15 Mart 2025

Şənbə, 01:34

"AZƏRBAYCANI TƏMSİL ETMƏK - BÖYÜK MƏSULİYYƏTDİR"

"Eurovision-2008"də Azərbaycanı təmsil etmiş Samir Cavadzadə ilə müsahibə

Müəllif:

15.05.2012

-O, unudulmaz günlər idi! Biz Elnurla sanki bir növ müsabiqənin Azərbaycan üçün əsasını qoyanlardan olduq və təbii ki, çox həyəcanlanırdıq. Çünki Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir. O  anadək heç birimiz belə nəhəng auditoriya qarşısında çıxış etməmişdik. Amma uzun-uzadı məşqlər və bütün komandanın dəstəyi öz işini gördü - Belqrad səhnəsinə çıxdıq və düşünürəm,  çox layiqincə çıxış etdik. Zaldan da çox güclü enerji alırdıq. Çünki tamaşaçılar bizi çox dəstəkləyirdi. Belqrad çox gözəl və qonaqpərvər şəhərdir. Otelimiz meşənin yaxınlığında idi. Sanki nağıllar aləmində yaşayırdıq, hava inanılmaz dərəcədə təmiz idi. Bütün bunlar uzun illər yaddaşımızda qalacaq.

- Bu il Azərbaycanın uğur qazanmaq şansları nə qədərdir?

- Təmsilçimiz Səbinə Babayevanın ilk üçlükdə layiqli yer tutacağına çox ümid edirəm. Bəlkə də ilk yeri. Niyə də olmasın? O buna layiqdir...

- Səbinə Babayevaya nə arzu edirdiniz?

- Ona qələbə arzulayıram! Heç bir məsləhətim yoxdur. Çünki Səbinə öz işinin əsl peşəkarıdır və çox ağıllı qızdır.



MƏSLƏHƏT GÖR:

409