Müəllif: Tamerlan ŞALBAROV, alternativ psixologiya üzrə mütəxəssis Bakı
İnsanlar dünyanın yaradılış qanunlarını bilmədən uğur qazanmağa can atırlar. Buna görə də uğurla, pul və karyera ilə yanaşı, həyatlarına müxtəlif problemlər də gəlir. Fərdi planları dağılır, daxili narazılıq artır, depressiya yaranır və s. "Uğurun ekologiyası" anlayışı uğuru doğru yolla, dünyanın yaradılış qanunlarını pozmadan əldə etmək deməkdir. Hazırda necə varlı olmağı izah edən çox sayda kitab var. Amma hamı varlı olmamalıdır. Elə insanlar var, təbiətcə onlar varlı olmalıdırlar. Onlar özlərini bu dünyada məhz bu cür gerçəkləşdirməlidirlər. Amma bunu etmək istəyən başqa insanlar şəxsiyyət kimi özlərini itirirlər. Əgər onlar öz daxili təbiətlərinin əksinə olaraq milyonçu olmağa can atırlarsa, sadəcə, bədbəxtə çevrilirlər.
Günəşə doğru getmək
Problemləri dəyişməyən iki reaksiya var. Birincisi, uğursuzun reaksiyasıdır, o zaman insan razılaşır ki, onda heç nə alınmır və həmişə zərbələrlə qarşılaşmalıdır. Əgər o, öz uğursuzluqlarına bu cür yanaşarsa, onun həyatında nəsə dəyişə bilərmi? Heç nə dəyişməz. İkinci reaksiya qəzəbdir. Uğursuzluq baş verir və insan başqalarını günahlandırmağa başlayır. Bu da heç nəyi dəyişmir. Uğursuzluqdan yalnız özündə başqa keyfiyyətli xasiyyət tərbiyə etməyə başlamaqla çıxmaq olar. Əgər insan başqalarına qayğı göstərirsə, bu artıq yüz faiz uğur deməkdir.
Çünki belə olan halda, uğur özü insanın qayğısına qalmağa başlayır. Sadəcə, ona tərəf çevrilmək gərəkdir. Bu ona bənzəyir ki, insan Günəşə tərəf gedir, Günəşi görmək üçünsə uzun müddət daldalı getmək lazım deyil, sadəcə, ona tərəf çevrilmək yetərlidir. Uğur təfəkkürü müəyyən mərhələlər üzrə inkişaf edir və standart sınaqlardan keçməyi tələb edir. İlk öncə insana elə gəlir ki, əgər nəyisə çox olarsa, bu onu xoşbəxt edə bilər. Amma duruma kənardan baxın. Əgər insan yeməyi çox yeyərsə, xəstələnər. Əgər insanın çoxlu əşyası və pulu olarsa, qorxar. Yaşı çox olarsa, qocalar və ölər. Su çox olanda adam batar. İnsan üzərinə çox öhdəlik götürərsə, buna dözə bilməz. Buna görə də çox olmaq hələ yaxşılıq əlaməti deyil. Çoxluq ölümcül təhlükəli olmaq deməkdir. Əgər bizim bir şeyimiz çoxdursa, deməli, biz acgözük, bundan artıq heç nə ola bilməz. Bu isə artıq uğursuzluq əlamətidir, çünki ac-gözlük insanı sadəcə bədbəxt edir. Başqa nə cür ola bilər ki?
Artıq öz uğursuzluğumuza həqiqi qiymət verməyin vaxtı çatıb. Əgər biz uğursuzluğu qiymətləndirməyi bacararıqsa, biz bu dərs üçün layiqli qiyməti sevinə-sevinə verə bilərik. Kim uğursuzluqda qənaət edirsə, öz fərdi uğuruna qənaət edir. Ağıllı ev sahibəsinin bir neçə dəfə ərzağı xarab olarsa, o, heç zaman evə gələn qonaq üçün xəsislikdən qənaət etməz. Gec və ya tez, ağılsız yığımcıllılığın faydasızlığı anlaşılır. Bu anlayış, adətən, yığılmış var-dövlət ətrafında mütləq yaranan təcavüzkar xarici şərait nəticəsində ortaya çıxır.
Rusiyanın "YUKOS" neft şirkətinin indi həbsdə olan keçmiş başçısı Mixail Xodorkovski deyir: "Mən artıq anladım ki, varidat heç də insanı azad etmir. Mən "YUKOS"un ortağı idim, bu mülkiyyəti qorumaq üçün çox qüvvə sərf etməli idim. Özümü bu mülkiyyətə zərər vura biləcək hər şeydən kənar tuturdum. Mülkiyyəti mən idarə etmirdim - o məni idarə edirdi. Buna görə də indiki gəncliyə xüsusi xəbərdarlıq etmək istəyirəm ki, iri mülkiyyət sahiblərinə həsəd aparmasınlar. Düşünməsinlər ki, onların həyatı yüngül və rahatdır. Mülkiyyət yeni imkanlar açır, amma o, insanın yaradıcı qüvvəsini qula çevirir, onun şəxsiyyətini məhv edir. Bu zaman zülmkar qəddarlıq yaranır - mülkiyyət qəddarlığı. Artıq başqa keyfiyyətə keçirəm, adi insana çevrilirəm, elə insana ki, ondan ötrü nəyəsə sahib olmaq deyil, sadəcə, özü olmaq önəmlidir. Mübarizəsi əmlak uğrunda deyil, özü uğrunda, özü olmaq hüququ uğrunda olan insana. Belə mübarizədə reytinqlərdəki yer, bürokratik əlaqələr və reklam gurultusu önəm daşımır. Yalnız sən özünsən, sənin duyğuların, ideyaların, qabiliyyətin, iradən, məntiqin və inancındır. Bu, yəqin ki, tək mümkün və doğru seçimdir - azadlıq seçimi".
Həyat illüziyaları
Həyatda təhsil, təcrübə və münasibətlərin inkişafı arasında düz balans olmalıdır. Həyatı dərindən anlamaq yalnız bu balansa sahib olanların qismətinə düşür. Əgər insan yalnız işləyir və öyrənmirsə, o, iş xəstəsinə çevrilir. Əgər insan yalnız fəlsəfəni öyrənirsə, hər şeyə dırnaqarası baxan yararsız birisinə dönür. Əgər insan yalnız münasibətlərə ümid bağlayırsa, sentimentalistləşir. Biz tez-tez əhvalımızın dəyişməsini, sağlamlıq və xəstəlik dövrlərini, həyatın adi yüksəliş və enişini yaşayırıq. Bu, normal həyati prosesdir, yoqa terminlərində Ay və Günəş enerjilərinin növbəli çox olması ilə izah edilir. Biz nadir hallarda balanslaşdırılmış durumda oluruq. Xəstəliklər o zaman baş verir ki, daxili və xarici aləmə, düşüncələrimizə və ya işimizə həddindən çox diqqət yetiririk. Disbalansa görə insanlar iki tipə bölünür.
Birincisi ekstravertlərdir, onların daxili sarsıntılarla bağlı qayğıları yoxdur. Onlar daim xarici xoşbəxtliyə can atırlar və bu, onların daxili tələbatını razı sala bilmir. Bu, daxili gərginləşməyə gətirir və onu daha da fəal fəaliyyət göstərməyə məcbur edir. Belə insanlar daim "mübarizə"yə və ya "geriçəkilmə"yə hazırdırlar, narahat və əsəbidirlər.
İkinci tip intravert insanlar daha çox xəyalpərvərdirlər. Onlar çox fikirləşirlər, amma öz düşüncələrini fəaliyyət səviyyəsinə keçirmirlər. Onlar sadəcə həyəcan keçirirlər, xarici hadisələrə və insanlar arasındakı gərginliyə həddindən həssasdırlar. Onlar fəlakətlər, təhlükələr və problemlər barədə düşünə bilərlər. Bu, onların fəal hərəkət etmək istəyini çətinləşdirir. Onlar üçün işbirliyində və kollektiv fəaliyyətdə nəticə əldə etmək çətindir, buna görə də daxili yaşantılar aləminə çəkilirlər. Fəaliyyət göstərmək, öz planlarını başa çatdırmaq üçün bu insanların həyat enerjisi yetərincə deyil.
Aşağı fiziki enerjili durum harmonlaşdırıcı yoqa gimnastikasının təsirinə xüsusilə asanlıqla tabe olur. Xəstəliklərin öhdəsindən gəlməyə lazımi ehtiyat əldə etmək üçün bədəndə enerji miqdarını artırmaq lazımdır. Fiziki enerji aşağı olduğu halda, enerjini mental aktivlikdən fiziki plana keçirmək, diqqəti fiziki prosesə adlatmaq lazımdır. Planlardan fəaliyyətə keçmək vacibdir. Bu, yeri gəlmişkən, bir çox illüziyaları sürətlə inkişaf etdirir və harmoniyanın bərpasına səbəb olur. Terapevtik durumun paradokslarından biri odur ki, aşağı enerji durumunda biz əvvəlcə bədəni yormalıyıq, halbuki, bizim son məqsədimiz bədəni enerji ilə doyurmaqdır.
Bu, paslanmış mexanizmi fırlatmağa bənzəyir. İlk başdan böyük səylər önəmlidir. Bir gözəl anda hiss edirik ki, iş getdikcə yüngülləşir və asanlaşır, xüsusilə, işi hər gün təkrar edəndə. Bədənin yolurmasının effekti ikibaşlıdır. Birincisi, biz enerjini xərcləyirik və onu həyatımızı məhv edə bilən mənfi fikirlərə istifadə edə bilmirik. İkincisi - yatmaq daha asan olur. Mental yüksək fəallıq və çatışmaz fiziki aktivlik dərin, istirahətverici yuxuya - xəstə toxumaların bərpası üçün lazım olan istirahət növünə mane olur. Həqiqi yuxu olmadan hər hansı bir xroniki xəstəlikdən müalicə olunmaq mümkün deyil.
Hiperaktivliyi harmonikləşdirmək üçün istirahəti qaydaya salmaq və öz fəaliyyətinizə yenidən baxmaq lazımdır. Fasilələrlə fəaliyyətdən tam uzaqlaşmaq lazımdır. Bundan başqa, xarici fəaliyyətin özü təmiz əməllərlə və başqalarına qayğı göstərilməsi ilə bağlı olmalıdır. Onda həyatın gözü gözəlləşir - çünki bizim qayğı üçün gözəl imkanlarımız var. İnsan ona heyrət edir ki, o, bunu əvvəlcə qiymətləndirə bilməyib. Həyatın böyük illüziyası bundadır - insan xoşbəxtlik və uğurun mərkəzində yerləşdiyi halda, sanır ki, bədbəxtdir və taleyi qara gətirib.
MƏSLƏHƏT GÖR: