26 Dekabr 2024

Cümə axşamı, 17:08

KUKLALAR GECƏLƏR OYANIR

Bakının mərkəzində yerləşən mistik krallığın sakinləri necə yaşayırlar?

Müəllif:

06.05.2014

Bakı "Kuk­la" art-qa­le­rey­a­sı - bir il bun­dan əv­vəl Cə­nu­bi Qaf­qaz­da ya­ra­dıl­mış ilk və ye­g­a­nə mər­kəz­dir. Mər­kə­zi iki ba­kı­lı xa­nım - sə­nətşünas­lıq üzrə fəl­sə­fə dok­to­ru La­lə Ka­zı­mo­va ilə Mu­zey Mər­kə­zi və art-qa­le­rey­a­nın di­rek­to­ru Li­a­na Və­zi­ro­va kre­a­tiv şəkil­də in­kişaf et­di­rir­lər. Art-qa­le­reya ya­ran­dığı gününü Sankt-Pe­ter­burq rəs­sa­mı La­da Re­pi­na­nın şəx­si sə­rg­i­si ilə qeyd edir. Ötən ilin nə­ticə­lə­ri son də­rəcə də­rin tə­əssürat ya­ra­dır.

"Fə­al ya­ra­dıcı­lıq ili çox lay­iq­li nə­ticə­lər­lə ba­şa ça­tıb", - deyə Li­a­na Və­zi­ro­va bil­di­rir. - "Biz bu­ra­da bir ne­çə sə­rgi ke­çir­mi­şik - "Sul­ta­nın is­tək­li­si" (El­mi­ra Ab­bas­lı­nın şəx­si sə­r­g­i­si), "Mar­siy­an­say­ağı es­pres­so" (Pər­­viz Hüsey­nov, İri­na Qun­do­ri­na), art-qa­le­rey­a­nın fə­al iş­ti­ra­kı ilə Mu­zey Mər­kə­zi "Fu­si­on Doll" Ba­kı Bey­nəl­xalq Müəl­lif Kuk­la­la­rı Bi­en­na­le­si­ni keçi­rib. Təd­bir Mə­də­niyyət və Tu­rizm Na­zir­liy­i­nin də­s­təyi ilə baş tu­tub.  Ma­nej­də (Ru­siya) sə­rg­i­lə­nən "Kuk­la incə­sən­ti" IV Mos­k­va bey­nəl­xalq sə­rg­i­sin­də də iş­ti­rak et­mi­şik. Ya­xın plan­lar­da - Tal­lin­də kuk­la­la­rın bey­nəl­xalq sə­rg­i­sin­də işti­rak et­mək var. Bi­en­na­le yüksək təş­kil olun­muş sə­viyyə­də keç­di. "Kuk­la" art-qa­le­rey­a­nın ya­ra­dıl­ma­sın­da böyük öh­də­liyi La­lə Ka­zı­mo­va üzə­ri­nə götürüb. Bi­zim gö­zəl kol­lek­ti­vi­miz var və ümid edi­rəm ki, bir­lik­də nə­in­ki bu is­ti­qa­mə­tin in­ki­şa­fı üzrə bütün plan­la­rı­mı­zı ger­çək­ləş­di­rəcə­y­ik, həm də di­g­ər öl­kə­lə­rin mə­də­niyyə­ti­nə  uğur­lu şə­kil­də in­te­q­ra­siya edəcəy­ik. Azər­bayca­nın dünya ilə bö­lüşəcəyi və tə­əccüblən­di­rəcəyi nə isə var!"

- Yenə də... Niyə, məhz,  kuk­la­lar? Modaya verilən qiymətə görə?

- Da­ha  doğru­su, yu­xa­rı­dan pro­q­ram­laş­dı­rıl­mış nə isə...  Çünki Mu­zey Mər­kə­zin­də ke­çir­diy­i­miz sə­rg­i­lər çər­çi­və­sin­də iş­lər ara­sın­da  kuk­la­lar tez-tez pey­da ol­mağa baş­la­dı. Kuk­la­lar - incə­sə­nət pred­me­ti­dir. Və bu incə­sə­nət in­sa­nı çox çə­kir!

- Ma­dam Tüsso­nun mum fi­qu­r­­la­rı ha­q­da, bir növ, sir­rdo­lu eh­ti­ras­lı əh­va­lat­lar da­nı­şır­lar! Dey­i­lən­lə­rə gö­rə, on­lar öz­lə­ri­ni, xüsu­si­lə ax­şam­lar qə­ri­bə apa­rır­lar. Necə düşünürsünüz, bu "qor­xu­lu"  nağıl sa­dəcə pi­ar fən­di­dir?

- Bu ha­q­da da­nı­şacağı­mı­zı dü­şün­mürdüm. İn­di isə be­lə ol­du. Yax­­şı. Bil­mi­rəm, bu fənd­dir, ya yox, am­ma kuk­la­la­rın mühi­tin­də sir­li mə­qam­lar tez-tez baş ve­rir.

- Bu, nə­dir ki? Kuk­la­lar yer­lə­ri­ni dəy­i­şir­lər?

- Xeyr, la­kin elə hiss var ki, on­lar ye­nə də nə­sə edir­lər. Biz­də ge­cə­­lər də­fə­lər­lə si­qna­li­za­siya işə dü­şüb. Hət­ta olub ki, bir gecə­də 50 də­­fə!

- Bu "tə­x­ri­bat"da kuk­la­la­rı­nı­zı "şübhə­li" bi­lir­si­niz?

- "Şübhə­lən­mək" dey­il, am­ma eh­ti­mal edi­rəm ki, hər şey ola bi­lər. Kuk­la­lar­la iş­lə­mək həm ma­raq­lı, həm də çə­tin­dir. Hər bi­ri ilə əla­qə qur­ma­lı­san. Əla­qə yox­dur­sa, ... nə de­sən göz­lə­mək olar!

- Bəs, siz­də necə?

- Mə­nim kuk­la­lar­la çox gö­zəl müna­si­bə­tim var! On­lar mə­ni se­vir, mən də on­la­rı. Bir yer­də ol­maq bi­zə ra­hat­dır. Ka­bi­ne­tim­də hə­mi­şə ba­kı­lı rəs­sam­lar Pər­viz Hüsey­nov və İri­na Qun­do­ri­na­nın kuk­la­la­rı ya­şayır­lar. Bu işin sil­si­lə­si­ni ayır­maq ol­maz. Kuk­la­lar bir-bi­ri­lə san­ki qo­hum­luq əla­qə­lə­ri­nə ma­lik­dir­lər. On­lar mə­nə ta­ma­mi­lə fər­q­li mə­kan və za­man his­si bəxş edib­lər. La­kin bu­nu iz­ah et­mək mümkün dey­il. Bu­nu ancaq ya­şa­maq la­zım­dır. Əl­bət­tə ki, on­lar­la bir­lik­də ...

- Qa­le­rey­a­nın ya­ran­ma­sı gü­nündə nə üçün Sankt-Pe­ter­bur­q­dan olan rəs­sam La­da Re­pi­na­nın şəx­si qa­le­rey­a­sı nümay­iş et­di­ri­lir?

- Çünki bu gün gənc və çox ma­raq­lı rəs­sam La­da Re­pi­na­nın ek­s­po­zi­siy­a­sı­nı tə­q­dim et­mək­lə, ziy­a­rət­çi­lə­ri­mi­zə hə­diyyə bəxş et­mək is­təy­i­rik. Onun iş­lə­ri - sa­dəcə, pe­şə­karca­sı­na icra olun­muş kuk­la­lar dey­il. Bu, incə­sə­nət, te­atr dünya­sı­na ümu­miyyət­lə, həy­a­ta kon­sep­tu­al  ba­xış­dır.

Bu an elə gəl­di ki, Li­a­na Vəzi­r­o­va özü də tam re­al dey­il, nağıl per­so­na­jı­dır. Mə­sə­lən, kuk­la­lar hökm­­da­rı­dır. Necə? Hər za­man ədəb­li­dir. Hər za­man ya­ra­dıcı­lıq ax­ta­rı­şın­da­dır. Hə­mi­şə tam ha­zır­lıq­lı­dır: qa­dın ki­mi, pe­şə­kar ki­mi, in­zi­ba­ti şə­kil­də. Art-qa­le­rey­a­nın sa­hi­bə­si də be­lə ol­ma­lı­dır! Və san­ki xəy­a­lım­dan qa­çan bu fi­kir­lə­ri oxuy­a­raq, o, əla­və et­di:

- La­da­nın kuk­la­la­rı çox te­a­t­ral­dır­lar. On­lar bi­zim mə­ka­na yax­şı ya­ra­şır­lar. Ona gö­rə on­la­rın hər bi­ri üçün zə­ru­ri an­tu­raj, özünə­məx­sus de­ko­ra­siya ya­rat­maq mə­nim üçün çox vacib idi. La­da Re­pi­na­nın işin­dən 12 per­so­naj ilk ziy­a­rət­çi­lə­rin gəl­mə­si­nə çox təm­kin­lə re­ak­siya ver­di­lər. Bir an elə gəl­di ki, biz on­la­rın nə­za­kət­li ünsiyyə­ti­ni kə­s­dik! "Va­ris" əlin­də sı­xıl­mış uzun göv­də­li qı­zı­lgülü tə­b­rik je­s­ti ilə ha­vaya qal­dır­dı; "Ma­vi iy­nəcə ov­çu­su" əl to­ru­nun tu­tacağı­na qon­muş iy­nə­dən bir an­lıq nə­zə­ri­ni ayı­ra­raq, az qa­la, nə­zə­rə­çar­pacaq qə­dər gülümsə­di; "Sa­ray müğən­ni­si" zə­rifcə­si­nə çiy­in­­lə­ri­ni oy­nat­dı və gülümsə­di. İş­lər zal­da elə də­qiq bölünüb ki, qa­le­reya boy­unca gə­zər­kən, san­ki, hə­qi­qə­tən də, im­pe­ra­tor, kra­li­ça, va­ris və on­la­rın tə­bə­ə­lə­ri: alim- ilk kəşf edən­lər, müha­fi­zə­çi­lə­rin ol­duğu kral­lı­q­da, san­ki, gə­zir­sən. Kuk­la-per­so­naj­la­rın hər bi­ri özündə bu kral­lığın hüdud­la­rı çərçi­və­sin­də ay­rıca dra­ma­tik ta­ri­xi eh­ti­va edir­di. Bu­dur "La­bi­rint". Onu qə­ri­bə şə­kil­də giz­li və açıq pil­lə­kən aşı­rım­la­ra, as­ma körpülə­rə, ya­r­mar­ka­la­rın hör­mə ya­zı­sı­na,  müs­tə­vi­lə­rə trans­for­ma­siya olu­nan qa­dın vücu­du  ta­mam­layır. Qa­dın - sir­dir! Qa­dın - fit­nə­dir! Əv­vəlcə­dən heç ki­min bil­mə­diyi bi­ri­dir, çox­plan­lı­dır. La­kin bu öng­ö­rən­lik­də han­sı­sa eti­bar­lı tu­tar­lı­lıq var­dır. Ona gö­rə də ona xey­li bax­maq və onu re­al­lığın mümkün şək­li ki­mi süzmək  is­təy­ir­sən. "Re­g­i­na"ya bax­dığın ki­mi. Ətəy­i­nin "dir­sək­liy­in­də" - bütün kral­lığı, bütün ha­ki­miyyə­ti və sa­kit qə­tiyyə­ti cəm­lə­nib. Və ya - sa­ray mü­ğən­ni­si­nə bax­dı­q­da. Müəl­li­fin Şərq haq­qın­da tə­səvvürlə­ri­ni ümu­mi­ləş­di­rən, ərəb nağıl­la­rın­dan il­ham­lan­mış per­so­naj­dır. Əd­viyyə əti­ri­nin, qı­zıl pa­rıl­tı­sı­nın, cən­nət quş­la­rı nəğmə­si­nin, zə­ng­in sa­ray­la­rın təm­tə­rağı­nın və in­t­ri­qa­da sax­lay­an so­na qə­dər söy­lən­mə­mi­şin ro­man­ti­ka­sı­nın hiss olun­ma­sı ilə...

La­da  Re­pi­na dey­ir ki, Şərq - hə­mi­şə sehrli­dir, nağıl­dır, tap­maca­dır. Şərq hər za­man tap­maq is­tə­diy­in sir­dir.

- Bakını necə təsəvvür  edir­diniz?

- Heç göz­lə­mə­diy­im ki­mi. Bir çox rəs­sam­lar mə­nə dey­ir­di­lər ki, Ba­kı - nağıl­lar şə­hə­ri­dir. Onun necə gö­zəl və qey­ri-adi ol­duğu­nu, Ba­kıya gə­ləcəy­im üçün bəx­ti­min gə­tir­diy­i­ni dey­ir­di­lər. Fan­ta­ziya nə vaxtsa Şərq haq­qın­da oxu­duğum ki­tab­lar­dan il­ham­lan­mış rə­s­mi çə­kir­di. La­kin gör­düklə­rim ümu­miyyət­lə, heç cür tə­səvvürlə­rim­lə üst-üstə düşmə­di! Şə­hər Şərq və Av­ro­pa mo­tiv­lə­ri­nin qo­­vu­şuğun­da gö­zəl və məf­tu­ne­dici­dir. Çox müa­sir şə­hər­dir. İn­san­lar çox sə­mi­mi və meh­ri­ban­dır­lar. Ol­duqca qo­naq­pər­vər­dir­lər. Pe­ter­bur­q­lu­lar ünsiyyət za­ma­nı da­ha qa­pa­lı­dır­lar. Sa­ray müğən­ni­si­nə nə­zər sa­lar­kən, san­ki, bi­zə qu­laq asır­dı. Ümu­miyyət­lə, bu kuk­la-per­so­naj­lar, əs­lin­də, ol­duq­la­rı ki­mi dey­il­lər. Axı, rəs­sam­lar - yax­şı tə­x­ri­bat­çı­lar­dır­lar və heç ki­min ağlı­na be­lə gəl­məy­ə­cək nə isə kuk­la­nın da­xi­lin­də giz­lə­də bi­lir­lər. Və məhz bu "nə isə" hər bir işin güc üçün tə­ləyə çe­v­ril­mə­si­nə sə­bəb olur. Və bu­dur, ar­tıq siz bu kuk­la-per­so­naj­lar­dan  ay­rı­la bil­mir­si­niz. On­la­ra bax­dıqca bax­maq is­təy­ir­si­niz. Bə­zən­sə - göz­lə­ri­nə bax­­­maq, rəs­sa­mın giz­lət­diyi sir­ri oxu­maq ümi­di ilə ba­xır­sı­nız. Bu­ra­da nə giz­lən­diy­i­ni hər necə ol­sa da heç kim iz­ah edə bil­mir: rəs­sa­mın ener­ji vi­b­ra­siy­a­la­rı­nın xüsu­siyyət­lə­ri­dir­mi, dəy­i­şən emo­si­o­nal fon və əh­va­lın iz­lə­ri­dir­mi?! La­kin ver­siya var ki, kuk­la dağı­dıcı gücə də ma­lik ola bi­lər.

- La­da dey­ir ki, kuk­la­nı üzündən ya­rat­mağa baş­layır. - Bu jan­rda hə­lə iş­lə­məyə baş­lay­ar­kən (del ar­te kuk­la­lar se­riy­a­sı), on­la­rın ha­mı­sı­nın göz­lə­ri bağlı idi.  Sa­dəcə, on­la­rın bə­bək­lə­rin­dən qor­xur­dum. Za­man­la, bu, tə­bii ki, keç­di. Am­ma bu pro­se­s­də hə­qi­qə­tən sir­li nə­sə var.

- Si­zin­lə əsər­lə­ri­niz ara­sın­da an­ta­qo­nizm ya­ra­nıb­mı?

- Bə­li, olub. La­kin mən­dən nə­sə qo­pa­raq, kuk­laya heç də nik­bin xü­su­­siyyət­lər bəxş et­mə­dik­də, onu məhv edi­rəm. Kuk­la nik­bin­lik da­şı­ma­lı və yax­şı əh­val­da ol­ma­lı­dır. O, mən­dən də yax­şı ol­ma­lı­dır. Ona gö­rə də bu jan­rda iş­ləy­ən rəs­sam özün­­dən xey­li yax­şı ol­ma­lı­dır. Şübhə­siz.

Bu cür füsun­kar və is­te­dad­lı rəs­sam­dan ay­rıl­maq is­tə­mir­sən. Pər­viz  Hüsey­nov və İri­na Qun­do­ri­na ilə vi­da­laş­maq is­tə­mir­dim. Müəl­lif kuk­la­la­rı incə­sə­nə­ti­nə bu cür vu­rğ­un olan, bu cür meh­ri­ban və is­te­dad­lı in­san­lar­dan. Li­a­na Və­zi­ro­va­dan da ay­rıl­maq is­tə­mir­dim. San­ki o, kuk­la-per­so­naj­la­rın həy­a­tın­dan hə­lə çox şey­lər da­nı­şa bi­lər. Sir­li. Müəm­ma­lı. Qey­ri-adi mə­qam­lar. Ma­vi iy­nə­cik­lə­rin ov­çu­su­na son də­fə nə­zər sal­­dı­q­da, düz sözümdür, mə­nə elə gəl­di ki, o, gülümsəy­ə­rək, göz vu­rur! Bu­ra do­stlar­la gəl­mək la­zım­dır. Bir da­ha gəl­mək la­zım­dır!



MƏSLƏHƏT GÖR:

702