Müəllif: Rauf MƏMMƏDOV Bakı
Özəl sektorun inkişafı ilə bağlı ofis avadanlığına olan tələbat gün-gündən artmaqdadır. Bu avadanlıqlar arasında Azərbaycan alıcısı keyfiyyətli marka və firmalara üstünlük verməkdədir. Bu markaların içində birincilərdən biri də uzun illərdən bəri ölkəmizdə fəaliyyət göstərən “Zivella” firmasıdır.
"Zivella" firmasının idarə heyətinin sədri Əbdürrəhman Uzun bizim həmsöhbətimizdir.
- Firmanız haqqında eşitmək maraqlı olardı...
- Türkiyədə qurulmıuş "Zivella" şirkəti, Azərbaycanda səkkiz ildir fəaliyyət göstərməktədir. Hal-hazırda Bakıda iki mağazamız var. İlk mağazamız "Gənclik"də - Atatürk prospektində, ikinci mağazamız isə 28 May küçəsində fəaliyyət göstərməktədir. Bundan başqa, İstanbulun hər iki sahilindəki mebel mərkəzlərində də mağazalarımız fəaliyyət göstərir. Azərbaycanda isə iki mağazamızdan başqa üçüncü və dördüncü mağazalarımızı da açmaq hədəfimiz var.
"Zivella" şirkəti olaraq istehsal etdiyimiz malları artıq nəinki Türkiyə və Azərbaycanda, eyni zamanda Rusiyada, Ukraynada, Belarusda, Şimali İraqda, Afrika ölkələrində və hətta Avropada da sata bilirik. Bundan başqa, şirkətimiz Türkiyədə, Azərbaycanda, Rusiya və Qazaxıstanda hal-hazırkı və potensial müştərilərimizin də rəyini öyrənir, sorğular keçirir. Bu bizim üçün çox vacibdir. Çünki məqsədimiz Rusya və Afrika bazarları kimi bazarlara çıxa bilməkdir.
Biz, eyni zamanda "Bürotime" firmasının da Azərbaycandakı və İstanbuldakı bir nömrəli nümayəndəsiyik. "Bürotime" isə Türkiyənin ən böyük ofis mebeli firması, eyni zamanda, Avropanın da ən böyük ilk beş firması içində yer almaqdadır. Təbii ki, belə bir firmanın nümayəndəsi olmağımızın bizə çox böyük faydaları var.
Türkiyə və Azərbaycanda, ümumilikdə, 120-150 əməkdaşı olan firmanın mərkəzi İstanbulda yerləşir. Bu da səbəbsiz deyil. Çünki İstanbul dünyanın əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrilməktədir. Zəmanətimiz keyfiyyətimizdir
"Zivella"nın ofis mebeli sahəsində Azərbaycanda bir nömrəli olduğunu deyə bilərik. Bu bizim yox, müştərilərin qənaətidir. "Zivella" dediyimiz zaman ilk ağlımıza gələn şey keyfiyyətdir. Bu bizim üçün çox vacibdir, bunu ortaya çıxara bilmək üçün tədqiqatlar aparmışıq və indən sonra da aparacağıq. Əgər insanlar bəlli bir büdcədən kənara çıxa bilmirlərsə, ala bildıkləri qədər "Zivella"dan almağa çalışırlar. Amma "Zivella"dan aldıqları zaman, uzun müddət rahat istifadə edə bilirlər. Ofis mebelindən başqa, "Zivella" firmasının özünün istehsal etdiyi stol-stul və mətbəx mebeli qrupu da mövcuddur.
Təbii, bu sahədə imkanlarımız daha genişdir. İstər ölçülərlə, istərsə də modellərlə bağlı istədiyiniz formaları əldə edə bilərsiniz. Müştərilərimizin ən kiçik istəklərini belə həyata keçirə bilmək üçün çoxlu sayda növlərimiz və rənglərimiz mövcuddur.
Modellərimiz firmalarda və işgüzar həyatda bütün təbəqələrin ehtiyacını təmin edə biləcək qədər rəngarəngdir. Bunlar arasında istər sıravi əməkdaşlar, istər ortasəviyyəli menecerlər, istərsə də üstsəviyyəli idarə sistemində təmsil olunan rəhbərlər üçün nəzərdə tutulmuş nümunələr vardır.
Müştərilərimizin mağazalarımıza girdikdən sonra, mallarımızdan alıb- almayacaqlarından asılı olmayaraq, biz daim onlara ən yüksək xidməti göstərməyə çalışırıq. Çünki əsas hədəfimiz qeyd-şərtsiz olaraq müştərilərimizi məmnum etməkdir.
- Azərbaycanda fəaliyyət göstərən iş adamı olaraq ölkə iqtisadiyyatı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Bu sürət, sadəcə, bizim sahəmizdə deyil, iqtisadiyyatın bütün sahələrində özünü büruzə verməkdir. Başqa ölkələrin iqtisadiyyatında 10 ildə gedilən məsafəni Azərbaycanın bir ildə gedə bilmə imkanı var. İqtisadiyyatın müəyyən sahələri vardır ki, məsələn, Türkiyə indiki səviyyəyə gəlmək üçün 20-30 il, hər hansı bir başqa ölkə isə 30-35 il vaxt sərf edib. Sahənin və imkanların öyrənilməsi, infrastrukturun qurulması və mütəxəssislərin hazırlanmasına sərf olunan 10 illik, bəzən 20 illik müddəti Azərbaycan 3 ildə qət edə bilir. Belə sahələrdən biri də mebel sahəsidir. Ümidvarıq ki, Azərbaycanın mebel sahəsindəki inkişafında "Zivella"nın da müəyyən payı var və biz "Zivella" firması olaraq bu payn artırılması üçün əlimizdən gələni etməyə çalışacağıq. Firmamızı xarici bir şirkətdən daha çox yerli bir şirkət kimi, özümüzü isə daha çox bir azərbaycanlı olaraq görürük, niyyətimiz isə təkcə qazanc əldə etmək deyil, eyni zamanda öz ölkəmiz kimi qəbul etdiyimiz Azərbaycanın daha da inkişaf etməsi üçün çalışırıq. Buna görə də işlərimizlə əlaqədar olaraq hər hansı bir planı müzakirə etdiyimiz zaman, Türkiyəni düşündüyümüz qədər də Azərbaycanı düşünürük. Ona görə də Azərbaycan üçün faydalı olmağa çalışırıq. Məsələn, ofis mebeli sahəsində hər hansı bir innovasiya, hər hansı bir yenilik gətiriləcəksə, o yeniliyin məhz bizim tərəfimizdən gətirilməsinə çalışırıq.
Biz "Zivella" olaraq istər müştərilərimizlə, istərsə də əməkdaşlarımızla bir ailə kimiyik.
- Azərbaycan bazarında ən çox hansı kateqoriyalı ofis mebellərinə üstünlük verilir?
- Azərbaycan bazarındakı inkişaf və dinamika burada da özünü büruzə verməkdədir. Məsələn, bundan 3-4 il əvvəl, VIP kateqoriyalı mebellərin sifarişinin daha çox olmasına baxmayaraq, hal-hazırda standart və peşəkarlar üçün ofis mebel modelləri VIP modellərdən daha çox satılmaqdadır. Bunun səbəbləri arasında peşəkar və irihəcmli firmaların artması, böyük təşkilatların ortaya çıxması ola bilər. Bu isə iqtisadiyyatın əsas lokomotivi sayılan orta təbəqənin artımının nəticəsidir. Bundan başqa, satışlarımızda daha çox orta təbəqəyə aid mebel modellerinin yer tutması böyük firmalarda rəhbərliyin öz işçilərinin qayğısına daha çox qalmasının və təbəqələşmənin miqyasının azalmasının nəticəsi sayılır.
- Son olaraq şəhərimiz haqqında təəssüratlarınızı bölüşməyinizi xahiş edirik...
- Bakı son illər çox dəyişib. Dünyanın bir çox ölkəsində, Türkiyədə belə olmayan brendlərin və markaların Bakıya gəlişi, yaşıllıqların, istirahət guşələrinin və əyləncə yerlərinin açılması qeyd olunan inkişafın təzahürlərindəndir. Xüsusilə də son illər Bakıda və Azərbaycanın digər bölgələrində beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, ölkəmizin dünyada tanıdılmasındakı rolu böyükdür. Bu baxımdan, bu il Bakıda keçirilən "Eurovision" mahnı yarışmasından sonra, istər Türkiyədə, istərsə də Avropada yaşayan dostlarımızın Azərbaycanla daha da yaxından maraqlandığını söyləmək olar. Hətta belə gözəl bir ölkədə olmağımıza qibtə edənlər belə tapıldı.
MƏSLƏHƏT GÖR: