24 Noyabr 2024

Bazar, 13:42

VALİDEYN NƏZARƏTİ

Virtual dünyanın mənfi təsirlərindən uşaqları necə qoruyaq?

Müəllif:

01.07.2012

İnternet yalnız bizim deyil, həm də uşaqlarımızın həyatının ayrılmaz hissəsinə çevrilib. Hə, əlbəttə, dünya şəbəkəsinin maarifçilik amilini unutmaq olmaz - təhsil və istirahət üçün yaxşı alətdir. Amma həm də qlobal şəbəkədə hansı təhlükələrin və real müdaxilələrin olduğunu unutmaq olmaz. Valideyn və müəllimər tez-tez məktəb yaşında olan uşaqların psixoloji, emosional və fiziki sağlamlığına internetin mənfi təsirlərindən danışırlar və bu qərara gəlirlər ki, dünya şəbəkəsi uşağı öyrətməkdənsə, daha çox başını qataraq tədrisdən uzaqlaşdırır. 

Ekspertlər iddia edirlər ki, çağdaş uşaqlar arzuolunmaz saytlara daxil olmaq, qeyri-leqal proqram təminatları köçürmək və ya evdə kompyuterin arxasında otura-otura tanımadıqları insanlarla ünsiyyət qarşısındadır. Məsələ bundadır ki, məktəblərdə kompyuterlərdən istifadəyə məhdudiyyətlər evdə valideynlərin qoyduğu qadağalardan xeyli sərtdir. 

Məktəb rəhbərliyi valideynlərlə müqayisədə seçmədən bütün saytlara girmək üçün izin verməyən proqramlardan daha çox istifadə edirlər. Buna görə də məktəbdə məntiqli şəkildə qadağan olan işləri uşaqlar asanlıqla valideynlərin diqqət verməməsi  səbəbindən evdə edirlər. Valideynlər uşaqlara naməlum yerlərdə tək gəzməyə imkan vermədikləri kimi, onlara nəzarətsiz və böyüksüz internetdə işləmək imkanı da verməməlidirlər. Dünya şəbəkəsində nəzarətsiz qoyduğunuz uşağın başına nə işlər gələ bilər?

Çatlarda və ya digər sahələrdə xoşagəlməz və təhlükəli adamlar ilə görüş mümkündür. Statistikaya görə, bu, ən böyük riskdir. Uşaqlar, hətta ağıllarına belə gəlməyən dəstələrə düşə bilərlər. Bu, radikal siyasi qruplar, şeytana inananlar, şəbəkə "orgiyaları" da ola bilər. Əlbəttə, bu qruplar real dünyada mövcuddur, yalnız evdə kompyuter arxasında oturan yeniyetmənin onlara qatılması isə daha asandır. 

O, təhqiredici, əxlaqsız kontentlə qarşılaşa bilər. Bu, sadəcə pornoqrafiya haqqında deyil. Bundan əlavə, müəyyən narkotiklərin təsirlərinin müzakirəsinə, pirotexnikaya, intihara həsr edilmiş saytlar da var. Beləliklə, narkotik maddələrə, alkoqola, siqaretə və digər təhlükəli əşyalara aludəçilik əmələ gələ bilər. 

Ciddi təhlükə yeniyetmələr "onlayn" dostları ilə real görüşə gedən zaman başlayır. İnternet uşaqlar üçün onlara qarşı seksual planlara malik insanlar ilə görüş zamanı real təhlükəyə çevrilə bilər.

Azartlı oyunlar da uşaqları cəlb edə bilər. Hətta sadə onlayn oyuncaqlar düzəlməz zərərlər vurur - uşağın vaxtının çoxunu alır, onu dərslərdən və sakit istirahətdən yayındırır, psixi və fiziki sağlamlığına zərər vurur. Dəqiq olmayan məlumatlar da ala bilərlər. Uşaqlar insanları təhdid edə və qanunu poza bilərlər. 

 

Virtual şəkərqabı 

Daxili İşlər Nazirliyində (DİN) etiraf edirlər ki, İnternet və uyğun  olaraq sosial şəbəkələr gənc və orta nəsildən çox, azyaşlıların ünsiyyət məkanına çevrilib.  Bakı Baş Polis İdarəsinin həddi-büluğa çatmamışlarla profilaktiki iş təşkilatının şöbə müdiri Hüseyn Əliyev bildirir ki, sosial şəbəkələrə qeyri-sağlam maraq gündən-günə artır. 

"Gənclərin böyük hissəsi sosial şəbəkələrdən bilik və qabiliyyətlərinin artırılması məqsədi ilə istifadə etsələr də, bəzi uşaqlar "Facebook", "Odnoklassniki" və "Twitter" kimi məşhur saytlara girərək, erotik və pornoqrafik materiallara baxırlar ki, bu da onların əqli, psixoloji və mənəvi inkişafına mənfi təsir göstərir", - deyə o vu-rğulayır.

Onun sözlərinə görə, valideyn nəzarəti olmayan azyaşlı qızlar qarşı tərəfin təmsilçilərinin təsiri altına düşürlər, onlarla internetdə tanış olurlar və ünsiyyət qururlar. Ən sonda bu cür ünsiyyət seksual zorakılığa gətirir, zaman keçdikdən sonra bu qızlar trafikinq qurbanlarına çevrilirlər. 

Bununla bağlı olaraq, Azərbaycanda uşaqların zərərli İnternet saytlara daxil olmasının qarşısının alınması məqsədi ilə qanunvericiliyə düzəlişlər edilməsi haqqında təkliflər hazırlanır. Bu təşəbbüsün müəllifi - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həddi-büluğa çatmamış istifadəçilərin daxil olduğu saytlara "məsuliyyət daşıma" səviyyəsində nəzarət tətbiq olunmasını və ziyanlı saytlara daxil olmağı qadağan etməyi irəli sürür. Dövlət Komitəsində sanırlar ki, internet-klubların sahibləri uşaqların dərs vaxtı orada olmasına icazə verməməlidirlər. Bu tələbin pozulması halında internet-klubdan inzibati məsuliyyətə cəlb olunmaq və cərimələnmək tələb edilir.  Dövlət Komitəsində düşünürlər ki, buna nəzarət Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşları nəzarət etməlidirlər. Bundan başqa, qurumda əmindirlər ki, həm də valideynlərin məsuliyyətini artırmaq lazımdır. 

Əgər valideyn öz uşağına nəzarət edə bilmirsə, onun nə ilə məş-ğul olduğu ilə maraqlanmırsa, o, buna görə məsuliyyət daşımalıdır. Bu yalnız internetlə deyil, həm də uşaqların pis mühitə düşməməsi, cinayətkar qruplaşmalara cəlb edilməməsi ilə bağlı təklif edilir. Komitə bu cür valideynləri məsuliyyətə cəlb etməyi, onlara qarşı cərimə tətbiq etməyi təklif edir. 

Bütün bu təkliflər Milli Məclisə sentyabra qədər təqdim ediləcək. 

 

Hər şey yetərincə sadədir!

Cərimələr, sanksiyalar, məsuliyyət... Bütün bunlar yaxşıdır, amma effektiv deyil. İnternet-klubların hamısını nəzarətdə saxlamaq, hamısını məsuliyyətə cəlb etmək, çətin ki, tam mümkün olsun. Xüsusilə də bunu valideynlərə qarşı tətbiq etmək müşkül olacaq. Daha effektiv üsullar var. Məsələn, uşaqların internetdəki arzuolunmaz kontentdən qorunmasının daha səmərəli yolu internet-süzgəc tətbiq edilməsidir. Bu sistem dünyada "valideyn nəzarəti" kimi tanınır. Bu, bir növ, xüsusi proqramdır və kompyuterlərə yazılır, quraşdırılmış reyestrə uyğun olaraq, müxtəlif arzuolunmaz saytlara girişi bağlayır. 

Azərbaycanda valideyn nəzarəti sistemi bu yaxınlara qədər, demək olar ki, istifadə edilməyib. Ancaq 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində  Azərbaycanın 1200-dən artıq tədris müəssisəsinin qoşulduğu təhsil şəbəkəsində internet-süzgəclər tətbiq edilməyə başlandı. Buna görə də məktəbdə kompyuterdən istifadə edən uşaqlar arzuolunmaz kontentdən qorunmuş olurlar. 

Bu xidmət yalnız məktəblərdə deyil, ev şəraitində də mümkündür. İstənilən istəyən öz internet provayderinə müraciət edərək, öz uşaqlarının kompyuterinə xüsusi proqramlar, o cümlədən, azərbaycandilli proqramlar da yüklədə bilərlər. 

Valideyn nəzarəti probleminin ümumi bir problemə çevrildiyini sübut edən başqa bir fakt isə əlavələrə, oyunlara və saytlara məhdudiyyət vəsaitlərinin "Windows"un proqram təminatının da tərkibinə daxil edilməsidir. Bu cür vəsaitlər bu yaxınlarda təhlükəsizliyin təmini üçün bir çox kompleks əlavələrdə, məsələn, "Norton Internet Security" və "Kaspersky Internet Security"də də peyda olub. İstisna olaraq valideyn nəzarəti üçün nəzərdə tutulmuş xüsusi proqramlar da var. Əgər bir neçə il qabaq onların hamısı ingilisdilli idisə, hazırda istənilən dildə işlətmək üçün özəl hazırlanmış bu cür proqram tapmaq indi problem deyil.  Bu da şəksiz, onu göstərir ki, bu cür tədbirlərə ciddi  tələbat var.



MƏSLƏHƏT GÖR:

513