Müəllif: Valentina REZNİKOVA Bakı
Teatr mövsümlərinin açılışı ənənəvi olaraq premyeralarla başlayır. Milli Dram Teatrında 142-ci teatr mövsümü "Generalın son əmri" tamaşasının premyerası ilə əlamətdar oldu. Milli teatr tamaşaçısına Vaqif Səmədoğlunun pyesi üzrə hazırlanmış tragikomediyanı nümayiş etdirdi. Rejissor - xalq artisti Ramiz Həsənoğlu, quruluşçu-rəssam Nazim Bəykişiyev, bəstəkar - Cavanşir Quliyevdir.
Lazımsız ideallar
Tarix dünya kimi qədimdir. İnsan və dünya. İnsan və cəmiyyət. İnsan və onun seçimi:necə yaşamaq, nəyə xidmət etmək, kimə ibadət etmək, nəyə inanmaq... Bu, rus nağılındakı kimidir: sağa dönsən, xoşbəxtliyini taparsan, sola dönsən - başını itirərsən, düz getsən sərvət taparsan. Tamaşanın baş qəhrəmanı olan General çox fikirləşmədən öz düz və ədalətli yolunu seçir. Hər halda, o, buna inanırdı. Buna görə də, öz Vətəninin ideallarına cidd-cəhdlə xidmət edirdi. İnamla və ədalətlə xidmət edirdi. Bacardığı qədər, zamanın tələblərinə və dövlətin ideoloji tapşırıqlarına əsasən formalaşan və təxminən: hər şey Vətən, hər şey xalq üçün səslənən tapşırığını anladığı qədər edirdi. Füzuli Hüseynov öz qəhrəmanını məhz belə oynayır: soyuqqanlı və təmkinli, kobud, arada qəti. Öz duruşu, həyatı nişan altında saxlamaq vərdişi, insanlarla ünsiyyətdə özünü gündəlik cədvəl dəqiqliyi qədər tərtib olunan və bu həyatda hər şeyin ona, Generalın fikrinə, tabe olduğu örnək insan kimi göstərmək xasiyyəti ilə. Bu fikir nədən ibarətdir? Bəlkə də, onun bugünkü həyatda axtardığında, onun nə vaxtsa döyüşdüyü məqsədlərin əks-sədası dayanır? Keçmişlə hazırkı məqam arasında 53 yaş zamanlı həyat mövcuddur?! General Hüseynov da binoklunun şüşələrindən nə qədər uzağa baxıb, hazırkı həyatı, heç olmasa, millimetrə qədər yaxınlaşdırmağa cəhd etsə də, bir o qədər o, ondan uzaqlaşır və başa düşülməz olur. Burada da onun faydasız, həyata uyğunlaşmayan övladları - qız (Dilarə Əliyeva) və oğlan nəvələri (əməkdar artist Sabir Məmmədov) var. Oğlan nəvəsi babanın mənzili barədə fikirləşməklə alkoqol aludəçisi olur, qız nəvəsi isə sanki həyatın ən böyük neməti kimi çilçıraq arzulayır. Bu, onların arzularının həddidir. Bu mənəvi düşkünlüyün çapı Generalın ideyalarından güclü olub. Həyatın hansı məqamında pozuntu baş verib və nəslinin məhvinə yönəlmiş proqram işə salınıb? Keçmişin və hazırkı məqamın səhnələri bir-birini əvəz etməklə nə vaxtsa öz vicdanına, öz-özünə qarşı çıxan insanın mənəvi probleminin bərk düyününə bağlanır. Bəs, nə vaxt? SMERŞ-in əməkdaşı olandan sonra? Bəlkə də...
(Bu qurum Böyük Vətən müharibəsinin tam əvvəlində hərbiçilər və mülki əhali arasında əks-fikrə sahib olanları təqib və üzərində nəzarət etmək üçün yaradılıb. Mənası - faşistlərə ölüm idi. Çox vaxt divan tutma hədə - qorxu, məxfi xidmətlərlə əməkdaşlığa və hərbi qulluqçular və mülki əhaliyə qarşı əsassız ittihamlara gətirib çıxarırdı, - müəllif)
Deyilənə görə, insanın həmişə seçim hüququ var. Bu heç də həmişə elə deyil. Bəzən bu hüquq yoxdur. Vətən əmr edib və hələ general olmayan General əmrə "Baş üstə!" cavabı verib. Buna görə də Füzuli Hüseynovun qəhrəmanına onun xatirələrində və öz simasına malik keçmişlə sonsuz dialoqlarda olmaq daha rahatdır. Bu həm cəllad, həm tütəkçalan, həm də fəraridir. Onlar yaddaşlara öz istəkləri ilə deyil, onun, Generalın istəyi ilə gəlirlər. Onlar həm onun keçmişi, həm də indiki zamanıdır. Və ancaq onlarla o, özü ola bilir. O, generala qədər necə çata bilib? Bu, artıq başqa məsələdir. SMERŞ-də elə belə personal rütbələri vermirdilər. Bu rütbəyə layiq görülən insanın hansı şərəfli əməyi olub? O, sadəcə, smerşlinin ideal obrazına, sistemə uyğun idi. O, münasib və sadiq idi. O, böyük bir mexanizmin işinin asılı olduğu vint olmağı bacarırdı. Yorğun vicdan üzərində çoxlu ədavət yığılıb. Və necə bilmək olardı, Generalın sadiqliyi ilə xidmət etdiyi sistem dağılmasaydı, ola bilsin onun vicdanı da oyanmazdı? Və gecələr onun nə vaxtsa məhv elədiklərinin ruhları obrazında gəlməzdi? Pasifist əsgər, Cəllad, Tütəkçalan... Onlar onun yanına dünyanın yuxuya qərq olduğu zaman onun misteriyasını həyata keçirmək üçün gəlirlər. O, bu ölülər qardaşlığını yaradıb ki, dialoq - kəşflərin sirlərinə hər dəfə qayıtmaq, onlarla keçmişin yenidən canlanması ayininə qayıtmaq üçün. Bu hüquqa yalnız onlar - onun vicdanı ilə seçilən və sanki xüsusi, demək olar ki, müqəddəs ritual xatirələr sirlərinə ithaf edilmişlər malik idilər. O, və onlar! Keçmişlə indikinin arasında qalan onun həyatının bir parçası. General yalnız onlarla özünü yaxşı hiss edir. Yalnız bu qardaşlıqda o özünü canlı və... düzgün hiss edir. Çünki hər şey olduğu kimi olmayan həqiqi həyatda onun üçün yer yoxdur. Lakin o, xatirələri canlandıraraq, ürəyə və yaddaşa keçmişin səhnələri ilə əzab verərək, hələ də yaşayır və yaşayır. Və proloqda "Qorxuda yaşamaq əvəzinə ölmək daha yaxşıdır" - deyən Cəllad (əməkdar artist Ayşad Məmmədov) gecə ayıqlığın, sirliliyin müqəddəsliyini pozmaq və SMERŞ tərəfindən ölümə məhkum olan əsgərlərini asdığı yerdən özünü asmaqla öldürmək istəyən zaman biz anlayacağıq ki, General bilərəkdən özünü küncə sıxır. Sonradan onu gecə misteriyalarından ruhu Generalın bu gecə misteriyalardan bezmiş Fərari-pasifist (əməkdar artist Pərviz Məmmədrzayev) xahiş edəcək. O, pasifist əsgər insanlara atəş açmaqdan imtina etdiyinə görə həyatdan məhrum olduğu Kiyevin yaxınlığındakı həmin qəbrində dinclik tapmaq istəyir. Fərari əsgər kor-koranə əmrə tabe olmaq istəmirdi, o, öz fikrini bildirərək cəsarətini göstərdi, və elə buna görə də edam edildi. Lakin bu, onun seçimi idi. Füzuli Hüseynovun generalı çoxdandan onlara qoşulmaq istəyir. Kiyev, Qomel, Kustanay yaxınlığında qəbirlərdə yatanlara. Lakin edə bilmir.
Vicdanla oyunlar
Beləcə qisas və gələcək gün qarşısında qorxu içində də yaşayır. Və gözləyir. Ədalətə öz hüquqları barədə bildirəni gözləyir. Və o, həqiqətən də gəlir. Qadın. Qisasçı. Qazaxıstandan olan edam edilmiş adamın qızı. Gəlir ki, Generala bu mübarizəni uduzsun. O zaman o, həqiqətən də, darıxır. O, təcrübəli oyunçudur. Ondan sonra gələnlər isə ondan ağıllı və güclü deyillər. Belə... Ədalət oyunu oynamağa cəhd də eləməyən kişi və qadınların oxşarı. Bu cür boş və yad dünyada o, nə etməlidir? Heç nə. Və o, ömür boyu səslədiyi kəsi çağırır. Yeganə Sevgilisini, onun üçün sevinc, çoxdan gözlənilən xoşbəxtlik, gəlin və nişanlı olan. Ölüm adında olan bir kəs. O, öz-özünə hökm irəli sürüb. Və öz-özünə əmr verib. Həyatda son əmr - ölməkdir! "Bu, hər kəs üçün yaxşı olar, - o, deyir. - Sizin və mənim üçün". Əslində, nə yaxşı olacaq ki? Qeneralissimus İosif Vissarionoviçə oxşayan general əvvəlcə, gicgahına atəş açaraq öləcək, sonradan gözlərini açacaq və bizə ekrandan gülərək, göz vuracaq və əl edəcək. Xalq üçün sevdiyi jesti. Vərdiş etdiyi jesti. Və hiyləgərcəsinə göz qıyaraq zala deyəcək: "Mən burdayam, sizinləyəm". Sonradan ekranda üzərində böyümüş nar ağacı ilə Qız qalası peyda olacaq. Bu, Generalın xalası ilə ona vəd edilən xoşbəxt həyatın simvoludur...
Dramaturq Vaqif Səmədoğlu, rejissor Ramiz Həsənoğlu və aktyor Füzuli Hüseynovun etirafı və düşüncələri budur. Hər biri əhatəli problemdə öz mövzusunu tapıb.
Ramiz Həsənoğlunun tamaşası, dramaturq Vaqif Səmədoğlunun düşüncələri - bunların hamısı əhəmiyyətsiz komediya ilə teatr zalına tamaşaçını cəlb eləmək cəhdi deyil. Bu, açıq, ciddi və çox səmimi dialoq aparılmasının istəyidir. Şəxsiyyət, seçim, xəyanət, insan və onun vaxtı barədə, insan - şəxsiyyət və insan-marionet haqqındadır. Vaxt və özü qarşısında cavabdehlik haqqında.
MƏSLƏHƏT GÖR: