24 Noyabr 2024

Bazar, 20:27

İKİNCİ ÇÖRƏK

Azərbaycanın subtropik zonalarında düyü istehsalı dirçəlir

Müəllif:

23.09.2014

Dövlət tərəfindən Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına diqqətin artırılması, yerli fermerlərin də aqrar sektorun keçmiş vaxtlarda yüksək təsirli, lakin müstəqilliyin ilk illərində, demək olar ki, tamamilə məhv edilmiş sahələrinə marağını nəzərə çarpacaq dərəcədə artırır. Əsasən bu bitkiçiliyin, xüsusən də taxılçılığın ayrı-ayrı növlərinə aiddir. Və təkanverici tədbirlər sayəsində ölkədə buğdanın becərilməsini dirçəltmək mümkün olsa da, digər bitkilər - qarğıdalı, arpa, düyü hələ də istehsalın əvvəlki həcminə çatmayıb. Halbuki sonuncu növlə - düyü ilə bağlı ciddi ümidlər verən canlanma artıq var.

 

Əldən verilmiş mövqelər 

Hazırda düyünün dənli bitkilərin istehsalında payı cüzidir. Belə ki, 2014-cü ildə ərzaq buğdasının ümumi istehsalı 1,6 mln. tondan artıq idisə, bunun 4-5 min tonunu düyü təşkil edirdi. Niyə belə fərq yaranır? Düyü - insanın xüsusi qida məhsuludur, onun özünəməxsus becərilmə texnologiyası var. Yüz illər boyunca bu bitki əsas əl əməyinin üstünlük təşkil etdiyi subtropik tarlalarda becərilərdi. Bu isə öz növbəsində çəltikçilərin müxtəlif peşə xəstəliklərinə tutulmasına gətirib çıxarardı. Bundan başqa, bu bitki isti və rütubət tələb edir, ona görə də düyü tarlaları, yəni çeklər başdan-başa suyun içində olurlar. Azərbaycanda düyü əzəldən Şəki-Zaqatala, Lənkəran-Astara-Aran iqtisadi rayonlarında becərilib. Dənli bitkilərin intensiv inkişafı fonunda düyü istehsalı mövqelərini əldən verməyə başladı - düyü istehsalı üçün ayrılmış ümumi sahələr 2000-ci ildə respublikada 4 463 ha təşkil edirdi. Artıq 2010-cu ildə isə 1 640 hektara qədər azaldı.

2000-ci ildə yerli düyü istehsalı 22 335 tona qədər artmışdısa, 2009-cu ildə istehsalın həcmləri yenidən 4 482 tona düşdü. Qiymətli bitkinin istehsalı Şəki-Zaqatala, Aran rayonları, o cümlədən Göyçay, Yevlax, Ucar, Zərdab rayonlarında da düşməyə başladı. Və ancaq Ağdaş rayonunun çəltikçiləri hələ də bu bitkinin istehsalını genişləndirirdilər. 2009-cu ildə rayonda 2 284 ton əla növ düyü toplanıb tədarük edildi.

 

Tarixi ənənə

Artıq qeyd edildiyi kimi, ənənəvi olaraq bu bitkinin subtropik zonalarda becərilməsi rahatdır və həmin ərazilərə məxsusdur. Ona görə də bu bitki Azərbaycanda məhz həmin rayonların mühitinə uyğundur. Əvvəl də oranın sakinləri buğda əvəzinə, düyüyə üstünlük verərdilər. Buna görə də düyü onların ənənəvi yerli milli mətbəxlərində möhkəm kök salıb. Və tələbatı ödəmək üçün Lənkəran-Astara regionunun sakinləri fəal şəkildə düyü becərilməsi ilə məşğul olublar. Tarixdən məlumdur ki, XVIII-XIX əsrlərdə bu diyarın zəngin tacirləri Rusiya bazarlarına düyü, kətan, ipək, tərəvəz və balıq məhsulları çıxarırdılar. Bu ölkə ilə ticarət münasibətləri isə Lənkəran şəhərinin sənaye, təhsil və səhiyyə sahəsinin inkişafına şərait yaradırdı. 

Sovetin beşillik planı dövründə düyünün tədarük həcmləri çox azaldı və regiona Krasnodar diyarından gətirilməyə başladılar. Sov. KP MK-nın (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi) göstərişi ilə düyü becərilən sahələr quruduldu və onların yerində dirrik salındı. Beləcə, bu bərəkətli diyar ümumittifaq dirriyinə çevrildi. Moskva faraş tərəvəz sarıdan böyük qıtlıq çəkirdi və arıtq aprelin axırında, 1970-ci illərdə moskvalılar mövsümdə Lənkərandan gətirilən təzə kələm almaq üçün növbədə dayanırdılar.

Zaman dəyişdi, SSRİ dağıldı və torpaq islahatlarından sonra, bu regionda çəltikçilik dirçəlməyə başlandı. 2004-2008-ci illərdə "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən, rayonlarda düyü üçün ayrılan əkin sahələrinin 500 ha artırılması, məhsuldarlığı isə müvafiq sahədə 80-100 sentnerə çatdırılması qeyd edilir. 2000-ci ilə Lənkəran-Astara iqtisadi regionunda artıq 19 372 ton düyü istehsal edilmişdi. Bu da düyünün respublika üzrə məhsuldarlığının 86%-ni təşkil edirdi. Lənkəranda "Çilom", "Sədri", "Anbarbu" kimi məşhur düyü növləri yetişdirilirdi. Zona sınaq stansiyalarında isə yeni və daha yaxşı düyü növlərinin yetişdirilməsi üçün elmi təcrübələr aparılırdı. Lakin daha sonra ixtisaslaşmış texnika olmadığından kəndlilər torpaq sahələrini kiçiltməyə başladılar. Belə ki, 2000-ci ildə Astara rayonunda düyü əkin sahələri 1 584 ha, Lənkəranda 400 və Masallıda 372 ha təşkil edirdisə, 2010-cu ildə Astara rayonunda düyü tarlalaları 214 hektara qədər azalmışdı. Faktiki olaraq düyü istehsalı dayandırılmışdı.

 

İkinci nəfəs 

Və budur, bu ilin yazında SOCAR-ın çay və digər subtropik bitkilərin dirçəlməsi ilə məşğul olan "Astara bağları" MMC Lənkəran rayonunun kəndlilərindən 30 ha torpaq sahəsi icarəyə götürüb. Bu bitkini yerli sakinlər yetişdirirlər. Onlar ayrılmış sahədə türk düyü növləri və İran "həşimi" si əkiblər. Əldə olunan əla növ məhsul "Aqrolizinq" ASC-nin bu ilin yazında təqdim etdiyi düyüyığan maşınlarla toplanacaq. Bununla bərabər, səpin də xüsusi maşınlarla həyata keçirilir. Və əvvəllər bu cür sahə əllə bir ay ərzində əkilirdisə, indi texnika vasitəsilə proses bircə günə başa çatır. Yerli aqronom Müttəfiq İsrafilovun sözlərinə görə, mini-texnikadan istifadə olunma düyünün məhsuldarlığının artmasına təsir edəcək. Bundan savayı, suvarma sistemi bitkilərin bol miqdarda suvarılmasına hesablanıb. Kəndlilər suyu Xanbulançay su anbarından götürür və suvarma kanalları ilə bölüşdürürlər. Yayın quraq keçməsinə baxmyaraq, əkinlər rütubət qıtlığı yaşamayıblar. Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu texnikanın istifadə olunması məhsulun maya dəyərinin düşməsinə, habelə düyü tarlalaları üçün sahələrin genişləndirilməsinə şərait yaradacaq. Subtropik bitkilərin Lənkəran dövlət regional mərkəzinin rəhbəri Teyyub Rzayevin məlumatına görə, Rusiya Federasiyası Krasnodar diyarından olan həmkarları ilə super elit düyü növlərinin gətirilməsi haqda razılıq əldə olunub. Mərkəz düyünün məhsuldar yerli sortlarının becərilməsilə məşğuldur. Burada ölkənin fermerlərinə 50 ton tədarük edilir.

Hazırda Lənkəran, Astara rayonlarının çəltikçiləri yeni məhsul yığımına hazırlaşır. Torpaq sahələrini düyü üçün ayırmağa razılıq verən mülkiyyətçilər seçimlərindən razıdırlar. Mütəxəssislərin fikrincə, burada məhsuldarlıq, orta hesabla, hektardan 50-70 sentner təşkil edə bilər. Ona görə də fermerlər arasında Lənkəran rayonunun sahələrində düyü tarlalarının dirçəldilməsinin tərəfdarları yaranıb. Axı, bu bitkinin satışından əldə olunan gəlirdən savayı, rayon ərazisində düyü becərilməsi ətraf faunanın da inkişafına müsbət təsir edə bilər: buraya qışlamağa quşlar gələ bilər. Bu da ovçuluq təsərrüfatının, balıqların çoxaldılması, o cümlədən heyvandarlığın inkişafına şərait yaradacaq. Beləliklə, artıq onu demək olar ki, Azərbaycan artıq daha bir mühüm kənd təsərrüfatı məhsulu ilə özünü təmin etmək yolundadır.


MƏSLƏHƏT GÖR:

687