12 Mart 2025

Çərşənbə, 04:46

YENİ MƏRHƏLƏ

Koreya Respublikasının Azərbaycandakı səfiri Ço Suk-İnnin "R+"a müsahibəsi

Müəllif:

02.09.2014

Müsa­hi­bəyə baş­la­maz­dan əv­vəl sə­fir, jur­na­list­lə­rə qar­şı olan xüsu­si müna­si­bə­tin­dən da­nış­dı. "Mə­nim jur­na­list­lə­rə ay­rıca bir bağlı­lığım var, çünki qar­da­şım Se­ul­da ing­i­li­s­dil­li qə­zet­də baş re­dak­tor iş­ləy­ib. Bu bağlı­lığın di­g­ər bir sə­bə­bi isə odur ki, özüm də 34 il əv­vəl karye­ra­ma baş­lay­an­da ilk təy­i­na­tım məhz mət­bu­at­la əla­qə­dar ol­muş­du. O za­man dip­lo­mat ki­mi press-re­liz­lə­rin ha­zır­lan­ma­sı, mə­lu­mat­la­rın yayıl­ma­sı ilə mə­ş­ğ­ul olur­dum", - deyə Ko­reya Re­s­pub­li­ka­sı­nın Azər­baycan­da­kı sə­fi­ri Ço Suk-İnn bil­dir­di. Dip­lo­ma­tın bu söz­lə­rin­dən so­nra onun­la müsa­hi­bə­nin qu­ru, dip­lo­ma­tik lek­si­ko­nun im­kan ver­diyi dar çər­çi­və­lər­də dey­il, da­ha can­lı və ma­raq­lı alı­nacağı­na ümi­di­miz art­dı və elə bu ümid­lə də su­al­la­rı­mı­zı sə­fi­rə ünvan­la­dıq...

- Cə­nab sə­fir, bu il Azər­bay­can­la Ko­reya ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lə­rin qu­rul­ma­sın­dan 22 il ke­çir. İki öl­kə ara­sın­da­kı əla­qə­lə­rin ha­zır­kı du­ru­mu­nu necə qiy­mət­lən­di­rir­si­niz?

- Ötən iki onil­lik ər­zin­də müna­si­bət­lə­ri­miz əhə­miyyət­li də­rəcə­də in­ki­şaf edib və bu əmək­daş­lıq müxtə­lif sa­hə­lər­də öz bəh­rə­si­ni ve­rir. Ar­tıq əla­qə­lə­ri­mi­zin Ko­reya və Azər­baycan xal­qla­rı ara­sın­da qar­şı­lıq­lı an­laş­ma əsa­sın­da ye­ni mər­hə­ləyə doğ­ru irə­li­lə­mə­si­nin vax­tı gə­lib ça­tıb.

Ötən 22 il­də siy­a­sə­tin, iq­ti­sa­diyya­tın, mə­də­niyyə­tin, təh­si­lin müx­­tə­lif sa­hə­lə­rin­də sürət­lə in­ki­şaf et­miş qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lıq əla­qə­lə­ri­nin da­ha da ge­niş­lən­mə­si üçün əlim­dən gə­lə­ni əsi­rg­ə­məy­ə­cəm.

- Si­zin­lə müsa­hi­bəyə ha­zır­la­şar­kən bə­zi mə­lu­mat­lar­la ta­nış ol­dum və mə­nə elə gəl­di ki, Azər­baycan­la Ko­reya ara­sın­da iq­ti­sa­di əmək­daş­lığın sə­viyyə­si siy­a­si əla­qə­lə­ri­mi­zi üstə­ləy­ir. Bu, doğru­dan­mı be­lə­dir?

- Mə­nə elə gə­lir ki, öl­kə­lə­ri­miz ara­sın­da siy­a­si sa­hə­də əla­qə­lər da­vam­lı şə­kil­də in­ki­şaf edib. Döv­lət baş­çı­la­rı­nın qar­şı­lıq­lı sə­fər­lə­ri öl­kə­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin da­ha da möh­kəm­lən­mə­si­nə sə­bəb olan əsas amil­dir. Bi­zim əv­vəl­ki pre­zi­den­ti­miz bu­raya sə­fər edib, si­zin pre­zi­den­ti­niz də Ko­rey­aya iki sə­fər edib - bi­ri döv­lət sə­fə­ri, bi­ri isə nüvə təhlükə­siz­liyi sam­mi­tin­də iş­ti­rak et­mək üçün.

Siy­a­si sa­hə­də əmək­daş­lığı­mız ar­tıq müda­fiə sa­hə­si­nə də si­ray­ət edib. Ötən ilin de­ka­b­rın­da si­zin müda­fiə na­zi­ri­niz Ko­rey­aya sə­fər edib, on­dan əv­vəl, av­qust ayın­da isə bi­zim müda­fiə na­zi­ri­nin bi­rinci müa­vi­ni Ba­kıya gəl­miş­di. Ey­ni za­man­da, bu ilin sentya­b­rın­da Ba­kı­da ke­çi­ri­ləcək müda­fiə sə­nay­e­si sə­rg­i­sin­də  bi­zim öl­kə­miz­dən nümay­ən­də hey­ə­ti­nin iş­ti­ra­kı göz­lə­ni­lir. Hey­ə­tə sa­tı­nal­ma­lar­la bağlı döv­lət qu­ru­mu­nun və 6 özəl şir­kə­tin təm­sil­çi­si da­xil­dir. Bu Ko­reya şir­kət­lə­ri öz məh­sul­la­rı­nı Azər­baycan­da sat­mağa ma­raq gö­s­tə­rir­lər.

Siy­a­si sa­hə­də, hə­m­çi­nin par­la­men­t­lər sə­viyyə­sin­də də ak­tiv qar­şı­lıq­lı sə­fər­lə­rin şa­hi­di ol­mu­şuq. Bu ilin ya­zın­da si­zin par­la­men­tin bi­rinci vit­se-spi­ke­ri­nin rəh­bər­lik et­diyi nü­may­ən­də hey­ə­ti Ko­rey­aya sə­fər edib. Ötən il Ko­reya par­la­men­ta­ri­lə­rin­dən iba­rət, səhv et­mi­rəm­sə, 6 qrup Azər­bayca­na sə­fər edib. Bu il öl­kə­miz­də­ki siy­a­si pro­ses­lər­lə, yə­ni yer­li seç­ki­lər­lə əla­qə­dar hə­lə­lik Ko­reya par­la­men­ta­ri­lə­ri­nin sə­fər­lə­ri ol­mayıb, la­kin ümid edi­rik ki, ilin ikinci ya­rı­sın­da ye­nə be­lə sə­fər­lər baş tu­tacaq.

- İki öl­kə ara­sın­da müna­si­bət­lə­rin əsas in­di­ka­tor­la­rın­dan bi­ri qar­şı­lıq­lı tica­rət dö­v­riyyə­si­dir. Ötən il Azər­baycan­la Ko­reya ara­sın­da tica­rət dö­v­riyyə­si­nin həcmi 300 mln. dol­lar­dan bir qə­dər çox olub. Bu gö­s­tə­rici mö­vcud po­ten­si­a­la nə də­rəcə­də uyğun­dur?

- İki öl­kə ara­sın­da tica­rət dö­v­riy­yə­si­nin həcmi ötən 10 il ər­zin­də sürət­lə ar­tıb. Əg­ər 2005-ci il­də iki­tə­rə­f­li tica­rə­tin həcmi cə­mi 32 milyon ABŞ dol­la­rı təş­kil et­miş­di­sə, ötən il 312 milyon ABŞ dol­la­rı­na ça­tıb ki, bu da 2005-ci il gö­s­tə­rici­si ilə müqay­i­sə­də 10 də­fə ar­tıq de­mək­dir.

Be­lə sürət­li ar­tı­ma bax­may­a­raq, iki öl­kə ara­sın­da siy­a­si və iq­ti­sa­di əla­qə­lə­rin sə­viyyə­si­ni nə­zə­rə al­saq, ha­zır­kı tica­rət dö­v­riyyə­si mö­vcud po­ten­si­al­dan ge­ri qa­lır. Gə­ləcək­də da­ha fə­al tica­rət fə­a­liyyət­lə­ri­nin həy­a­ta ke­çi­ril­mə­si­nə ümid edi­rik.

- Mə­sə­lən, han­sı iki­tə­rə­f­li əmək­­daş­lıq im­kan­la­rı var ki, on­lar hə­lə də re­al­laş­mayıb?

- Azər­baycan iq­ti­sa­diyya­tın şa­xə­lən­di­ril­mə­si üzrə da­vam­lı səy­lər həy­a­ta ke­çir­mək­lə, Ko­reya ilə kom­plek­t­ləş­di­rici ma­te­ri­al­lar, ma­şın­qayır­ma və ava­dan­lıq sə­nay­e­si sa­hə­lə­rin­də uğur­lu əmək­daş­lıq üçün böyük po­ten­si­al im­kan­lar açıb.

Rə­qa­bə­tə da­vam­lı və yüksək key­fiyyət­li kom­plek­t­ləş­di­rici ma­te­ri­al­lar, ma­şın ava­dan­lıq­la­rı və lə­va­zi­mat­la­rın eti­bar­lı tə­mi­na­tı hə­qi­qə­tən də qey­ri-neft sə­nay­e­si sa­hə­lə­ri­nin in­ki­şa­fı üçün zə­ru­ri­dir və Ko­rey­a­nın bu sə­naye sa­hə­lə­ri yal­nız öz tex­no­lo­g­iy­a­la­rı­na gö­rə dey­il, ey­ni za­man­da, tək­lif et­dik­lə­ri qiy­mət­lə­rə gö­rə də rə­qa­bə­tə da­vam­lı­dır­lar.

- Bu gün Azər­baycan bir sı­ra xa­rici öl­kə­lə­rə sər­mayə ya­tı­rır. Özü də bu, tək re­g­i­o­nal miqyas­lı sər­may­ə­lər dey­il. Necə düşünür­sü­nüz, Ko­reya iq­ti­sa­diyya­tı­nın han­sı sa­hə­lə­ri Azər­baycan in­ve­s­tor­la­rı üçün cəl­be­dici ola bi­lər?

- Azər­baycan Re­s­pub­li­ka­sı Döv­lət Neft Fon­du (ARDNF) Asiya və Sa­kit oke­a­nı höv­zə­sin­də in­ve­s­ti­siya im­kan­la­rı­nı ar­tı­ra­raq, ötən ilin ap­rel ayın­da Se­ul şə­hə­rin­də dəy­ə­ri 447 mln. ABŞ dol­la­rı təş­kil edən əm­lak al­dı. ARDNF bu re­g­i­on­da Ko­rey­a­nı cəl­b­e­di­ci sər­mayə mə­ka­nı ki­mi qiy­mət­lən­dir­di. Da­şın­maz əm­lak sek­to­ru ilə ya­na­şı, çox­lu say­da xa­rici in­ve­s­tor­lar Ko­rey­a­nın müxtə­lif sə­naye sa­hə­lə­ri ara­sın­da tər­kib his­sə­lə­ri - ma­te­ri­al­lar sə­nay­e­si­nə sər­mayə ya­tı­rır­lar.

- Bu gün Ko­reya Re­s­pub­li­ka­sı da Azər­baycan­da müəyyən lay­i­hə­lə­rin re­al­laş­dı­rıl­ma­sı üçün kre­dit­lər ayı­rır. La­kin Azər­bayca­nın özünün bir in­ve­s­to­ra çe­v­ril­diy­i­ni nə­zə­rə al­saq, Ko­rey­a­dan bu kre­dit­lə­rin ay­rıl­ma­sı han­sı zə­ru­rət­dən irə­li gə­lir?

- Ha­zır­da Ko­reya tə­rə­fin­dən Azər­­bayca­na kom­mer­siya kre­dit­lə­ri ve­ril­mir. Ma­liyyə sa­hə­sin­də əmək­daş­lığın baş­la­nğıcı üçün il­kin ad­dım ola­raq ap­rel ayın­da iki kre­dit sa­zi­şi im­za­la­nıb.

Bu sa­ziş­lər­lə Ko­reya İx­rac-İd­xal Ban­kı Pir­şağı əra­zi­sin­də çir­kab su­la­rı­nın tə­miz­lən­mə­si qu­rğ­u­la­rı­nın in­şa­sı üçün "Azər­su" ASC-nə 44 milyon ABŞ dol­la­rı və Pe­şə Tə­lim Mər­kə­zi­nin tə­sis olun­ma­sı üçün Azər­baycan Təh­sil Na­zir­liy­i­nə 23 milyon ABŞ dol­la­rı ayı­rıb. İq­ti­sa­di İn­ki­şaf Əmək­daş­lıq Fon­du tə­rə­fin­dən hər iki lay­i­hə­nin icra­sı­na bu il baş­la­nı­lacaq.

- Azər­baycan­da ya­ra­dıl­mış in­ve­s­ti­siya mühi­ti və biz­nes şə­ra­i­ti­ni Ko­reya şir­kət­lə­ri­nin fə­a­liyyə­ti ba­xı­mın­dan necə qiy­mət­lən­di­rir­si­niz? Ko­reya biz­ne­si­nin Azər­bayca­na ma­rağı­nı ar­tır­maq üçün da­ha nə­lər et­mək olar?

- Azər­baycan hö­ku­mə­ti­nin da­vam­lı səy­lə­ri nə­ticə­sin­də Azər­baycan­da in­ve­s­ti­siya və biz­nes mühi­ti sürət­lə in­ki­şaf edir. Azər­bayca­nın tam şa­xə­lən­miş iq­ti­sa­diyya­ta na­il ol­maq üçün uzun yol­da uğur­la irə­li­lə­mə­si məhz bu­nun nə­ticə­si­dir.

Ko­reya şir­kət­lə­rin­dən da­ha çox in­ve­s­ti­siy­a­nın cəlb olun­ma­sı üçün biz­nes fə­a­liyyət­lə­ri­nin xüsu­si növ­lə­ri­nin se­çil­mə­si və şir­kət­lə­rin siy­a­hı­sı­nın tər­tib olun­ma­sı ar­zu­o­lu­nan­dır. Bu ba­xım­dan, son za­man­lar­da iki­tə­rə­f­li əmək­daş­lığın sürət­li in­ki­şa­fı­nı nə­zə­rə ala­raq, hə­dəf şir­kət­lər­lə bir­ba­şa əla­qə­nin ya­ra­dıl­ma­sı və da­nı­şıq­la­rın apa­rıl­ma­sı sə­mə­rə­li he­sab olu­nur. Ey­ni za­man­da, Ko­reya şir­kə­ti­nin uğur he­kay­ə­si­nin nümu­nə­si də çox­lu say­da Ko­reya in­ve­s­tor­la­rı­nı Azər­bayca­na cəlb edə bi­lər.

Ko­reya şir­kət­lə­ri Azər­baycan­da bir ne­çə nəq­liyyat lay­i­hə­lə­rin­də biz­nes fə­a­liyyə­ti həy­a­ta ke­çi­rir­lər. Xüsu­si­lə də, "SK C&C" şir­kə­ti­nin Ba­kı­da Nəq­liyya­tın İn­tel­lek­tu­al İda­rə­et­mə Si­s­te­mi­ni tə­sis et­mə­si, "Ul­tra" ti­kin­ti şir­kə­ti­nin Gəncə-Yev­lax av­to­mo­bil yo­lu­nu ge­niş­lən­di­ril­mə­si və "Daewoo In­ter­na­ti­o­nal" şir­kə­ti­nin Ba­kı­nın icti­mai nəq­liyya­tı­nı av­to­bus­lar­la tə­min et­mə­si­ni mi­sal gö­s­tər­mək olar.

Bun­dan əla­və, Ko­reya şir­kət­lə­ri me­t­ro, tram­vay və də­mir yo­lu sa­hə­lə­rin­də biz­nes im­kan­la­rı ax­ta­rı­şın­da­dır­lar. Təkcə Se­ul­da doq­quz me­t­ro xət­ti və de­mək olar ki, dörd yüz me­t­­ro stan­siy­a­sı var. Ko­reya, mak­si­mum sürə­ti sa­at­da 400 ki­lo­met­rden çox olan yüksək sürət­li qa­tar­lar da­xil ol­maq­la də­miryol si­s­tem­lə­ri üzrə qa­baqcıl tex­no­lo­g­iy­a­nın müxtə­lif növ­lə­ri­ni in­ki­şaf et­di­rib. Mən bu nəq­liyyat sek­to­run­da iki­tə­rə­f­li əmək­daş­lıq üçün böyük po­ten­si­a­lın ol­duğu­nu görürəm.

- Ko­reya Azər­bayca­na da­ha han­sı in­no­va­siya lay­i­hə­lə­ri və tex­no­lo­g­iy­a­lar tək­lif et­məyə ha­zır­dır? Ya­xın gə­ləcək­də re­al­laş­dı­rıl­ma­sı göz­lə­ni­lən kon­kret lay­i­hə­lər var­mı?

- Ko­reya İKT və Elek­tron Hö­ku­mət sa­hə­sin­də dünya öl­kə­lə­ri ara­sın­da apa­rıcı yer tu­tur. Ko­rey­a­nın İKT sa­hə­sin­də­ki təcrübə­si həm hö­ku­mət, həm də biz­nes qu­rum­la­rı­nın stra­te­ji səy­lə­ri­nə əsas­la­nır və bey­nəl­xalq im­­kan­la­ra ma­lik çox­lu say­da dünya sə­viyyə­li Ko­reya şir­kət­lə­ri Azər­bayca­nın iq­ti­sa­di in­ki­şa­fın­da iş­ti­rak et­məyə ma­raq gö­s­tə­rir­lər. 

- Ye­ri gəl­miş­kən, İKT-nin yük­sək in­ki­şa­fı­na na­il ol­muş bir öl­kə­nin və­tən­da­şı ki­mi, Azər­baycan­da in­ter­ne­tin, yüksək tex­no­lo­g­iy­a­la­rın in­ki­şa­fı­nı sə­fir necə qiy­mət­lən­di­rir?

- Be­lə xa­rak­te­ri­zə et­mək olar: bu­ra­­da in­ter­net­dən is­ti­fa­də edən­də gö­rürəm ki, Ko­rey­a­da­kı qə­dər ol­ma­sa da, sə­viyyə­si yax­şı­dır. Nə­zə­rə al­saq ki, Azər­baycan cə­mi 22 il­dir müstə­qil­lik əl­də edib, bu qı­sa vaxt ər­zin­də sə­nay­e­ləş­mə­də və İKT sa­hə­sin­də əl­də olu­nan na­iliyyət­lər nə­zə­rə­çar­pan­dır.

- Sözünüzə qüvvət ola­raq dey­im ki, BMT-nin dərc et­diyi "E-Go­vernment Sur­vey 2014: E-Go­vern­ment for the Fu­tu­re We Want" rey­­tin­qin­də Azər­baycan elek­tron hö­ku­mə­tin in­ki­şa­fı­na gö­rə hət­ta Çin və Türkiy­ə­ni də ge­ri­də qoy­ub. Bəs si­zin öl­kə­niz İKT və elek­tron hö­ku­mət sa­hə­sin­də dünya li­de­ri ola­raq bu sa­hə­də Azər­bayca­na nə tək­lif edə bi­lər?

- Ko­reya ilk də­fə 2010-cu il­də dünya üzrə elek­tron hö­ku­mət sı­ra­la­ma­sın­da apa­rıcı yer tu­tub, 2014-cü il­də isə ye­ni­dən ən yüksək icra­çı­dır. BMT-nın elek­tron hö­ku­mət so­rğu­sun­da Azər­baycan "ən yüksək in­ki­şaf edən"lər­dən bi­ri ki­mi sı­ra­la­nıb. Ko­reya öl­kə­nin elek­tron hö­ku­mət si­s­te­mi­nin tə­sis olun­ma­sı və in­ki­şa­fı üçün öz təcrübə və bi­lik­lə­ri­ni Azər­baycan­la bölüşür.

Hal-ha­zır­da Ko­reya Bey­nəl­xalq Əmək­daş­lıq Ag­en­t­liyi (KOICA)  Azər­bayca­nın Ra­bi­tə və Yüksək Tex­no­lo­g­iy­a­lar Na­zir­liy­in­də elek­tron hö­ku­mət təh­sil mər­kə­zi­nin tə­sis olun­ma­sı lay­i­hə­si­ni həy­a­ta ke­çi­rir və Azər­baycan hö­ku­mə­ti nümay­ən­də­lə­ri üçün müva­fiq tə­lim pro­qram­la­rı­nın ke­çi­ril­mə­si­ni tə­min edir.

Ko­reya ey­ni za­man­da, Azər­baycan­da elek­tron sa­tı­nal­ma və va­hid ma­liyyə ida­rə­et­mə­si­nin mə­lu­mat si­s­te­mi ki­mi müxtə­lif si­s­tem­lər və əmə­liyyat­lar­da elek­tron hö­ku­mə­tin icra­sı­nın tək­mil­ləş­di­ril­mə­si­nə töh­fə ve­rə bi­lər.

- Bil­diy­i­miz qə­dər, Ko­reya Re­s­pub­li­ka­sı­nın də­s­təyi ilə hə­m­çi­nin Azər­baycan­da təh­sil sa­hə­sin­də də lay­i­hə­lər həy­a­ta ke­çi­ri­lir. Bu, han­sı lay­i­hə­lər­dir, on­la­rın re­al­laş­dı­rıl­ma­sı­nı necə qiy­mət­lən­di­rir­si­niz və bu sa­hə­də han­sı ye­ni tə­şəbbüslər göz­lə­mək olar?

- "Sam­su­ng Electro­nics", "SK Te­lecom" və "KT" şir­kət­lə­ri müva­fiq ola­raq Ba­kı­da üç "ağıl­lı mək­təb" pi­lot lay­i­hə­si həy­a­ta ke­çi­rib­lər. "Ağıl­lı mək­təb" tə­d­ri­sin və təh­si­lin sə­mə­rə­li­liy­i­nin tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­lə İKT va­si­tə­lə­ri və pro­qra­mı ilə təchiz olun­muş İKT əsas­lı qa­baqcıl si­nif ot­ağı­dır.

Bun­dan əla­və, KOICA Azər­baycan Təh­sil Na­zir­liyi ilə də əmək­daş­lıq edir. Bu ya­xın­lar­da, KOICA Tex­ni­ki Uni­ver­si­te­tin təh­sil in­for­ma­siya si­s­te­mi­ni tə­sis et­di və hal-ha­zır­da, Nax­çı­van Döv­lət Uni­ver­si­te­tin­də elek­tron təh­sil şə­bə­kə­si və rə­qəm­sal mul­ti­me­dia in­fra­struk­tu­ru­nun ya­ra­dıl­ma­sı lay­i­hə­si­ni həy­a­ta ke­çi­rir. Növ­bə­ti mər­hə­lə ki­mi, KOICA Azər­baycan Təh­sil Na­zir­liy­i­nin təh­sil in­for­ma­siya si­s­te­mi­nin ya­ra­dıl­ma­sı və müəl­lim­lə­rin pe­şə­kar­lığı­nın yüksəl­dil­mə­si­nə yö­nəl­miş lay­i­hə ha­zır­layır.

Ümid edi­rəm­ ki, təh­sil sa­hə­sin­də­ki ca­ri lay­i­hə­lər ki­mi gə­ləcək tə­şəbbüslər də uğur­lu nə­ticə­lər ve­rəcək.

- Ko­rey­a­da ki­fay­ət qə­dər in­ki­şaf et­miş di­g­ər sa­hə isə sə­hiyyə­dir. Azər­baycan­la bu sa­hə­də han­sı­sa əmək­daş­lıq var­mı? Var­sa, söh­bət han­sı lay­i­hə­lər­dən ge­dir?

- İki ko­rey­a­lı hə­kim SEBA (Se­ul-Ba­kı) Mə­də­niyyət Müba­di­lə­si As­so­si­a­siy­a­sı­nın Şərq Tə­ba­bə­ti Kli­ni­ka­sın­da fə­a­liyyət gö­s­tə­rir. Araş­dır­ma­la­rı­mız gö­s­tə­rir ki, tibb sə­nay­e­sin­də əmək­daş­lıq üçün böyük po­ten­si­al var. Bu ba­xım­dan, öl­kə­lə­ri­miz ara­sın­da gə­ləcək­də bu sa­hə­də əmək­daş­­lığın in­ki­şaf edəcəy­i­nə əmi­nəm.

Ümu­miyyət­lə, ötən 22 il­də iki­tə­rə­f­li əmək­daş­lığın diq­qə­tə­lay­iq in­ki­şa­fı­nın şa­hi­di ol­mu­şuq. Gə­ləcək­də baş­qa ümid­ve­rici sa­hə­lər­də də əmək­daş­lıq edəcəy­i­miz tə­q­dir­də, əla­qə­lə­ri­mi­zin həcmi və əha­tə­si da­ha da ar­tacaq.

- Azər­bayca­nın əsas prob­le­mi Qa­ra­bağ müna­qi­şə­si­dir. Ko­reya müna­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­sin­də bir­ba­şa iş­ti­rak et­mə­sə də, bil­diy­im qə­dər müna­qi­şə­nin tö­rət­diyi fə­sad­la­rın ara­dan qal­dı­rıl­ma­sın­da Azər­bayca­na də­s­tək ve­rir­si­niz...

- Bu il biz sə­fir­lik ola­raq məcbu­ri köçkünlər üçün təd­bir­lər həy­a­ta ke­çir­məyə baş­la­mı­şıq. Bu, on­la­rın oxu­duq­la­rı mək­tə­b­də həy­a­ta ke­çi­ri­lir və ib­ti­dai si­nif şa­g­ir­d­lə­ri­nə lay­i­hə­də iş­ti­rak et­dik­lə­ri­nə gö­rə mək­təb­li çan­ta­la­rı və lə­va­zi­mat­lar hə­diyyə et­dik. Azər­baycan­da fə­a­liyyət gö­s­tə­rən Ko­reya şir­kət­lə­ri də o təd­bi­rə qo­şul­muş­du. Bu lay­i­hə Ko­reya xal­qı və hö­ku­mə­ti­nin məcbu­ri köçkün mə­sə­lə­si­nə həs­sas­lığı­nı gö­s­tə­rir. Bi­rinci bu tip təd­bi­ri­miz Yev­lax­da ke­çi­ri­lib, ikinci təd­bi­ri sentyabr ayın­da Gəncə­də və da­ha so­nra oktyabr və ya­xud noy­abr ay­la­rın­da Mi­ng­ə­çe­vir şə­hə­rin­də ke­çi­ri­ləcək.

- De­di­niz ki, məcbu­ri köç­kün­lər­lə ünsiyyət­də­si­niz. Kə­nar­dan ba­xan­da Azər­baycan­da döv­lə­tin məcbu­ri köçkünlə­rə də­s­təyi necə hiss olu­nur?

- Mən Yev­la­xa təd­bi­ri­miz­dən bir gün əv­vəl sə­fər et­miş­dim. Ora­da bir məcbu­ri köçkün ai­lə­si­nin evi­nə və təd­bi­rin ke­çi­ri­ləcəyi mək­tə­bə baş çək­mək im­ka­nım ol­du. Si­zin hö­ku­mə­tin köçkünlə­rə gö­s­tər­diyi də­s­tək mən­də çox böyük tə­əssürat ya­rat­dı.  Məcbu­ri köçkünlə­rin ya­şa­dığı ev çox gö­zəl idi və gö­zəl ava­dan­lıq­lar­la təchiz olun­muş­du. Hət­ta mən dey­ər­dim, bu mə­nim Se­ul­da­kı evim­dən də yax­şı idi. Elə mək­təb də hə­m­çi­nin. Adə­tən, qaç­qın dey­ən­də mə­nim ağlı­ma ilk gə­lən ça­dır­lar­da mə­s­kun­laş­mış, ki­fay­ət qə­dər su və ər­zaq eh­tiyya­tı, ya­tağı ol­may­an in­san­lar olur. La­kin mən Yev­la­xa gə­lən­də elə bil­dim san­ki iqa­mə­tg­ah­la­ra gəl­mi­şəm. 

- Ko­rey­a­da da qaç­qın­la­rın mə­sə­lə­si­nə həs­sas ya­na­şıl­dığı­nı de­di­niz. Necə düşünürsünüz, Qa­ra­bağ mü­na­­qi­şə­si də mə­sə­lən, Ko­reya prob­le­mi ki­mi uza­na bi­lər­mi, yox­sa bu, həl­li görünən bir müna­qi­şə­dir?

- Bu ya­xın­lar­da eşit­dim ki, cəb­hə­də atəş­kəs po­zu­lub və it­ki­lər var. Müna­qi­şə­nin nə qə­dər da­vam edə bi­ləcəy­i­ni de­mək çox çə­tin­dir. La­kin mə­nə elə gə­lir ki, onun həl­li ta­pı­la bi­lər. Əsas mə­sə­lə on­dan iba­rət­dir ki, müna­qi­şə tə­rə­f­lə­ri bir araya gəl­sin, prob­le­mi müza­ki­rə et­sin və mə­sə­lə­nin sülh yo­lu ilə həl­li­nə na­il ol­sun.


MƏSLƏHƏT GÖR:

689