19 Dekabr 2024

Cümə axşamı, 22:14

XARİCİ SİYASƏTİN ÜÇ NƏHƏNGİ

"R+" jurnalının müsahibi La Plata Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun (Argentina) Avrasiya fakültəsinin katibi Ariyel Qonzales Levacidir

Müəllif:

29.07.2014

Son il­lər rə­s­mi Ba­kı Cə­nu­bi Ame­ri­ka öl­kə­lə­ri ilə müna­si­bət­lə­rin in­ki­şa­fı­na böyük diq­qət  gö­s­tə­rir. Azər­bayca­nın bu qə­dər uzaq re­­g­i­o­na ma­rağı nə ilə bağlı ola bi­lər? O cümlə­dən Azər­baycan­da hə­min ölkələ­rin hö­ku­mət­lə­ri və biz­nes  da­i­rə­lə­ri­nin diq­qə­ti­ni çə­kən nə­dir?

- Azər­baycan bey­nəl­xalq  are­na­da ar­tan nüfu­zu ba­xı­mın­dan, Qaf­qa­zın ən uğur­lu öl­kə­si­dir. Cə­nu­bi Ame­ri­ka, xüsu­si­lə Arg­en­ti­na və Bra­zi­liya Azər­bayca­nın re­g­i­on­da ma­raq da­i­rə­si­ni ge­niş­lən­dir­mə­si­ni müsbət  qar­şı­layıb. Azər­bayca­nın xa­rici siy­a­sə­tin­də 3 as­pekt var - siy­a­si, iq­ti­sa­di və mə­də­ni. Son il­lər­də Azər­bayca­nın Arg­en­ti­na, Bra­zi­liya və Uru­q­vay­da sə­fir­lik­lə­ri­ni aç­ma­sı re­g­i­on­la sıx əla­qə­lə­rin qu­rul­duğu­nun gö­s­tə­rici­si­dir. Arg­en­­ti­na, Bra­zi­liya və Ko­lum­biy­a­nın isə ar­tıq Azər­baycan­da sə­fir­lik­lə­ri  var. Re­g­i­o­nal miqya­s­da və mə­də­niyyət­lə­ra­ra­sı di­a­lo­q­da li­der­lik edən Azər­baycan mə­də­ni və iq­ti­sa­di ba­xım­dan ağıl­lı  icti­mai dip­lo­ma­tiya stra­te­g­iy­a­sı ha­zır­layıb. Bu, Azər­bayca­nın ta­ri­xi və mə­də­ni  ir­si­nin təb­liği­nə, öl­kə­də­ki in­ve­s­ti­siya mühi­ti­nə  kö­mək  edir.

Di­g­ər yan­dan, mə­sə­lən, La Pla­ta Mil­li Uni­ver­si­te­ti ya­nın­da  Bey­nəl­xalq Müna­si­bət­lər İn­sti­tu­tu­nun Av­ra­siya fakültə­sin­də "Azər­bay­canşünas­lıq" ka­fe­d­ra­sı­nın açıl­ma­sı Azər­bayca­nın re­g­i­on­da mö­v­cud­lu­ğu­nu ar­tır­dığı­nın  əsas gö­s­tə­rici­lə­rin­dən bi­ri­dir.

- Mətbuatda yer almış məlu­mat­la­ra gö­rə, Er­mə­ni­s­tan pre­zi­den­ti  Serj Sarqsya­nın bu ya­xın­lar­da La­tın Ame­ri­ka­sı­na et­diyi sə­fə­ri za­ma­nı müza­ki­rə edil­miş mə­sə­lə­lər­dən bi­ri də "Dağlıq Qa­ra­bağ Re­s­pub­li­ka­sı"nın ta­nın­ma­sı ilə bağlı lob­bi­çi­lik fə­a­liyyə­ti­nin qu­rul­ma­sı olub. Necə düşünür­sü­nüz, Arg­en­ti­na­nın özündə həll edil­mə­miş əra­zi müna­qi­şə­si ol­duğu­nu nə­zə­rə al­saq, bu, nə qə­dər re­al­dır?

- Arg­en­ti­na heç za­man Dağlıq Qa­ra­bağın müstə­qil­liy­i­ni ta­nı­may­a­caq. Ən azı ona gö­rə ki, siz­in də qeyd et­diy­i­niz ki­mi, bi­zim özü­müzün işğ­al olun­muş əra­zi­miz var - Mal­vin ada­la­rı. Qa­ra­bağ və Mal­vin prob­lem­lə­ri­nin ox­şar cə­hət­lə­ri var. Çünki hər iki hal­da söh­bət əra­zi müna­qi­şə­sin­dən ge­dir. Am­ma on­la­rın ta­ri­xi, xüsu­siyyət­lə­ri və həll yol­la­rı fər­q­li­dir. Hər iki müna­qi­şə­də əsas ya­naş­ma əra­zi bütöv­lüyü  prin­si­pi­dir. Di­g­ər ümu­mi möv­qe isə hər iki öl­kə­nin prob­le­mi sülh yo­lu ilə çöz­mək is­tə­mə­si­dir.

Böyük  Bri­ta­niya Mal­vin ada­la­rı­nı 1833-cü il­də işğ­al edib. Dağlıq Qa­ra­bağ və ona bi­ti­şik əra­zi­lər isə 1990-cı il­lə­rin əv­vəl­lə­rin­də işğ­al olu­nub.

Dağlıq Qa­ra­bağ müna­qi­şə­si nə­ticə­sin­də yer­li sa­kin­lər  məcbu­ri şə­kil­də Azər­bayca­nın di­g­ər bö­lg­ə­lə­ri­nə köçürülüblər. Mal­vin ada­la­rın­da isə Bri­ta­niy­a­dan oraya köçü­rülmüş in­san­lar ya­şayır və bu­ra­da məq­səd əra­zi­nin əha­li ilə dol­du­rul­ma­sı­dır; on­lar məcbu­ri köç­künlər dey­illər. Di­g­ər fərq müha­ri­bəyə Arg­en­ti­na­nın özünün baş­la­ma­sı və 1982-ci il­də müha­ri­bə­ni uduz­­ma­sı, bu­nun­la da ada­la­rın su­ve­ren­liyi ilə bağlı da­nı­şıq­la­rın ge­di­şi­ni çə­tin­ləş­dir­mə­si­dir. Azər­baycan isə öz əra­zi­lə­ri­nin işğ­a­lı ilə üzlə­şib. Üstə­lik, dünya bir­liyi və bey­nəl­xalq təş­ki­lat­lar Azər­bayca­nın əra­zi bütövlü­yünü də­s­tək­ləy­ir.

- Bu günlər­də Ru­siya  pre­zi­den­ti Vla­di­mir Pu­tin Cə­nu­bi Ame­ri­ka öl­kə­lə­ri­nə sə­fər et­di. Ru­siy­a­nın Qər­blə müna­si­bət­lə­rin­də soy­uq­luğun ya­ran­dığı bir şə­ra­it­də bu sə­fər ABŞ-a qar­şı Mos­k­va ilə re­g­i­on döv­lət­lə­ri ara­sın­da sıx əmək­daş­lığın baş­la­nğıcı ola bi­lər­mi?

- La­tın Ame­ri­ka­sı öl­kə­lə­ri hə­mi­şə Ru­siya ilə, əv­vəl­lər isə So­vet İt­ti­fa­qı ilə iki­tə­rə­f­li müna­si­bət­lər­dən is­ti­fa­də edib. Məq­səd ABŞ-ın re­g­i­on­da­kı he­g­e­mon­luğu­nun ba­lan­s­laş­dı­rıl­ma­sı və ya məhdud­laş­dı­rıl­ma­sı olub. Son 10 il­də isə Ru­siy­a­nın müxtə­lif sa­hə­lər­də nüfu­zu ar­tır. Bu­raya siy­a­sət, iq­ti­sa­diyyat və hər­bi sə­naye də da­xil­dir. Ru­siy­a­nın bu re­g­i­o­na ya­naş­ma­sı­na müxtə­lif re­ak­siy­a­lar var.

Ha­ki­miyyət­də sol­çu­la­rın ol­duğu öl­kə­lər, xüsu­si­lə Bo­li­var alyan­sı­nın Ve­ne­su­e­la, Bo­li­viya, Ku­ba və Ek­va­dor ki­mi üzvlə­ri Ru­siya ilə müxtə­lif  müqa­vi­lə­lə­rin im­za­lan­ma­sı­nı Bir­ləş­miş Ştat­la­rın re­g­i­on­da­kı nüfu­zu­nun qar­şı­sı­nın alın­ma­sı va­si­tə­si ki­mi görürlər. Mə­sə­lən, Ve­ne­su­e­la Ru­siy­a­dan 2001-ci il­dən tüfə­ng, tank, təyya­rə, zi­reh­li tex­ni­ka və ar­tilleriya si­s­tem­lə­ri alır. Üstə­lik, Ru­siya hə­lə so­vet il­lə­rin­dən ona qa­lan borcun 85%-dən ço­xu­nu si­lib. Arg­en­ti­na və Bra­zi­liy­a­nın sol-mər­kəz­çi hö­ku­mət­lə­ri isə öz növ­bə­lə­rin­də, ABŞ-ın nüfuz da­i­­rə­si­ni məhdud­laş­dır­maq üçün  Ru­siy­a­nı ye­ni tə­rəf­daş ki­mi gör­mək is­təy­ir­lər. Bu­nun­la ya­na­şı, on­lar mü­­da­fiə və təhlükə­siz­lik ki­mi sa­hə­lər­də öh­də­lik­lər da­i­rə­si­ni məh­dud­­laş­­dır­mağa ça­lı­şır­lar. ABŞ bu mə­sə­lə­lər­də çox həs­sa­s­dır.

Bu öl­kə­lər­də Ru­siya ilə qar­şı­lıq­lı müna­si­bət­lə­rin də­s­tək­lən­mə­si yüksək sə­viyyə­li görüşlər, "G20" çər­çi­və­sin­də əmək­daş­lıq və get­dikcə ar­tan tica­rət əla­qə­lə­ri­nə  əsas­la­nır.

Nə­hay­ət, Sa­kit oke­an alyan­sı­nın üzvlə­ri - Çi­li, Pe­ru və Mek­si­ka re­g­i­on­da ABŞ-ın əsas müttə­fiq­lə­ri­dir­lər və on­lar Ru­siy­a­nın bu­ra­da nüfu­zu­nu ar­tır­ma­sı­na  eh­tiy­at­la ya­na­şır­lar.

Pu­ti­nin La­tın Ame­ri­ka­sı­na sə­fə­ri Ru­siy­a­nın bu re­g­i­o­na olan ma­rağı ilə bağlı nümay­iş et­dir­diyi səy­­lə­rin  da­va­mı­dır.

- Bu il Cə­nu­bi Ame­ri­ka­nın bir sı­ra öl­kə­lə­rin­də, o cümlə­dən Arg­en­ti­na və Bra­zi­liy­a­da pre­zi­dent  seç­ki­lə­ri ke­çi­ri­ləcək. Seç­ki­lər­dən so­nra bu öl­kə­lə­rin siy­a­sə­tin­də han­sı dəy­i­şik­lik­lər baş ve­rə  bi­lər?

- 2014-2015-ci il­lə­rin seç­ki­lə­ri La­tın Ame­ri­ka­sın­da ya­xın il­lər üçün həl­le­dici ola bi­lər. Am­ma xü­su­si­lə Bra­zi­liy­a­da və Arg­en­ti­na­da si­y­a­si və­ziyyət hə­lə ki, ay­dın dey­il. Çi­li­də Mi­şel Ba­çe­let pre­zi­dent seç­­ki­sin­də qa­lib gə­lib və 4 il­lik fa­si­lə­dən so­nra ikinci müddə­tə öl­kəyə rəh­bər­liyə baş­layıb. Ba­çe­le­tin qə­lə­bə­si sa­biq pre­zi­dent  Pinye­ra­nın sağ-mər­kəz­çi hö­ku­mə­ti­nin dövrü ilə müqay­i­sə­də, Çi­li­nin La­tın Ame­ri­ka­sı­nın xa­rici siy­a­sə­ti­nə da­ha ya­xın xa­rici siy­a­sət yürütmə­si ilə nə­ticə­lə­nəcək.

Bra­zi­liy­a­nın  fut­bol üzrə Dünya Çem­pi­o­na­tın­da­kı məğlu­biyyə­ti bu öl­kə­də sse­na­ri­ni dəy­i­şib. İn­di Bra­zi­liya pre­zi­den­ti ikinci müddə­tə döv­lət baş­çı­sı se­çil­məyə bi­lər və bu, da­xi­li siy­a­sət­də Fəh­lə Par­tiy­a­sı ha­ki­miyyə­ti­nin so­nu de­mək olacaq. Onun əsas rə­qi­bi - So­si­al-De­mo­k­rat Par­tiy­a­sın­dan olan iq­ti­sad­çı Ae­siu Ne­ve­s­dir. Ne­ves ənə­nə­vi si­y­a­si eli­ta­nın təm­sil­çi­si­dir və pre­zi­dent se­çi­ləcəyi tə­q­dir­də, onun xa­rici siy­a­si pri­o­ri­te­ti ABŞ və onun qər­b­li müttə­fiq­lə­ri ilə müna­si­bət­lə­ri  in­ki­şaf et­dir­mək olacaq.

Nə­hay­ət, Arg­en­ti­na­da kirş­ne­riz­min siy­a­si era­sı ba­şa ça­tır. Pre­zi­dent  Kri­s­ti­na Kirş­ner tə­k­ra­rən bu po­sta se­çi­lə bil­məz. Xalq ye­ni pre­zi­dent se­ç­mə­li­dir.

Əl­bət­tə, in­di pro­qnoz ver­mək çə­tin­dir. Am­ma kirş­ne­rist­lər­dən fər­q­li ola­raq, pre­zi­den­t­liyə əsas na­mi­zəd­lər ABŞ və Av­ro­pa öl­kə­lə­ri ilə müna­si­bət­lə­rə ənə­nə­vi  müsbət ba­xış­la­rı olan şəx­slər­dir. Kirş­ne­rin dövründə ABŞ-la müna­si­bət­lər pis idi­sə, böyük eh­ti­mal­la, ye­ni pre­zi­dent ma­liyyə də­s­təyi, xa­rici in­ve­s­ti­siy­a­la­rın öl­kəyə cəl­bi məq­sə­di­lə ame­ri­ka­lı­lar­la ya­xın­laş­maya ça­lı­şacaq.


MƏSLƏHƏT GÖR:

737