26 Dekabr 2024

Cümə axşamı, 16:52

UŞAQLAR MODA GEYİMLƏRİNDƏ

Azərbaycanın gənc dizaynerləri özlərini balaca qızlar üçün yüksək modada sınayırlar

Müəllif:

20.05.2014

Çətin ki, podium üzərində iftixarla yeriyən balaca qızlar rus klassikinin bu kəlamı ilə tanışdırlar. Onlar üçün bu, hələlik vacib də deyil. Əsas odur ki, yeni başlayan dizaynerlərin "Uşaq modası" mövzusunda yaratdıqlarını nümayiş etdirilməsi üçün tikilən paltarlarda onlar nə dərəcədə gözəl görünürlər. Gənc bakılı dizaynerlərin işlərinin nümayişi Rusiyada Azərbaycan "Mədəniyyət ili"nə həsr olunub. 

Tədbir, təxminən, bir il bundan əvvəl Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən "Sozvezdiye" gənclər klubunun üzvləri tərəfindən təşkil olunub. Tamaşaçıların və modelyer Fəxriyyə Xələfova, modelyer-dizayner, "Natəvan" qalereyasının direktoru Natəvan Əliyeva, Bakı Tikiş Fabrikinin geyim tikilməsi üzrə baş dizayneri Mətanət Zeynalova timsalında yüksək areopaqın qarşısında 17-35 yaş kateqoriyasından olan 10 yeni başlayan modelyer öz işlərini nümayiş etdirib. İşlər münsiflər heyəti tərəfindən iki nominasiya: "Milli ornamentlər" və "Müasir kostyum" üzrə qiymətləndirilirdi. 

 

Milli ornamentlər

İnsana geyim nə üçün lazımdır? Böyüklər deyərlər ki, məişət, sosial və estetik məqsədlər üçün gərəkdir. Balaca qızlar üçün isə gözəl əşyaları geymək, sadəcə, xoşdur, bundan daha çox isə onlar özlərini son dərəcədə gözəl hiss etməyi xoşlayırlar! Zövqü uşaqlıqdan gözəl əşyalara alışdırmaq - çox vacibdir. Geyim - insanların ünsiyyətində xüsusi bir dildir və onun necə gözəl, rahat və dəbdəbəli olması məsələsi insanların ağlını və rəssam-modelyerlərin fantaziyasını zəbt edib. Müasir həyat ritminin hissi bəxş edə biləcək və bu hissi bəxş edən də, lakin insana ümumi insan kütləsindən əlverişli şəkildə seçilməsi üçün onun fərdiliyini büruzə verməyən pret-a-porte üslubunda populyar geyimin bütöv sıraları yaradılır. Çünki geyim, həmçinin öz individuallığını bütün dünyaya tanıtdırmaq üçün bir vasitədir! 

Ornamentdən başqa qədimdən bəri dünyanın bu və ya digər yerlərində geyimə orijinallıq verən bir şey var idimi? Məsələn, inkaları, Tibetin, Hindistanın sakinlərini, britanları, slavyanları və ya oğuzları götürək. Mənzərə çox rəngarəng və cəlbedici alınacaq! Azərbaycan və Rusiya milli ornamentlərində qohumluq əlaqəsini, rəsmin etnik xüsusiyyətlərini qədim slavyanlar və oğuzlar tərəfindən gələn rəsmlər kimi nəzərdən keçirildiyi halda tapmaq çətindir. Yarpaq və güllərlə kiçik və iri bitkilər gur yaşıllıqla dolu düzənlikdə yaşayan insanlara xasdır, alovun işarəsi isə (buta) dağlıq və səhra sakinlərinə xasdır. Məhz, bu, etnik xüsusiyyətləri uşaqlar üçün geyim hazırlayan dizaynerlər öz işlərində istifadə etməyə çalışıblar. Bədii məqsəd - Azərbaycan və Rusiya xalqlarının mədəni ənənələrini humanitar başlıq altında mədəniyyət aksiyaya birləşdirilməsi idi. Bu nominasiya üzrə mükafat yerlərini üç nəfər tutub. 

Bu, ən gənc iştirakçı Bakı şəhəri 1 saylı məktəbin 10-cu sinif şagirdi Cəmilə Məlikovadır. O, münsiflər heyəti nöqteyi-nəzərindən uzun dama-dama ətək, ornamentli ağ manjetli köynək, əlavə önlüyü, çələng və üzərində qırmızı baş örtüyündən ibarət kompozisiyanı özündə birləşdirən ən gözəl etnik ansambl yaradıb. Münsiflər heyəti bu işə birinci yer verib və qalibi Rusiyanın Qızıl Dairəsi üzrə turist səyahəti vəsiqəsi ilə təltif edib.

İkinci yerə Dilarə Mehdiyeva layiq görülüb. O, ağ və mavi rənglərin qarışığından  qjel kimi bir paltar yaratmışdı. Bel və yaxa üzərində mavi rəngin izləri, ecazkar mavi quşun ətəklər üzərində qanad çalması bizi uşaqlıqda oxuduğumuz nağıllara aparır. Qızın tünd və açıq buraxılmış saçları üzərində ağ və mavi çobanyastığı güllərindən ibarət tac romantika hissi yaradaraq,  kompozisiyanı tamamlayırdı. 

Üçüncü yeri Pərviz Həsənov tutub. Onun balaca modelinin ətəyində çiçəklənən yonca gülünə bənzəyən nadir yumru qırmızı güllərlə, lif hissəsində isə həmin güllərin moruq-qırmızı rəng qamması ilə incə naxışlarla bəzədilmiş ağ rəngli paltarı nümayiş etdirilib. Saçlarını qızılgüllərdən, çiyinlərinə düşən ağ rəngli ipək qotazlardan hazırlanmış tac bəzəyib. Özünü şahzadə hiss etmək üçün 9- 10 yaşlı qıza bundan artıq nə lazımdır?

 

"Müasir  paltar"

İkinci nominasiyada münsiflər heyəti "Rusiya və Azərbaycan. İki xalqın dostluğu" konsepsiyasında dizayn tematikasını təklif edən rəssamların işlərini nəzərdən keçirib. Modelyer - dizaynerlər  münsiflər heyətinə hər iki ölkənin rəmzlərini əks etdirən bəzəkli geyimlərin müasir modellərini nəzərdən keçirməyi təklif ediblər. Bu nominasiyada da üç qalib müəyyən olunub. 

Birinci yerə İlahə Mirhüseynova layiq görülüb. O, boğazlıq və ətək hissəsində qızılı lentlə  köbələnmiş uzun qırmızı rəngli paltar təklif edib. Üstünə isə hər iki ölkənin dövlət bayraqlarının rəng qammasında hazırlanmış qısaqollu arxalıq pencək tikib. Kompozisiyanı isə kəmər tamamlayır. Qayışın piləyində hər iki ölkənin gerbləri əks olunub.

İkinci yer Əfsanə Zəhmətiyə nəsib olub. Onun işi Azərbaycan geyiminin ənənəvi üslubunda hazırlanıb. Bu, biçimi ilə dumanı xatırladan qısa ətəkdir; arxalıq (döş hissəsində yarıyumru kəsik olan yüngül pencək) və ağ rəngdə alt kofta (don). Kompozisiyanı araqçın baş geyimi tamamlayır. Onun rəngi arxalığın rəngi kimi xardalı-qızılı çalardadır. Gənc gözəl üçün əla ansambldır!

Üçüncü yerə isə Nadiyə Taziyeva layiq görülüb. O, çəhrayı-yaşıl  tonlarda rənglənmiş xırda bitkilərin naxışı ilə bəzədilmiş uzunqollu ağ rəngli qısa don təklif edib. Paltarın üzərində milli arxalıq üslubunda, lakin qolsuz gödəkcə olub. Gözəl və lətafətli! 

 

Dünyanı xilas edən gözəllik

Bayram uzun müddət davam edib və heç kim onun tamamlanmasını istəmirdi. Çünki demək olar ki, son on ildə ilk dəfəydi ki, bu qədər gənc modelyer-dizayner bir araya toplanmışdı. Onlar müasir uşağın dünyagörüşünə dair öz baxışlarını tamaşaçıların diqqətinə çatdırmaq, bir-biri ilə ünsiyyətdə olmaq, yaradıcılıq problemlərini müzakirə etmək və müasir modanın meyilləri barədə fikir mübadiləsi aparmaq üçün bir araya toplaşmışdılar.

Bu cür tədbirlərin, təkcə, "Sozvezdiye" klubu üçün deyil, digərləri üçün də ənənəyə çevrilməsi yaxşı başlanğıcdır. Lakin bu, öz yaradıcı qarşılıqlı əlaqələrini daimi peşəkar dialoqlara çevirmək istəyən modelyer-dizaynerlərin özləri üçün də ənənəyə çevrilməlidir. Qoy, bunlar bizim balaca bakılılar üçün bu cür moda yarışmasına çevrilsin!  Qoy, onlar geyim vasitəsilə estetik dünyaya alışaraq, bu dünyanın xoşbəxtlik, sülh və ruhi gözəlliyinin düsturuna çevirilməyi öyrənsinlər. O zaman dahi Çexovun dedikləri onlar üçün də  adi  reallıq olacaq. 

Çox xoşdur ki, geyim vasitəsilə dünyanı estetik cəhətdən gözəl formaya çevirməyə can atan modelyer -dizaynerlərin komandasında  Pərvin Həsənov adlı gənc var. Məyusedici amil odur ki, müəlliflərin maraqlar dairəsinə ancaq qızlar üçün paltar daxil olub. Halbuki oğlanlar da dəbli və gözəl görünmək istəyirlər. Bu, ilk baxışdan elə görünür ki, balaca oğlanlar üçün dəb maraqsız mövzudur. Fantaziyaya sahib olan rəssam üçün bu, sonsuz imkanlara yol açan bir sahədir! Bəlkə, bu, peşəkar dizaynerlər arasında yaradıcı dialoqun davam etdirilməsinə bir fürsətdir?  Yaxşı olardı ...



MƏSLƏHƏT GÖR:

574