25 Noyabr 2024

Bazar ertəsi, 18:35

"EUROVISION-2012": BİR SAYLI HAZIRLIQ

Turizm nazirliyi mahnı müsabiqəsi ərəfəsində paytaxt otellərində və restoranlarında servisin yaxşılaşdırılması üçün kompleks tədbirlər görür

Müəllif:

01.04.2012

İki aydan da az müddət sonra - mayın 20-si ətrafında Azərbaycan paytaxtı "Eurovision-2012" mahnı müsabiqəsinin çoxsaylı iştirakçılarını və qonaqlarını qəbul edəcək. Bu irimiqyaslı hadisənin gözlənilməsi ilə bağlı olaraq, artıq keçən ilin ikinci yarısından Bakıda hazırlıq tədbirləri kompleksi gerçəkləşdirilir. İstirahət zonalarının və yeni konsert kompleksi "Baku Crystal Palace"nin tikintisi başa çatdırılan Dövlət Bayraq Meydanına aparan nəqliyyətt qovşaqlarının modernləşdirilməsi ilə yanaşı, paytaxtın əyləncə və servis obyektlərinin işinin optimallaşdırılması, həmçinin, yeni  IT-servislərin və kommunikasiya xidmətlərinin təqdim edilməsi üzrə irimiqyaslı işlər görülür. 

 

"Crystal Palace": hazırdır!

"Eurovision-2012"nin əsas meydançası - yeni idman-konsert kompleksi "Baku Crystal Palace"in tkinitsi başa çatdırılır. Kompleksin pordatçısı kimi, Almaniyanın bu cür obyektlərin tikintisində zəngin beynəlxalq təcrübəyə malik "Alpine Bau Deutchland AG" şirkəti seçilib. "Crystal Palace" kompleksinin tikintisi üzrə əsas saziş keçən ilin avqust ayında bağlanıb və alman şirkəti işləri səkkiz aya başa çatdırmaq öhdəliyi götürüb. Konsert kompleksinin tikintisi, eyni zamanda, üç sahədə - bünövrədə, birbaşa zalda və səhnədə, həmçinin, fasad və damda eyni vaxtda aparılıb. Bu cür yanaşma işləri sürətlə başa çatdırmaq üçün seçilib. 

Layihənin müəllifi Almaniyanın "gmp - Architekten von Gerkan, Marg und Partner" bürosudur və onlar ənənəvi dəmir beton karkas yerinə, yığma polad konstruksiyaya üstünlük veriblər və o, üç əsas hissədər ibarətdir: fasad membranı, stadionun modul çanağı və daxili tavan. Birinci mərhəl?də stadionun çanağının və daxili tavanın karkasının quraşdırılması işləri görülüb. Daha sonra tribunaların və istilik izolyasiyası təbəqəsinin alt konstruksiyalarının quraşdırılmasına başlanılıb. Bunun ardınca havaötürücü sistemlərlə birlikdə dam örtüyü,  istilik izolyasiya fasadı və çardaq fasadının alt konstruksiyaları quraşdırılıb. Ən son mərhələdə isə tribunalar üzərindəki dam və 9,5 min işıq diodundan ibarət fasad membranı quraşdırılacaq. "Baku Crystal Palace" 23 min tamaşaçı tutacaq, daha 16 min tamaşaçı isə iri monitorlarda "Avroviziya" iştirakçılarının çıxışlarını izləyə biləcəklər. 

Layihənin komponentlərindən biri, 1500 nəfərlik və çağdaş IT avadanlıqla təchiz edilmiş media mərkəzi olacaq. Martın əvvəlində "Alpine Bau Germany AG" fasadın işıqlandırılması işlərinə başlayıb. Bir qədər öncə isə zalın mexanizasiya və elektrikləşdirmə işlərinə, həmçinin, isitmə, ventilyasiya və kondisiya sistemlərinin quraşdırılmasına başlanılıb. Aprelin ortalarında isə "Brainpool GMBH" şirkəti işıq cihazlarının quraşdırılması və səhnənin inşasına başlayıb. 

"Baku Crystal Palace" kompleksinin tikintisinə paralel olaraq, Bakı-Ələt avtomobil yolunu Dövlət Bayraq Meydanı ilə birləşdirən yol-tikinti sahəsində iş də başa çatdırılır. Bu sahədə çağdaş təhlükəsizlik standartlarına cavab verən yüksəkkeyfiyyətli səkkizzolaqlı yol çəkilib. Böyük buraxılış gücünə malik bu yol qovşağı əsas yolötürücüsü olacaq ki, onun vasitəsilə müsabiqə təntənələri zamanı paytaxtın cənub hissəsinə tərəf intensiv avtomobil axınının yükünü azaltmaq mümkündür. 

Eyni zamanda, Dənizkənarı bulvarın yeni sahələrinin salınması işləri də görülür, o cümlədən, onun cənub ucu "Azneft" meydanından Bayıl körfəzi və daha sonra Dövlət Bayraq Meydanına qədər uzanacaq. Diqqətəlayiqdir ki, hər hansı gözlənilməz problem çıxarsa, müsabiqənin səhnəsi üçün alternativ variant da təklif edilib - bu, Tofiq Bəhramov adına Respublika stadionudur və onun yenidənqurulma işləri başa çatdırılıb. 

   

IT texnologiyalar: hazırdır!

Ümumiyyətlə, ölkədə ən iri konsert kompleksinin tikintisi, Dövlət Bayrağı Meydanı zonasında nəqliyyat kommunikasiyalarının və əyləncə zonalarının modernləşdirilməsi "Eurovi-sion-2012" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində görülmüş tədbirlərin hamısı deyil. Müsabiqə ərəfəsində paytaxtda nəqliyyatın intellektual sistemi işə salınıb və bura nəqliyyat marşrutlarının müfəssəl planları olan monitorların da quraşdırılması daxildir. "Avroviziya" iştirakçılarını və qonaqları daşımaq üçün Bakıya yüzlərlə "Shuttule Bus" markalı avtobuslar da gətirilib. 

Hazırlıq işləri çərçivəsində Dənizkənarı bulvar zonasında və şəhərin tarixi hissəsindəki başqa istirahət zonalarında, həmçinin, məlumat terminalları quraşdırılıb. "Eurovision-2012" müsabiqəsinin iştirakçıları və qonaqlarının xidmətinə bu yaxınlarda Bakının mədəniyyət-tarixi incilərinin 3D versiyası ilə inteqrasiya edilmiş elektron xəritənin yeni imkanları, həmçinin, on-line naviqator da təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış bu üçrəqəmli sistem xarici qonaqlara parklara, kitabxanalara, muzeylərə, rəssamlıq qalereyalarına, məscidlərə, teatr və kinoteatrlara, tarixi abidələrə, restoranlara müfəssəl virtual turlar təşkil etməyə imkan yaradacaq. 

Eyni zamanda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mütəxəssisləri "Baku Crystal Hall"u Bakı Televiziya Qülləsi, İctimai Televiziyanın (İTV) ofisi və Gəncədəki telestansiya ilə birləşdirməyə imkan verən optik-lif infrastrukturunun yaradılması üzrə işləri də başa çatdırıblar. Bu sistem mahnı müsabiqəsi iştirakçılarının çıxışını Bakı və Frankfurt arasında yüksək dərinlik formatında (High Definition TV)  ötürməyə imkan verir. Gözlənilir ki, mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində paytaxt sakinləri və qonaqları daha bir innovativ resursa giriş imkanı əldə edəcəklər -  mobil operatorlar dördüncü nəsil mobil rabitə xidmətinin kommersiya istismarına başlamağa hazırlaşırlar. 

"4G" texnologiyasının tətbiq edilməsi ilə internetə ultragenişzolaqlı çıxış və multimedia təkliflərinin axınlı ötürülməsi də mümkün olacaq. 

O cümlədən, bu, abunəçilərə  mobil telefon, kommunikator və planşetdən istifadə etməkdə yüksəkdəqiqlikli çox kanalı teleyayım izləməyə imkan yaradacaq. 100 mbit/saniyədən yüksək olan sürət hesabına, "Avroviziya" iştirakçılarının çıxışına, hətta avtomobildə və ya ictimai nəqliyyatda hərəkət edən abunəçilər də baxa biləcəklər.  

 

Mehmanxana biznesi: hazırdır

Mahnı müsabiqəsinə hazırlıq prosesinin ən önəmli və çətin sahəsi Mədəniyyət və Turizm Nazirliyinin (MT&N) paytaxtın mehmanxana və restoran potensialının yüksəldilməsi üzrə  fəaliyyəti olub. MT&N-in 2012-ci ilin fevral ayına olan  məlumatına görə, Azərbaycanda 515 mehmanxanatipli obyekt mövcuddur və daha 45-i də tikilir. Bütünlükdə, otellərin, pansionatların, kempinqlərin, turbazaların və s.-in imkanları ölkədə 32 min istirahət edəni yerləşdirməyə imkan verir. 

Bununla yanaşı, Bakıda cəmi 90 otel var ki, onların toplam tutumu 11 min yataq yeri edir. Və buradan da  təbii sual yaranır - paytaxtın mehmanxana infrastrukturu istəyən hər kəsi yerləşdirə bilərmi? Müqayisə üçün deyək ki, keçən il Düsseldorfa milli nümayəndə heyətlərinin 1500 üzvü, 2500 jurnalist və yüzlərlə ölkədən 80 min qonaq gəlmişdi. 

Bununla yanaşı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində cari ilin may ayında gözlənilən iri turist axını ilə bağlı optimist düşünürlər. Hələ bu ilin əvvəlindən turizm qurumunun təşəbbüsü ilə paytaxt otelləri mahnı müsabiqəsinin keçirilməsi dövrü üçün yerləri bronlaşdırmağı dayandırıblar. 

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, nazirlik və müsabiqənin təşkilat komitəsi bununla da müsabiqə dövründə otellərdə yerlərin qiymətini qaldırmağın qarşısını almaq və müsabiqə iştirakçılarının normal yerləşməsini təmin etmək niyyətindədir. Hazırda müsabiqə dövründə Azərbaycana gəlmək istəyən rəsmi təmsilçilərin sayı dörd min nəfərə çatır, eyni zamanda, üç min turistdən də sifariş qəbul edilib. 

Amma bu ilin may ayında paytaxtımıza gələcək qonaqların real sayı isə daha çox ola bilər; bəzi mənbələrin məlumatına görə, onların sayı on bir mindən çox olacaq. Belə olan halda, paytaxtın mehmanxana potensialının limiti bitərsə, qonaqların bir hissəsi icarə edilmiş mənzillərdə və villalarda yerləşdiriləcək. Bu apartamentləri, o cümlədən, "Evrovi-zion.az" saytı vasitəsilə də kirayə etmək olar. Müsabiqə dövründə qonaqların bir hissəsini rahat sərnişin gəmilərində  yerləşdirmək nəzərdə tutulur ki, onların hər biri 250 nəfərə kayuta təqdim etmək imkanındadır. 

Qonaqların yerləşdirilməsi məsələsində böyük yardımı Bakıda yeni iri otellərin işə salınması göstərəcək. Keçən ildən başlayaraq, eyni zamanda, cari ilin birinci yarısında paytaxtda  altı ədəd beşulduz mehmanxana işə salınır. Onlardan üçü - "Kempinski Badamdar", "Hilton Baku" və "Sheraton Baku Airport Hotel" artıq istismar edilir, eyni zamanda, başqa lüks otellər - "Flame Tower", "Four Seasons", "Absheron-JW Marriot", "Dedeman Hotels Resorts International" açılmaq üzrədir. Bu obyektlərin toplam yer sayı min nəfərə qədərdir. 

Ümumiyyətlə, bizim ölkənin mehmanxana potensialının əsasında dərəcəsi nisbətən aşağı olan kiçik obyektlər durur. Bu cür aşağıulduzlu obyektlərə ehtiyac həddindən böyükdür, xüsusilə də may ayında on minlərlə səyahətçinin gələcəyi Bakıda bu özünü daha qabarıq göstərir. "Nəzərə alsaq ki, Bakıda keçiriləcək musiqi festivalına gəlməyi planlaşdıran turistlərin böyük bölümünü gənclər təşkil edir, Mədəniyyət və Turizm Nazirliyi iş adamlarını iki və ya üçulduzlu mehmanxanalar tikməyə hər cür həvəsləndirmək niyyətindədir", - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirir. Kiçik və nisbətən sadə pansionat və otellər artıq on illərdir ki, Avropanın turizm potensilaını öndə saxlayır. Belə görünür ki, mahnı müsabiqəsi keçirildikdən sonra da uzun illər boyunca bu istiqamət bizim ölkə üçün də əsas olacaq. 

"Avroviziya"nın keçirilməsi müsabiqəyə gəlmək istəyənlərin axını hesabına turizm sənayesinin inkişafına əlverişli təsir göstərir, ən başlıcası, servisin keyfiyyətinin köklü şəkildə yaxşılaşmasına, infrastruk-turun inkişafına, paytaxtın otel və restoranlarının istirahət potensialının genişlənməsinə səbəb olur. Mə-dəniyyət və Turizm Nazirliyi tərə-findən  hələ keçən ilin ortalarından mehmanxanaların, restoranların və başqa servis obyektlərinin fəaliy-yətinin optimallaşdırılması aparılır. 

Bu ilin mart ayından isə qurum paytaxt otellərinin fəaliyyətinin xüsusi monitorinqini aparır, yoxlamaların gedişində göstərilən xidmətin keyfiyyəti və işçi heyətin hazırlığı qiymətləndirilir. 

Eyni zamanda, martın birinci ongünlüyündə Azərbaycan Turizm İnstitutunda mehmanxana biznesinin işçiləri üçün ixtisasartırma kursları təşkil edilib. Dörd ixtisas üzrə ongünlük kurslar Türkiyənin Turizm Nazirliyinin yardımı ilə, həmçinin, TIKA mütəxəssisləri tərəfindən təşkil edilib. Kursların sonunda iştirakçılara müvafiq sertifikatlar da verilib. 

Bu ay və sonrakı dövrlərdə Azərbaycan Otel və Restoranlar Assosiasiyasının (DAIR) təşəbbüsü ilə həmçinin, Bakı otel və restoranlarının əməkdaşları üçün müsabiqələr keçirilib, turizm xidmətlərinin müxtəlif istiqamətləri üzrə treninqlər təşkil edilib. Treninqlər süfrə servisi, restoran idarəçiliyi, İsveç masasının hazırlanması, ərzaq məhsullarının təhlükəsizliyi, gigiyena və sanitariya, ilk yardım göstərilməsi kimi sahələri əhatə edib. Bu tədris seminarları peşəkar məşqçilər tərəfindən keçirilir, onların iştirakçılarına sertifikat veriləcək və fərqlənənlər işlə təmin ediləcək. 

Ümid edək ki, otelyeroların, restoratorların, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Otel və Restoranlar Assosiasiyasının və başqa ictimai təşkilatların mütəxəssislərinin birgə səyləri nəticəsində, qarşıya qoyulan məsələlər əlverişli şəkildə həll ediləcək, cari ilin may ayında bizim ölkəmiz növbəti Avropa mahnı müsabiqəsi qonaqlarını layiqli şəkildə qarşılayacaq.


MƏSLƏHƏT GÖR:

567