Müəllif: Hüseyn VƏLİYEV Bakı
İnformasiya - kommunikasiya texnologiyaları sektoru yaxın on ildə Azərbaycan iqtisadiyyatının lokomotivi olacağını vəd verir. Belə ki, artıq 2020-ci ilə kimi İKT sektorunun gəlirləri 2013-cü ilin göstəriciləri ilə müqayisədə, təxminən, beş dəfə artacaq - 9 mlrd. dollar təşkil edəcək. İKT-nin inkişafının prioritet istiqamətləri "Azərbaycan -2020: gələcəyə baxış" konsepsiyasında qeyd edilib. Sənəddə ÜDM-in qeyri-neft sektoru əsasında ikiqat artması, iqtisadiyyat və ixracın diversifikasiyası, İKT-nin inkişafının mühümlüyü birbaşa qeyd edilən digər tapşırıqlar kimi iddialı hədəflər, habelə onların tətbiqinin genişləndirilməsi irəli sürülüb.
Bununla yanaşı, əlbəttə ki, bu konsepsiya əsasən dövlətin dəstəyi ilə üstün rola malik olan özəl sektora əsaslanır. Ona görə də dövlət-özəl tərəfdaşlıq mövzusu son vaxtlar daha da böyük aktuallıq qazanır. PPP termini (Public-Private Partnership) dövlət hakimiyyəti orqanları nümayəndələrinin müxtəlif səviyyəli və biznes-cəmiyyətlərindəki çıxışlarında tez-tez səslənir. Məhz İKT sektorunda dövlət - biznes kooperasiyası Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham) təşkil etdiyi konfransın əsas mövzusu olub. Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlət və özəl sektorun əməkdaşlığının mühüm istiqamətlərini qeyd edib. Bu da İT-sektorunun inkişafı üçün həyati mühüm elementlər hesab olunur və onlara böyük ümidlər bəslənir.
İKT sektorunun potensialının gücləndirilməsi
Bu bir nömrəli məqsədə Ə. Abbasovun fikrincə, təhsil və elmin inkişafı, innovasiya sahibkarlığı, yeni texnologiyalar və bazarda əlverişli rəqabət mühitinin yaradılması hesabına nail olmaq mümkündür. Nazirin hesab etdiyi kimi, sözügedən məsələdə dövlətin özəl sektorla tərəfdaşlıq etməsi mühüm rol oynayacaq. Bununla bərabər, güc əsas İT sahəsinin inkişafının əsas oyunçusu və lokomotivi olmağı tələb edilən özəl sektorun çiyinlərinə düşəcək. Dövlət sektoru əsas sərmayədardır və bu gün bir çox yerli və əcnəbi şirkətlər diqqətlərini dövlət səviyyəsində reallaşdırılan qlobal layihələrə cəmləyiblər. Azərbaycanda bu gün İKT sahəsində böyük sayda iri layihələr həyata keçirilir. Bu rəqəmsal televiziya və radio verilişləri infrastrukturunun, genişzolaqlı internetin inkişafı və reallaşdırılmasına çox böyük vəsaitlər xərclənən digər layihələrdir.
Yaxın vaxtlarda başlayacaq iri layihələrdən biri "Hər evə optika" genişzolaqlı internet layihəsinin inkişafıdır. Dəyəri 500 mln. dollar olan layihə strateji mühüm əhəmiyyətə malikdir və Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçiriləcək. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisinin sürətli internetlə təmin olunmasından ibarətdir. İnternet - xidmətlərin sonuncu istifadəçiyə çatdırılması özəl sektorun əsas üstünlüyü olur. Layihə, şəbəkə infrastrukturunun inkişafından savayı, həmçinin əlverişli rəqabət mühitinin yaradılmasına şərait yaradır. Bu da, öz növbəsində, ümumilikdə, internet-bazarın inkişafına müsbət təsir göstərəcək. İri layihələr arasında nazir "Elektron hökumət"i də qeyd edib. Onun sözlərinə görə, baxmayaraq ki, bu gün təsdiq edilmiş e-xidmətlərin sayı 400-ü ötür, vətəndaşlara göstərilən əsas xidmətlər isə hələlik tam avtomatlaşdırılmayıb. Bu məqsədlə hazırda maliyyə ekspertiza mərhələsində olan dövlət proqramı hazırlanıb. Onun reallaşmasına da özəl şirkətlər cəlb olunacaqlar.
Ə. Abbasov, həmçinin özəl sektorla təhsil, peyk rabitəsi, nano və biotexnologiya, atom energetikası və s. sahələrində mümkün əməkdaşlıq perspektivlərini açdı.
"Dövlət bundan sonra iri sifarişçi rolunda çıxış edəcək və özəl sektora əməkdaşlığın yeni istiqamətlərini təklif edəcək. Biz, həmçinin tərəfdaş rolunda da çıxış etməyə və birgə layihələr reallaşdırmağa hazırıq. Bu aspektdə istehsal xətlərinin qurulmasını nəzərdən keçirmək olar. Bu isə 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunması fonunda son dərəcə mühümdür. Əsasən, ixracyönümlü məhsulların istehsalının qurulması və ya daxili bazar, eləcə də ixraca göndəriləcək İT-xidmətlərin göstərilməsindən söhbət gedir.
Ə. Abbasovun sözlərinə görə, dövlət zavodların tikintisinə sərmayə yatırmağa hazırdır və özəl sektorun yenidən aparıcı qüvvə olması üçün hərtərəfli yardım göstərir. Layihələrə birgə sərmayə yatırmaq üçün şərait də yaradılacaq. Nazir əcnəbi şirkətləri dövlət sifarişindən savayı, sərmayə cəhətdən cəlbedici layihələrə də maliyyə dəstəyi göstərilməsi məsələlərinə diqqət ayrımağa çağırdı. Özəl şirkətlərin fəaliyyətinin fəallaşdırılması məqsədilə əməkdaşlığın əsas modeli Ə. Abbasovun hesab etdiyi kimi, əsas üç aspekt üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. Bu sahədə artıq yaxşı nəticələr əldə olunub - azərbaycanlı tələbələr ölkə xaricində dövlət xətti ilə təhsil alırlar. İkinci əsas məsələ, biznesin inkişafı üçün münbit mühitin yaradılmasıdır ki, bunun mövcudluğu da beynəlxalq maliyyə-iqtisadi institutları tərəfindən tanınır. Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan ötən illə müqayisədə öz mövqeyini bir pillə yaxşılaşdıraraq, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi reytinqində 38-ci yerə yüksəlib. Bununla belə, ölkə postsovet ölkələrindən ancaq Estoniyanı irəli buraxıb.
Üçüncü faktor - maliyyə resurslarına çıxışdır. Ə. Abbasovun dediyi kimi, indi özəl sektor vergi və gömrük güzəştlərini gözləyir. Misal qismində o, texnoparklar (texnopark iştirakçıları vergi rüsumlarından azaddırlar) şəbəkəsinin yaradılması modelini çəkib.
Nazirlik tərəfindən hazırlanan konsepsiya yeni yanaşma və bütün respublika ərazisində IT texnoparkın filial şəbəkəsinin formalaşdırılmasını nəzərdə tutur. Müvafiq konsepsiya "Yüksək texnologiyalar parkını" tikmək planlaşdırıldığı müddəti əhatə edir. Parkın tikilməsinə, təqribən, iki il tələb olunur. Bu müddət ərzində yaradılan texnoparkın filialların tapşırığını ölkədə fəaliyyət göstərən müəssisələr yerinə yetirəcək - "Kür" Mingəçevir kompüter texnikasının istehsalı üzrə zavodu və "Billur" Gəncə zavodu. Burada sahibkarlar öz layihələrini gerçəkləşdirə bilərlər.
Nazirliyin ambisiyalı layihələrindən, həmçinin yüksək texnologiyalı məhsulun satılması üzrə azad ticarət zonasının yaradılması sayılır. Hazırda bunun reallaşdırılması mümkünlüyünə dair danışıqlar bir neçə ölkə ilə aparılır. Layihə, ilk növbədə, IT sektorunun genişlənməsinə yönəlib. Söhbət biznes sektora IT məhsulları və xidmətlərinin müəyyən növləri üzrə azad ticarətin həyata keçirilməsindən gedir. Layihə region ölkələrindən biri ilə, məsələn, Gürcüstanla pilot layihəsi kimi başlanıla bilər.
Münasib rəqabət mühitinin formalaşdırılması
Sağlam rəqabət mühitinin yaradılması qurumun prioritet məsələsi kimi dayanır. Şübhəsiz ki, bu sahədə nöqsanlar hələ də mövcuddur, lakin, bununla belə, nazirlik, tənzimləyici kimi, onların aradan qaldırılması üçün bütün lazım olan addımları atır.
Nazirin fikrincə, bunun səbəbi həm dövlət müəssisələrinin özəl şirkətlərlə müqayisədə material-texniki üstünlüyündə, həm də bu sahədə korrupsiya ilə bağlıdır. Bununla mübarizə ən yüksək səviyyədə həyata keçirilir.
Rəqabət mühitinin yaradılması tam olaraq dövlətdən asılı deyil, ona görə də yaxşı nəticələrə nail olmaq üçün dövlət və özəl sektorun səylərini koordinasiya etmək lazımdır. Nazirin fikrincə, bu aspektdə diskussiyaların, yenə də dövlət müəssisələrinin nümayəndələrinin iştirakı ilə iclasların təşkil olunması məqsədəuyğun olardı.
Təəssüf ki, bundan əvvəl yaradılan Azərbaycan IT-şirkətlərin Assosiasiyası, gözləndiyindən fərqli olaraq, öz effektivliyini nümayiş etdirmədi. Müvafiq qurum bir dəfə də olsun tövsiyə, tələblər və təkliflərlə çıxış etməyib.
"Özəl şirkətlərin zəif rəqabət bacarığı, həmçinin onların güzəştli maliyyə resurslarına məhdud çıxışı ilə də bağlıdır. Özəl sahibkarlıq obyektləri üçün faiz dərəcələrinin aşağı salınması bank bazarının iştirakçıları ilə aparılan müzakirələrin mövzusudur. Təəssüf ki, yüksək faiz dərəcələri özəl sahibkarlara xarici şirkətləri ilə rəqabət etməyə imkan vermir, çünki sonuncular öz banklarının ən aşağı faiz dərəcələri üzrə vəsaitlərinə çıxış imkanına malikdir", - deyə Ə. Abbasov bildirib.
Mövcud vəziyyətin yaxşılaşdırılması üçün fondların yaradılması nəzərdə tutulur. Azərbaycanda fəaliyyət göstərən ən iri fondlardan biri böyük strateji əhəmiyyətli layihələrin güzəştli maliyyələşdirilməsini təmin edən Azərbaycan Dövlət Neft Fondudur. Kiçik layihələr üçün isə IT bazarın iştirakçılara da maliyyə dəstəyini göstərən Sahibkarlığa Dəstək Fondu mövcuddur. Bununla yanaşı, Nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Fondu fəaliyyət göstərir və onun vəsaitləri həm start-up-layihələrin qrant maliyyələşdirməsinin, həm də onların inkişaf etdirilməsi üçün güzəştli kreditlərin verilməsindən ötrü nəzərdə tutulub.
Abbasov bildirir ki, bu gün özəl fondların yaradılması prioritet məsələ kimi dayanır və xarici sərmayədarlar bu addımı atmağa hazırdırlar.
"Müvafiq fəaliyyət sahəsinin bir neçə müddətdən sonra biznesə çevrilməsi məqsədəuyğun olardı. Buna görə də, bizim özəl sektordan, biznesmenlərdən gözləntilərimiz onların yeni biznes-layihələrin inkişaf etdirilməsinə yardım göstərməsindən ibarətdir", - deyə nazir bildirib.
Nazir, həmçinin Azərbaycanlı sahibkarların xarici bazarlara ekspansiya məsələsinə də diqqət yetirib. O, aydın şəkildə vurğulayıb ki, qurum yerli IT-şirkətlərinə müvafiq məsələdə kömək etməyə hazırdır.
"Baxmayaraq ki, miqyasına görə Azərbaycan IT bazarı balacadır, o, fəal inkişaf mərhələsindədir. Bir sıra Azərbaycan şirkətləri artıq regional ölkələrin bazarlarına öz texnoloji həllərini ixrac edirlər. Bəzən onlar müvafiq məsələdə müəyyən problemlərlə üzləşirlər, bununla bağlı, qurum müvafiq vəziyyətin həll olunmasında əlindən gələn köməyi göstərməyə hazırdır", - deyə Ə. Abbasov bildirib.
Burada söhbət həm maliyyə yardımının göstərilməsindən, həm də vergi və gömrük rüsumları ilə bağlı məsələlərin həll olunmasında yardımdan gedir.
Bundan əlavə, Ə. Abbasov virtual sahədə biznesin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib. Söhbət elektron kommersiyadan gedir. Nazirin fikrincə, elektron ticarət sahələri sahibkarların gömrük və vergi ödənişlərindən azad edilməsi bunun inkişafı üçün təkan ola bilər.
Bu təkliflər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən e-commerce-nin inkişafa dəstək verilməsi üçün hazırlanır. Ölkədə elektron pərakəndə ticarətinin inkişafı üçün münasib şəraitin yaradılması istiqamətində müəyyən addımlar hazırda artıq qanunvericilik səviyyəsində görülüb. Xüsusilə ölkənin xaricində (elektron ticarət sahələri vasitəsilə) alınmasına icazə verilən malların qiyməti vergi rüsumları ödənilmədən 200 manatdan min manatadək artırılıb.
İnternet üzərindən iri kommersiya fəaliyyətinə gəlincə, bu istiqamətdə, həmçinin vergi və gömrük imtiyazlarının tətbiq edilməsi nəzərdə tutulur. Rabitə Nazirliyi müvafiq dövlət qurumları ilə bu məsələ üzrə artıq danışıqlara başlamaq niyyətindədir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanda elektron kommersiya bazarının həcmi 2,6 mln. manat təşkil edib, bu da 2012-ci ilin göstəricilərindən 1,6% çoxdur. Bununla belə, 2014-cü ilin yanvar-iyul aylarına əsasən, e-commerce bazarının həcmi 10% artıb və 1,5 mln. manat təşkil edib.
İnternet-iqtisadiyyatın inkişafı iqtisadiyyatın ənənəvi sahələrinin inkişafında mühüm rol oynayacaq. Məhz internet-iqtisadiyyatı yeni istifadə və iştirak mühitinin yaradılması, istehsalatın artırılması, rəqiblər üzərində strateji üstünlüyünə nail olma, tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, informasiya resurslarının əlverişli istifadə edilməsi və ümumilikdə, cəmiyyətin rifahının yaxşılaşdırılması üçün imkan yaradır.
MƏSLƏHƏT GÖR: