
BAKI DƏRSLƏRİ
"R+"un "Peace One Day" ("Bir gün sülh") təşkilatının rəhbəri Eş ZUBEYRİ ilə müsahibəsi
Müəllif: İrina XALTURİNA Bakı
- "Peace One Day" qeyri-kommersiya təşkilatı tərəfindən təşkil edilən və BMT tərəfindən dəstəklənən Beynəlxalq Sülh Günü, hər il 21 sentyabrda Dünya Atəşkəs və Güc Tətbiqetməmə Günü kimi qeyd edilir. Siz, həqiqətən, bütün dünyada sülhə nail olmaq imkanlarına inanırsınız?
- Bəli, mən, həqiqətən, inanıram ki, biz planetimizi daha dinc yer edə bilərik. Beynəlxalq Sülh Günü sübut edir ki, buna nail olmaq mümkündür. Hamı nəyə isə inanır. Bir çox insanların dini inancları var. Kim isə inana bilər ki, imtahanda və ya işdə müvəffəqiyyət qazanacaq və hər hansı bir dinin insanı daha hörmətli və nəzakətli biri edəcəyi imkanlarına inanır. Sülh imkanlarına inanmaq da - bu cürdür. Əvvəlcə bunun işlədiyini anlamısan. Axı, bəzilərimiz baş verən bütün pisliklərə olduqca çox zaman və enerji sərf edirik. Sülhün əldə olunmasının axtarış yollarına bir o qədər enerji sərf edirlərsə, tamamilə başqa nəticə görmək olar. Məsələn, biz Əfqanıstanda "Taliban" və koalisiya qoşunlarını Beynəlxalq Sülh Gününə qoşulmağa inandıra bildik. Bir gün ərzində onlar savaşmadılar və bizim buna daha çox ehtiyacı olanları ziyarət etmək imkanımız oldu. Bu, sübut edir ki, Beynəlxalq Sülh Günü ideyası işləyir və biz müəyyən anlarda ona güvənə bilərik.
- "Peace One Day" təşkilatının rəhbəri kimi siz bu yaxınlarda Azərbaycanda olmusunuz və yəqin ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışsınız. Məsələnin sülh yolu ilə həll olunmasına nə maneə olur?
- Adətən, olduğu kimi, məncə, bu ya din, ya da siyasətdir. Dünyada çox münaqişələr görmüşəm və hər dəfə ən çətini - münaqişəyə cəlb olunan insanları sülh naminə öz fərqliliyini, nifrətini, siyasət və dinlərini kənara qoymağa məcbur etməkdir. Biz cəsarətli olmalıyıq və bunu etmək üçün mərdlik göstərməliyik. Əks halda biz heç vaxt bağışlaya və əsl sülh yarada bilmərik. Biz birləşməli və ədalətli həll yolu tapmalıyıq. Unutmaq olmaz ki, problemi onu yaradarkən düşündüyümüz şəkildə həll etmək mümkün deyil.
- Azərbaycanda münaqişə zonalarından olan məcburi köçkünlərin övladları ilə görüşdünüzmü və onlardan sülh vaxtının şəklini çəkməyi xahiş etdinizmi? Bu rəsmlər necə idi? Sizdə ən çox hansı təəssüratlar yarandı? Sizin şəxsi "sülh rəsminiz" necədir?
- Mənim üçün bu, regiona bütün səfərim zamanı ən sehrli və ən duyğusal an oldu. Uşaqlar çox mehriban və hörmətcil idilər və şübhəsiz, bizim səfərimizdən şad idilər. Daha çox balaca qızın rəsmi - "Yerin üstündə iki göyərçin" yadımda qaldı. O, bütün dünyada sülhü belə görür. Sülh əldə etmək bütün bəşəriyyətin əsas qayğısı olmalıdır - beynəlxalq fəaliyyət proqramının əsasını təşkil etməlidir. Həmçinin şəkillərdə qəşəng qırmızı qızılgül, həyat ağacını gördüm. Bir oğlan isə meydanda güllərlə dolu Azərbaycan və Türkiyə bayrağını təsvir etmişdi. O, balaca oğlan əmindir ki, onlar birgə regionu daha təhlükəsiz və sabit edə bilər. Mənim öz rəsmim belə olardı: bütün dünya liderləri dəyirmi masa ətrafında əyləşir, bir-birinə baxır və razılaşırlar ki, "kifayətdir, uduzduq və bəsdir". Onların üzlərində artıq nifrət və qorxunun olmadığı görünür.
- Azərbaycan dünyada ən tolerant ölkələrdən biri hesab olunur. Siz bununla razısınız? Nə üçün?
- Bəli, razıyam. Hərçənd bu mənada Azərbaycan qüsursuz olmasa da. Amma heç bir ölkə nöqsansız deyil. Eyni zamanda bu sətirləri oxuyan və Azərbaycanda olmayan hər bir kəsi əmin edə bilərəm ki, ölkə və onun xalqı - prezidentindən tutmuş qaçqınına qədər - tolerantlıq naminə güclü səy göstərir və böyük uğurlar əldə edirlər. Bakıda çox vacib dərs aldım - sadəcə, bir-birimizə hörmət etməyi öyrənsək, biz birgə yaşaya bilərik. Bakıda gəzərkən və ya məsələn, restoranda nahar edərkən, görünür ki, müxtəlif dinlərin və əhalinin bütün təbəqələrinin nümayəndələri eyni hüquqdan yararlanırlar. Bu insanlar təhlükəsiz şəraitdə yaşayırlar və hiss olunur ki, onlar xoşbəxtdirlər. Mən möminəm və müxtəlif şəhərlərdə olmuşam və hər şey, adətən, çatan kimi aydın olur. Bu necə olacaq? İnsanlar necə reaksiya verəcəklər? Ölkə necə inkişaf edir? Azərbaycanda olduğum üç gündən sonra hiss etdim ki, ölkə başçısı və hökumət qarşıya ölkəni və onun dünyada qəbul olunmasını dəyişmək məqsədini qoyub.
- Azərbaycanda yeni nə öyrəndiniz? Sizcə, Azərbaycan dünyanın başqa ölkələrinə necə sülh mesajı göndərə bilər?
- Azərbaycanda çox şey öyrəndim. Misal üçün, sevgi hələ də sağdır və yaşayır. Və yaxud sülh, həqiqətən, mümkündür. Mən öyrənmişəm ki, hamımız barış içində yaşaya bilərik və biz insanları sülh içində həyatın mümkün olduğuna inandıraraq, onların baxışlarını dəyişə bilərik. İnsanın planetimizdə olduğu müddətdə nələr etdiyinə bir baxın. Azərbaycanın başqa ölkələrə ismarışı ondan ibarətdir ki, ölkə digər prioritetlərinin önündə sülhə nail olmağı qoya bilər. Mən hamını öz keçmişindən və başqalarının fəaliyyətindən öyrənən yeni ölkədə nələrin baş verdiyini gəlib öz gözləri ilə görməyə çağırıram.
- Azərbaycanın iqtisadi inkişafı haqda nə düşünürsünüz?
- Bu səviyyədə olan iqtisadiyyat ölkə üçün böyükdür. Ölkə çox insanların hələ bilmədiyi gözəl məkana çevrilir. Qaz və neft uşaqlara təhsil verməyə, habelə onlarda sülhün zəruriliyi haqda geniş anlayış, ölkədə sakit mühit yaratmağa imkan verəcək. Azərbaycan hökumətinin dünya layihələrinə sərmayə yatırması, qonşu ölkələrlə barış mühitinə nail olmasında təşəbbüslər göstərməsi, təhsilə sərmayə yatırması çox vacibdir. Unutmaq olmaz ki, dünyada bütün sərvətlər insanın düşüncə tərzini, mentalitetini dəyişməyə qadir deyil. Ona görə də insanlara lap erkən yaşlarından - sülhün inkişafına çatmanın yeganə yolu olduğunu aşılamaq vacibdir. Bu bütün insanlara - əhalinin bütün təbəqəsinə, siyasətçilərə, böyük şirkətlərə, sənə və mənə aiddir. Bəlkə də, bizdə birdən uğurlu alınmayacaq, amma biz daha yaxşı sabah üçün artıq bu gün başlamalıyıq.
MƏSLƏHƏT GÖR: