14 Mart 2025

Cümə, 23:38

"SOYUQ MÜHARİBƏ"Nİ DƏF ETMƏLİ

"Azərbaycanlılar və ermənilər qonşudurlar, etimad tədbirlərinin gücləndirilməsi onlar üçün vacibdir"

Müəllif:

24.06.2014

-Bakıda NATO Parlament Assambleyasının (PA) 86-cı "Rose-Roth" seminarı keçirildi. Üç gün davam edən seminar dünya birliyini narahat edəcək qədər vacib olan problemlərə - Cənubi Qafqazdakı çağırışlara həsr edilmişdi. Müzakirələrdən hansı nəticələr gözləyirsiniz, qaldırılan  məsələlər yenə də kazğız üzərində qalmayacaq ki? 

- "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusu çox ciddi mövzudur. Gördüyünüz kimi biz,  parlament üzvləri, vətəndaş cəmiyyəti olaraq  hamımızı  düşündürən bəzi spesifik məsələləri şərh və müzakirə edərək üzərimizə məsuliyyət götürmüşük. Mənim   fikrimcə, çox aktiv və faydalı müzakirələr oldu. Nəticəyə gəlincə, məqsədimiz, ilk növbədə, müxtəlif ərazilərdə  gələcəyə dair əminliyin yaranmasına nail olmaqdır. Məsələn, hər zaman Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların müzakirəsi mütəxəssislər və diplomatlar tərəfindən aparılır.  Lakin biz də öz töhfəmizi verməyə, gələcəyə qapıları açmağa çalışırıq. 

- Tədbirdə Azərbaycan tərəfi işğalçı və terrorçu siyasətinə görə, Ermənistanın  NATO PA-dan uzaqlaşdırılmasını tələb etdi, hətta qurumu qeyri-obyektivlikdə günahlandırdı. NATO-dan belə gözləntilər nə dərəcədə özünü doğruldur? Ümumiyyətlə, NATO-nun vəzifəsi nədir? 

- NATO-nun vəzifəsi cəmiyyətimizi xarici aqressiyalardan qorumaqdır. NATO dövlətlərə təzyiq göstərə bilməz. Xüsusilə  bu məsələ (Ermənistan-Azərbaycan münaqişəsi - red.) ilə bağlı hal-hazırda qaynar müzakirələr gedir və mən deyərdim ki, bu, "soyuq müharibə"dir. Bu, "yaşayan" konflikt deyil, sadəcə, həll olunmamış məsələdir. İndi ölkələr, cəmiyyətlər üçün bir-birləri ilə müzakirə aparmaq zamanıdır. Əlbəttə, NATO Azərbaycan və Ermənistana texniki dəstək verə bilər. Lakin mənim fikrimcə, bu məsələdə bəzi ölkələr, güclər daha vacibdir. Məsələn, münaqişənin həllində  Rusiyanın fəaliyyəti danılmazdır. Lakin burada daha vacib başqa bir güc də var - o da Türkiyədir, çünki bu ölkə regionun düyün  nöqtəsidir. 

Münaqişənin həllində Türkiyənin rolu digər iştrakçılardan daha vacibdir. Və elə buna görə də mən Türkiyədən rica edirəm, eləcə də Qərb ölkələrini və NATO-nu ritorik bəyanatlara şərait yaradılması məsələsinə həssas olmağa çağırıram. Mən bütün ölkələri bu məsələdə iştirak etməyə  səsləyirəm.

Ermənistan və Türkiyə arasındakı gərgin münasibətlər öz həllini tapmalıdır, çünki bu, bölgə üçün çox vacibdir. Onların etimad tədbirlərini gücləndirmək üçün daha yaxşı işlər görmək imkanı var. Hesab edirəm ki, hazırda regionun ehtiyac duyduğu məhz budur. Azərbaycanlılar və ermənilər qonşudurlar, etimad tədbirlərinin gücləndirilməsi onlar üçün vacibdir. Savaş və qarşılıqlı bəyanat üçün  onların hər zaman səbəbləri ola bilər. Lakin ritorik bəyanatlar bu iki cəmiyyət arasında etimad tədbirlərinin gücləndirilməsi üçün yaxşı yol deyil. 

- Ermənistan tərəfi NATO PA-nın növbəti "Rose-Roth" seminarını öz ölkələrində keçriməyi təklif etdi və Azərbaycanı da tədbirə dəvət etdi. Növbəti tədbirə qədər burda edilən istənilən bir çağırış öz həllini tapa bilərmi? 

- Mən yenə də deyirəm: bizim məqsədimiz tərəfləri bir araya gətirməkdir. Ümid edirəm, növbəti seminarda artıq həll olunmuş hər hansısa bir məsələnin nəticələrini müzakirə edəcəyik.  


MƏSLƏHƏT GÖR:

717