
ŞƏRQİN İNCİSİ
Bakı həmişə mistik sirlərlə əhatələnib
Müəllif:
Bakı şəhəri dünyanın ən qədim şəhərlərindən biridir. Şəhərin dəqiq yaşı indiyə kimi tarixçi alimlər arasında mübahisə doğursa da, məşhur ingilis misirşünası Flinders Petrinin sözlərinə görə, Bakının mövcudluğu barədə hələ bizim eradan əvvəl III minillikdə mənbələr varmış. Bakı haqqında məlumat "Ölülər kitabı"da "müqəddəs Bahau" - qədim dəniz ətrafında sönməz alovlar şəhəri kimi verilir. Bakı "Bibliya" "Əhdi-Ətiq"ində də, "İncil"də də xatırlanır. "Avesta"da da onun adı çəkilir. Bakı uzun zaman boyunca, İslamın gəlişinə qədər, dünyanın ən qədim dinlərindən birinin, atəşpərəstliyin mənəvi mərkəzi olub.
Mənəvi mərkəz. Mümkündür ki, zərdüştiliyin mənəvi mərkəzi olmasına görə şəhər coğrafi yerləşməsinə borcludur? Küləklərin sığalladığı, dənizin üç tərəfdən yuduğu yüksəklikdir. Təbii qazın və neftin səthə çıxış yerlərində öz-özünə yanan alovlar var. Yer qabığının zərdüştiliyin dörd sakral ünsürünün - odun, suyun, torpağın və havanın (küləyin) qovuşduğu kəsikdədir. Bu yer iri geopotogen zonanın xüsusi cazibədar energetikası ilə tanınır.
Baq-Kür (ilahi başlanğıc), Ateşi-Baquan (Tanrının atəş şəhəri və ya Atəş Tanrısının şəhəri) - Bakının qədim adları məhz belə açılır və hər bir adda mütləq Tanrı haqqında məlumat olmalıdır.
Deyilənə görə, şəhər qədim dinlərin - arat şumerlərin antropomorf dininin, sonra isə zərdüştliyin əsl məbəd yeri olub. Həmin vaxtlar tapınılan tanrılar - Ahura Mazdanın, yaşıl ilahə Veginin, Anahitin, Mitranın dini tikililəri kompleksi varmış. Qədim din xidmətçilərinin - əski magiya biliklərinin qoruyucusu olan Kaspi kahinlərinin - muğların kiçik məskənləri də varmış, yunan mənbələrində onlar "maqlar" adlanırlar.
Qədim zamanlarda dünyanın hər yerindən müqəddəs oda baş əyməyə zəvvarların gəldiyi şəhər həmin unudulmuş dinlərin ardıcılları arasında Od Tanrısının təcəssümünü əks etdirirdi. Mərkəzi ibadət yeri səkkizmərtəbəli, yeddi planetar tanrıya, sonra isə Ahura Mazdaya həsr edilmiş yeddimehrablı məbəddir (indi bu tikili Qız Qalası kimi məşhurdur). Bir zaman onun səkkiz mərtəbəsində müxtəlif rəngli alovlar yanırmış.
Bildirmək gərəkdir ki, həmin çağların astroatəşpərəst görüşlərində hər bir planetə müəyyən rəng uyğun gəlirdi. Saturn qara, Yupiter boz, Mars qırmızı, Günəş sarı, Venera ağ, Merkuri isə bənövşəyi rənglə əks etdirilirdi. Ay isə yaşıl rəngə uyğunlaşdırılırdı. Bu dünyagörüşü hələ də Azərbaycan xalqının yaddaşında qalıb. Xüsusilə də Azərbaycan xalçaçılıq və tətbiqi incəsənətinin bədii ənənələrində yaşayır.
Zərdüştilikdən öncəki dövrdə səkkizmərtəbəli Qız Qalası Azərbaycan torpağında nə vaxtsa ibadət edilmiş qədim ilahə, "göy anası" Ann-Aneyə məxsus olub. Zərdüştilik zamanında Azərbaycanın da daxil olduğu Fars İmperiyasının geniş ərazilərində onu Aredvi Sura Anna-hita adlandırıblar. Bakı həmişə mistik sirlərlə əhatə olunub.
MƏSLƏHƏT GÖR: