Müəllif: Valentina REZNİKOVA, Milan - Bakı
İtaliya... Bu sözü ucadan və ya fikrən səsləndirəndə təsəvvürünüzdə nə canlanır? Kolizey? Venesiyanın kanalları? Adriano Çelentano, Marçello Mastroyanni və Sofi Lorenin iştirakı ilə filmlər? Uffisi qalereyası? Dahi Leonardo da Vinçinin işləri? Vatikan? Yoxsa dadlı və sağlam yemək? Bəlkə də hamısı birdən. Bir də Şekspirin tərənnüm etdiyi və kinorejissor Franko Dzefirellinin təcəssüm etdirdiyi veronalılar - Romeo və Cülyettanın gözəl sevgi hekayəsi. Lakin İtaliyada olmaq sizə də nəsib olubsa, o zaman onu heç vaxt unutmayacaqsınız. Və təkcə ona görə yox ki, İtaliya dünya incəsənətinin beşiyidir, qədim memarlıq və mədəniyyət ölkəsidir. Onun məkanlarında və havasında onu həmişəlik sevməyə imkan verən bir sirr var. Bütün bunlar haqda Ana Belen "Viva İtalia" mahnısında ürəkdən ifa edir!
Məsuliyyətli və qayğısız
"Yaşasın İtaliya! Çalışan İtaliya, aşiq olan İtaliya, ümidsiz İtaliya. İtaliyanın yarısı borc, yarısı qismətdir. Yaşasın göyün yeddinci qatında olan İtaliya".
Məktəbdə coğrafiya dərslərindən məlum olan İtaliya "çəkməsi" şimal və cənuba bölünür. Şimal Cənubla müqayisədə praqmatik, daha rasional, sənayesi daha inkişaf etmiş və bütün məna və münasibətlərdə daha "təşkil edilmiş" hissədir. Bir sözlə, onları insani xarakterlərlə müqayisə etsək, Şimal - ciddi və daha məsuliyyətlidir. O, təkcə bu günü deyil, həm də sabahının qayğısına qalaraq çox çalışır. Cənub - daha yüngül, daha laqeyd və bir qədər də tənbəl xarakterin təcəssümüdür. O, Şimalla müqayisədə ağır əməyə həyatın qayğısız münasibətini üstün tutaraq, özünü düşüncəsiz kiçik qardaş kimi aparır. Şimal isə böyük kimi, qəmlənərək balacanın "hoqqa"larına baxaraq, atatək onun problemlərini həll edir. Burada Şimalla Cənubu vahid dövlət kimi birləşdirmək üçün o qədər səy göstərən Haribaldini necə xatırlamayasan? Bu gün həmin səylərin nəticələrinə baxaraq, qeyri-ixtiyari sual doğur: buna dəyərdimi? İtaliya ancaq ərazi olaraq kiçik görünür. Amma onu tanımaq, onu anlamaq mümkün deyil, hətta şəhərbəşəhər gəzsən belə. İtaliyanı anlamaq üçün orada yaşamaq lazımdır. Ən azı - bir il. Amma yenə də dərk edə bilməyəcəksiniz, ancaq onun ideyasını duyacaqsınız. İtaliyalıların öz ölkələrini necə güclü sevdiklərini və bütün zamanlarda onun gözəl simasını qoruyub-saxladıqlarını anlamağa iki həftə yetər.
Ümumi təəssüratlar
Burada qaradərili irqin nümayəndələrinin çox olması xüsusilə nəzərə çarpır. Onlar turistlər deyil, qaçqınlardır. Avropa Birliyi bu problemin həllinə yardım etmək üçün ölkənin xahişini qulaqardına vuraraq, onları İtaliyada saxlayır. Hər il ölkəyə xoşbəxt həyat axtarışlarında olan bir neçə yüz (bəlkə də çox!) insan gəlir. Vatikan mərhəmətli olmağa çağırır, böhranın ikinci dalğasını yaşayan İtaliya da şəfqət nümayiş etdirir. Humanistlik nöqteyi-nəzərdən - bu yaxşıdır. Bəs kulturoloji baxımından? Təsəvvür edək, digər mədəniyyətdən olan, insanların birgəyaşayışı barədə fərqli anlayışa, yerli əhalinin mentalitetindən xeyli seçilən insanların böyük bir qrupu dünya mədəniyyətinə, dayanıqlı ənənələrin və əsrlərboyu mədəni birgə yaşamağa tab gətirən təbəqəyə malik bir ölkədə peyda olurlar. Nə baş verir? Davam gətirən qanun və qaydalar təməlinin asta, amma düzgün formada uçması, həmçinin əxlaqi. Lakin yaxşı həyat axtarışlarında buraya qanunsuz olaraq gələnlər təkcə qaradərili irqin nümayəndələri deyil. Burada zəngin italiyalıların evlərində iş tapan xeyli ukraynalı qadın var və yaxşı qavrama qabiliyyətinə malik olduqlarından son dərəcə tez uyğunlaşırlar. O həddə ki, adət olunmuş dəyərlərə və ənənələrə, italiyalı qadın üçün günah və mənəviyyatsızlıq anlayışı ilə yaxın olan "azadlıq"ın, bir növ, müxtəlifliyini qataraq, ailəni dağıda bilər. Burada Moldova, Polşa, Serbiya və Xorvatiyadan çox qadın var. Xalqların böyük köçü XXI əsrdə başlayıb. Və o, özü ilə əsrlərboyu adət olunan və sınağından çıxmış mənəvi təməl və mədəni ənənələrin pozulması ilə bağlı heç də müsbət olmayan anları daşıyır.
Buraya gələn kişilər və qadınlar özləri ilə "öz dünyaları"nı gətirirlər. Lakin istənilən ölkə üçün bu cür "xeyir"in şleyfi yavaş məhvolma probleminə çevrilir.
Milanda bir gün
"Yaşasın İtaliya! Azad edilmiş İtaliya, qəhvə ətirli İtaliya, oğurlanmış İtaliya, tamamilə qarət edilmiş İtaliya, var olsun İtaliya! Biz hamımız - İtaliyayıq".
İşgüzar insanların, sənaye sahələrinin, bankların, kutyurye, butik, Adriano Çelentano, memarlıq abidələrinin şəhəri, Lombardiyanın inzibati mərkəzindən 5 süni kanal, regional, milli və beynəlxalq əhəmiyyətli dəmir yolları, hava limanı və dəniz limanı keçir. Vağzalda da, qatarda olduğu kimi, siz müxtəlif irqdən olan insanlara rast gələ bilər, "fərqli millət"lərin, habelə öz həmvətənlərinizin də dilini eşidə bilərsiniz.
Beləliklə, Milan. Onun əsas diqqətəlayiq hissəsi - insanlardır. Mehriban, gülərüz, qonaqpərvər, səmimi, əməksevər insanlar... İtalyan və eləcə də ingiliscə pis danışırsınızsa, ipucu lazım olacaq - mütləq sizə kömək edəcəklər. Səbirlə sizi dinləyəcək, dəqiqləşdirəcək, dərdinizi anlayacaq və hökmən kömək edəcəklər. Memarlıq üçün bu - Pyassa del Duomo - Duomo meydanıdır. Meydanda qotik üslubda tikilmiş kafedral kilsə və II kral Vittorio Emanuelin atda heykəli durur. Kilsənin içi XVI əsrin gözəl vitrajları ilə bəzədilib. Girişdə divarın şimal hissəsinə doğru uzanan latun zolaq gedir. Qarşı tərəfdəki divarda - işıq şüalarının nüfuz etdiyi dəlik var. Və günəş işığı latun zolağın üstünə düşərək, bu zolağın hər iki tərəfində Zodiak bürcləri yerləşən lövhəni işıqlandırır. Burada dünyanın müxtəlif coğrafi nöqtələrindən olan cürbəcür möminlərə də rast gəlmək olar.
Kilsənin hüdudlarını tərk edərək, siz dərhal meydana, daha sonra isə - II Vittorio Emanuel qalereyasına düşürsünüz. Bura milanlıların və turistlərin sevimli yeridir. Burada brend mağazalar, ötən əsrlərin dekorunu saxlayan kitab dükanları, hər zaman bir fincan ətirli qəhvə içmək mümkün olan restoran və barlar yerləşir! Qəhvə isə İtaliyada, sadəcə, milli içki deyil, o, milli dindir. O, həyat tərzidir, ünsiyyət üçün səbəbdir, istirahət formasıdır, xəbərlər mənbəyi və bir çox başqa şeydir! Bu haqda "Viva İtaliya" mahnısından yaxşısını demək olmaz!
Burada isə turistlər üçün çoxsaylı dükancıqlardan 5 avro civarında özünüz və dostlarınız üçün gözəl suvenirlər ala bilərsiniz. Daha sonra isə piyada Via Torinaya yollanmaq mümkündür. Bura Milanda ən qədim küçələrdən biridir. Burada çoxlu butiklər, emalatxanalar, dükanlar var. Sağa və sola gedən kiçik döngələr isə ilkin gözəlliyi ilə turistlərin diqqətini cəlb edərək, tarixi görünüşünü saxlayıblar. Torinonun küçələri boyu gəzdikcə siz asanlıqla Navilya məhəlləsinə gedə və kanalı seyr edə bilərsiniz. Lakin əvvəlcə La Skala meydanına gedin, Leonardo da Vinçinin heykəlini seyr edin, La Skala teatrına girin, onun muzeyinə baş çəkin. Hətta tamaşaya gedə bilməsəniz belə, baxmağa çox şey tapacaqsınız!
XVIII əsrdə açılmış və XX əsrdə bombalanan və bərpa edilən bu məkan, müqəddəs yerlərin möminliyi ilə müqayisə edilə biləcək yüksək incəsənətin həmin mühitini saxlayıb. Əsl incəsənət sehri tamaşaçı zalı, hətta boş olduqda belə onu tərk etmir! Lakin yüksək moda ilə maraqlanırsınızsa, Duomo meydanı yaxınlığında yerləşən "Moda dördbucağı"na yollanın və ən prestijli brendləri əldə edərək özünüzə sevinc bəxş edin. Burada, həmçinin XIX əsrin aristokrat memarlıq üslubunu da seyr edə bilərsiniz. Belə üslubda tikilən evləri palasso - saraylar adlandırırlar. Navilo Qrandeyə yollandıqda, küçələrin işlək yolunu keçərkən ehtiyatlı olun: çoxlu skuter və motosiklet sürənlər var. İtaliyada çox populyar hərəkət vasitəsi sayılan bu nəqliyyat vasitəsilə toqquşa bilərsiniz.
Vaxtınız varsa, mütləq Pinakoteka Brera, Dante küçəsi, Santa Mariya delle Qrasiya, Leonardo da Vinçi adına elm və texnika muzeyini ziyarət edin. Amma sonra hökmən yenə də Navaliyaya - hələ XIV əsrdə Leonardo da Vinçi tərəfindən layihələndirilən kanallara baş çəkin. Onlar ticarət malları və tikinti materillarının tədarükü üçün su yolu nəqliyyatı kimi yaradılmışdı. Bu mənada onlar XIX əsrin ortalarına kimi milanlılar tərəfindən istifadə olunurdu. Daha sonra isə qatar və tramvaylarla əvəz olundular.
Burada Qrand-kanal yerləşir - turistlərin sevimli istirahət yeridir. Buraya gələrək, siz aşiqlərin romantik məkanında və bayram sükutuna düşərək, sanki zamanı tərk edirsiniz. Bundan savayı, şənbə günləri Fyera di Siniqalliya bazarı da burada işləyir. Bazardan münasib qiymətə brend markaların geyimlərini əldə edə bilərsiniz. Ayın hər sonuncu bazar günü bu məkanı əntiq əşyaların satıldığı bazar tutur.
Milanı tərk etməzdən öncə, Via Verdi - 6 ünvanında yerləşən və "Kafe Verdi" adlanan kafeni ziyarət edin. Onun haqda heç bir bələdçi kitabçasında məlumat tapa bilməzsiniz. Amma burada - məkan milanlılar, yaradıcı ziyalılar və təsadüfən buraya düşən turistlər tərəfindən abadlaşdırılıb və seçilib.
Buradan klaviranın əntiq nəşrini, şöhrətli italyan artistlərinin şlyapalarını, incəsənət üzrə nadir kitablar, teatr və kino ulduzlarının eksklüziv fotolarını əldə etmək olar. Kafedə İtaliya yeməkləri, şərabı, çərəzləri və əlbəttə ki, kofesinin geniş çeşidlərini təklif etməklə, gözəl xidmət göstərilir. Bütün bunlar - münasib qiymətədir. Burada teatrın səhnə arxasını xatırladan gözəl mühit var. Bir müddətdən sonra elə bir xəyal yaranır ki, elə bil, kafe nə vaxtsa burada indi lap sizin kimi əyləşən o məşhurların həyat sirlərinin pərdəsini azca aralayır. Bu hissin şleyfi uzun müddət arxanıza sürünəcək.
MƏSLƏHƏT GÖR: