26 Dekabr 2024

Cümə axşamı, 16:20

UŞAQLIĞA SƏYAHƏT

Uşaq Filarmoniyasının konserti tamaşaçıları yalansız, nifrətsiz və ədavətsiz bir dünyaya apardı

Müəllif:

01.07.2014

Səhnədə baş verənlər heç də sıradan olan tədbirlərdən deyildi. Uşaqlığın valehedici - gözqamaşdırıcı parlaq, qayğısız və dinc mühiti. Hamının özünü yaxşı hiss etdiyi yaradıcı axının karuseli. Sənə zillənmiş baxışların altında, həm də təkcə valideynlərinin deyil, anşlaqla çıxış etmək necədir?... Bir də düşünürsən: uşaqlar - artıq artistdirlər,  dünyaya bu "diplom"la gəlirlər. Sadəcə, heç də hamısı sonradan, illər sonra, "ixtisasları üzrə" çalışmırlar. 

 

Mənəvi  palitra

Bilavasitə  peşəkarlıq hesabına  bu cür maksimal lakonik və hərtərəfli gördüyünü xarakterizə etmək olar. Bu, "həqiqətən" yaşa dolmuş aktyorların nail olmaq istədikləri bir şeydir, bəzən ona nail ola bilmirlər. Onlarda heç də həddindən artıq məşq edilmiş və əzbərlənəsi iz də yox idi. Bu qədər onlar yüksək ruhda görünürdülər. Axı, uşaqlar, ümumiyyətlə, inersiya ilə heç nə edə bilmirlər. Burada hər şey, sanki, ilk dəfədir və maksimumdur. 

Ərəb rəqsi xumar-xumar nazlıdır, daxili yaya malik, partlaya bilən ispan rəqsi, Acariya rəqsi dəlicəsinə ifadəli, türk rəqsi - uşaqlar qastrollarda olanda türklər bu tamaşanı ayaq üstə alqışlayırdılar, bu da "qəribə" çin rəqsi ... Bir də başında reyhan olan "Reyhan" rəqsi, "Zəriflik"...  Bir də, kifayət qədər yüksək "xoreoqrafik" fəallığı ilə onlar tərəfindən canlı oxunulan dünya estradasının hitləri - uşaqlar əlində mikrofon tutaraq "fonoqram" ilə oxuya bilmirlər, necə ki, birini başqa cür təqdim etməklə səhv oxuya  bilmirlər. Söz gəlişi, onlar müxtəlif dillərdə oxuyurdular, məsələn, alman dilində, həmçinin müxtəlif və eyni zamanda heç də "uşaqlar üçün" olmayan alətlərdə çalırdılar. Və əlbəttə ki, rəqs edirdilər. Rəşadətli, kreativ və peşəkar şəkildə (təkcə iki dəfə ayaqla vurmaq və üç dəfə əllərlə şappıldatmaq). Zövqlə və həvəslə. Və sözsüz ki, əsl istedadla.

 

Məhəbbətin məqsədi

Uşaqlara baxarkən müəllimlər yada düşür - təkcə təcrübəli mütəxəssislər deyil, eyni zamanda hissetmə bacarığına sahib olanlar da. Bu yaşda uşaq hər şeyə canlı reaksiya verir, o yeni informasiya istəyir və onu dərhal qavrayır. Onun təəssüratları yaddaşında qalır və ətraf dünyanı anlaması üçün əsası təşkil edir. Sonuncu, əlbəttə ki, pedaqoqların üzərinə böyük məsuliyyət qoyur. Və, əlbəttə ki, bu işi sevmək lazımdır. Bazar iqtisadiyyatı əsrində (təəssüflər olsun ki, insanlar arasındakı kimi eyni zamanda müəllim və şagird arasında da olan münasibətlərin də bazarı olur) bəzən olduğu kimi, formal-nominal deyil. Sevmək - alına yazılıbsa onsuz yaşamaq mümkün deyil. Dövlət Uşaq Filarmoniyasının direktoru, respublikanın əməkdar incəsənət xadimi Dilarə xanım Əliyeva ilə olduğu kimi. Yanımda oturarkən, o, yetirmələrinə mətnləri pıçıldayaraq və bəzən onların rəvan olmayan nitqlərinə gülərək, səhnədə baş verən bütün hadisələri tam qəlbi ilə izləyirdi. Onlara qarşı hərarəti gerçək ana hissləri  idi. Ona baxarkən, fikirləşirsən ki, bu gün onlar kimi öz işinə məsuliyyətlə, bir qədər köhnə zamanın məcrasından kənar yanaşanların sayı çox deyil. Ruhunun hansı isə başqa tərkibi və öz mühiti ilə olan insan.

"Bir söz belə demədən, sən artıq hər şeyi demisən", - səhnədə Çarli Çaplin barədə Raymond Paulsun məşhur mahnısı səslənirdi. Səhnəcik rəqqaslar qrupunun  üslublaşdırılmış kostyumlarda və əlindəki çubuqla möhtəşəm şəkildə nümayiş  olunurdu. Sonra isə Tofiq Quliyevin musiqisi oldu - həmin musiqi. Nə qədər dinləsən də yetməz. Və, nə qədər rəqs etsən də... Və təbii ki, ölməz Üzeyir bəy Hacıbəyovun - şah əsəri olan "Arşın mal alan"dan olan "Qızların xoru" çox sadə və sərbəst, eyni zamanda ansambl olaraq möhtəşəm səsləndirildi, necə deyərlər, vahid nəfəsdə...

Bax, bu uşaqlar, beləcə diapazonludurlar. Onların konserti, bəzən məzəli, heç bir nöqsan olmadan keçib. Halbuki burada hər şey ciddidir - "böyüklərdə olduğu kimidir". Səhnəciklərin xaotik olmayan axını kimi deyil, bir növ düzgünlük, əvvəlcədən təyin edilməyən orqanika kimi. Aydın səhnə qrafikasını düzəldən bir növ süjet birliyi.

 

 Könlün rəqsi 

Deyirlər ki, insanlar xoşbəxt olanda, könül oxuyanda rəqs edirlər. Lətiflik yaranır və göyə qalxmaq istəyirsən! Lakin xoşbəxtlik uzunmüddətli vəziyyət deyil, elə etmək olarmı ki, o, bizi uzun müddətə buraxmasın? Psixoloqlar müsbət cavab verirlər. Ən əsası da, nə həkimlər, nə də dərmanlar lazım olacaq. Sadəcə, rəqs etmək lazımdır, çünki bu, həmişə sağlam qalmağın vasitəsidir. Və sanki fikrin təsdiqi olaraq, arxadan pıçıltı gəldi: "Qızı görürsən - bax orada, düz mərkəzdə, qızdırmasına baxmayaraq gəldi, xəstəliyə vaxtı yox idi...". Bax, budur o, usanmazdır, tamamilə rəqsin konsepsiyasındadır, və heç deməzsən ki... Ümumilikdə, onların səhnədə etdiklərinə baxanda, təəssürat yaranır ki, hərarət istisna olmadan hər kəsdə ola bilər. Biz zala onların səhnəyə olduğu kimi maraqla baxırdıq.

Müxtəlif vektorlu rəqs qüvvələri - hamıya iş tapılıb. Bax, bu cür, simalarda, səhnəcik ardınca səhnəcikdə planeti təsvir edirsən. Və o, möhtəşəm idi - müharibə və fəlakətsiz, nifrət və düşmənçilik etmədən, siyasi çarpışma və dini mübahisəsiz. Dünyanı çoxüzlü və həmişə gülümsəyən təqdim ediblər. Təbəssüm - bircə silahsızlaşdıran təbəssüm bu dünyaya gəldiyinə görə Göylərə bir təşəkkür kimi. Göz qamaşdıran, sonsuz olaraq mehriban, varlığın xoşbəxtliyini əks etdirən təbəssüm. Hər yerdən "Allah saxlasın!" ifadəsi səslənirdi, sanki, mənim fikirlərimə yekdilliklə dəstək verirdilər.

Nəhayət, Azərbaycan rəqsi -  məftunedici həsrətlə, "gender" versiyasında olan dürr natamamlığı və kişi versiyasında igid xarizmatikliyi ilə! Hər şey ənənələrin vurğusundadır,  cəlbedicidir. Azərbaycan  rəqsi... Onun sehri hələ tam olaraq öyrənilməyib...

Səhnədən həyatın cazibəsi hiss olunurdu. Qoçaqlıq ahəngdarlıqla əvəz edilirdi, sakitlik isə alqışlarla pozulurdu. Balacalar isə sanki rəqsin ustadları hesab olunan yüksək sinif uşaqları ilə əvəz olunurdular. Daha çox balacalar məzəli idilər. Onlar bir növ gülməli səyləri ilə hamını valeh edirdilər. Budur onlar - qaçırlar, hoppanırlar, baş əyirlər, gülürlər. Səhnəyə ilk dəfə çıxan debütantı və "hər şeyi görən" "qocamanı" ayırmaq praktiki olaraq mümkün deyildi - hər kəs nə qədər əmin görünürdü. Heç deməzsən ki, qarşında "ilk dəfə bacarığını sınayanlardır". Hər şey bütün gücünü sərf etməklə, özünə qənaət etmədən icra olunub. 

Uşaqlar heyran qoymaqda davam edirdi. Nəinki rəqslə - skripka, fleytada çalmaqla və... Bəli-bəli, ansamblın birində kontrabasçı ifa edirdi...! "Simli nəhəng"in qollarında barmaqları məharətlə axan qız diqqətdən qaça bilməzdi.  Bunun hamısı əsl dirijorun nəzarəti altında keçib! Kamera janrının yüksək nümunələrini nümayiş etdirən uşaqlar orqanik və "musiqi" nöqteyi-nəzərindən inandırıcı görünürdülər.

 

Və hər zaman - dəbli!

Nəhayət, "Odlar yurdu" - proqramın sonuncu səhnəciyi bu cür adlanırdı. Səhnədəki şənlik və ya daha doğrusu, vakxanaliya öz ən yüksək məqamına çatdı - balacalar səhnədə tavanın altında göyə qalxaraq uçurdular! Sonsuz qədər cəlbedici, musiqi, onun misilsiz kaleydoskopunda üzən uşaqlıq. Bu həmin andır ki, "Uşaqlarımız - gələcəyimizdir!" köhnəlmiş şüarı pafoslu olmamağa başlayır. Bəli, mütləq xoşbəxt olacaq gələcəyimizdir - günəşli bazar günü kimi. Sonda, onların hamısı - yüz nəfər - güclə yerləşə bildiyi səhnəyə çıxdılar. Yalnız göyə atılan papaqlar, fəslər və silindrlər "tədbirin" möhtəşəmliyindən xəbər verirdi  və onun spektrli repertuarını xatırladırdı. Spektrli yaradıcı repertuarını!



MƏSLƏHƏT GÖR:

742