15 Mart 2025

Şənbə, 02:51

BAKIYA QƏLƏBƏ DALINCA "MƏNDƏN ÖTRÜ DAHA ÇOX İNSAN QƏLBİ FƏTH ETMƏK ÖNƏMLİDİR"

"Avrovİzİya-2012"də Moldovani təmsİl edəcək Paşa Parfenİ İlə eksklüzİv müsahİbə

Müəllif:

15.05.2012

-57-ci "Avroviziya" müsabiqəsinin başlanmasına sayılı günlər qalıb. Sizin hansı gözləntiləriniz var?

- Bakı haqqında duyğularım üç il qabaq, mən ilk dəfə Azərbaycan paytaxtına gələn zaman formalaşmağa başlamışdı. Bakı çox gözəl, müasir şəhərdir. Dostlarım mənə bildiriblər ki, şəhər daim inkişaf edir. Deyirlər, keçən illər ərzində çox şey dəyişib. Ümid edirəm ki, biz Bakıda olanda "Avroviziya" ilə yanaşı, Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaq və bu gözəl ölkədə, sadəcə, dincəlmək imkanı da qazanacağıq. 

- Siz Bakı səhnəsində ifa edəcəyiniz kompozisiya barədə nə deyə bilərsiniz?

- "Loutar" mahnısı "Avroviziya" üçün yazılmamışdı və buna görə də moldovan dilində idi. "Avroviziya" üçün mahnı yazılanda, o, müəyyən çərçivə və şablonlara salınır, bəzən də bir qədər standart görünür. Biz hesablamışıq ki,  ingilis dilinə tərcümədə bu mahnı beynəlxalq auditoriyaya da xoş gələ bilər. Bizim komanda onun üzərində uzun müddət işləyib. Mahnıda Moldova motivləri var. Deyərdim ki, bu, hətta Avropa melodikasında Balkan motivləridir. Mənim həm Moldovadakı, həm də Azərbaycandakı azərbaycanlı dostlarıma bizim mahnılar çox xoş gəlir. Müəyyən mənada Moldova və Azərbaycanın xromatik musiqi gedişləri kəsişir. Buna görə də bizim xalqların musiqisi  bir-birinə xoş gəlir. 

- İndiki müsabiqədə  sizin üçün lider varmı?

- Təmiz eqoist  düşüncələr səbəbindən konkret ad çəkmək istəməzdim. Şəksiz,  mənim favoritlərim var. Müsabiqədən sonra seçimimin uyğun gəlib-gəlmədiyini deyəcəyəm. Düzdür,  Bakıya qələbəyə görə gəlirəm, amma məndən ötrü daha önəmlisi mümkün qədər çox insan qəlbi fəth etməkdir. İfaçının neçənci yer tutması is? elə də vacib deyil. Başlıca məsələ dinləyicinin rəğbətidir. 

- "Avroviziya" müsabiqəsinin nəticələrinə siyasi amilin təsiri nə səviyyədə güclüdür? Deyək ki, Moldova Rumıniyaya, Danimarka İsveçə, Kipr Yunanıstana səs verir... 

- Əlbəttə, müsabiqəyə müəyyən geosiyasi təsir mövcuddur. Çünki iştirakçılar müəyyən məhdud olmayan bölgələr, deyək ki, Dunay bölgəsi kimi bölgələri təmsil edirlər. Onlar konkret ölkələrin nümayəndələridirlər və burada geosiyasi  amil var. Amma mən inanıram ki, "Avroviziya" dinləyicilərinin seçimini məhz musiqi müəyyən edir. 

- Moldova və Azərbaycanın tarixində ortaq məqamlar var. Bu baxımdan, sizə hər hansı İspaniya və Norveçdənsə, Bakıda çıxış etmək daha rahat olmalıdır...

- Hə, bu belədir. Bundan başqa, bu müsabiqənin Bakıda keçirilməsi mənə mənəvi dəstək verir. Çünki mən iki dəfə bu şəhərdə olmuşam. "Avroviziya"dan əsas gözləntim, məhz müsabiqənin Bakıda keçirilməsi ilə bağlıdır. İki əvvəlki səfərim Bakı klublarında çıxışımla bağlı olub. Deyim ki, bu konsertlərdən çox razıyam. Ümumiyyətlə, Azərbaycana beynəlxalq mahnı müsabiqəsinə deyil, böyük bayrama gəlməyi daha çox istəyirəm. Düşünürəm, bu, belə də olacaq. 



MƏSLƏHƏT GÖR:

497