
QƏDİRBİLƏN, DOST VƏ HİMAYƏÇ
O, mədəniyyəti qorunması və inkişaf etdirilməsi vacib olan böyük irs kimi qəbul edirdi
Müəllif:
"Hələ gəncliyimdə musiqinin necə qüdrətli olduğunu hiss edirdim. Onsuz insanlar yoxsuldur. Musiqi ürəkləri hədsiz dərəcədə riqqətə gətirir, ona qeyri-adi güc verir. İnsanın həyatı musiqi ilə nurlanırsa, o, bol yağışın yağdığı quru torpaq kimi canlanır…"
Heydər ƏLİYEV
Azərbaycan mədəniyyəti də təbiəti qədər zəngin və müxtəlifdir. Bu, ilk növbədə, onun qədim tarixi, Qərblə Şərqin kəsişməsində yerləşməsi, əlverişli təbii şəraiti, sərvətləri, həmçinin, əhalinin siyasi-etnik tərkibi ilə bağlıdır. İncəsənətin istənilən növü uzun və çətin inkişaf yolu keçsə də, onlar birlikdə Azərbaycan incəsənəti və mədəniyyəti haqda tam təsəvvürün formalaşmasına imkan verir.
Əlbəttə ki, mənəvi irsin inkişafı və təbliğatında məşhur incəsənət, mədəniyyət və ədəbiyyat xadimlərinin böyük rolu var. Bununla yanaşı, sözügedən sahəyə dövlət dəstəyi də ciddi əhəmiyyət daşıyır. Məsələn, Azərbaycan muğamının YUNESKO-nun təşəbbüsü ilə bəşəriyyətin mədəni irsi siyahısına salınması, Azərbaycanın isə bu gün mədəniyyətlər və sivilizasiyalar arasında qlobal dialoqun mərkəzi kimi tanınması təsadüf deyil.
Azərbaycan dövlətinin mədəniyyət sahəsindəki bugünkü siyasətinin əsası hələ ötən əsrin 70-ci illərinin əvvəllərində dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Bu il Bakıda keçirilən "Eurovision" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda 10 may 1923-cü ildə Naxçıvanda dünyaya gəlmiş Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edilib.
Onun hələ Sovet İttifaqı dönəmində Azərbaycana rəhbərliyi tarixə bütün sahələrdə inkişaf, həmçinin, milli mədəniyyətin yüksəlişi dövrü kimi düşüb. H.Əliyev dəfələrlə deyirdi: "Bizim əla incəsənətimiz, mədəniyyətimiz, valehedici xalq mahnılarımız və onun əsasında yetişmiş müasir peşəkar musiqimiz var".
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda "Respublika" (haz?rda bu saray onun əsasını qoymuş şəxsin adını daşıyır), "Gülüstan" sarayları, konsert-sərgi-idman kompleksləri, Opera Studiyası, xoreoqrafiya məktəbləri tikilib, Opera və Balet Teatrının, Rəşid Behbudov adına Mahnı Teatrının binaları bərpa olunub, hələ əsrin əvvəllərində azərbaycanlı milyonçu, neft sənayeçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilmiş və artıq köhnəlmiş Musiqili Komediya Teatrının binası da yenidən inşa olunub.
H.Əliyev Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının, Azərbaycan operasının banisi, bəstəkar Üzeyir Hacıbəyovun, şair və dramaturq Hüseyn Cavidin və digərlərinin ev-muzeylərinin açılmasının da təşəbbüskarı olub. Onun ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın çoxsaylı görkəmli elm və mədəniyyət xadimlərinə abidələr ucaldılıb.
Qeyd edildiyi kimi, H.Əliyevin 1969-cu ildə hakimiyyətə ilk gəlişi Azərbaycanda bütün sahələrdə renessansın başlanğıcı hesab olunur. Məhz həmin dövrdən başlayaraq, o zamanadək Sovet İttifaqının xammal əlavəsi sayılan neft və qazla zəngin Azərbaycan sovet məkanının ən inkişaf etmiş respublikalarından birinə çevrilib. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda, digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali təhsil ocaqları, muzeylər, teatrlar, kitabxanalar açılıb.
Mədəniyyətin qiymətini bilən şəxs
Azərbaycan dünyaya çox sayda elm və mədəniyyət xadimi bəxş edib. Heydər Əliyev də bu şəxslərin xidmətlərinin xalq və dünya birliyinə çatdırılması, onların adlarının əbədiləşdirilməsi üçün əlindən gələni edib. Məhz 1969-cu ildən sonra məşhur şəxsiyyətlərin, elm, mədəniyyət və təhsil ocaqlarının yubileylərinin qeyd olunması ənənəsi yaranıb. Heydər Əliyevin göstərişi ilə İmadəddin Nəsiminin 600, Azərbaycan Dram Teatrının 100, Azərbaycan Dövlət Rus Dram Teatrının 50 illiyi; Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Aşıq Ələsgərin, digər mədəniyyət və incəsənət xadimlərinin yubileyləri qeyd edilib.
Heydər Əliyevin Azərbaycan musiqisi və onun nümayəndələrinə sevgisi və hörməti xüsusi diqqətəlayiqdir.
"Hələ gəncliyimdə musiqinin necə qüdrətli olduğunu hiss edirdim. Onsuz insanlar yoxsuldur. Musiqi ürəkləri hədsiz dərəcədə riqqətə gətirir, ona qeyri-adi güc verir. İnsanın həyatı musiqi ilə nurlanırsa, o, bol yağışın yağdığı quru torpaq kimi canlanır", - deyə H.Əliyev bildirirdi.
Onun Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk opera müəllifi Üzeyir Hacıbəyova necə dərin hörmət və məhəbbətlə yanaşdığını isə bu fikri açıq şəkildə göstərir: "Məşhur bir fikir var: "Belə insanlar dünyaya əsrdə bir dəfə gəlir". Beləliklə, əsr keçdi və 1885-ci ildə Üzeyir Hacıbəyov doğuldu. Onun dünyaya gəlişindən iki əsr keçir, tamamilə yeni nəsildən ibarət olan xalq bu bəstəkarı unutmur. Əminəm ki, növbəti nəsil də mədəniyyətdə qeyri-adi, həqiqətən, inqilabi əsərlər yaratmış bu şəxsi xatırlayacaq və ona hörmət edəcək! Dahi budur!".
Azərbaycanın digər korifeyi Rəşid Behbudov da daim Heydər Əliyevin qayğısı və himayəsini hiss edib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Behbudova Mahnı Teatrını açması üçün bina ayrılıb. Bundan sonra ona, hətta ən ucqar dağ kəndlərində də konsert proqramı ilə çıxış etmək sözü vermiş R.Behbudov Azərbaycan musiqisinin gözəlliyi və nəfisliyini yalnız SSRİ-yə yox, bütün dünyaya nümayiş etdirib.
60-cı illərdə Sovet İttifaqında nəşr olunan qəzetlər Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevlə bağlı insafsızcasına tənqidi məqalələr dərc etməyə başlamışdı. Bunun səbəbi Qarayevin bəstələrinin Afrikadan ABŞ-dək bütün dünyada səsləndirilməsi idi. Q.Qarayev tez-tez Qərbə dəvət alırdı, onun "İldırımlı yollarla" baleti isə bütün dünyada "çaxmaqda" idi. Türkiyənin məşhur "IL" qəzetinin yazdığı kimi, məhz bu dövrdə Heydər Əliyev Kremldə Qara Qarayevin müdafiəsinə qalxmış, bəstəkarın yalnız sovet deyil, ümumdünya mədəniyyətinin inkişafındakı rolunu vurğulayaraq, onu müdafiə etmişdi. H.Əliyevin bu çıxışından sonra, Q.Qarayevə ünvanlanmış təqiblər dayandırılmışdı. "Heydər Əliyev olmasaydı, bilmək olmaz, indi başıma nələr gəlmişdi". Q.Qarayev ilə yaxın olmuş professor Əflatun Neymətzadənin sözlərinə görə, bəstəkar həmin hadisələrdən sonra məhz belə deyirmiş.
Digər sahələrdə həddindən artıq çox işinin olmasına baxmayaraq, Heydər Əliyev mədəniyyət sahəsindəki problemlərlə hər zaman maraqlanır, hətta aralarında inciklik olan incəsənət və musiqi xadimlərini barışdırmağa çalışırdı. O, maestro Niyazi, bəstəkar Fikrət Əmirov, rəssamlar Səttar Bəhlulzadə və Tahir Salahovla şəxsən münasibət saxlayır və dostluq edirdi.
Bu gün Heydər Əliyevin Mstislav Rostropoviçlə dostluğu, Müslüm Maqomayevə göstərdiyi atalıq qayğısı bütün dünyaya məlumdur. Heydər Əliyevlə Mstislav Rostropoviçin dostluğunu çoxları tam haqlı olaraq "iki dahinin dostluğu" adlandırır. Dahi siyasi xadim Heydər Əliyevlə böyük musiqiçi Mstislav Rostropoviçi bir çox məqamlar birləşdirirdi - Azərbaycana, mədəniyyətə, əsl insani dəyərlərə sevgi.
Hələ 60-cı illərin sonlarında M.Rostropoviç gözdən düşmüş Soljenitsini dəstəklədiyi üçün təqiblərlə qarşılaşdığı zaman, Heydər Əliyev ona Bakıda konsertlərə dəvət etməklə dəstək vermişdi. Məhz o zaman Rostropoviç ilk dəfə Bakıdakı keçmiş mənzilini tapmaq istəmişdi. 1996-cı ildə isə H.Əliyev maestronu 70 illik yubileyini Bakıda keçirməyə dəvət etmişdi.
Elə 1996-cı ildə Bakıda Rostropoviç ailəsinin 1925-1931-ci illərdə yaşadığı mənzil də tapıldı və Prezident Əliyev həmin mənzildə Rostropoviçin ev-muzeyinin yaradılması haqda fərman imzaladı. O vaxtdan Rostropoviç sıx iş qrafikinə baxmayaraq, hər il Azərbaycana gəlirdi. Burada o, konsertlər, ustad dərsləri verir, çoxdan səmimi dost olduğu dövlət başçısı Heydər Əliyev ilə mütləq görüşürdü.
Digər kişi dostluğu, hətta atalıq qayğısına nümunə kimi, Heydər Əliyevin dünyaşöhrətli azərbaycanlı ifaçı Müslüm Maqomayevə diqqət və qayğısını göstərmək olar. Maqomayev xatirələrində Ümummilli Liderin 60-cı illərdəki çətin anlarında onu necə müdafiə etməsi, qoruması haqda dəfələrlə danışıb. Söhbət sovet xüsusi xidmət orqanlarının ifaçıya qarşı uydurma ittihamlar irəli sürdüyü dönəmlərdən gedir. Heydər Əliyev hər zaman Maqomayevə oğlu kimi qayğı göstərib, onun uğurlarına sevinib.
1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən sonra o, maşınqayırma, yüngül sənaye və nəqliyyat sahələri ilə yanaşı, mədəniyyət və təhsil sahələrini də nəzarətinə götürüb. Bu isə Azərbaycan incəsənəti və mədəniyyətinə dəstək və qayğını davam etdirməyə imkan verib.
80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində ölkə yenicə müstəqillik əldə etdiyi zaman, Azərbaycan incəsənəti və mədəniyyəti heç də ən yaxşı dövrlərini yaşamırdı. Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı müharibə, daxili siyasi xaos mədəniyyət və incəsənət xadimlərinə də çox pis təsir göstərmiş və onlar faktik olaraq, ümidsizliyə qapılmışdılar. Lakin 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədəki çətin siyasi və iqtisadi vəziyyətə, müharibə şəraitinin hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin inkişafı və təbliğatı üçün bütün qüvvələri səfərbər edə bildi.
MƏSLƏHƏT GÖR: