24 Noyabr 2024

Bazar, 23:32

ŞƏFFAFLIQ VƏ PEŞƏKARLIQ

"Aqrarkredit" QSC kənd yerlərində fəal kreditləşmə həyata keçirir

Müəllif:

27.05.2014

Aqrar sektorun inkişafının sürətlənməsi - müstəqil Azərbaycan qarşısında duran mühüm məqsədlərdən biridir. Əsas ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına tam təmin olunması, ixracyönümlü məhsullar buraxan müxtəlif profilli emal müəssisələrinin yaradılması - bütün bu vəzifələri müxtəlif proqramlar vasitəsilə fermerlərə hərtərəfli dəstək verən Prezident İlham Əliyev yaxın illər üçün hökumət qarşısında ciddi bir vəzifə kimi qoyub. 

Həmin proqramlar çərçivəsində Azərbaycan kəndlərinin infrastrukturu inkişaf etdirilir, zəruri texnikanın alınması üçün fermerlərə bilavasitə yardım göstərilir, məhsulun ölkədə saxlanılması və xaricə çıxarılması üçün şərait yaradılır. Bu baxımdan, əsas priroritet istər müxtəlif vergi güzəştləri və imtiyazları vasitəsilə, istərsə də Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) kredit resurslarına asanlaşdırılmış çıxışın təmin olunması yolu ilə maliyyə dəstəyinin göstərilməsindən ibarətdir. Bundan əlavə, Azərbaycan hökuməti xarici kənd təsərrüfatı istehsalçılarının ölkəmizdə keçirilən beynəlxalq sərgi və konfranslarda iştirakını təşkil etməklə yerli sahibkarların onlarla işgüzar əlaqələr qurmasına kömək edir.  Belə ki, bir neçə ay bundan əvvəl hökumət strukturları, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və beynəlxalq institutların iştirakı ilə bu sahədə iki konfrans keçirilib. Bu cür tədbirlər sayəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2003-2013-cü illər ərzində, təxminən, 3,3 dəfə artıb, əkin sahələri 64,2 min ha böyüyüb, heyvandarlıq məhsullarının istehsalı isə 3,8 dəfə artıb. 

Etiraf etmək lazımdır ki, bütün bunlara baxmayaraq, aqrar sektor hələ də maliyyə yatırımlarına ehtiyac duyur. Məlumdur ki, iqtisadiyyatın bu sahəsi risklərlə daha sıx bağlıdır, buna görə də özəl banklar və kredit təşkilatları kənd yerlərindən olan sahibkarların layihələrinə subsidiya verilməsinə çox həvəssiz yanaşırlar. Statistik məlumatlara əsasən, kənd təsərrüfatı sahəsinə verilən kreditlər yerli bankların portfelində ən az xüsusi çəkiyə malikdirlər. Ona görə də yalnız aqrar sektor ilə işləməyə yönəldilmiş maliyyə təşkilatının mövcudluğu son dərəcə zəruri amildir. Hazırda bu missiyanı ölkədə yeganə belə struktur olan - "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı (SKT) uğurla yerinə yetirir. 

Qeyd etmək lazımdır ki, bu təşkilat aqrar sektorun inkişafına hesablanmış çoxsaylı maliyyə layihələrində iştirak edir, bu sahədə fəaliyyət göstərən sahibkarlar və biznes subyektlərinin kredit resursları ilə təminatı işini uğurla həyata keçirir, daha çox maliyyə yardımına ehtiyac duyan sahələrin müəyyənləşdirilməsinə və bu ehtiyacların ödənilməsinə köməklik göstərir. 

Ümumilikdə, keçən dövr ərzində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı  tərəfindən kənd yerlərində fəaliyyət göstərən 9 593 sahibkarlıq subyektinə 63,1 milyon manata yaxın kredit verilib ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, kənd yerlərində infrastrukturun inkişafını stimullaşdırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da  şərait yaradıb.

Təkcə 2013-cü il ərzində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı tərəfindən öz vəsaitləri hesabına kənd yerlərində fəaliyyət göstərən 1 129 sahibkarlıq subyektinə və 904 borcalan qrupuna 8,4 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 4,7 mln. manat, bitkiçiliyin inkişafına 0,7 maln. manat, ticarət və xidmət sahələrinə 3,1 mln. manat, digər sahələrə  0,1  mln. manat  kredit verilib.

Qeyd etmək lazımdır ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 341 sahibkarlıq subyektinə 3,2 mln. manat kredit verilib. Ümumilikdə isə fəaliyyət dövrü ərzində bu fondun müvəkkil kredit təşkilatı kimi 1 471 sahibkara 16,4 mln.  manata yaxın kreditlər verilib. 

"Aqrarkredit" SKT-nin idarə heyətinin sədri Məmməd Musayevin sözlərinə görə, rəhbərlik etdiyi kredit  təşkilatının strateji məqsədlərindən biri də beynəlxalq maliyyə qurumları və Azərbaycan hökumətinin xəttilə ölkədə həyata keçirilən aqrar layihələrdə agent funksiyalarını yerinə yetirməkdir. Belə ki, kənd yerlərində yoxsulluğun azaldılmasına kömək məqsədilə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) maliyyə dəstəyi ilə 2009-cu ildən icrasına başlanılmış layihə çərçivəsində 2013-cü il ərzində 1 507 sahibkarlıq subyektinə 5,2 mln. manat kredit verilib. Bu layihələr üzrə girovun tələb olunmaması, kreditlərin zaminlik əsasında  verilməsi daha çox insanın bu kreditlərdən yararlanmasına şərait yaradıb. 

"Elə "Aqrarkredit"in fəaliyyətinin əsas məqsədi də məhz kənddə sahibkarlığın dəstəkləmməsidir", - deyə qurum rəhbəri M. Musayev vurğulayıb. 

2011-ci ildən "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının filiallarında kənd təsərrüfatı məhsulları istehsalçılarına mikrokreditlərin verilməsinə başlanıb. Eyni zamanda, həmin kre-ditlərin verilməsi şərtləri maksimal dərəcədə sadələşdirilib və minimuma endirilib. Həmçinin onların verilməsi üzrə rəsmi prosedurların tamamlanma dövrü də qısaldılıb. Bundan əla-və, mikrokreditlər girov tələb olunmadan zaminlik əsasında verildiyi üçün bu kreditlərdən daha çox sahibkarın istifadə etməsinə şərait yaranır. 

Qeyd edək ki, "Aqrarkredit" bütün regionları əhatə edən 12 regional filial şəbəkəsi vasitəsilə ölkənin istənilən rayonu və ən ucqar kəndlərində belə kreditləşməni həyata keçirir. Mərkəzi Bankın təlimatları və Kredit Təşkilatının daxili qaydalarına əsasən kreditin girov təminatı qismində sahibkarın kənd yerində olan daşınar və daşınmaz əmlakı götürülür ki, bu da öz növbəsində hüquqi və fiziki şəxslərin kreditləşdirilməsi sahəsində imkanları genişləndirir. Yeri gəlmişkən, kreditləşmənin sadələşdirilməsi və risklərin azaldılması məqsədilə bu yaxınlarda "Aqrarkredit"in daxili qaydalarına da yenidən baxılıb. İndiyədək təşkilat tərəfindən ölkənin 61-dən çox rayonunun 800-dən yuxarı qəsəbə və kəndində kreditləşmə həyata keçirilib.

"Aqrarkredit" beynəlxalq təşkilatların, xüsusilə də Yaponiya hökumətinin dəstəyi ilə reallaşdırılan və maliyyələşdirilən bir çox kənd təsərrüfatı layihələrində tərəfdaşı və iştirakçısı kimi çıxış edir. Həmçinin kredit portfelinin artırılması üçün əlavə vəsaitlərin cəlb edilməsi məqsədilə bir neçə beynəlxalq maliyyə institutu ilə danışıqlar aparılır. 

- Məlumdur ki, aqrar sektor bank kreditləşməsi üçün  daha riskli sahədir. Bu kreditlərin qaytarılması ilə bağlı vəziyyət  necədir? 

- İlk növbədə qeyd edim ki, bizim məqsədimiz ancaq aqrar sektorla işləyən gəlirli maliyyə strukturu olmaqdır. Bunun üçün "Aqrarkredit" SKT ölkənin bütün ərazisini əhatə edən zəruri texniki bazaya, inkişaf etmiş filial şəbəkəsinə və savadlı kadr potensialına malikdir. Kreditlərin qaytarılmasına gəlincə, fəaliyyət göstərdiyimiz dövr ərzində "Aqrarkredit"in qazandığı uğurlardan biri də kreditin qaytarılma faizinin yüksəldilməsidir. Düşünürəm ki, bu sahədə əməkhaqqının artırılması, həvəsləndirmə sistemləri, müasir informasiya texnologiyalarının tətbiqi və menecmentin təkmilləşdirilməsi göstərilən xidmətlərin səviyyəsinin əhəmiyyətli dərəcədə artmasında, müştərilərlə biznes-maraqlara əsaslanan münasibətlərin qaydaya salınmasında mühüm rol oynayıb. 

Bu gün əminliklə demək olar ki, "Aqrarkredit" öz fəaliyyətindəki şəffaflığı və peşəkarlığı sayəsində bölgə sahibkarları arasında böyük nüfuz qazanıb ki, bu da bizi daha yaxşı işlə-məyə sövq edir. Bununla da "Aqrarkredit" SKT Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş, aqrar sektorun potensialının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına dair layihələrə maliyyə yardımı göstərilməsi yolu ilə ölkənin ərzaq məhsulları ilə təminatına nail olunması kimi mühüm vəzifənin yerinə yetirilməsinə öz töhfəsini verir. Bütün bunlar nəticədə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığının azaldılmasına dair qlobal məqsədi uğurla yerinə yetirməyə, ölkənin ixrac potensialını şaxələndirməyə və müxtəlifləşdirməyə, ən əsası isə regionlarda sakinlərin rifahının yüksəlməsinə şərait yaradacaq.  

likdir. Kreditlərin qaytarılmasına gəlincə, fəaliyyət göstərdiyimiz dövr ərzində "Aqrarkredit"in qa-zandığı uğurlardan biri də kreditin qaytarılma faizinin yüksəldilməsidir. Düşünürəm ki, bu sahədə əməkhaqqının artırılması, həvəsləndirmə sistemləri, müasir informasiya texnologiyalarının tətbiqi və menecmentin təkmilləşdirilməsi göstərilən xidmətlərin səviyyəsinin əhəmiyyətli dərəcədə artmasında, müştərilərlə biznesmaraqlara əsaslanan münasibətlərin qaydaya salınmasında mühüm rol oynayıb. 

Bu gün əminliklə demək olar ki, "Aqrarkredit" öz fəaliyyətindəki şəffaflığı və peşəkarlığı sayəsində bölgə sahibkarları arasında böyük nüfuz qazanıb ki, bu da bizi daha yaxşı işlə-məyə sövq edir. Bununla da "Aqrarkredit" SKT Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş, aqrar sektorun potensialının gücləndirilməsi, kənd təsərrüfatı məhsul-larının istehsalının artırılmasına dair layihələrə maliyyə yardımı göstərilməsi yolu ilə ölkənin ərzaq məhsulları ilə təminatına nail olunması kimi mühüm vəzifənin yerinə yetirilməsinə öz töhfəsini verir. Bütün bunlar nəticədə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığının azaldılmasına dair qlobal məqsədi uğurla yerinə yetirməyə, ölkənin ixrac poten-sialını şaxələndirməyə və müxtəlifləşdirməyə, ən əsası isə regionlarda sakinlərin rifahının yüksəlməsinə şərait yaradacaq.  


MƏSLƏHƏT GÖR:

610