15 Mart 2025

Şənbə, 01:34

"ÖLKƏMİZİ HAMI TANIYIB SEVƏCƏK"

"Avroviziya-2010"da Azərbaycanı təmsil etmiş Səfurə Əlizadə ilə müsahibə

Müəllif:

15.05.2012

-Mən indiyə qədər "Avroviziya" mahnısı üçün klip çəkilişlərimi xatırlayıram. Çox çətin idi və az qala, hovuzda boğulacaqdım. Müxtəlif ölkələrdəki reaksiyaları da  unutmamışam, insanlar məni çox isti qarşılayırdılar. "Avroviziya" səhnəsinə çıxışımı da xatırlayıram. Çox həyəcanlanmışdım və dərhal mahnıya, rəqslərə diqqət yönəltməyə çalışdım. "Avroviziya-2010"dan sonra həyatım dəyişdi. Bir il İsveçdə yaşadım. Müxtəlif ölkələrin insanları məni tanıdılar, indi mən tez-tez Avropada çıxışlar edirəm. 

- Azərbaycanın ikinci dəfə qələbə çalmasını  istərdinizmi?    

- "Avroviziya" zamanı Bakıya dünyanın hər yerindən minlərlə turist gələcək. Şounu 43 ölkədə göstərəcəklər. Bizim ölkəni tanıyıb sevəcəklər! Bu, Azərbaycan üçün çox gözəl reklamdır. Əgər bizim təmsilçimiz bu il birinci yeri götürsə, biz bunu alqışlayacağıq. Düşünürəm, bu, tamamilə mümkündür.

- "Avroviziya"da ölkəmizin keçmiş təmsilçisi  kimi, Səbinə Babayevaya nə kimi məsləhətlər verə bilərsiniz?

- Səbinə güclü vokalçıdır, yaxşı səsi var. Əminəm ki, müsabiqə səhnəsində Səbinə Babayeva gözəl çıxış edəcək. Mən istərdim ki, "When the Music Dies" mahnısı başqa ölkələrdə də sevilsin. Müsabiqədə hansı yeri tutmağımız elə də vacib deyil. Əsas odur ki, mahnı yadda qalsın, sevilsin və bütün ölkələr bizim çıxışdan danışsın. Səbinə Babayevaya həyəcanlanmamağı diləyirəm, çünki bu hiss səhnədə tam açılmağa mane olur. Biz hər şeyi anlayırıq, bu cür müsabiqədə iştirak məsuliyyətli işdir, həm də həyəcanlıdır. Uğur diləyirik! Ən başlıcası, həmişə özünə inanmaqdır!



MƏSLƏHƏT GÖR:

455