12 Mart 2025

Çərşənbə, 22:43

QIZILGÜLLƏR SOLDU

Amma "Arzu" da hələ gedəcəyi yolu tam müəyyənləşdirməyib

Müəllif:

15.10.2012

"R+" jurnalının Gürcüstan Parlamentinin "Vahid milli hərəkat" partiyasından olan deputatı David Darçiaşvili ilə müsahibəsi

- Fikrinizcə, parlament seçkisində müxalifətin qələbə qazanmasından sonra, Gürcüstan hansı geosiyasi məcrada hərəkət edəcək? 

- Hazırkı prezidentin daxili siyasəti Gürcüstanda demokratiyanın, azad iqtisadiyyatın inkişafına, korrupsiya ilə mübarizəyə yönəlmişdi. Xarici siyasət isə mili legitim maraqların müdafiə olunması ilə ABŞ, NATO və Aİ ilə sıx əməkdaşlığın qurulmasından ibarət idi. Bu, bizim kursumuzdur və onu qorumağa çalışacağıq. "Gürcü arzusu"nun nə edəcəyi indidən ehtimal etmək çətindir. Bir tərəfdən onların bəyanatlarında bizim əsas prinsiplərimiz dəstəklənir,  digər yandan Gürcüstanın yürütdüyü siyasətə zidd olan fikirlər də var. Görünür, onlar hələ ki, bu məsələdə gedəcəyi yolu müəyyənləşdirməlidirlər.

- 90-cı illərin əvvəllərində Rusiyada olduğu kimi, Gürcüstanda da parlamentlə ali icraedici hakimiyyət arasında dərin ziddiyyət yarana bilərmi?

- Əgər parlamentdəki hazırkı çoxluq əsas prinsiplərin əksinə getmək qərarına gələrsə, əlbəttə ki, ziddiyyət olacaq.

- Hakim partiyanın seçkidə məğlub olmasının səbəbi nədir? KİV bununla bağlı müxtəlif versiyalar irəli sürür. "Vahid mili hərəkat"ın daxilində bu haqda nə düşünürlər?

- Səbəblər çoxdur. Birincisi, bu, müxalifətin kompromatlara əsaslanan qərəzli seçkiqabağı kampaniyası ilə bağlıdır. Onlar insan haqlarının pozulması faktlarını çox siyasiləşdirdilər. Qldan həbsxanasında baş verən cinayətlərdə əsassız olaraq bütün-lükdə hakimiyyət sistemi ittiham olundu.

İkincisi, əhalinin böyük hissəsi milyarderin möcüzələr yaratmaq iqtidarında olduğunu düşünür və ondan çox şey gözləyir. Bir çoxları məhz bu düşüncə ilə "Gürcü arzusu"nun tərəfinə keçdi. Digər tərəfdən, hakim partiyanın istənilən siyasi qüvvə üçün təbii olan səhvləri də var. Eyni zamanda, əhalinin bir konkret siyasi qüvvənin rəhbərliyindən yorulduğunu da qeyd etmək lazımdır.

- Baş verənlər Gürcüstanla Azərbaycanın birgə layihələrinə hansısa mənfi təsir göstərə bilərmi?

- Seçkinin necə baş tutduğunu, hakimiyyətin ötürülməsi prosesinin hansı formada həyata keçirildiyini nəzərə aldıqda Gürcüstanda sabitliyi pozacaq hadisələrin yaşana biləcəyini düşünmürəm. Hakim partiyanın həm strukturdaxili, həm də xarici siyasi rçaqları var, prezident Mixail Saakaşvili ölkədə sabitliyin pozulmasına imkan verilməməsi, Azərbaycan və Gürcüstanın regional layihələrinin zərər görməməsi üçün beynəlxalq ictimaiyyətlə yaxşı münasibətlərə malikdir.


MƏSLƏHƏT GÖR:

388