14 Mart 2025

Cümə, 20:57

NEON RƏSSAMI

Fərid Ələkbərov: "Nə vaxt ki sən etiraz etmədən yaxşını da, pisi də qəbul etməyə alışırsan - o zaman həyatına harmoniya gəlir"

Müəllif:

01.10.2012

Tanınmış heykəltəraş Kamal Ələkbərovun oğlu Fərid Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini "Rəsmin və rəsmxətin tədrisi" ixtisası üzrə qurtararaq, həm rəssamlıqla, həm də heykəltəraşlıqla məşğul olub. Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Şüşə və keramika" fakültəsinə gəlib. 2001-ci ildə onu İsveçə bir qrup yeniyetmə ilə işləməyə dəvət ediblər. Yeri gəlmişkən, Fərid uşaqlarla işləməyə indi də maraq göstərir, həddindən gərgin işləməsinə  baxmayaraq, o, öz fasiləsiz qrafikində xeyriyyə məqsədi ilə uşaq evlərinə və internatlara getməyə də vaxt tapır. Məsələn, paytaxt internatlarının birində zəif görən uşaqlar üçün məşğələ keçir. "SOS kəndi" uşaq evinin korpuslarında isə əvəzsiz olaraq interyerləri işləyir. Bu yaxınlarda Fərid "Lightneon" fərdi yaradıcılıq studiyasını açıb və studiya qısa müddət ərzində neon dizaynı və işıq effektləri sahəsində liderə çevrilib. 

 - Başlanğıc üçün deyin görək, neon rəsmləri nədir? Bizim ölkə üçün bu, tamamilə yeni incəsənət istiqamətidir.///.. 

- Gerçəkdən, bu, incəsənətdə yetərincə yeni istiqamətdir. Neon boyasının ultrabənövşəyi lampanın işığında parıltı verməsinə əsaslanır. İşıqlanma illüziyası yaradır və 3D effekti verir. Yəni rəsmlər həcmli və "canlı" alınır. 

 - Necə oldu ki, bu incəsənət növü ilə məşğul oldunuz?

- Mən rəssamlar ailəsində böyümüş peşəkar rəssamam - atam və qardaşım uşaqlıqdan mənə himayədarlıq ediblər. Şəkil çəkməyə ən körpə yaşlarımdan başlamışam. Amma neon rəssamlığı ilə mən altı ildir ki, məşğulam. Mənim marağım nədən başladı? Adi həvəsdən. İnternetdə qeyri-adi rəsm effektləri ilə maraqlanırdım və işıqlanan piqment barədə məlumata rast gəldim. Bu, quru tozdur, təbii və ya süni işıq mənbələrinin enerjisini udmaq qabiliyyətinə malikdir və qaranlıqda onu görünən işıqlanma şəklində əks etdirir. Özümə işıqlanan material sifariş etdim və təcrübəyə başladım. İlk işim oğlumun otağının tavanına rəsm çəkmək oldu. Yalnız qaranlıq düşəndə peyda olan ulduzlu göy çox xoşa gəldi. Dostlarımdan biri təsadüfən uşaq otağındakı qeyri-adi tavanı gördü və öz dostlarına danışdı, onlar da öz tanışlarına. Beləliklə, mənim ilk müştərilərim peyda oldu. 

 - Sizə daha çox kimlər sifariş verir: klub və restoran yiyələri, yoxsa öz mənzillərində dizaynı dəyişmək istəyən insanlar?

- Mən öz "neon" fəaliyyətimə başlayan zaman ilk növbədə gecə klublarına və restoranlara ümid bağlamışdım. Amma praktika göstərdi ki, mənə ən çox fərdi müştərilər müraciət edir: mənzillərin divarlarına və ya tavanlarına rəsm çəkməyi xahiş edirlər. Oboylar və adi boyalar insanları bezdirib. Onlar nəsə qeyri-adi, fərdi bir şey istyirlər. Axı mənzilin dizaynı - demək olar ki, həyatın dizaynıdır! İz vaxtımızın çoxunu öz mənzilimizdə keçiririk, ona görə də mənzil hər bir insanın həyatında çox önəmli rol oynayır. Axı bizim əhvalımız bizi əhatə edənlərdən çox asılıdır. Özü də bu cür rəsmlər heç cür interyerə maneçilik törətmir. Axı neon boya adi işıqda görünmür və yalnız qaranlıqda ultrabənövşəyi işıqlandırma zamanı görünür. Sizin tavanınıza və ya divarınıza çəkilmiş rəsm ultrabənövşəyi işığı söndürən zaman yoxa çıxır. Yalnız axşam vaxtı ultrabənövşəyi işıqlandırmanı qoşmaqla siz öyrəşdiyiniz durumu dəyişə bilərsiniz, onu mistik və qeyri-adi edə bilərsiniz. 

 - Sizin işləri harada görmək olar?

- Mən "DalgaPlaza", "Avand", "Kral", "Arka", "Niagara", "GoldenRing", "Marakesh", "Zqanholding", "Messinatholding", "BP", "Palmaliferesort", "CompUS" və s. kimi çox sayda otellərdə, holdinq ofislərində, restoranlarda işləmişəm. Bu yaxınlarda məni Çeçenistana dəvət etmişdilər. Çeçen Respublikasının başçısı Ramzan Kadırov mənim işlərimi "Facebook"da görmüşdü və uşaq evlərindən birinin hollunu və yaşayış otaqlarını bu cür tərtib etməyi təklif etmişdi. Sifarişçilər məndən hollda Ramzan Kadırovun atasının şərəfinə tikdirdiyi məscidin rəsmini çəkməyi xahiş  etdilər. İnanılmaz mənzərə alındı! - Bu müddət ərzində mənim işlərim dörd sərgidə təqdim edilib. İlk sərgim 2002-ci ildə Stokholmda keçirilib. "Yeni Gallery"də (Bakıda) "Qaranlıqla işığın sərhəddində" sərisi və "Magic Neon" ekspozisiyası təqdim edilib. Son sərgim "Neon Party" xeyriyyə xüsusiyyətli idi və keçən ilin mart ayında "Jale Plaza" ticarət korpusunda keçirilib.

 - Neon rəssamlığın texnikası nə dərəcədə çətindir? Bunu necə  öyrənmək olar?

- Aeroqrafiya barədə təsəvvürü olmayanlar üçün hətta divarda belə nəsə çəkmək çətin məsələdir. Aeroqrafiya təsviri incəsənətin təssamlıq texnikalarından biridir, bu zaman aeroqraf maye və ya toza bənzər boyanın çəkilməsi aləti kimi istifadə edilir. Həm də qaranlıqda ultrabənövşəyi lampaların işığı altında işləmək lazımdır. Boyanı mən öz xüsusi reseptimlə düzəldirəm. Məsələ bundadır ki, hazır boyaya fosfor əlavə edirlər ki, bu da ekoloji baxımdan yolverilməzdir. Mən boyaları təbii mənşəli piqmentlərdən - Qırmızı dəniz korallarından hazırlayıram. Heç bir kimyəvi qatışıq olmadan. Yəni o, tamamilə hipoallergendir. 

 - Mənə məlumdur ki, siz iki ilə yaxın İsveçdə yaşamısınız. Ora necə getmişdiniz?

- Həmin vaxt mən poliqrafiya istehsalatı ilə məşğul idim - kataloq və buklet dizaynları edirdim. Onda məni dəvət etdilər ki, İsveçin Kiruna şəhərinin litseylərindən birində özümü rəsm və logistika müəllimi kimi sınayım. Mən yeni təəssüratlar və yeni təcrübə axtarırdım. Əlbəttə ki, mən dəvətnaməni qəbul etdim və İsveçə yola düşdüm. Orada il yarım işlədim. 

 - Niyə birdəfəlik qalmadınız?

- Niyə qalmalı idim ki? Təsəvvür edin ki, bu ölkədə, demək olar ki, həmişə soyuq  və yağışlıdır. Həm də isveçlilər tünd içkilərin həvəskarıdır, mən isə içki içmirəm. İl yarım İsveçdə işləyən zaman anladım ki, biz tamamilə fərqli insanlarıq. Bizim dəyərlər fərqlidir. Onlar uşaqlarını başqa cür tərbiyə edir, başqa cür yaşayırlar. İsveç tərbiyə sistemi hər şeyə icazə vermək üstündə qurulub. Uşağı, demək olar ki, 18 yaşına qədər əllərində gəzdirirlər, işlətmirlər və qayğı göstərirlər. Yetkinliyə çatdıqdan sonra böyüklərin dünyasına atırlar və gənc insan qəfildən gerçək həyatla, gerçək problemlərlə üz-üzə qalır. Təsadüfi deyil ki, 20-22 yaşlı insanlar arasında intihar səviyyəsinə görə İsveç ilk yerlərdən birini tutur. 

 - Siz özünüz oğlunuzu necə tərbiyə edirsiniz?

- Necə bacarıram. Rəhimin səkkiz yaşı var. Heyvanları çox sevir. Pis şəkil çəkmir. Qeyri-adi şeylər çəkməyə cəhd edir. Onun gözəl fantaziyası var! Hər uşaqda olduğu kimi.

 - Fərid, siz həmişə belə sakit və təmkinlisiniz? Sizi nə isə özündən çıxara bilər?

- Son beş ildə mən yoqa ilə maraqlanıram, təbii ki, bu mənim xasiyyətimə təsir göstərir. Mənim həyatımda çox şey dəyişib, həyatı olduğu kimi qəbul etməyi öyrənmişəm. Yeri gəlmişkən, insan sakit olanda özünü reallaşdırması asanlaşır. Mən düşünürəm ki, insanların problemləri öz əməllərini və ətraf mühitin buna reaksiyasını anlamaması üzündən baş verir. Başımıza gələnlərə düzgün münasibət göstərməyi öyrənməliyik. Yuxarıdan gələn hər şeyi qəbul etmək lazımdır. Nə vaxt ki sən güclü emossional çılğınlıq göstərmədən, etiraz etmədən yaxşını da, pisi də qəbul etməyə alışırsan - sənin həyatına harmoniya gəlir. 



MƏSLƏHƏT GÖR:

480