda artıq üç üçulduzlu mehmanxananın inşasına başlanılıb. Birinci Avropa Olimpiya Oyunları ərəfəsində - 2015-ci ilin ortalarında paytaxtda 6 belə obyektin istifadəyə verilməsi nəzərdə tutulur». Müasir turizm infrastrukturunun inkişafı daxili və xarici turist axınının artırılması üçün əsas şərtdir. Ötən il ölkədə istirahət edən əcnəbi turistlərin sayı 16% artıb və bu ilin sonuna da bu qədər artım gözlənilir. Azərbaycan postsovet məkanında və uzaq xariclə turist mübadiləsinin intensivləşdirilməsi məqsədilə dövlətlərarası əlaqələrin genişləndirilməsində maraqlıdır. Xüsusilə AITF-2013 çərçivəsində Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyi ilə məhsuldar danışıqlar aparılıb, iki ölkənin turizm biznesinin nümayəndələri arasında əməkdaşlıq memorandumları imzalanıb, Bakıda Krım kurort-turizm şirkətinin daimi nümayəndəliyi açılıb. Ötən ilki məlumata görə, Krımda 20 minədək

Azərbaycan vətəndaşı istirahət edib. Onların 70%-i yarımadanın sanatoriya-kurort imkanlarından yararlanıb. Krım muxtariyyəti ilə əlaqələr zamanı, güman ki, balneoloji seqment əsas istiqamət kimi götürülüb. Bununla yanaşı, Azərbaycan Ukraynadan revers turist axınının təşkilinə də maraq göstərib. O, alternativ kimi unikal müalicəvi nefti olan Naftalanın imkanlarını təklif edib.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm sektorunun Avropa məkanına inteqrasiyasına da çalışır: AITF-2013-ün gedişində Avropa İttifaqının «Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yanında Turizm şöbəsinin potensialının artırılması» twinning-layihəsinin təqdimatı olub. 15 aylıq bu layihəni Litvanın Dövlət Turizm Departamenti və Avstriyanın Federal Təchizat Agentliyi reallaşdıracaq. 4 komponentdən ibarət layihə səyahət və turizm sahəsində rəqabət indeksi üzrə Azərbaycanın mövqeyinin yüksəldilməsinə kömək edəcək, yeni dövlət və qeyri-dövlət investisiyalarının cəlbinə yol açacaq, ilk növbədə, Avropadan turizm axınına, bu sahədən gəlirlərin artımına imkan yaradacaq.



MƏSLƏHƏT GÖR:

625