Müəllif: Anna VƏLİYEVA Bakı
Neçənci dəfədir Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzinin incəsənət qalereyasında mahiyyətcə və məzmunca maraqlı sərgi təşkil edir! Bu dəfə eskpozisiya İpək Yolu ideyasına həsr olunub və İpək Yolu vektoru ilə coğrafi cəhətdən birləşdirilən xalqların məişətinin etnik xüsusiyyətləri və geyim təzahürləri ilə bağlıdır. Yəni bizim e.ə. 121-ci ildə yaranan və Çini Orta Asiya, Ön Asiya və Qafqazla birləşdirən karvan yolu ilə. Tarix ipək və bürünc güzgüləri ilə yüklənən ilk dəvə karvanının bu yolla getməsi haqda faktları qoruyub-saxlayıb. İpək ən tələb olunan və gəlirli əmtəə olub (xüsusilə avropalılar tərəfindən!), çünki yüksək gigiyenik dəyərə malik idi. Məhz ipək avropalılara onların ümumi bəlası olan parazit həşəratlara qarşı tab gətirməyə imkan verirdi.
Sonradan ipəklə bir yerdə ədviyyat, hərbi sursat, qızıl və gümüş, yarıqiymətli daşlar, şüşədən hazırlanan məmulatlar, dəri, xalçalar və pambıq-parça, ekzotik meyvələr - qarpızlar, şaftalılar, quyruqlu qoyunlar və ov itləri, bəbirlər, şirlər gətirməyə başlayıblar. Çindən farfor, metallik qab-qacaq, düyü, çay, kosmetika, tısbağa zirehi gətirirdilər. Karvanların hər iki istiqamətə səyahəti zamanı mallar ölkədən-ölkəyə, əldən-ələ gəzirdi. Belə çıxır ki, Böyük İpək Yolu insanların (tacirlərin) deyil, əmtəələrin və texnologiyaların səyahətidir!
Bu, bəşəriyyətin iqtisadi və mədəni əlaqələrinin qurulmasında ilk təcrübəsi olub. Belə çıxır ki, bu, əslində ipəyin, barıtın, kağızın istehsal sirlərinin yayılmasıdır. Həmçinin xristianlıq, buddizm, islam, manixeizmlə bağlı olan dini etiqatların yayılması. Eyni zamanda, mədəniyyətlə mübadilə edilirdi - rəqs, musiqi, təsviri incəsənət, memarlıq və təbii ki, qədim moda.
Bu isə ekspozisiyanın göstərdiyi kimi, karvan yolunda yaşayan kişilərin və qadınların həyatında heç də sonuncu yeri tutmurdu. Xüsusilə qadınların! Bu yol çox sayda nağıllara, əfsanələrə, tarixi saxtalaşmalara gətirib çıxarıb, mədəniyyətşünaslıq, siyasət, diplomatik və araşdırma istiqamətində olan ədəbiyyatın yaranmasına səbəb olub. Böyük ticarət yolu İpək yolu ilə tut barama qurdunun ipi kimi bağlı olan xalqların qarşılıqlı inteqrasiyasında nəhəng rol oynayıb.
Bakıya gətirilən Sankt-Peterburq Rusiya etnoqrafiya muzeyinin toplusundan gətirilən məişət əşyaları, sənətkarlıq alətləri, məişət guşələri, ipək, yun parçaların nümunələri, həmçinin Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Dağıstan kişi və qadınların geyimlərindən ibarətdir. Sərgi texnologiyalarının mübadilə prosesini və həmin dövrün moda istiqamətlərinin istifadə edilməsini gözəl şəkildə nümayiş etdirir.
Türkmən qadınının geyimi
Bərk qırmızı ipəkdən olan don, şalvarlar, hündür baş geyimi və zəngin naxışlı yundan hazırlanan örtük. Baş geyimi və boyun bəzəməsi əqiqlərlə bəzədilib. O zaman bu daş bahalı hesab olunduğu kimi, müalicəvi xüsusiyyətlərə də malik idi. Təbii ki, belə geyimi kasib ailədən olan qadın geyinə bilməzdi. Lakin təkcə baş geyiminin çəkisini təsəvvür etsək, o zaman bu zəngin şəhər sakininə qibtə etmərik!
Özbək qadınının geyimi (Xarəzm)
Qarşımızda Xarəzmdən olan evli qadının geyimidir. Xarəzmdən olan özbək qadınının geyimi Özbəkistanın digər regionlardan olan qadınların geyimindən, bəzəkləri və baş geyimlərinin özünəməxsusluğu, rəng qammasının rəngarəngliyi və dekorda naxışların olmaması ilə seçilirdi. Əmmamə müxtəlif rəngdə və keyfiyyətdə olan parçalardan yığılırdı. Bu, misal üçün, ipək və pambıq ola bilərdi. Geyimin ümumi komplekti köynək-dondan və örtükdən, keçədən hazırlanan ayaqqabıdan ibarət idi və milli naxışla bəzədilirdi. Naxış üçün ipək ipi istifadə olunurdu. Mərcandan, firuzə və misin nadir əlavələrindən olan bəzəklər sarığa bərkilirdi və kifayət qədər ağır idi.
Qırğız qadının geyimi
Qırğızlar öz gündəlik həyatlarında yalnız yun parçalara malik idilər. Digər parçaları - ipək, pambığı qonşularından alırdılar. Köynək-don möhkəm ipəkdən hazırlanan geniş düyməsiz paltar formasında idi. Bel pambıq parçadan olan döyülmüş növdən geniş qayışla vurğulanırdı. Amma gözəllik üçün deyil, rahatlıq üçün. Baş geyimi 30-40 m parçadan hazırlanan əmmamədən hazırlanırdı. O, naxışlı zolaqlarla bəzədilib, üzərində isə bu qurma naxış edilmiş örtüklərlə örtülüb. Qırğız qadınların sevdikləri bəzək, nadir firuzə əlavələr və gümüş plastinlərə malik mərcan muncuqlardır.
Kubaçi qadınının geyimi
Gündəlik geyim yun, yarıyun və ya pambıq parçadan olan dondan ibarət idi. Bayırlıq kostyumda başörtüyü ipək və qızılla naxışlanıb. Qadının başına kip oturan başörtüyü bağlanır və nəticədə, digər rəngdə olan zolaq yaranırdı. Üst geyim - mütləq qoyun dərisindən və ya xəzlə köbələnmiş zərxaradan (burda olduğu kimi) hazırlanmış yüngül kürkdən ibarətdir. Çəkmələr mütləq keçədən hazırlanır. Bəzək qismində dağlı xanımlar oyma və qara mina ilə olan daşsız gümüş üzüklər, oyma və qara mina ilə olan geniş olmayan gümüş qolbaqlar taxardılar. Hər qadın mütləq nazik pambıq parçadan hazırlanan xüsusi alt paltar geyinərdi. İndiyə kimi kubaçi qadınlarında ənənəvi xalq kostyumu geymək ənənəsi qalıb. Digər şəhərlərdə yaşayanlar Kubaçiyə gələndə mütləq ənənəvi xalq kostyumu geyinərdilər. Bu ənənəyə etinasız yanaşmaq yaxşı əlamət sayılmır.
Zəngin dağlının geyimi
Özünə hörmət edən heç bir dağlı silahsız evdən bayıra çıxmazdı. Bunun biri də qılıncı idi. Adıq dilindən tərcümədə böyük bıçaq deməkdir. Ona yaxşı baxırdılar və qoruyurdular. Qışda xəzli qında daşıyırdılar. Silah dağlının kostyumunun ayrılmaz hissəsi idi. Yapıncı - qara, qəhvəyi və ya qara rəngdə olan və keçədən hazırlanan qolsuz bürüncəkdir. Ağ yapıncı bayram geyimidir. Uzun yapıncı - atlı üçün geyimdir. Keçmişdə bu, yolçunun və həmçinin küləkdən və soyuqdan qorunmağa kömək edən çobanların geyimidir. Bu gün bu, ənənələrə hörmət işarəsidir. Milli geyim kimi qorunulur. Başlığı pis hava zamanı, küləkdən və yağışdan qorunmaq üçün baş geyiminin üstünə geyinirdilər. Yayda o, günəşdən yaxşı qoruyurdu. Uzun, boyuna bükmək üçün qanadlara oxşayan uclara malikdir. Papaq qoyun dərisindən və ya qaragüldən hazırlanan xəzli kişi geyimidir.
Dərviş geyimi
Dərviş - sufilərin qələndər ordeninin kasıb üzvüdür. Maddi rifaha qarşı nifrət əlaməti olaraq dərvişlər qurama geyim geyinirdilər. Ordendə yüksək statusa malik olanlar isə kobud mahuddan hazırlanan, tilsimli qayışı, yunlu xəz tikməli papaq geyindirilən və mənəviyyat yolunun səyyahları kimi əsalarını tuturdular. Hər lent də mənəvi təkmilləşmə, qeyri-mükəmməllik üzərində qələbə yolunda müəyyən təcrübədir. Çünki sufizmin məqsədi dünyanın faniliyindən azad olan, öz təbiətinin mənfi xüsusiyyətlərdən üstün olmağı bacaran "mükəmməl insan"ın tərbiyəsidir. Hər lentin nəinki öz rəngi, hətta mənası var, çünki sufilərdə hər insani nöqsan - simiclik, paxıllıq, hirslik, hiyləgərlik və s. öz rəng çalarına malikdir. Sufizm öz tərəfdaşlarını ilhamlandırırdı, onlarda ruhun dərin xüsusiyyətlərini açırdı və estetika, etika, ədəbiyyat və incəsənətin inkişafında böyük rol oynayıb.
Alaçıq
Köçərilərin yaşayış yeri. Bəşəriyyətin ən böyük ixtiralarından biridir. Alaçığın yığılması dünyanın yaradılmasına bənzəyir. Qapı, bir dünyadan o birisinə keçmək üçün darvazadır. Kandar - xarici və insani həyat arasındakı sərhəddir. Alaçığın mərkəzi onun günbəzidir, onun altındakı ocaqdır. Bu, müqəddəs yerdir. Alaçığın ərazisi öz ənənəvi zonalarına mailk idi: qadın zonası girişdən sağ tərəfdə - ən narahat, ev əşyalarının, qida ehtiyatlarının saxlanıldığı yer; kişi zonası - sağda, qoşqunun, silahın və digər kişi əşyalarının saxlanıldığı yer. Sağ tərəfdə olan hər şey - təbiət Tanrının qoruduğu dünyanın mətinliyini əks etdirirdi. Qadın tərəfi - həyatverən tərəfdir. Burada insan - öz zənginliyinin sahibidir. Kişi tərəfi yolu, günün gecə ilə əvəzlənməsini, dünyanın tələskənliyini əks etdirir. O gözlənilməz, həyəcanla və sınaqlarla doludur. Burada insan özünü bu dünyada qonaq kimi hiss edir. Alaçığa kandarın üstündən keçərək sağ ayaqla girmək lazım idi. Kandarın üstünə ayaq qoymaq olmazdı. Çingizxanın qanunlar toplusunun hökmlərinin birində deyilirdi: "Kandara ayaq qoyan ölümə məhkumdur. Çünki bu, sahiblərə qarşı bədhxah niyyətlərin işarəsidir". Türk alaçığının bəzəyi heyrət doğururdu: o, tamamilə xalçalarla örtülərdi. Ona görə köçərilər evə daxil olan zaman ayaqqabını çıxarardılar.
Bazar
Şərqin bazarı kimi ekzotik və cəlbedici yer yoxdur. Məhz buna görə avropalılar, xüsusilə də kinematoqrafçılar onu çox sevirlər. Qədim zamanlarda bazar sosial həyat yeri idi. Burada söz-söhbətlər yaranıb yayılırdı; Şərq şəhərlərində xalqın meyilləri formalaşırdı. Eyni zamanda, bu, təkcə ticarət üçün deyil, asudə vaxtın keçirilməsi üçün də yerdir. Burada əczaçılar yığışırdı, küçə aktyorları və müğənnilər, dini mahnılarla dərvişlər çıxış edirdilər. Məhz bu cür bazarda uzaq dövlətlərdən nadir ekzotik mallar, həmçinin ipək gətirən tacir-alıcılar peyda olublar.
İpək ehtiraslar
İpəyin istehsal sirrini Çin üç min ildən çoxdur qoruyub-saxlayırdı. Baramaları ölkədən çıxarmaq cəhdi ölümlə cəzalandırılırdı. Əfsanədə bəhs edilir ki, iki köçəri keşiş öz əsaları ilə tut barama qurdlarının sürfələrini Bizansa gətirməyi bacarıb. Hindistanda ipək hind kralının hiyləgərliyi nəticəsində peyda olub. Çin şahzadəsi ilə evlənərək, o, cehizlik qismində tut ağacının toxumalarını və tut barama qurdunun sürfələrini tələb edib.
Avropanın ipəyə olan böyük tələbatı İpək Yolunun yaranmasına səbəb olub. Romada peyda olan ipək o qədər baha olub ki, qızılın qiymətinə bərabər imiş. Parisdə XV əsrdə yatağı ipək yorğanlarla örtmək dəbdə idi. Hesab olunurdu ki, ipək sevgi gücünü artırır. İpək alt paltarına olan dəbi isə Markiza de Pompadur yaradıb. Azərbaycan uzun müddət ərzində İpək Yolunda əsas ticarət mərkəzi olub. Bakının, Naxçıvanın, Bərdənin və Şəkinin orta əsrlər tarixindən əvvəllər burada hökm edən Şirvanşahlar sülaləsinin, Orta Asiyanın monqol sülaləsinin və Səfəvilərin təsirini əks etdirən memarlıq abidələri qalıb. Məhz bu dövrdə Azərbaycanda ziyalılar peyda olub - riyaziyyatçılar, astronomlar, filosoflar və şairlər. Azərbaycan mədəniyyəti Orta Asiya, Yaxın Şərq və Avropa, Hindistan, İran, Türkiyədən gələn tacirlərin və alimlərin təsiri nəticəsində zənginləşib. Öz növbəsində, İpək yolunda ağacdan, keramikadan, metaldan, ipəkdən hazırlanan Azərbaycanın yüksək keyfiyyətli məhsulları satılırdı. Lakin yüksək tələbat duyulan öz möhtəşəm gözəlliyinə malik kompozisiyalarla seçilən Azərbaycan xalçaları olub.
MƏSLƏHƏT GÖR: