19 Dekabr 2024

Cümə axşamı, 22:17

HƏQİQƏT ANI

Suallarımızı Court of the Gentiles təşkilatının icraçı direktoru, Roma Papası yanında Mədəniyyət Şurasının üzvü Jan Loren Mazas cavablandırır

Müəllif:

23.09.2014

- Bu gün bir çox xa­rici ek­s­per­t­lər, siy­a­sət­çi­lər, di­ni qu­rum­la­rın rəh­bər­lə­ri Azər­baycan­da di­ni to­le­ran­t­lığın yüksək sə­viyyə­də ol­ma­sın­dan da­nı­şır­lar. Bütün bun­la­rı nə­zə­rə ala­raq, Azər­bayca­nın di­ni to­le­ran­t­lıq mo­de­li di­g­ər döv­lət­lər üçün nümu­nə he­sab edi­lə bi­lər?

- Azər­baycan çox açıq və to­le­­rant öl­kə­dir. Mə­sə­lən, biz bu ya­xın­lar­da öz icma­mız­la bir­lik­də Ba­kı­da bir təd­bir ke­çir­dik. Bu mə­ra­sim Ba­kı­nın mər­kə­zin­də­ki Müqəd­dəs Məryəm Ana ka­to­lik kil­sə­sin­də çox təhlükə­siz bir şə­ra­it­də baş tut­du. Hər kəs asan­lıq­la bu mə­ra­si­mə baş çə­kir­di. Məhz bu mə­ra­sim biz­də bir da­ha be­lə bir tə­əssürat oy­at­­dı ki, Azər­baycan­da di­ni azad­lıq, di­ni ənə­nə­lər qo­ru­nur və hər bir icma öz di­ni ay­in­lə­ri­ni asan­lıq­la həy­a­ta ke­çi­rə bi­lir. Bu­nun­la, Azər­baycan bütün dünyaya be­lə bir me­saj ve­rir ki, di­ni har­mo­niya, to­le­ran­t­lıq və plüra­lizm şə­ra­i­tin­də ya­şa­maq mümkündür. 

- Xa­tır­layır­sı­nız­sa, 2002-ci il mayın 22-də Va­ti­kan döv­lə­ti­nin baş­çı­sı, 264-cü Ro­ma Pa­pa­sı II İo­hann Pa­vel ilk də­fə ola­raq Azər­bayca­na rə­s­mi sə­fər et­di. So­nra­kı il­lər­də Pre­zi­dent İl­ham Əliy­e­vin də Va­ti­ka­na sə­fə­ri ol­du. Bu cür sə­fər­lə­rin din­lə­ra­ra­sı, mə­də­niyyət­lə­ra­ra­sı müna­si­bət­lə­rə tə­si­ri­ni necə dəy­ər­lən­di­rər­di­niz?

Azər­baycan­la Va­ti­kan ara­sın­da do­stluq əla­qə­lə­ri mö­vcud­dur. Azər­baycan Ro­ma­da ka­ta­kom­ba­la­rın bər­pa­sı üçün ma­liyyə yar­dı­mı edib. Hey­dər Əliy­ev Fon­du­nun də­s­təyi ilə bər­pa olu­nan mav­zo­ley im­pe­ra­tor Kon­stan­tin ana­sı im­pe­ra­t­ri­ça Ye­le­na­nın şə­rə­fi­nə in­şa et­di­ri­lib. Bu əsər­lər ta­ri­xi ba­xım­dan mühüm əhə­miyyət kəsb edir. Bu xey­riyyə işi­nin özü din­lə­rə və mə­də­niyyət­lə­rə öz töh­fə­si­ni ve­rir.

- Sizcə, bu gün dünya­da siy­a­sət di­nə, yox­sa ək­si­nə din siy­a­sə­tə da­ha çox tə­sir gö­s­tə­rir?

- Mən yal­nız onu deyə bi­lə­rəm ki, din sülh və əda­lə­ti tə­ş­viq et­mək üçün bir va­si­tə­dir, gücdür. O, in­san ləy­a­qə­ti­nin ali­liy­i­ni əsas tu­tur. Hə­m­­çi­nin sülh şə­ra­i­tin­də ya­şa­mağı təb­liğ edir. Di­nin so­si­al fay­da­sı da məhz bun­da­dır.

- La­kin bu gün həm də din pər­də­si al­tın­da ter­ror ha­di­sə­lə­ri tö­rə­di­lir. Və bu azal­maq əvə­zi­nə, ar­tır. Mə­sə­lən, İraq Şam İs­lam Döv­lə­ti (İŞİD) qrup­laş­ma­sı­nın tö­rət­diyi qan­lı ha­di­sə­lər...

- Mən bu ha­di­sə­lə­ri tə­ş­viş için­də  iz­ləy­i­rəm. Bey­nəl­xalq icti­ma­iyyət İŞİD-in tö­rət­diyi böh­ra­nın ara­dan qal­dı­rıl­ma­sı­na ça­lış­ma­lı­dır. Ar­tıq sirr dey­il ki, bey­nəl­xalq hü­qu­qun me­xa­niz­mi iş­lə­mir, hət­ta in­san­lar di­ni ba­xış­la­rı­na gö­rə məhv edi­lir, təh­qir olu­nur­lar. İn­san­la­rın bir-bi­ri­nə qar­şı dözümsüzlüklə ya­naş­dığı­nın şa­hi­di olu­ruq. Vaxt ye­ti­şib, biz ən yax­şı yol­la­rın araş­dı­rıl­ma­sı­na ça­lış­ma­lı, qar­daş­lıq prin­sip­lə­ri­ni yay­ma­lıyıq. Mən üzümü din pər­də­si al­tın­da vəh­şi­lik­lər tö­rə­dən­lə­rə tu­tub dey­i­rəm ki, siz di­nin fun­da­men­tal məq­səd­lə­ri­nə zidd ge­də bil­məz­si­niz. Siz Ta­n­rı­nın adı ilə öldürə bil­məz­si­niz. Siz sülh, əda­lət və har­mo­niy­a­nı təb­liğ et­mə­li­si­niz. Elə Azər­baycan­da­kı to­le­ran­t­lıq özü də İra­qa be­lə bir me­saj­dır ki, to­le­ran­t­lıq və di­ni əmin-aman­lıq şər­tin­də ya­şa­maq çə­tin dey­il.

- Ar­tıq hər kə­sə mə­lum­dur ki, Er­mə­ni­s­tan işğ­al et­diyi Azər­bay­can tor­paq­la­rın­da is­lam abi­də­lə­ri­ni məhv edir, al­ban kil­sə­lə­ri­ni er­mə­ni­ləş­di­rir. Bu gün Va­ti­kan baş­da ol­maq­la, di­ni güclər, bey­nəl­xalq icti­ma­iyyət bu van­da­liz­min qar­şı­sı­nın alın­ma­sın­da Azər­­bayca­na öz də­s­təy­i­ni niyə gö­s­tər­mir?

- Di­ni abi­də­lər gə­ləcək üçün nümu­nə­dir. Ona gö­rə də on­lar mü­da­fiə olun­ma­lı­dır. Abi­də­lər tək din üçün dey­il, bütün in­san­lıq üçündür. On­la­rın dağı­dıl­ma­sı heç bir hal­da qə­bu­le­dil­məz­dir.


MƏSLƏHƏT GÖR:

720