Müəllif: Əziz MUSAYEV Bakı
İnkişafın bir neçə onilliyi ərzində dünya reklam bazarı fəaliyyətinin vasitələrinə və alətlərinə, reklamın irəli aparmasının kanallarına, reklam fəaliyyətinin obyektlərinə və subyektlərinə malik olan güclü sənayeyə çevrilib. Reklam istehsalçıları məhsulun keyfiyyətini artırmağa və s. məcbur edərək, bazar iqtisadiyyatının inkişafını obyektiv olaraq stimullaşdırıb və onun həqiqi "mühərrik"inə çevrilib. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, təbii ki, reklam bazarına təsir göstərməyə bilməzdi və son illər ərzində onun həcmi kəmiyyətcə stabil olaraq artır və keyfiyyətcə yaxşılaşır.
Demək lazımdır ki, bu gün Azərbaycanın reklam bazarını MDB məkanında ən sabit hesab etmək olar. "Zenith Optimedia" qeyd edir ki, Ukrayna, Qazaxıstan və Belarusdan fərqli olaraq, Azərbaycanda reklam bazarı 2014-cü ildə 7,4%-dən 8,9%-dək artacaq. Bazarın həcmi 94 mln. dollardan 102,3 mln. dollaradək yüksələcək. Təşkilatın qiymətləndirmələrinə əsasən, reklam bazarının 5,6 mln. dolları çap nəşrlərinin payına düşəcək. Ümumi reklam "piroq"undan, həmçinin teleyayım (74,4 mln. dollar), radioyayım (7,1 mln. dollar), internet-dərgiləri (2 mln. dollar) və xarici reklam (13,2 mln. dollar) da öz payını alacaq.
Rəqəmlər bir yana, amma bu gün istehlakçıları daha çox, təbii ki, "dövriyyəyə buraxılan" reklamın keyfiyyəti maraqlandırır və burada problemlər, necə deyərlər, ortadadır. Belə ki, bakılılar kifayət qədər tez-tez "çilingər", "avtoyuma", "vulkanizasiya" tipli reklam lövhələrinə rast gəlirlər. Primitiv reklam lövhələrində yerləşdirilən reklam nəinki estetikanın tələblərinə cavab verir, eyni zamanda kobud qrammatik səhvlərlə də yazılır.
"Əslində, bu, reklam bazarının problemlərindən biridir. Məhsul və ya xidmətin əldə edilməsinə çağıran hər şey reklamdır və bu, müəyyən standartlara cavab verməlidir. Təəssüf ki, bu normaların pozulması müşahidə olunur", - deyə Azərbaycanın Reklamçılar Birliyinin prezidenti Hacıəmi Atakişiyev qeyd edir.
"Reklamın hazırlanması dərin, peşəkar biliklər tələb edir", - deyə ekspert hesab edir. Məsələn, yolun kənarında boz və ağ rəngdən ibarət reklam yerləşdirirlər. Reklamın incəlikləri ilə tanış olmayan insan üçün bu, az əhəmiyyətli görünə bilər. Əgər bu yolla böyük sürətlə getsən, bu cür reklam gözəgörünməz olacaq. Buna görə də daha parlaq rənglərdən istifadə etmək lazımdır. Bundan əlavə, xarici reklamın tərcüməsi zamanı səhvlərə rast gəlmək olur. Bəzən, bu, darıxdırır. Tədqiqatlar göstərir ki, reklam televiziyada üç aydan çox nümayiş olunursa, uşaqlar onun süjetinə, qəhrəmanlarına və musiqisinə alışırlar. Reklam çarxında təqdim olunan məhsul və ya xidmətin özü artıq onların diqqətini cəlb etmir. Ona görə də uşaqlar eyni məhsul üçün çəkilən digər reklama maraq göstərmirlər. Bununla bağlı, reklamçılar arasında belə bir fikir dolaşır ki, istehlakçıların diqqətinə tamamilə yeni reklam təqdim etmək lazımdır.
H. Atakişiyev əmindir ki, ölkənin reklam bazarının üzləşdiyi bütün çətinliklərin və problemlərin həlli mövcuddur. İlk növbədə, reklam bazarının inkişafı üçün əsasın yaradılması məqsədilə qanunvericilik bazasını gücləndirmək lazımdır. "Hazırda Azərbaycanda reklam sahəsini hələ 1997-ci ildə qəbul edilən "Reklam haqqında" qanun tənzimləyir. Ötən illər ərzində çox şey dəyişilib və bunun qanunvericilikdə öz əksini tapması lazımdır. Biz reklam barədə qanunvericilik hazırladıq və onu baxılmaq üçün Milli Məclisə təqdim etdik", - deyə o, əlavə edib.
Reklam bazarında problemlərin həlli üçün daha bir təşəbbüs reklam bazarında qanuna riayət edilməsini yoxlayan bir növ sistem olan tənzimləyici orqanın yaradılması ola bilərdi. "Reklam azadlığı sevir və buna görə də nəzarət orqanın yaradılması əks-təsirə gətirib çıxara bilər. Amma koordinasiya strukturu - bu tamam fərqli işdir. Xüsusilə bu, reklam bazarının ümumi planı və onun yayılma coğrafiyasını tərtib edə, bazarın iştirakçılarını istehlakçıların və sifarişçilərin seçimlərində dəyişikliklər haqda məlumatlandıra və bunun əsasında reklamın istehsal stereotiplərini dəyişə bilər. Əgər buraya ölkənin bütün reklam istehsalçıları daxil olsa, o zaman qərar ümumi razılıq əsasında qəbul ediləcək. Bu da bu bazarın inkişafına kömək edəcək".
Və nəhayət, H. Atakişiyev ölkədə reklamın istehsalı ilə bağlı xüsusi səlahiyyətlərə malik olmalı iri reklam agentliklərinin yaradılmasının vacib olduğunu hesab edir. "Dünya təcrübəsi göstərir ki, reklamın sifarişi, istehsalı və yayılmasının bir-birindən uzaq olması mexanizmi ən uğurlu sayılır. Azərbaycanda bunun istehsalı və yayılması ilə bəzən eyni struktur məşğuldur, bu da keyfiyyətə təsir edir". "İri reklam agentliklərinin yaradılması Azərbaycan məhsulunun ixrac potensialının inkişafında önəmli rol oynaya bilər", - deyə birliyin prezidenti bildirib. "Hər bir, hətta ən keyfiyyətli məhsulun reklama ehtiyacı var, üstəlik, bu yeni bazarlara çıxırsa.
Digər tərəfdən agentliklər Azərbaycanın təşviqi məsələsinə önəmli səy göstərə bilər. Bizim ölkəmizdə beynəlxalq tədbirlər keçirilir, nüfuzlu siyasətçilər gəlir. Beynəlxalq ictimaiyyət bu tədbirlər çərçivəsində Azərbaycanın inkişafını görməlidir və onun mədəniyyəti ilə tanış olmalıdır. Ölkəmiz barədə reklam çarxlarının hazırlamasını fransız və ya alman şirkətinə tapşırmaq olar. Lakin peşəkar bilikləri ilə birlikdə fransızların və almanların öz mentaliteti mövcuddur və bu Azərbaycan mentalitetindən fərqlənir. Bu səbəbdən, Azərbaycanın mədəniyyəti və inkişafı barədə reklam çarxlarını Azərbaycan agentlikləri hazırlamalıdırlar", - deyə H. Atakişiyev hesab edir. Ekspertin fikrincə, Azərbaycan şəraitində 5-6 iri reklam agentlikləri kifayətdir, amma onların uğurlu fəaliyyəti üçün peşəkar kadrlar hazırlamaq lazımdır. Buna da ən azı 4-5 il gərəkdir.
Bazarın potensial dövriyyəsi 1,5 mlrd. dollar təşkil edir, bununla belə, faktiki bazarın həcmi dəfələrlə azdır.
Reklam xidmətlərinin bütün spektrini təklif edən və reklamın sosial şəbəkələrinin və s. yayılması ilə bağlı artan imkanları haqda peşəkar təəssürata malik və yerli auditoriyanın mentalitet xüsusiyyətlərini və istəklərini nəzərə almaqla, məhsulunu təklif edən iri agentliklərin yaradılması, həqiqətən də, yerli reklam bazarının həcmini bir neçə dəfə artıraraq burada ciddi dəyişikliklərə gətirib çıxara bilərdi. Bu həmin haldır ki, iqtisadiyyatın gəlirli sahəsi daha da gəlirli və dövlət büdcəsinin mühüm gəlir mənbəyinə çevrilə bilər.
DÜNYA REKLAM BAZARI
"ZenithOptimedia" beynəlxalq kommunikasiya şəbəkəsi reklam bazarının inkişafının yeni proqnozunu dərc edib. Bu proqnoza əsasən, 2014-cü ilin nəticələrinə görə, reklamın qlobal xərcləri 5,5% artacaq və 532 mlrd. dollara çatacaq. 2013-cü ilin dekabrında dərc olunan əvvəlki proqnozda 2014-cü ildə reklam sərmayələrinin artımı 5,3% səviyyəsində proqnozlaşdırılırdı.
"ZenithOptimedia" proqnozlaşdırır ki, 2015-ci ildə qlobal bazar 5,8%, 2016-cı ildə 6,1% artacaq. Müsbət dəyişikliklər dünya iqtisadiyyatının bərpası və media istifadəsi üçün yeni imkanlar açan mobil texnologiyaların sürətli inkişafı ilə bağlıdır. Dünya bazarının artımına, həmçinin avrozonada iqtisadi vəziyyətin stabilləşməsi və Soçidə Qış Olimpiadası, futbol üzrə Dünya Çempionatı və ABŞ-da seçkilər kimi hadisələr yardım edəcək.
MƏSLƏHƏT GÖR: