Müəllif: Valentina REZNİKOVA Bakı
Anesteziya yunan mənşəli sözdür. Və hərfi mənada hissiyyatın olmaması deməkdir. İranın Zahedan şəhərində dünyaya gələn əfqan rəssamın baxışlarını qərəzsiz adlandıra bilərikmi? İyirmi yeddi yaşına qədər o, 2005-ci ildə Tehran Təsviri İncəsənət Məktəbini, daha sonra 2012-ci ildə Azərbaycan Dövlət İncəsənət Akademiyasını bitirib. Burada - bir neçə əsr bir-birini zənginləşdirərək və tamamlayaraq, Şərq və Avropa təsviri incəsənət məktəbinin ənənələri yaşayır - ona yaşamaq və yaradıcılıqla məşğul olmaq daha rahatdır. İslam ənənələri hökm sürən ölkələrdə formalaşaraq, o, XXI əsrin - əsrlər boyu insanlar tərəfindən qazanılmış əxlaqi dəyərlərin parçalanmasına yönəlmiş müxtəlif böhtanlarla insan şüurunu tez-tez sarsıdan dünyasını yenidən dərk etməyə çalışır. Bu günlərdə Bakıda "YAY" qalereyasında əfqan mənşəli Reza Hazarenin fərdi sərgisi keçirilir.
Reza Hazarenin işlədiyi janr - konseptual rəssamlıqdır. Mərkəzdə -məkanın perspektivdən məhrum edilmiş, süjeti işarə-simvollar vasitəsilə ifadə edilmiş, personajların qarşılıqlı əlaqəsi - onların hadisəyə münasibəti ilə bildirilən Şərq miniatürünün texniki üsulları dayanır.
XXI əsr konseptual rəssamların dövrüdür. Realist rəssamlıq bu gün keçmişin Avropa ənənələrinin vergisidir. Bu janrda dünyaya münasibətini bildirmək istəyən müəlliflər daha azdır. Fikir-münasibət, fikir-qiymət, fikir-etiraz getdikcə daha çox bədii simvol və metaforalarla ifadə olunur. Bu isə izləyiciyə fantaziya qurmaq üçün azadlıq və müəllifi narahat edənləri oxumağa imkan verir. Reza Hazarenin XXI əsrin problemlərinə konseptual baxışı onun fərdi təşəkkül tapma prosesində əldə etdiyi həmin mənəvi dəyərlərin yenidən dərk edilməsi ilə bağlıdır.
Onun müəllif fikirlərinin istiqaməti məhz belə "oxunur". Uşaqlıqdan yaxşı tanıdığı dünyada hər şey öz adi yerində olub: kişilər, qadınlar, qocalar və uşaqlar. Həyatda hər kəsin öz taleyi və öz öhdəlikləri var. Amma həmin adət edilmiş dünyanın hər zaman öz çətinlikləri və ikilik standartları, hiyləgərliyi və günahın cəlbediciliyi olub. İnsanın dünyası çoxhüdudludur! Kişilər dünya haqda nə desələr də, kişi və qadın münasibətləri haqda nə fikir söyləsələr də, zəif cinsin tabe olmayan xasiyyətini ram etməkdən ötrü hansı hiylələrə əl atsalar da, onların bütün gizli və aydın niyyətləri - məhz onlarla qadın cinsinin nümayəndələri ilə bağlıdır!
Yer üzündə onlarla baş verənlərə kişilər nə məna versələr də, qadınlar həyatlarının böyük hissəsində rol alır. Bu, hər zaman belə olub. XXI əsr insan varlığının bu sahəsinə girişərək, hər zaman günah hesab olunan eynicinsli nikahlar və münasibətlər kimi istiqamətlərə doğru meyilliliyini nəzərəçarpacaq dərəcədə dəyişdirib.
Kişilərin dünyası
"Anesteziya №4"
Məsələn, bu iki Şərq müdriki həvəslə söhbət edir. Onlar nə haqda danışır? Personajın geyimi və yaşı bu anın ciddiliyini, həll edilən məsələlərin mühümlüyünü ehtiva edir. Bəs, fikirlərindəki və duyğularındakı nədir? Nəfs. Cismani günahın nəfsi. İkincinin təbiəti isə artıq şəhvətin fantaziyasına əsir olub! Personajın birinin şüurunun altında möminin günahdan qaçmalı olduğunu pıçıldayan şeytani səsdir.
Onların yaşı əxlaqi düşkünlüyünü hətta düşünmək-arzulamaq səviyyəsində belə qəbul etməyə imkan vermir! Ona görə də onlar gözdən məhrumdurlar. Göz yuvaları qəlbi ifadə etmir, axı. Lakin fikirləri qadının yanındadır! Bu, əlbəttə ki, günah düşüncələridir. Lakin bu günah ənənəvi günahlar sırasındandır.
"Anesteziya №1"
Burada iki kişi təsvir edilib. Onlar nə etdiklərini, fikir və istəklərinin nəyə cəmləndiyini əla bilirlər. Yarıtəbəssüm, pis yırtıcı baxış, əl yerinə caynaqları var. Arxada - əyləşən qadın vücudu durur. Başı yoxdur. Amma qumaşın zolaqları ilə gizlənmiş qabarıq formalı vücudu var. Misirin mumiyalarını belə bürüyürlər. Yaxşı inkişaf etmiş tovlama instinktinə malik bu kişilərin şəhvəti konkret ünvana malik deyil. O, sadəcə onların daxilindədir. Boyunlarının arxasında isə daha bir kişi başı var. Və onun kimə məxsus olduğunu ancaq ehtimal etmək olar! Kişilərlə qadınlar arasında xromosom dəsti. Bu, yeni həyat üçün tikinti materialıdır. Amma xromosomlar hansısa yenidənqurulmaya məruz qalır. Hansı? Bu münasibətlər nəticəsində dünyaya nə göndəriləcək? Və buna görə kim məsuliyyət daşıyır?
Kişinin qadına əşya kimi münasibəti millenium əsrində toplunun yeni dönüşünü formalaşdırır.
"Anesteziya №10"
Birinci planda tam ölçüdə başları ilə bir-birinə qısılmış iki kişi fiquru durur. Lakin bu fiqurlardan biri ikilənərək, həyati məqsədlərin ikili standartı ilə müəyyən əsas yaradır. İdmançı qamətin iki bədəni, iki başı və iki üzü var. O, eyni kişidir. Amma bax bu, hamı üçün və bax, bu isə dostu üçündür. Bu nədir? Bircinsli münasibətlərə verilən haqq və ya müəllifin kök salan tendensiyaya etirazıdır? Orada, arxa planda, arxası izləyicilərə olan bir qadın gedir. Onun qəd-qamətində cəlbedici zəriflik, çəkici gözəllik yoxdur. O, çoxlarından biridir. Kütlədən heç nə ilə seçilməyən qadın. Qarşıdakı planda - sol küncdə - qadın başı var. Üzünün cizgiləri mükəmməllikdən uzaqdır, ancaq onda qadını qadın edən incəlik var. Uzun, incə boynu - oyun kubları (zər) üçün materialdan savayı başqa heç nə deyil. Qadın boyundur, kişi isə baş. Onlar bir-birlərinə bağlıdırlar. Bəs həyat adlı oyunda zərlər nəyi göstərəcək? Xromosomların faydasız birləşmələr cütü havada qalır. Qadın və kişi müstəviləri qovuşmur. Heç kimin etiraf etmək istəmədiyi problem.
Və bəlkə də, ənənəvi baxışları cinslərin strukturunun pisləşməsinə görə məsuliyyəti qadın daşıyır? Axı, o, ətrafında baş verənləri görmək istəmir, məhz onun qəlbin dərinliklərinə dalmaq üçün bəbəkləri yoxdur: öz qəlblərinə və yanlarında ola biləcək kişinin.
Sağ yuxarı küncdə kənar müşahidəçilər təsvir edilib: qadınlar və kişilər. Cəmiyyət. Onların dinməz razılığı ilə həqiqi dəyərlərin əvəzedicisi adlanan vəziyyət baş verir. Hərçənd bütün zamanlarda bu cür olub: qorxulu beynəlxalq cinayətlər, səsləri eşidilə biləcək kəslərin səssiz razılığı ilə baş verirdi.
Qadınların dünyası
"Anesteziya №12"
Göypaltarlı qadın məyus və çaşqın vəziyyətdədir. Onun duruşu, döşünə qısılmış sağ əli və gözlərinin bəbəkləri olmayan qara çökəyi deyir ki, onu yoldan çıxarırlar. Hər kəs özünəxas şəkildə. Onlardan biri qorxunc və infernaldır (hərfən: "cəhənnəm" və ya "bataqlıq"). İblisə bənzəyir o. İkincisi - cəlbedici maçodur. Niyyətləri birdir. Və görünür, buna nail olacaqlar.
Qadına üçüncü verilməyib. İşıq yoxdur. Variantlar da. Budur o - reallığın qorxunc əlacsızlığı. Qadın üçün hər halda mənəvi pozğunluq qaçılmazdır. Kişilərin dünyası ona seçim buraxmır ...
Süstlüyə uçuş
Al-qırmızı-çəhrayı məkanda asılan iki qadın fiquru. Onlar nə qəşəngdir, nə gözəldir. Onlarda tilsimləyən və göz qırpmadan baxmağa vadar edən cəlbedici maqnetizm yoxdur. Onlarda zahiri natamamlığı unutdurmağa vadar edən daxili gözəllik yoxdur. Gözlər həzin kədərdən savayı heç nə ifadə etmir. Kirpiklərindən axan tuş, onların görkəmlərinə daha ağır və azad görünüş verir. Nə arzu, nə ümid, nə məqsəd var! Sevgiyə yer yoxdur və sevmək diləyi də yoxdur. Onlara kişi gərək deyil, hətta özlərinə belə maraqlı deyillər. Daxili boşluq məhvedici ola bilər!
"Anesteziya №9"
İki qadın. Çoxdanın tanışıdırlar. Biri donda, o biri leqins və futbolkadadır. Bu ikisinin problemi var. Şübhəsiz, bir-birlərinə dost münasibəti göstəmirlər. İkisi də məzlum, baxımsız, çirkin, yük altındadır. Tənhalıq, daxili boşluq, mövcud nifrətlə dolu həyatlarını sevməmək, əlacsızlıq - bunlar tale tərəfindən "hədiyyə olunub". Həyatlarında kişi yoxdur. Bəlkə də o, sadəcə sezilir. Gərgin dialoqlarına səbəb olan kəs. Bax, o, infantil kişilərin və mərd qadınların (kişi kimi) dünyasıdır! Nəyi isə dəyişmək olarmı? Orada, geridə göyərən ağac var. Ağac həyat rəmzi mənasındadır. O həyat ki ola bilər...
Ailə
"Anesteziya №8"
Sərgidə rəssam Reza Hazarenin işləri arasında kişi ilə qadının ailəyə bənzərliyini təsvir edən ancaq bir rəsm var. Ona görə oxşayır ki, onlar bir yerdədirlər. Və orada hər şey ikinəfərlikdir: sevinc də, qayğılar da, kədər də, dinləmək də. Və yanında sənintək birinin, ancaq başqasının olmasını anlamaq bacarığı. Onlar elə gedirlər ki, sanki ətraf aləmin səslərinə qulaq asırlar. Adi olmayan, "qıcıqlandıran": müharibələrlə, xaosla, böhtanla! Mənəvi dəyərləri yalanlarla dəyişərək, onları da məhv edən dünyalar. Yalançı hürriyyətçilərin mənasız ideallarını sırıyaraq, dolaşdıraraq, çaşdıraraq. Fərqli cinsli nikahların məcburi olmadığı haqda ideyanın şüura dağıdıcılığını salaraq, bəşəriyyət özünü genetik məhvə məhkum edərək uçuruma gedir. Kişi və qadın bu dünyanı xilas edə bilər. Çünki cinslərin ancaq bu cür düzülüşü zamanı insanlıq nəslinin genetik davamiyyət kodu olan xromosomların mübadiləsi mümkündür...
Rəssam Reza Hazarenin "Anesteziya"sı - izləyiciləri hissiyyatdan xilas etmək üsulu deyil. Əksinə. Personajlarını cəzbedicilikdən məhrum edilmiş şəkildə təqdim edərək, o, belə bir fikri vurğulayır: fiziki və mənəvi gözəllik bu dünyanı tərk edərək, xilasolma şansını əlindən alır. İnsan rabitəsizliyinin cazibəsiz dünyası, çoxdan sirr olmayan və həmçinin azlıqların cinsi hüquqları haqda mənasız söhbətlərlə pərdələnən, ləyaqətli dəyərlər səviyyəsinə qaldırılan əxlaqsızlıqlar - öz-özünü qırmağa aparan məhvedici yoldur...
MƏSLƏHƏT GÖR: