
ETİBARLITƏRƏFDAŞ
Prezİdent İlham Əlİyev: "Davos İqtİsadİ forumunun bakida keçİrİlməsİ dünya İctİmaİyyətİnİn Azərbaycanin İqtİsadİ naİlİyyətlərİnİ tanimasi deməkdİr"
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Azərbaycanın iqtisadi və siyasi sahələrdəki uğurlan bir daha etiraf olundu - Britaniyanın "The Business Year" jumalı prezident İlham Əliyevi "İlin adamı" elan etdi.
Dövlət başçısı bu ada son illər dinamik inkişaf edən Azərbaycanın beynəlxalq geosiyasi proseslərdə fəal iştirakına, respublikanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və sabitliyin təmininə töhfəsinə, müxtəlif sahələrdə vacib beynəlxalq forumlar keçirdiyine ve saire göre layiq görülüb.
Cənubi Qafqaz iqtisadiyyatının 80%-i
Prezident İlham Əliyev jumala müsahibəsində Azərbaycanın inkişafından danışıb, ictimai-siyasi, sosialiqtisadi sahələrde qarşıda duran planlardan söz açıb.
İ.Əliyev bildirib ki, ötən 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, ölkədə müasir sosialiqtisadi infrastruktur yaradılıb, iqtisadiyyatın diversifikasiyası və qeyri-nefit sektorunun dinamik inkişafı təmin olunub.
Prezident 2005-2009-cu illərdə iqtisadi inkişaf templərinə göre Azərbaycanın dünyada lider olduğunu, iqtisadiyyatda keçid dövrünü geridə qoyduğunu söyləyib. İ.Əliyevin sözlərinə görə, bu, əsas diqqətin ölkənin neftdən asılılığmın azaldılmasına yönəldilməsinə imkan verib. "Son 3 ilin dinamikası göstərir ki, buvezifənin öhdesindən layiqince gelinib", - deyə İ.Əliyev qeyd edib.
Prezident deyib ki, bezi dövletlərdə, məsələn, Ermənistanda dövlət borcu ÜDM-in 50%-nə yaxınlaşırsa, vəziyyətin daha da pisləşməsi ehtimalı yüksəkdirsə, Azərbaycanda dövlət borcu ÜDM-in cəmi 7-8%-i həddindədir. Bu, dünyada ən aşağı göstəricilərdən biridir.
Bu gün Azərbaycan iqtisadi potensialı baxımından regionun lideridir və onun Cenubi Qafqazın iqtisadiyyatmdakı payı 80%-dən çoxdur.
"Öten il dünyanın reytinq agentlikləri - Fitch, Moody's, Standard & Poor's əksər inkişaf etmiş ölkələrin kredit reytinqini azaldıb, bizim ölkəmizin reytinqini isə artırıb. Azərbaycan BMT-nin İnkişaf Proqramının hesabatma esasen, "yüksek insan inkişafı" ölkələri qrupuna yüksəlib. Ümumdünya İqtisadi Forumunun "Qlobal rəqabət qabiliyyəti hesabatı"nda ölkəmiz 46-cı, MDB məkanı üzrə ise 1-ci pillededir. Bu il Davos İqtisadi Forumnnun Azərbaycanda keçirilməsi haqda qərar qəbul edilib. Bu, dünya ictimaiyyətinin ölkəmizin iqtisadi nailiyyətlərini etiraf etməsi deməkdir", - deye İlham Əliyev bildirib.
Prezidentin sözlerine göre, bu illər ərzində ölkənin enerji təhlükəsizliyi tam təmin olunub, üstəlik Azərbaycan həm regionda, həm də Avropada eneıji təhlükəsizliyinin təminində ciddi rola malik ölkəyə çevrilib. Bəzi Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40%- dək artıb. Müəllifl Azərbaycan olan, Türkiyə ilə birgə reallaşdırılan TANAP layihəsinin işə düşməsindən sonra, yəni 2017-ci ildə ölkənin Avropanın təbii qaz bazarında rolu daha da artacaq.
Azərbaycanm ilk süni telekommunikasiya peykinin kosmosa buraxılması da ölkənin iqtisadi qüdrətinin göstəricisi sayıla bilər. Bu, respublikanın kosmik klubun üzvünə çevrilməsinə imkan yaradıb. 2015 və 2016-cı illərdə kosmosa daha 2 peykin buraxılması da nəzərdə tutulur.
Dialoq və əməkdaşlıq
Prezident bildirib ki, iqtisadi sahədə əldə olunmuş uğurlar sosial məsələlərin həllinə, ordunu Cənubi Qafqazın ən güclü ordusu səviyyəsinə çatdırmağa imkan verir. Bu isə 20%-i işğal altında olan bir ölkə üçün çox vacibdir. Sosial siyasətdəki uğurlar arasında İ.Əliyev regionda genişmiqyaslı layihələrin reallaşdırılmasını göstərib və bu layihələrin gerçəkləşdirilməsi nəticəsində paytaxtla regionlar arasındakı uçurumun aradan qaldırıldığını söyləyib. O, ölkədə 2500-dən artıq məktəbin, yüzlərlə səhiyyə binasının, idman komplekslərinin tikildiyini, müntəzəm olaraq əməkhaqqı və sosial müavinətlərin artırıldığım bildirib. Eyni zamanda 2012-ci ildə Azərbaycanda sovet dönəmindən banklarda qalmış müavinətlərin ödənilməsinə başlanılıb. Bu pullar post-sovet məkanında yalnız Azərbaycanda qısa müddetde ve yüksek emsalla qaytanlır.
Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq insanın həyat şəraitinin yaxşılaşdınlması sahəsində də əhəmiyyətli işlər görülüb: "2004-cü ildən məcburi köçkünlərin problemlərinin həlli üçün ciddi tedbirler görmeyə başlamışıq. Arxada qalan dövrdə bütün çadır şehercikleri leğv olunub, 77 müasir qəsəbə salınıb, yüz minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb".
Sivilizasiyalararası dialoqun mərkəzi
Ölkənin siyasi meydanda da ciddi uğurları var. BMT TŞ-yə üzv seçilməyi buna misal göstermək olar. Azərbaycanın TŞ-nin üzvü seçilməsi müsteqillik illerinde ölkenin dayanıqlı inkişafına, dünyada qazandığı hörmətə və qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymətdir.
Qonşu ölkelerlə qarşılıqlı münasibətlərə toxunan İ.Əliyev Türkiyə ile Rusiyanı xüsusi qeyd edib. O, son illər Azərbaycanın təşəbbüsü ilə reallaşdınlmış layihələrin Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini artırdığını, onun Avropanın enerji təhlükəsizliyinin təminindəki rolunu gücləndirdiyini söyləyib. İlham Əliyev hazırda Azərbaycanın Türkiyədə neftkimya və neft emalı kompleksi inşa etdiyini, layihənin dəyərinin 17 milyard dollar olduğunu bildirib.
Rusiya ilə isə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Siyasi dialoq, humanitar əməkdaşlıq, iqtisadi əlaqələrin gücləndirilməsi ve sair bu münasibetlərin vacib elementləridir. "Rusiya, ilk növbədə, bizim kend təserrüfatı mehsullanmız üçün vacib bazardır. Hazırda Rusiyada daşınmaz əmlaka və nəhəngkommersiya strukturlannın səhmlərinə investisiyalan artırmağa başlamışıq. Azərbaycan şirketləri Rusiyada kənd təsərrüfatı məhsullarının email ile meşğul olur", - deye I.Əliyev qeyd edib. Ümumilikdə dövlət başçısı Azərbaycanın regionin digər ölkələri ilə də mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirdiyini söyləyib.
Azərbaycan artıq sivilizasiyala rarası dialoq, multikulturalizm mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olımduğu məkana çevrilib. 2011-ci ildə Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin qalibi olub, bununla da, bütün dünyaya nə qədər güclü potensiala malik olduğunu nümayiş etdirib.
Növbəti hedəf 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının layiqince teşkilidir. İlham Əliyev Olimpiya oyunlarına hazırlığın, adoten, 6-7 il çəkdiyini, Azərbaycanın isə bunun üçün 2 il vaxtının olduğunu qeyd edib: "Əminliklə deyə bilərəm ki, 2015-ci ilədək I Avropa Olimpiya Oyunlanna hazırlıqla bağlı bütün infrastruktur, təşkilati-texniki məsələlər həllini tapacaq".
Etibarlı tərəfdaş
NATO-nun baş katibi Anders Foq Rasmussen və Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey də "The Business Year" jurnalına Azərbaycanla əməkdaşlıq və ölkənin dünyadakı yeri haqda fikirlərini bildiriblər.
NATO-nun baş katibi bildirib ki, Şimali Atlantika Alyansı və Azərbaycan son zamanlar terefdaşlığın dərinləşdirilməsi istiqamətində vacib addımlar atıblar. "Azərbaycan NATO-nun vacib tərəfdaşıdır. Biz birlikdə çox şeyə nail olmuşuq. Uzunmüddətli terəfdaş münasibətle rimizi, siyasi dialoqu və praktiki əməkdaşlığı daha da gücləndirmək üçün imkanlanmız var", deyə Rasmussen qeyd edib.
"Trend" agentliyinin məlumatına görə, baş katib bu tərəfdaşlığı Azərbaycanda apanlan, xüsusile müdafıe sahəsində həyata keçirilən islahatların da dəstəklədiyini söyləyib. O, bildirib ki, Azərbaycanda müasir silahlı qüwələr inkişaf etdirilir, bu isə təhlükəsizlik sahesindəki müasir çağınşlara cavab verir. Rasmussen Azərbaycan Silahlı Qüvvələrinin çoxmillətli əməliyyatlarda vacib rol oynamaq iqtidarında olduğunu da vurğulayıb.
Bununla yanaşı, baş katib regionun ewəlkitek ciddi təhlükesizlik prolemlərilə üzləşdiyini bildirib: "Azərbaycanın çətin qonşulan var və Dağlıq Qarabağ münaqişəsi ən gərgin regional münaqişə olaraq qalır. Bu vəziyyətdən çıxmağın yeganə yolu dialoq, kompromis və eməkdaşlıqdır. NATO təşkilat olaraq bu münaqişənin həlli prosesində birbaşa iştirak etmir və biz tərəflərdən hər hansmın yanında deyilik. Lakin Minsk prosesine, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərə desteyimizi davam etdireceyik".
Avropa İttifaqının rəhbəri Herman van Rompey isə hesab edir ki, Azərbaycan bir çox münasibətlərdə unikal dövlətdir. "Azərbaycan əsrlər boyu İpək yolundan tutmuş, hazırkı enerji boru xetlerinedek tranzit dehlizi olub. Bu, əsrlər boyunca ölkəde cəmiyyətin açıqlığına səbəb olub və burada çoxsaylı etnik və dini icmalar dost şəraitində yaşayıblar", - deyə Rompey qeyd edib. Onun sözlərinə göre, Aİ Azerbaycana enerji sahəsində strateji terefdaş kimi baxır və "Cənub qaz dəhlizi" layihəsini, həmçinin layihəyə cəlb olunmuş bütün ölkələrə faydalı olacaq Transxəzər qaz kəməri layihəsini də birmənalı şekilde dəstəkleyir. Bir sözle, Azərbaycanın sabit sosial-iqtisadi inkişafi, onun regionun və dünyanın siyasi arenasmda getdikcə artan rolu, möhkəm və dost münasibətləri, planlaşdınlan və reallaşdınlan transmilli layihələr, ölkenin gelecekde beynelxalq seviyyede özünü tam temin edən ve bərabərhüquqlu tərəfdaş kimi tanmmasına şərait yaradır.
MƏSLƏHƏT GÖR: