Müəllif: Alyona MOROZ Bakı
İçməli su imkanı. Bu, çağdaş dünyanın ən kəskin problemlərindən biridir. Məsələnin ciddiliyini elə beynəlxalq təşkilatların məruzələrindən də görmək olar. Belə ki, BMT-nin proqnozlarına görə, 2015-ci ildə dünya əhalisinin üçdəikisi içməli su çatışmazlığı ilə üzləşəcək. Oradan bildirirlər ki, bu cür narahatlıq doğuran proqnoz daha çox iqlim dəyişkənliyi və nəticədə buzlaqların əriməsi ilə bağlıdır. Amma bu, qlobal miqyas üçündür. Bizdə nə baş verəcək? Bu problemin Azərbaycana dəxli varmı? Ən başlıcası, bizim ölkədə əhalinin içməli su ilə təmini üçün hansı tədbirlər görülür? Bu suallara cavab tapmağa çalışırıq.
Sutkalıq qrafik
Ondan başlayaq ki, bizim ölkədə su infrastrukturunun əsas hissəsi hələ keçən yüzilliyin 50-ci illərində qurulub. Razılaşın ki, bu, o qədər də ümidverici səslənmir və ona görə də narahat olmağa dəyər. Əgər su-ötürücü şəbəkə yetərnicə köhnəlibsə, onda hansı keyfiyyətli su təchizatından danışmaq olar?! Əslində, bu gün XXI əsr olmasına baxmayaraq, su təchizatı problemləri ilə biz paytaxt sakinləri də yaxından tanışıq.
Bununla yanaşı, milli su təchizatı operatoru "Azərsu" ASC əmin edir ki, bu gün yalnız paytaxtda deyil, bütün ölkədə su təchizatındakı problemlərin tezliklə aradan qaldırılmasına yönəlmiş tədbirlər gerçəkləşdirilir. Özü də bunun üçün bütün imkanlar var.
Birincisi, Azərbaycanın neft-qaz layihələrinin gerçəkləşdirilməsindən əldə etdiyi gəlirlər buna imkan verir. Fikrimizə misal kimi Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərini göstərmək olar, bu kəmərin tikintisi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına aparılıb. "Azərsu"da hesab edirlər ki, məhz OQB-nin hesabına artıq paytaxtın bir neçə rayonunda suyun qrafik üzrə gəlməsindən, həmçinin verilmə vaxtının artırılmasından danışmaq olar. Oğuz və Qəbələdən gələn su yeni ehtiyatlar yaratmağa imkan verdi. Bu, itkilər və suyun səmərəsiz istifadəsi, sayğacdan kənar istifadə və qeyri-leqal boru kəmərlərinin olduğu bir şəraitdə çox vacib idi.
Doğrudur, bu zaman operator qeyd edir ki, "eyni vaxtda paytaxtın su paylayıcı şəbəkəsinin yenidənqurulması üzrə işlər gerçəkləşdirmək gərəkdir". Prinsipcə, bu da edilir. "Azərsu" tərəfindən jurnalımıza daxil olan materiallardan belə görünür ki, artıq paytaxtın bir neçə rayonunda fasiləsiz su təchizatı barədə danışmaq olar.
"+160 Shimal" su anbarından çəkilmiş yeni su kəməri vasitəsi ilə artıq Bakının Bəniqədi və Nəsimi rayonlarında yerləşən mikrorayonlarda, həmçinin Azadlıq prospektində yaşayan 40 min abunəçi suyu bu rejimdə almağa başlayıb. "+110 Sharq" su anbarından E.Süleymanov küçəsi boyunca Bakıxanov qəsəbəsinə qədər uzanan daha bir su kəməri bu qəsəbənin, həmçinin "8-ci kilometr" yaşayış massivinin sakinlərinin bir hissəsini qrafiksiz su ilə sevindirib. Yeni xəttin çəkilməsi Sabunçu və Suraxanı rayonlarının su təchizatının keyfiyyətinə də müsbət təsir göstərib. Bütünlükdə, fasiləsiz rejimdə yeni boru kəməri Bakıxanov qəsəbəsinin 60 min sakinini fasiləsiz rejimdə su ilə təmin edib.
Su təchizatının ayrılmaz tərkib hissəsi kimi su anbarlarının vəziyyəti ilə bağlı suala "Azərsu"dan bildiriblər ki, "+110 Sharg" və "+ 69 Sharg" su anbarları yenidən qurulub. 700 mm.-lik kollektorların 1400 mm/.-lik kollektorlara dəyişdirilməsi, həmçinin "+ 69 Sharg" su anbarının çıxışında kollektorların dəyişdirilməsi su yığımının, həmçinin onun sürətinin və su kəməri şəbəkəsinə verilmə həcmini artırmağa imkan verib.
Qənaət göz qabağındadır. Çünki boru kəmərlərində təzyiqin artırılması ilə dərhal 44 ədəd məhəlləiçi nasos stansiyasını və onlara aid su anbarlarını ləğv etməyə imkan yaradıb. Bu həm də elektrik enerjisinə qənaətdir. "Azərsu" bəyan edir ki, "+110 Sharg" və "+ 69 Sharg" su anbarlarından gələn içməli su Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarının ərazisində yaşayan 220 mindən çox adamı təmin edir. Bakının Suraxanı rayonunda yerləşən Hövsan qəsəbəsinin su təchizatı problemi də qismən həll edilib. Artıq 2012-ci ilin may ayından buradakı çoxmərtəbəli binalar sutkada 24 saat su ilə təmin edilirlər.
Qurumda həmçinin əmin edirlər ki, yaxın zamanlarda paytaxtın Xətai rayonunun böyük bölümü, Suraxanı rayonunun "Yeni Günəşli" yaşayış massivi, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, həmçinin Nizami rayonunun bir hissəsi fasiləsiz rejimdə su ilə təmin ediləcək. Bunu artıq 2013-cü ilin birinci rübünda gözləmək olar.
"Bütünlükdə, 2011-2012-ci illərdə paytaxt ərazisinin 52%-ni daimi su təchizatı ilə təmin etmək mümkün olub", - deyə "Azərsu"dan bildirirlər.
Necə deyərlər iş azalıb - amma qalan 48% ərazi təmin edilməlidir. Bunun da cavabı var: "2013-cü ildə paytaxtın su təchizatı şəbəkəsinin yenidən qurulması üzrə işlər daha da gücdəndiriləcək". Bir məqamı da qeyd etməyə dəyər. Hazırda "Azərsu"yun abunəçilərinin çoxu su sayğacları ilə təchiz edilib ki, bu da hər iki tərəf üçün əlverişlidir. Həm istehlakçı, həm də su sərfinə nəzarət etmək üçün artıq bütün imkanlar var. Əksər hallarda abunəçilər rasional istehlaka can atırlar ki, bu da son nəticədə su resurlarına qənaətə səbəb olur. Deməli, operatorların su təchizatına sərf edilənn xərclərinə də qənaət olunur. Burada həm maddi, həm də zamana qənaət edildiyindən söhbət gedir. Bu, elektrik enerji sərfi, suyun təmizlənməsi prosesi, son istifadəçiyə qədər ötürülərək çatdırılması və s.-lə bağlıdır.
2012-ci ildə Azərbaycanda ilk dəfə olaraq su smart sayğaclarının quraşdırılmasına başlanılıb, artıq 15 min belə cihaz quraşdırılıb. Onlardan 10 min ədədi sadə vətəndaşlar üçün deyil, müəssisələr və şirkətlər, yəni iri istifadəçilər üçün nəzərdə tutulub.
Bundan başqa, "Azərsu" sayğac göstəricilərinin götürülməsi, bildirişlərin, hesab-fakturaların təqdim edilməsi, hesabların ödənilməsi kimi önəmli prosesləri total nəzarətə götürürb. İstanbulun su-kanal idarəsi ilə birlikdə birgə pilot layihə Bakının Nərimanov rayonunda gerçəkləşdirilib. Onun məğzi aşağıdakı kimidir. Rayon məhəllələrə bölünür və eyni zamanda ödənişlərin gerçəkləşdirilməsi üzrə nəzarəti reallaşdıran qruplar yaradılır. Bildirişlər və hesab-fakturalar abunəçilərə bir nəzarətçi tərəfindən deyil, qrup tərəfindən təqdim edilir ki, bu da nəzarət tədbirlərinin güclənmdirilməsinə və şəffaıflığın artırılmasına xidmət edir.
Pilot layihənin gerçəkləşdirilməsi uğurla nəticələnərsə, bu, Bakının başqa rayonlarında da tətbiq ediləcək.
Su maşını əvəzinə boru
İndi isə şəhərətrafı haqqında. "2011-2013-cü illər üzrə Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə dövlət prqramı"na uyğun olaraq, sözügedən ərazilərdə su təchizatı və kanalizasiya sisteminin əsaslı təmirə ehtiyacı var və camaatı bezdirmiş su maşınları tarixə qovuşmalıdır. Sənədə görə, artıq 2013-cü ilin sonuna Bakının bütün qəsəbələrində su kəməri və kanalizasiya şəbəkələri yaradılacaq.
"Bu gün "Azərsu" Abşeron yarımadasınan 24 kəndində və qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər gerçəkləşdirir. Bundan başqa, Bakı ətrafında yeni yaşayış massivlərinin salınmasını nəzərdə tutan müvafiq layihələr də gerçəkləşdiriləcək. Yəni layihələr perspektiv üçün hesablanıb. Artıq bu gün suyun daim axması rejimində verilməsi üçün ümumi həcmi 200 min kubmetr olan 10 su anbarı kompleksinin tikintisi gerçəkləşdirilir", - deyə qurumdan bildiriblər.
Şəhərətrafı yaşayışt məntəqələrinin su təchizatının təmin edilməsində baqa layihələrlə yanaşı Ceyranbatan su təmizləmə qurğuları kompleksində məhsuldarlığı saniyədə 6 kubmetr (sutkada 520 min kubmetr) təşkil edən yeni ultrasəs su təmizləmə qurğusunun tikintisini göstərmək olar. "Azərsu"dan bildirirlər ki, qur-ğuda təmizlənmədən keçmiş su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək.
Uzunluğu 150 kilometr təşkil edəcək Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinə də az diqqət göstərilmir. Plana görə, bu obyekt artıq bu il istifadəyə veriləcək.
Operator bildirir ki, Ceyranbatandakı yeni su təmizləmə qurğusu, həmçinin magistral su kəməri "Abşeron yarımadasının şərq tərəfindəki yaşayış məntəqələrinin su təchizatını köklü şəkildə yaxşılaşdırmaq məqsədi daşıyır".
"Suyun qrafiklə verildiyi ərazilərlə yanaşı, Pirallahı, Zirə, Dübəndi, Qala, Şüvəlan, Mərdəkan qəsəbələri və başqa yaşayış məntəqələri də mərkəzləşdirilmiş su təchizatı ilə təmin ediləcək. Bütünlükdə su kəməri Abşeron yarımadasında 1 milyondan çox adamı içməli su ilə təmin etmək məqsədi daşıyır", - deyə SC-dən bildiriblər.
"Azərsu"dan deyilənə görə, Sabunçu, Balaxanı və Zabrat qəsəbələrinin sakinlərinin isə işi daha yaxşıdır - artıq bu yaşayış məntəqələrində yaşayan 17 min abunəçi, öz qəsəbələrində su təchizatının yaxşılaşdırması barədə məlumatı təsdiqləyə bilərlər.
Paytaxtın Sabunçu rayonunda həm də həcmi 80 min kubmetr olan yeni "Balaxanı" su anbarı da tikilir. O, Qala, Zirə, Türkan, Pirallahı və başqa qəsəbələri içməli su ilə təchiz etməyə imkan yaradacaq. Su anbarına Oğuz-Qəbələ-Bakı boru kəmərindən və Ceyranbatandan su nəqli üçün diametri 1400 mm olan su kəməri tikiləcək. Su anbarından qəsəbələrə su isə öz axını ilə gedəcək.
Hazırda isə "Azersu"nun sifarişləri hesabına Azərbaycanın 23 şəhərində və rayonunda, həmçinin 260-dan artıq kəndində su təchizatı və kanalizasiya sistemlərinin köklü yaxşılaşdırılmasına yönələn layihlər gerçəkləşdirilir. Bu layihlərin bir qismi beynəlxalq maliyyə təşkilatlarının - Dünya Bankının, İslam İnkişaf Bankının Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA), Asiya İnkişaf Bankının və Almaniya İnkişaf Bankının (KfW) kreditləri hesabına gerçəkləşdirilir.
Təmizləndikdən sonra dənizə
Bu gün "Azərsu"yun gündəliyində ölkənin kanalizasiya şəbəkəsinin dürümü da dayanıb. Yeraltı infrastrukturun əlverişsiz vəziyyəti ekoloji təsiri də daxil olmaqla çox sayda mənfi nəticələri ilə yanaşı, çoxlarını küçələrdə yağış sularının axıldılması üçün şəbəkənin olmaması da narahat edir ki, bu da tez-tez əsl daşqınlara səbəb olur, xüsusilə də paytaxtın mərkəzində.
"Azərsu"dan verilən məlumata görə, artıq hər iki istiqamətdə iş gedir. Yəni kanalizasiya şəbəkəsi yenidən qurulur və eyni zamanda yağış suları üçün barmaqlıqlar quraşdırılır.
Belə ki, 2012-ci ildə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində Azərbaycanda ilk dəfə olaraq uzunluğu 1270 metr olan mikrotunelli kanalizasiya kollektorunun tikintisi başa çatdırılıb. İndi Bayıl yamacından axan tullantı sular "20-ci Sahə"dəki təmizləmə qurğusuna daxil olur ki, bu da Dövlət Bayraq Meydanında və Dənizkənarı Milli Parkın (bulvarın) yeni hissəsində ekoloji təhlükəsizliyi təmin edir. Bioloji təmizləmədən keçən suyun bir hissəsi yaşıllıqların suvarılması üçün götürülür.
Yasamal rayonundakı Akim Abbasov küçəsi boyunca da uzunluğu 1300 metr olan yeni kollektor çəkilib. O, A.Abbasov və Ş.Mehtiyev küçələrinin kəsişməsində yerləşən yağış kollektoruna birləşdirilib. Bu, yağış sularını kanalizasiyaya qatmadan birbaşa dənizə axıtmağa imkan verir.
Anoloji işlər paytaxtın başqa ərazilərində də aparılıb. Paytaxtın kanalizasiya şəbəkəsinin vacib hissəsi olan "Sahil" kollektoru əsaslı təmir edilib, alman texnologiyaları vasitəsi ilə gildən və qumdan tamamilə təmizlənib.
Fundamental yanaşma
Paytaxtın və şəhərətrafı məntəqələrin su təchizatı və kanalizasiya sistemlərinin beynəlxalq standartlar səviyyəsində yenidən qurulması məqsədi ilə "Azərsu" SC 2035-ci ilə kimi olan dövr üçün Böyük Bakının master-planının işlənməsinə başlayıb. Sənədin işlənməsi bu sahədə təcrübəyə malik xarici şirkətlərin iştirakı ilə gerçəkləşdirilir. Sənəd həmçinin su və kanalizasiya infrastrukturlarını, eləcə də yağış sularını idarəetmə sistemini əhatə edəcək.
MƏSLƏHƏT GÖR: