Müəllif: Sara QULİYEVA Bakı
Hələ Azərbaycanın müs-təqillik qazandığı ilk illərdə dünyaca tanınmış bir neçə iri şirkət ölkədə öz biznesini təşkil etməyi qərara almışdı. Onlar iqtisadiyyatı dayanıqsız olan respublikanın risklərini və təhlükələri öz üzərlərinə götürərək, milyonlarla dollar sərmayə yatırmışdılar, yeni yerli müəssisələr açılmışdı, həmçinin dünya standartları səviyyəsində məhsul buraxılışı təmin edilmişdi. Və bu müəssisələr yanılmamışdılar - 20 il ərzində Azərbaycanda iqtisadi durum köklü şəkildə dəyişdi və biznesin inkişafı üçün imkanlar dəfələrlə artdı.
Bizim ölkədə hələ 1994-cü ildə öz zavodunu açmış belə dünya brendlərdən biri də "Coca-Cola" şirkəti olub.
"Coca-Cola"nın Azərbaycana yatırdığı sərmayələr ölkənin neftdən kənar bölməsinə yatırılmış ilk iri xarici kapital yatırımlarından biri idi. Bu gün istehsal gücü ildə 300 milyon litr olan və 9 milyon əhaliyə xidmət göstərən "Azerbaijan Coca-Cola Bottlers Limited"də (ASSV) qazlı və qazsız içkilərin istehsalı, satışı və paylanmasını gerçəkləşdirilir.
"Coca-Cola"nın məhsuluna 9 müxtəlif marka (Coca-Cola, Coca-Cola Light, Soca-Cola Zero, Fanta, Sprite, Nestea, Burn, Cappy, BonAqua) daxildir. Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayə bu gün $100 mln.-a çatır. Ancaq önəmlidir ki, öz fəaliyyətində və sabit gəlirində ciddi nəticələr əldə etmiş "Coca-Cola" hazırda respublikanın sosial-humanitar layihələrində də öz iştirakını artırmaqda davam edir, sosial korporativ məsuliyyət siyasətini uğurla gerçəkləşdirir. Qeyd etmək lazımdır ki, şirkət icmaların dayanıqlılığını dəstəkləyir, həmçinin diqqətini ətraf mühitin qorunması, resursların konservasiyası və regionların iqtisadi inkişafı üzrə təşəbbüslərə cəmləşdirir.
Şirkətin iri ekoloji təşəbbüslərindən biri, məsələn, Qaradağ rayonunun Şıxlar qəsəbəsində gerçəkləşdirilib. Sahil zonalarında beynəlxalq təmizlik gününün növbəti ildönümü ilə bağlı qəsəbənin 35 hektarlıq sahəsindən 12 kubmetrə yaxın məişət tullantısı təmizlənərək daşınıb. Şıxlar qəsəbəsinin sahil zonası plastik və şüşə butılkalardan, konserv bankalarından və müxtəlif cür tullantılardan təmizlənib. Tədbirin gerçəkləşdirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətinin dəyişməsi, ictimaiyyətin diqqətini təbiətin qorunması ilə bağlı başqa ekoloji problemlərə yönəltmək olub. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin, "Green Baku" klubunun, "Təmiz şəhər" ASC-nin, "Yaşıl velosipedçilər" klubunun dəstəyi ilə "Götür. Təmizlə. Fərqi hiss et!" şüarı altında keçirilib.
"Coca-Cola"nın gerçəkləşdirdiyi sosial layihələrə daha bir parlaq nümunə kimi "Every Drop Matters" ("Hər damla önəmlidir ") proqramını da göstərmək olar. Proqram çərçivəsində "Save the Children" təşkilatı və "Coca-Cola" Azərbaycanın Xaçmaz rayonunda 1450 nəfər sakini olan Seyidli kəndinin sakinlərinin içməli su imkanı qazanmasına yardımçı olub.
Yetərli miqdarda içməli suyun olmaması bölgədə turizmin inkişafına da mane olurdu. "Every Drop Matters" proqramının komandası Seyidli kəndinin ictimaiyyəti ilə sıx əməkdaşlıqda olub və bunun hesabına artezian quyusu uğurla qazılıb. Bu layihə əhalisi təmiz içməli su imkanı əldə etmiş Seyidli kəndində yaxın gələcəkdə yaşayan uşaqların və onların valideynlərinin sağlamlığına da təsir göstərəcək. "Coca-Cola"nın Azərbaycandakı market meneceri Qabil Əhmədov bildirib ki, bu tədbir "Coca-Cola" şirkətinin korporativ sosial məsuliyyət proqramının tərkib hissələrindən biridir.
"Coca-Cola" öz korporativ sosial məsuliyyətinin gerçəkləşdirilməsində önəmli rolu idman və gənclərin sağlam həyat tərzinin dəstəklənməsi sahəsində təşəbbüslərə ayırır. Hələ bir il qabaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Coca-Cola" tərəfindən 5 illik müddətə sponsor sazişi imzalanıb ki, bu çərçivədə tərəflər iki layihə - "U-13 Coca-Cola Liqa" və "Coca-Cola məktəbli kuboku" layihələri üzrə əməkdaşlıq etməyə razılaşıblar. Onların gerçəkləşdirilməsi üçün "Coca-Cola" bütünlükdə "AFFA"ya $1 mln 75 min köçürəcək.
"Azerbaijan Coca-Cola Bottlers LTD" şirkətinin baş direktoru Lisani Atasayanın sözlərinə görə, şirkət tərəfindən 13 yaşa qədər futbol liqasının və "Coca-Cola" məktəbli kubokunun dəstəklənməsi ölkədə uşaq futbolunun inkişafına yönəlib. Son hesabda onlar Azərbaycanda futbolun daha da populyarlaşmasına və yeni idman ulduzlarının yetişdirilməsinə imkan yaradacaq. "Sağlam həyat tərzinin dəstəklənməsi "Coca-Cola"nın daimi prioritetidir və biz fəxr edirik ki, Azərbaycanda idman hərəkatının inkişafının tərkib hissəsiyik", - deyə o əlavə edib. İdman təşəbbüsü çərçivəsində bu yaxınlarda Bakının mərkəzində, Səməd Vurğunun heykəlinin yanında Olimpiya qaçış günü keçirilib. Tədbirin təşkilatçıları kimi Milli Olimpiya və Paralimpiya komitələri, Gənclər və İdman, Təhsil nazirlikləri, həmçinin bütün dünya üzrə olimpiya hərəkatının qlobal tərəfdaşı sayılan "Coca-Cola" şirkəti çıxış edib. Qaçışda 700 nəfərdən çox insan iştirak edib. Tədbirin əsas məqsədi Azərbaycanda olimpiya hərəkatının və sağlam həyat tərzinin təlbiği olub.
"Hər il Azərbaycanda Beynəlxalq Olimpiya gününə həsr edilmiş marafon keçirilir, İdman ili çərçivəsində həsr edilmiş indiki tədbir isə daha möhtəşəm həyata keçib", - deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. "Coca-Cola" şirkətinin market meneceri Qabil Əhmədov isə əlavə edib ki, şirkət üçün Azərbaycanda sağlam və fəal həyat tərzini inkişaf etdirən hər bir imkan sevindiricidir. "Axı idman bizim hamımızı birləşdirir", - deyə o vurğulayıb.
Beləliklə, "Coca-Cola" sosial əhəmiyyətli layihələri dəstəkləməklə Azərbaycanda sosial-korporativ məsuliyyətini gerçəkləşdirilməsi üçün doğru yol seçib. Bu layihələr yalnız bugünkü nəsillər üçün önəmli olmaqla kifayətlənmir və o, hələ uzun illər müsbət effekt verməkdə davam edəcək.
BİZİM MƏLUMAT
"Coca-Cola Company" (NYSE: KO) sərinləşdirici içkilər istehsalı üzrə dünya lideridir ki, bunların sırasına 500-dən artıq brend daxildir. "Coca-Cola®" dünyanın ən bahalı brendi sayılır, portfoliosu dəyəri $15 mlrd.-a çatan brendlərdən ibarətdir. Bunların sırasına "DietCoke®", "Fanta®", "Sprite®", "Coca-Cola Zero®", "vitaminwater", "Powerade®", "Minute Maid®", "Simply®" və "Georgia® Coffee" daxildir. Qlobal səviyyədə "Coca-Cola" mineral su, şirələr, hazır çay və qəhvə istehsalı üzrə də liderdir. Qlobal distribüter sisteminin yaradılması nəticəsində dünyanın 200-dən artıq ölkəsinin istehlakçıları şirkət tərəfindən istehsal edilən içkilərdən istifadə edə bilirlər. "Coca-Cola" gün ərzində 1,8 mlrd ədəddən çox içki satır. 700 mindən artıq işçisi olan şirkət əməkdaş sayına görə dünyanın ən iri 10 özəl şirkəti sırasına daxildir.
MƏSLƏHƏT GÖR: