15 Mart 2025

Şənbə, 00:37

"TÖRƏMƏ" ÜMİDLƏRİ DOĞRULTDU

VTB Bankın vitse-prezidenti Mixail Yakuninin "R+"a müsahibəsi

Müəllif:

02.09.2014

Azər­baycan­da bank sekto­ru­nun day­a­nıq­lı in­ki­şa­fı, onun hət­ta qlo­bal iq­ti­sa­di böh­ran il­lə­rin­də cid­di şə­kil­də po­zul­may­an sa­bit­liyi bir çox xa­rici ma­liyyə in­sti­tut­la­rı­nın ma­rağı­na sə­bəb olub. Yer­li ba­za­rın xüsu­siyyət­lə­ri­ni qa­v­ra­maq və ora­da mö­vcud­luğu­nu möh­kəm­lən­dir­mək Azər­bayca­na gəl­miş xa­rici ban­k­la­rın heç də ha­mı­sı­na qi­s­mət ol­mayıb.

Bu mə­na­da VTB Bank (Azər­baycan) öl­kə­də xa­rici ban­kın uğur­lu in­ki­şa­fı ba­xı­mın­dan nümu­nə sayı­la bi­lər. Onun ar­tan müştə­ri ba­za­sı, ya­xın gə­ləcək üçün qar­şıya qoy­ul­muş bütün hə­də­f­lə­rə, id­di­a­lı plan­la­ra na­il ol­ma­sı Ru­siya ban­kı­nın tö­rə­mə struk­tu­ru­nun düzgün siy­a­sət yürütdüyünün gö­s­tə­rici­si­dir.

VTB  Ban­kın böyük vit­se-pre­zi­den­ti, tö­rə­mə şir­kət­lər de­par­ta­men­ti­nin rəh­bə­ri Mi­xa­il YAKUNİN "R+" jur­na­lı­na müsa­hi­bə­sin­də təm­sil et­diyi ban­kın Azər­baycan­da­kı "tö­rə­mə"si­nin uğur­la­rı­nın əsas sə­bəb­lə­rin­dən da­ha bi­ri­nə diq­qət çə­kib - Azər­baycan­da­kı sa­bit və di­na­mik iq­ti­sa­di in­ki­şaf.

 - VTB Bank bu gün bir sı­ra post­so­vet öl­kə­sin­də fə­a­liyyət gö­s­tə­rir. Azər­bayca­nın bank sek­to­run­da­kı bu­günkü du­ru­mu necə qiy­mət­lən­dir­mək olar?  O, bu­ra­da xa­rici ban­k­la­rın fə­a­liyyət gö­s­tər­mə­si üçün nə qə­dər əl­ve­riş­li­dir?

- Azər­bayca­nın bank ba­za­rı ən sa­bit və di­na­mik in­ki­şaf edən ba­zar­lar­dan bi­ri­dir. Öl­kə­də­ki ÜDM-in bu­günkü və pro­qnoz­laş­dı­rı­lan ar­tı­mı, di­g­ər sta­ti­s­tik mə­lu­mat­la­rı post­so­vet mə­ka­nın­da mö­vcud olan ma­k­ro­iq­ti­sa­di və­ziyyət fo­nun­da müsbət qiy­mət­lən­dir­mək olar. Xüsu­si­lə vacib mə­qam on­dan iba­rət­dir ki, öl­kə iq­ti­sa­diyya­tı yal­nız neft sek­to­ru he­sa­bı­na in­ki­şaf et­mir. Ək­si­nə, son za­man­lar onun in­ki­şaf­da­kı payı aza­lır, di­g­ər sa­hə­lər­də, mə­sə­lən, sə­nay­e­də ina­nıl­maz in­ki­şaf tem­plə­ri müşa­hi­də olu­nur. Bu, əsas müsbət mə­qam­lar­dan bi­ri­dir. Bu­nun­la ya­na­şı, əl­bət­tə ki, ümu­mi iq­ti­sa­di və­ziyyət, bank sek­to­run­da­kı 10%-lik in­ki­şaf, ki­fay­ət qə­dər sa­bit valyu­ta kur­su Azər­baycan­da bank biz­ne­si­nin həy­a­ta ke­çi­ril­mə­si üçün əl­ve­riş­li şə­ra­it ya­ra­dır.

- Si­zin də eti­raf et­diy­i­niz ki­mi, VTB-nin Azər­baycan­da­kı "tö­rə­mə­si" di­g­ər tö­rə­mə ban­k­lar ara­sın­da ən di­na­mik və uğur­la in­ki­şaf edənlər­dən­dir. Fi­k­ri­nizcə, bu uğu­run sə­bə­bi nə­dir?

- On­dan baş­layım ki, biz fə­a­liyyət gö­s­tər­diy­i­miz müxtə­lif öl­kə­lər­də müxtə­lif in­ki­şaf mo­del­lə­ri­nə üstünlük ve­ri­rik - ha­ra­da­sa mö­vcud oy­un­çu­la­rı alı­rıq, ha­ra­da­sa "start-ap səfərdan" və ya "startap tərəfdaş­lar­la "sxemlərindən istifadə edirik. VTB Azər­baycan­da fə­a­liyyə­tə mö­vcud ban­kın alın­ma­sı za­ma­nı ya­ra­na bi­ləcək yük ol­ma­dan, "sı­fır­dan" baş­layıb. Bu, VTB-nin Azər­baycan­da­kı "tö­rə­mə"si­nin di­na­mik in­ki­şa­fı­nın sə­bəb­lə­rin­dən bi­ri­dir. Bun­dan baş­qa, bi­zim "Ata­Hol­ding" ASC ilə uğur­lu tə­rəf­daş­lığı­mız da bu iş­də az rol oy­na­mayıb. Bu, öl­kə ba­za­rın­da­kı və­ziyyə­ti əla an­lay­an, də­rin ek­s­pert qiy­mət­lən­dir­mə­lə­ri həy­a­ta ke­çi­rən qu­rum­dur. Azər­baycan və Ru­siy­a­nın bank ba­zar­la­rı­nın ek­s­per­ti­za­sı­nın məhz bu əla­qə­lən­di­ril­mə­si uğur­lu nə­ticə­lə­rə im­kan ya­ra­dıb. Bank 3 il üçün qar­şıya qoy­duğu hə­də­f­lə­rə na­il olub, müsbət ma­liyyə nə­ticə­si əl­də edib, növ­bə­ti in­ki­şaf mər­hə­lə­si­nə ke­çib. Ötən il ban­kın Azər­baycan "tö­rə­mə"si­nin dö­nən ka­pi­ta­lı 18% təş­kil edib və bu, çox yax­şı gö­s­tə­rici­dir.

- Bu uğur­lu in­ki­şaf fo­nun­da VTB-nin Azər­baycan­da fə­a­liyyə­ti­ni ge­niş­lən­dir­mə­si, səhm payı­nı ar­tır­ma­sı və ya qey­ri-bank sek­to­run­da ye­ni biz­ne­sə baş­la­ma­sı göz­lə­ni­lir­mi?

- Paya gə­lincə, ha­zır­kı və­ziyyət bi­zi ta­ma­mi­lə qa­ne edir (ban­kın səhmdar­la­rı struk­tu­run­da 51% BMT Bank ASC-yə, 48,99% "AtaHol­ding" şir­kət­lər qru­pu­na məx­su­s­dur). Fi­k­ri­mizcə, na­il ol­duğu­muz ef­fek­tiv­liy­in sə­bə­bi də məhz bu­dur.

Gə­ləcək in­ki­şaf ba­xı­mın­dan isə qeyd edim ki, bu il VTB Qrup üçün ye­ni 3 il­lik stra­te­g­iya qə­bul edi­lib. O, qu­ru­mun hər bir tö­rə­mə ban­kı­nın stra­te­g­iy­a­sı­nı özündə cəm­ləş­di­rir. Qar­şı­da­kı 3 il­də biz diq­qə­ti ef­fek­tiv­liy­in ar­tı­rıl­ma­sı­na yö­nəl­də­cə­y­ik. Bu stra­te­g­iya çər­çi­və­sin­də VTB Bank (Azər­baycan) qar­şı­da­kı 3 il­də Azər­bayca­nın ən yax­şı 10 ban­kı­nın sı­ra­sı­na da­xil ol­maq niy­yə­­tin­də­dir. Am­ma bu, məq­səd yox, oriy­en­tir­lər­dən bi­ri­dir.

Biz Azər­baycan­da ye­ni "qey­ri-bank" biz­ne­si­nə baş­lay­acağı­mı­zı da is­tis­na et­mi­rik. Bu­ra­da ba­zar çox ma­raq­lı­dır və di­na­mik in­ki­şaf edir . Xid­mət çe­şi­di­nin ge­niş­lən­di­ril­mə­si­nə diq­qət ye­ti­rə­rək, biz hə­m­çi­nin yar­dı­m­çı məh­sul­la­ra da yer ayı­rı­rıq. Bu sı­ra­da mə­s­ə­lən fak­to­rin­qi (tica­rət fə­a­liyyə­ti­ni  ödə­ni­şin uza­dıl­ma­sı şər­tiy­lə iş qu­ran is­teh­sal­çı və tə­darükçülər üçün xid­mət­lət kom­plek­si) gö­s­tə­rə bi­lə­­rəm. Bu, xüsu­si­lə Azər­baycan­la Ru­siya ara­sın­da sıx əmək­daş­lığın qu­rul­ma­sı, tica­rət dö­v­riyyə­si­nin ma­liyyə­ləş­di­ril­mə­si şə­ra­i­tin­də ma­raq­lı­dır. Gə­ləcək­də isə bu, di­g­ər öl­kə­lər­lə də tica­rət müna­si­bət­lə­rin­də per­spek­tiv­li məh­su­la çe­v­ri­lə bi­lər.

- Bəs gə­ləcək­də diq­qə­tin bank biz­ne­si­nin han­sı­sa bir is­ti­qa­mə­ti­nə yö­nəl­dil­mə­si ilə bağlı da plan­lar var­mı?

- Biz VTB Ban­kı (Azər­baycan) uni­ver­sal bank ki­mi görürük və bu gün iq­ti­sa­diyya­tın bütün sek­tor­la­rı ilə iş­ləy­i­rik - is­tər hüqu­qi, is­tər­sə də fi­zi­ki şəx­slər­lə. Ha­zır­da ban­kın müştə­ri ba­za­sı ba­lan­s­laş­dı­rı­lıb və bölüşdürülüb - hüqu­qi və fi­zi­ki şəx­s­lər ara­sın­da 50%-in 50%-ə. Korpo­ra­tiv seq­ment­də diq­qə­ti da­ha çox re­al sek­to­run, sə­nay­e­nin kre­dit­ləş­di­ril­mə­si­nə yö­nəl­tmi­şik. Çünki bu, da­ha ma­raq­lı və di­na­mik in­ki­şaf edən sa­hə­dir. Port­fe­li­mi­zin 70%-ni məhz bu sa­hə təş­kil edir.

Kre­dit­ləş­mə­də tö­rə­mə ban­kın və­­sa­it ça­tış­maz­lığı olar­sa, əsas ban­kın və di­g­ər tö­rə­mə struk­tur­la­rın im­­kan­la­rın­dan is­ti­fa­dəyə, sin­di­kat ya­rat­mağa və s. ha­zı­rıq.

- Qə­liz siy­a­si və­ziyyət, Ru­siya ban­k­la­rı­na san­k­siy­a­la­rın tət­bi­qi fo­nun­da VTB-nin, xüsu­si­lə onun Azər­baycan­da­kı struk­tu­ru­nun fə­a­liyyə­tin­də hər han­sı dəy­i­şik­lik­lər göz­lə­ni­lir­mi?

- VTB-nin Azər­baycan­da­kı tö­rə­mə ban­kı­nın fə­a­liyyə­ti Ru­siy­aya qar­şı tət­biq olu­nan san­k­siy­a­lar­dan heç bir zə­rər görmür. Ru­siya ban­k­la­rı­na tət­biq edi­lən san­k­siy­a­lar VTB-nin Azər­baycan­da­kı fə­a­liyyə­ti­nə tə­sir gö­s­tər­mir. Çünki on­lar yal­nız ABŞ və Av­ro­pa­nın fond ba­zar­la­rın­da ma­liyyə əl­də et­mək im­kan­la­rı­na aid­dir. VTB (Azər­baycan) fə­a­liyyə­tin­də bu ma­liyyə­ləş­dir­mə alə­tin­dən is­ti­fa­də et­mir. VTB Ban­kın (Azər­baycan) müştə­ri­lə­ri ban­kın fə­a­liyyə­tin­də san­k­siy­a­lar­la bağlı heç bir dəy­i­şik­lik hiss et­məy­əcək­lər - o, bütün xid­mət sa­hə­lə­rin­də fə­a­liyyə­ti­ni da­vam et­di­rəcək və öh­də­lik­lə­ri­ni tam şə­kil­də həy­a­ta ke­çi­rəcək.


MƏSLƏHƏT GÖR:

556