26 Dekabr 2024

Cümə axşamı, 08:45

"REVANŞ ALMAĞA ÇALIŞACAĞIQ"

"Qəbələ"nin yeni baş məşqçisi "R+"a müsahibəsində Avropa Liqasının ilk oyununda məğlubiyyətin səbəblərini açıqladı

Müəllif:

08.07.2014

Ye­ni mövsümdə Azər­baycan klub­la­rın­dan bir ne­çə­si ye­ni baş məşqçi ilə ça­lı­şacaq. Be­lə klub­lar­dan bi­ri "Qə­bə­lə"dir. Ko­man­da Yu­ri Syo­mi­nin po­s­tun­dan ay­rıl­ma­sın­dan so­nra qı­sa za­man ər­zin­də rəh­bər­lik Do­ri­nel Muntya­nuy­la ra­zı­lığa gəl­di. Ye­ni baş məşqçi ilə müqa­vi­lə im­za­la­dı­q­dan 2 həf­tə so­nra, "Qə­bə­lə" ilk də­fə Av­ro­pa Li­qa­sın­da müba­ri­zəyə qo­şul­du. İlk mər­hə­lə­də Bos­niya-Her­se­qo­vi­na­nın "Şi­ro­ki Brey­eq" klu­bu­nu qə­bul edən qə­bə­lə­li­lər 0:2 he­sab­lı məğlu­biyyə­tə üzüldü. 

Məğlu­biyyət öz ye­rin­də, ko­man­da fut­bol adı­na heç nə gö­s­tər­mə­di. "R+"a müsa­hi­bə­sin­də Do­ri­nel Muntya­nu "Şi­ro­ki Brey­eq"ə  məğlu­biyyət­dən və ca­vab mat­çın­da­kı şan­s­lar­dan da­nı­şıb.

- Debüt oy­u­nun­da be­lə məğ­lu­biyyət göz­lə­nil­məz ol­du. Məğlu­biyyət­də əsas gü­nah­kar kim­dir?

- "Qə­bə­lə"nin ha­zır­lığın­dan ra­zı qal­mış­dım. Sa­dəcə, oy­u­nu­muz alın­ma­dı. Ko­man­da ola­raq özümüzü gö­s­tə­rə bil­mə­dik. Qa­pı­çı­mı­zın səh­vin­dən so­nra ilk qo­lu bu­rax­dıq. Hey­ə­tin to­par­la­na­ca­ğı­­nı göz­lə­diy­i­miz hal­da, qa­pı­mız­da ikin­ci qo­lu gördük. Rə­qi­bi qə­lə­bə müna­si­bə­ti­lə tə­b­rik edi­rəm. Biz sə­fər­də re­vanş al­mağa ça­lı­şacağıq.

- Klu­bun rə­s­mi say­tı­na açıq­la­ma­nız­da vaxt az­lığı­na rəğmən, Av­ro­li­qaya ha­zır­la­şa bi­ləcəy­i­ni­zi de­miş­di­niz. Ye­nə hə­min fi­kir­də qa­lır­sı­nız?

- Bə­li, fi­k­ri­mi dəy­iş­dir­mə­mi­şəm. İşə düzgün müna­si­bət gö­s­tə­rən­də müəyyən nə­ticə əl­də edə bi­lir­sən. Bi­zim "Şi­ro­ki Briy­eq"lə hər iki oy­u­na key­fiyyət­li ha­zır­laş­maq üçün vax­tı­mız qal­mır. Rəh­bər­lik baş­da ol­maq­la, ha­mı­mı­zın bir məq­sə­di var: Yax­şı oy­nay­a­raq mər­hə­lə ke­ç­mək. Ümid­va­rıq ki, bu is­təy­i­mi­zə ça­tacağıq.

- 0:2 he­sab­lı məğlu­biyyət­dən so­n­ra şan­s­la­rın yüksək ol­ma­dığı­nı dü­şü­nürlər?

- Məğlu­biyyə­tə çox üzülmüşəm. Am­ma bu fut­bol­dur. Bir oy­un­la ko­man­da­nın əziyyə­ti­nə qiy­mət ver­mək ol­maz. Şan­sı­mız az da ol­sa var. Biz so­na­dək müba­ri­zə apa­racağıq. Əg­ər 2 qol vur­saq, çox şey dəy­i­şə bi­lər. 90 də­qi­qəyə 2 qol vur­maq çə­tin ol­ma­lı dey­il. Baş məşqçi ki­mi ko­man­da­ma inan­ma­lıy­am. Mövsümün ilk oy­u­nun­dan səh­vlər ola bi­lər. La­kin ko­man­da gə­rək mə­su­liyyə­ti dərk et­sin. Mak­si­mum güc sərf edə­rək, rə­qi­bi ya­rış­dan kə­nar­laş­dır­maq olar.

- "Qə­bə­lə"nin bom­bar­di­ri Da­ni­el Su­bo­ti­çin ge­di­şin­dən so­nra sə­rənca­mı­nız­da cə­mi 2 hücu­m­çu qa­lıb. Bu, ilk oy­un­lar üçün az dey­il?

- Ye­nə dey­i­rəm: kom­plek­t­ləş­dir­mə ilə bağlı müəyyən prob­lem­lər var. Am­ma rəh­bər­liy­i­miz­lə be­lə söh­bət olub ki, əli­miz­də nə var­sa, məq­sə­də çat­maq üçün on­dan mak­si­mum is­ti­fa­də et­mə­liy­ik. Bu üzdən, sə­rənca­mım­da­kı fut­bol­çu­la­ra əsa­sən, işi­mi­zi qu­racağıq. Su­bo­ti­çə gə­lincə, mən ko­man­da­da qal­maq is­tə­məy­ən fut­bol­çu­lar­dan da­nış­maq niyyə­tin­də dey­i­ləm.

- Yer­li fut­bol­çu­lar­dan nə də­rəcə­də ra­zı­sı­nız?

- Bə­li, on­la­rın məş­qlər­də necə ça­lış­ma­la­rı mə­ni ra­zı sa­lır. Ümid­va­ram ki, bi­rgə əməy­i­miz nə­ticə­sin­də or­taya yax­şı iş qoy­acağıq. İlk oy­un alın­ma­sa be­lə düzünü de­mə­liy­əm.

- Niyə məhz An­d­rey Kri­s­tea və Ad­ri­an Ro­to­pa­nı trans­fer et­di­niz? On­lar han­sı key­fiyyət­lə­ri ilə se­çi­lir­lər?

- On­la­rı çox yax­şı ta­nı­dığım üçün seç­dim. Çox yüksək sə­viyyə­li fut­bol­çu­dur­lar. Ro­to­pa­nın oy­na­dığı day­aq ya­rımmüda­fi­ə­çi­si möv­qey­in­də böyük boş­luq var idi. Mə­nə bu möv­qe­də də­qiq kö­mək edə bi­ləcək fut­bol­çu la­zım idi. Ona gö­rə də se­çi­mi­mi Ro­to­pan üzə­rin­də et­dim. Onun Ru­siya Premyer Li­qa­sın­da böyük təcrübə­si var, çox­dan ta­nıyı­ram. Kri­s­tea isə hücum­da Vik­tor Men­diyə yax­şı rə­qa­bət ya­ra­dacaq. O, Ru­mı­niy­a­da ötən mövsümü yax­şı ke­çi­rib, çox­lu qol vu­rub, məh­sul­dar ötürmə­lər ve­rib. Əl­bət­tə, bə­zi möv­qe­lər var ki, düzəl­mə­li­dir­lər: həm güclən­mə­li, həm də rə­qa­bət ya­ran­ma­lı­dır. Ona gö­rə də kom­plek­t­ləş­mə mə­sə­lə­si­nin tez­lik­lə həl­li­ni is­təy­i­rəm.

- Əv­vəl­ki baş məşqçi Yu­ri Syo­min Kri­s­ti­an Pul­ha­kı əsas ko­man­da­dan kə­nar­laş­dır­mış­dı. Am­ma ha­zır­da həmyer­li­niz "Qə­bə­lə" ilə bi­rgə məşq edir. Onun ko­man­da­da­kı per­spek­ti­vi­ni necə dəy­ər­lən­di­rər­di­niz?

- Pul­ha­kın klub­la hə­lə ya­rım il­lik müqa­vi­lə­si var. Təkcə ona yox, bütün fut­bol­çu­la­ra de­mi­şəm ki, ha­mı­nız ar­tır­ma­lı­sı­nız. Mən Pul­ha­kın özünü da­ha yax­şı gö­s­tər­mə­si­ni is­tər­dim. Çünki ha­zır­kı for­ma­sın­dan elə də ra­zı dey­i­ləm. Ar­tı­ra bil­sə, o da ko­man­da­mı­za kö­mək edəcək. Əks hal­da, əv­vəl­ki sta­tu­sun­da qa­lacaq. Heç ki­mə əsas hey­ət­də yer tə­mi­na­tı ve­ril­məy­ib. Ha­mı məşq pro­se­si, yox­la­ma oy­un­la­rı və rə­s­mi mat­çlar­da özünü sübu­ta ye­ti­rə­rək, əsas hey­ə­tə lay­iq ol­duğu­nu gö­s­tər­mə­li­dir. Rəh­bər­lik ilk gündən mə­nə böyük eti­mad gö­s­­tə­rib. Heç bir fut­bol­çu ilə bağlı kom­pro­mi­sə get­mi­rəm. Mə­nim üçün xüsu­si müna­si­bət gö­s­tə­ril­mə­li olan ul­duz fut­bol­çu yox­dur.

- "Qə­bə­lə" rəh­bər­liyi si­zin­lə 2 də­fə da­nı­şıq­lar apa­rıb. İlk söh­bə­ti­niz­də niyə ra­zı­lığa gə­lə bil­mə­di­niz?

- Hər bir işi gö­rən­də sə­li­qə­li et­mə­li və tə­lə­s­mə­mə­li­sən. Türkiy­ə­nin İs­tan­bul şə­hə­rin­də­ki ilk görüşümüz məh­sul­dar alın­mış­dı. Da­nış­mış, bir-bi­ri­miz­lə ta­nış ol­muş­duq. Hər iki tə­rəf ye­kun qə­rar qə­bul et­mək üçün də­rin­dən dü­şün­mə­li idi. Bu­na isə vaxt la­zım ol­duğun­dan, heç kim tə­lə­s­mir­di. İkinci görü­şümüz hə­min söh­bə­tin da­va­mı idi. So­nucda mən "Qə­bə­lə"nin baş məşqçi­si ol­dum. İlk görüşdə kom­pro­mi­sin ta­pıl­ma­ma­sın­da qor­xu­lu bir şey yox­dur. Be­lə hal­lar da­nı­şıq­lar­da nor­mal­dır. Ən vaci­bi odur ki, ha­zır­da "Qə­bə­lə"nin süka­nı ar­xa­sın­day­am.

- Ha­zır­kı ko­man­da­nı Yu­ri Syo­mi­nin rəh­bər­liyi al­tın­da­kı hey­ət­lə necə müqay­i­sə edər­di­niz? Muntya­nun ko­man­da­sı oy­un üslu­bu və tak­ti­ka ba­xı­mın­dan necə se­çi­ləcək?

- İki ko­man­da­nı müqay­i­sə et­mək çox çə­tin­dir. Çünki adi riy­a­zi he­sab­la­ma ilə götürsək, hey­ə­ti 7 fut­bol­çu tərk edib. Bu da çox­dur. Prak­ti­ki ola­raq, ye­ni ko­man­da ya­rat­ma­lı­san və bu­nun olacağı bir­mə­na­lı­dır. Mə­nim fut­bol fəl­sə­fəm be­lə­dir ki, ko­man­dam tak­ti­ki cə­hət­dən çox təş­ki­lat­lan­mış, sa­vad­lı, cid­di oy­un ni­zam-in­ti­za­mı­na ma­lik ol­ma­lı­dır. Mə­nim ko­man­dam bu xüsu­siyyət­lə­ri özündə cəm­ləş­dir­mə­li­dir. Tə­bii ki, biz sa­bit nə­ticə­lə­rin ol­ma­sı­nı çox ar­zu­layı­rıq. 

- UEFA req­la­men­ti­nə əsa­sən, Av­ro­li­qa­da­kı ilk oy­u­nu­nu­za bir gün qal­mı­şa­dək da­ha bir oy­un­çu si­fa­riş edə bi­lər­si­niz. Be­lə bir im­kan­dan ya­rar­la­nacaq­sı­nız?

- Hət­ta biz bu­nu et­sək be­lə, hə­min fut­bol­çu­nu dər­hal mey­da­na bu­rax­maq fi­k­rin­də dey­i­ləm. Çünki ye­ni oy­un­çu­nun ko­man­da ilə ha­zır­laş­ma­dan, onu ta­nı­ma­dan dər­hal oy­u­na çıx­ma şan­sı yox­dur. Mə­nim ko­man­da­la­rım­da be­lə bir prak­ti­ka ol­mayıb ki, oy­un­çu mat­ça 2 gün qal­mış gəl­sin və dər­hal qar­şı­laş­ma­da iş­ti­rak et­sin. Bu, "Qə­bə­lə"də də də­qiq ol­may­acaq.

- Püşkdən so­nra rə­qib üzə­rin­də qə­lə­bə qa­za­nacağı­nı­zı de­miş­di­niz. İn­di isə hey­ət­dən gi­ley­lə­nir­si­niz...

- Baş məşqçi ki­mi prob­lem­lər­dan da­nış­mağı sev­mi­rəm. Fut­bol­çu­la­ra qa­lib psi­xo­lo­g­iy­a­sı aşı­la­maq la­zım­dır. Məşqçi­nin de­diy­i­ni fut­bol­çu­lar oxuy­ur­lar. Mən rəh­bər­liyə hey­ə­tə ye­ni fut­bol­çu­la­rın la­zım ol­duğu­nu de­miş­dim. Sa­dəcə ala bil­mə­dik.

- Qə­bə­lə­də yer­li azar­keş­lər məğlu­biyyət­dən so­nra çox pis və­ziyyət­də idi. Bəl­kə məğlu­biyyə­tə görə onlara nəsə demək istəyir­si­niz... 

- Məğlu­biyyə­tə gö­rə azar­keş­lər­dən üzr is­təyə bi­lə­rəm. Sa­dəcə, bu­ra Azər­baycan fut­bo­lu­nu in­ki­şaf et­dir­məyə gəl­mi­şəm. Səh­vlə­ri­mi­zin üzə­rin­də ça­lış­ma­lıyıq. Qə­bə­lə­də ya­ra­dı­lan şə­ra­it çox yax­şı­dır. Bu­na görə nəticə qazan­mağa məhkumam. Cəmi 2 həftədir komanda ilə birgəyəm. Təklifə razıla­şanda bilirdim, hara gəlirəm. Amma bu vəziyyətdən çıxacağımıza inanıram. Sə­fərdə tam fərqli "Qəbələ" görə­cək­siniz.



MƏSLƏHƏT GÖR:

541