14 Mart 2025

Cümə, 22:43

ELECTRONIC ARTS - XXI ƏSRIN INCƏSƏNƏTI

Hərə bir yerdə, bəzi rəssamlar isə smartfonlarda rəsm çəkir

Müəllif:

19.03.2013

İndi rəsmi yalnız karandaş, fırça və ya boyalarla deyil, həm də yeni IT-texnologiyaların yardımı ilə çəkmək mümkündür.  Kətan əvəzinə, məsələn, mobil telefon ekranını, planşet ilə istifadə etmək olar, fırçanı isə sensor karandaş əvəz edəcək. Hər şey sizin fantaziyadan və rəsm qabiliyyətinizdən asılıdır. İncəsənətin yeni növü olan "e-Art" və ya "Digital Arts" -  informasiya-kommunikasiya və media texnologiyalarının vasitəsilə yaradılan elektron incəsənət hazırda bütün dünya üzrə öz populyarlığının zirvəsindədir. İnternetdə artıq  elektron rəssamların birlikləri yaranıb ki, onlar əsl incəsənət əsərləri ortaya qoya bilirlər. 

Çoxfunksiyalı  planşet kompüterlər çox tez-tez təsviri incəsənətdə istifadə edilir və bu, təsadüfi deyil! Düzdür, bu cür planşetdə rəsmi ya barmaqla, ya da stilusla çəkmək mümkündür, kompüter "siçan"ından istifadə etmək olar ki, o da həmişə mümkün olmur. Gerçək rəssama isə fırça tələb edilir, baxmayaraq ki, onun "inci"si elektron təsvirdir///... Məhz bu incəsənət əsərlərinin elektron olması səbəbindən internet layihəçiləri bu qeyri-adi hadisəni patentləşdirərək yetkin rəssamlar üçün möcüzə yaradıblar. Elektron fırça kimi innovasiya planşet də gerçək kağız üzərində boyalarla olduğu kimi rəsm çəkməyə imkan verir. Fırçanın işçi hissəsi xüsusi düzəldilmiş sintetik tellərdən - ötürücü naqillərdən yararlanmaqla yerinə yetirilib. "Elektron" fırçanın planşet üzərində qalan çalarları rəssamın kətan üzərinə atdığı çalarlara çox bənzərdir.  Xovlar fırçanın dəstəyinin ucuna qoşularaq onu uzada bilən xüsusi qapaqla qoruyur. 

Silikon örtüklü, kiçik ikitərəfli fırça uzunluğu 11,5 sm.-ə qədər çatır. Xüsusi örtük fırçanın rəssamın əlindən çıxmasına imkan vermir. 

Bundan başqa, xüsusi qarmaqlar bu gözəl ixtiranı stilus kimi də işlətməyə imkan yaradır. "iPad"da rəsm üçün nəzərdə tutulan "Sensu Brush" fırçası əslində adi fırçanın prototipidir. Rəsm üçün "Wacom" şirkəti tərəfindən işlənmiş texnologiya ilə işləyən peronun istifadə edildiyi yeni smartfonlardan biri də rəsm üçün yarayır. Bu cür stilus yetərincə mürəkkəb qurğudur: içində kiçik radioelement platası var, korpusunda funksiyalarını genişləndirən düymə var. Peronun "prujin"li  sonluğu basma qüvvəsini müəyyən etməyə imkan verir - bu xüsusiyyət rəsm proqramlarında da istifadə edilir :  xəttin qalınlığı dəyişir, rənglənmə intensivliyini də nəzarətdə saxlamaq olar. 

Yeni incəsənət növü Bakıya da gəlib. Gənclər rəsmlə getdikcə daha çox maraqlanmağa başlayıblar. Yeni incəsənət növünü mənimsəyən rəssamlardan biri olan Kamran Qasımzadənin sözlərinə görə, IT-nin yardımı ilə rəsmlə məşğul olmaq onda yeni və qeyri-adi hər şeyə maraq oyadıb. "Elektron rəsmlər öz qeyri-adi texnikası ilə məni maraqlandırıb - hər şey çəkmək olar. Əgər hər hansı bir element xoşunuza gəlmirsə, onu "silmək" və yenidən rəsm etmək olar. Burada əsəri dostla da paylaşmaq mümkündür, yəni bu virtual əsəri blutuzla ona da göndərə bilərsən. Mənə dostluq şarjları və portretləri çəkmək xoş gəlir.  Dostlarımın çoxunun telefonunda çəkdiyim fərdi portretlər var. Ümumiyyətlə, həmişə rəsm çəkmişəm. Uşaqlıqda valideynlərimdən xahiş edirdim ki, məni Tofiq İsmayılov adına Pionerlər Evindəki rəsm dərnəyinə qoysunlar. 9-cu sinifdə valideynlərimə bildirdim ki, orta məktəbdən sonra Əzim Əzimzadə adına məktəbə daxil olmaq istəyirəm.  Amma onda valideynlərim bunun əleyhinə getdilər, dedilər ki, rəssamlıqla çörək pulu qazana bilməzsən. Onda güzəştə getdim və Memarlıq-Tikinti Universitetini seçdim. Rəssamılıq sənətini buraxmadım. Əminəm ki, həmişə rəsm çəkəcəyəm. Fırçanı əlimə götürəndən sonra dünyada hər şeyi unuduram, bütün hisslərimi kətana və kağıza tökmək istəyirəm", - deyə o vurğulayır.

Ümumiyyətlə, Kamran hesab etmir ki, elektron rəssamlıq gələcəkdə kətanı, fırçaları və boyaları əvəz edə bilər. "İnsan həmişə nəsə yeni zirvəyə qalxmaq, öyrənmək və inkişaf etmək istəyir.  Bədii əsərlər, eləcə də gerçək rəssamların işləri həmişə qiymətləndiriləcək. Elektron əsərlərdə, hətta rənglər də fərqlidir. Gerçəklikdə olan kimi deyil.  Həddindən virtual və cansızdır. Boyalarla isə oynamaq, bu və ya  başqa detallara ayırmaq, onları daha qabarıq və real etmək olar. Yəni əsl incəsənət bütün vaxtlarda aktual olacaq!" - deyə rəssam vurğulayır.



MƏSLƏHƏT GÖR:

605