24 Noyabr 2024

Bazar, 13:32

ƏJDAHA RİFAH GƏTİRİR

2012-ci il bəşəriyyətə daha nələr bəxş edəcək?!

Müəllif:

01.01.2012

Biz yeni Əjdaha ilini - 2012-ci ili bu mehriban canlının təsviri olan qızıl və platin bəzəklərlə qarşıladıq. Kişilər üzərində  ilan və digər sürünənlərə məxsus təsvirlər olan üzüklər taxdılar, qadınlar isə yalnız üzüklərlə kifayətlənmədlər, həm də qolbağlarla, sırğalarla və boyunbağılarla bəzəndilər. Kişilər ilan dərisindən və  ya ona bənzər dərilərdən ayaqqabı ge-yindilər, qadınlarsa parlaq rənglərə - qırmızı, yaşıl, göy, sarırəngli donlara büründülər, ilan dərisindən və ya qararəngli çantalarla "silahlandılar", çünki Qara Su Əjdahası ili gəlib. Biz niyyət tutduq, şampan içdik, televizora baxdıq, səs-küylü kampaniyalarda şənləndik. 

İndi isə biz yalnız bir şeyi gözləyirik - xoşbəxtliyi və uğuru. O da gələcək, amma biz bunun üçün bu heyvanların şahını tez-tez xatırlamalıyıq, ona hörmətlə yanaşmalı, qarşıdan gələn bütün ilboyu onun istədiyi kimi geyinməliyik. Əjdahalar kimi bunları zövqlə etməliyik, "açıq ucuzluqdan, neon plastikasından və yeniyetmələrə xas dəbin başqa yay hitlərindən kənar durmalıyıq", - deyə modelyerlər məsləhət görür. 

"Daşlara gəldikdə isə, bril-yantlar yalnız qızların deyil, həm də digər dəbdəbə və parıltı həvəskarlarının dostudur və həmişə olduğu kimi yerindədir. Həm də Əjdaha gözü daşları qoyulmuş  zinət əşyaları da inanılmaz populyarlıq qazanacaq. Bu, ucuz qəhvəyi - tünd-qırmızı çalarlı cilalanmış Daş, ekspertlərin fikrincə, bizə çətinliklərin öhdəsindən gəlməyə yardımçı olur, həyat enerjisi bəxş edir və dözümümüzü artırır. Bundan başqa, Əjdahanın ənənəvi daşları  - opal, kəhrəba, göy yaqut və xalsedondur. Öz seçimimizi bu daşlara yönəltməklə, biz yalnız şıx və səliqəli deyil, həm də qarşıdan gələn bütün ilboyu xoş görünəcəyik!". Şəbəkənin, demək olar ki, bütün qlamur saytları mütəxəssisələrin bu cür tövsiyələri ilə doludur. 

 

Astroloqlar nə deyir?

Unutmayın! İnsan seçimdə azaddır və hər şey onun özündən asılıdır.  Bəs 2012-ci ildə necə yaşamalı - ulduz falı ilə, yoxsa yox? Onun tövsiyələrinə birbaşa əməl etmək də olar, yan keçmək də. Astroloqların fikrincə, 2012-ci ilin necə keçəcəyini birmənalı demək çox çətindir. Amma istənilən halda, onlar bəşəriyyəti gözləyən əsas hadisələri sadalayırlar. Birincisi, onların fikrincə, 2012-ci il Şərq təqviminə görə, Qara Su əjdahası ilidir ki, o, zarafat sevmir. Bu il Günəş fəallığı da yüksək olacaq, çünki il uzun - 366 günlük ildir. Bəzi alimlər düşünürlər ki, Günəşdə həddindən güclü partlayışlar nəticəsində elektrik stansiyalarının sıradan çıxması və uyğun olaraq, bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi müşahidə edilə bilər. Astronomlar bu il həm də planetlər paradını gözləyirlər və bu zaman Yer, Mars, Saturn və Yupiter bir xətt üzrə düzüləcək. Nostradamusun öncəgörmələrini  yozanların  fikrincə, 2012-ci ildə dünyanın siyasi və iqtisadi böhranı zirvəyə yüksələcək. Bütün bunların fonunda, həmçinin, 2012-ci ildə tam Günəş tutulması da gözlənilir!

 

Bütün bunlara görə narahat olmağa dəyərmi? 

Əjdahanın qeyri-adi və sarsılmaz varlıq olmasına baxmayaraq, il, ümumiyyətlə, sakit və uğurlu olacaq. Əjdaha ili ailə işləri, nikahların bağlanması üçün əlverişli sayılır. 

Şərq təqviminə görə, Əjdaha güclü və əzəmətli varlıqdır, o həm güclü himayədar ola, eləcə də xaos da yarada bilər. Qara Əjdaha su selinin güclü  stixiyasını əks etdirir, bu qüvvəni  idarə etməyi öyrənmək lazımdır. Çinlilərin çoxu bu ildə anadan olmağa üstünlük verərdi, çünki Əjdaha xoşbəxtliyi və uğuru, möhkəm sağlamlığı və yüksək mövqeni əks etdirir. Qədim zamanlardan Əjdaha göylərin övladı olan Çin imperatorlarının rəmzi olub. Bu il özü ilə dinamizm və iradə, kəskin dəyişikliklər və qız-ğın ehtiras gətirir. Yuxarıda deyildiyi kimi, Əjdaha ilinə qara, qızılı, mavi rənglər uyğun gəlir. Ünsürü  sudur ki, ona da hərəkətlilik, dinamizm və dəyişkənlik xasdır. 

 

Bu, dünyanın sonu deyil!

Kosmik mərhələlər baxımından 2012-ci il karma ilidir. Astroloqlar ehtimal edirlər ki, Mayya təqviminin proqnozları dünyanın sonu deyil, yeni kardinal dəyişikliklərin başlanması haqqındadır ki, bu da insanı yeni səviyyəyə qaldırmalıdır. Qlobal dəyişikliklər, hər şeydən öncə, insanın ruhunda və şüurunda olmalıdır, gələcək isə insan ruhunun hansı istiqamətə - dağıdıcı və ya yaradıcı tərəfə getməsindən asılı olacaq. 

Əjdaha Şərq ulduz falının ən qəhrəman, güclü və uğurlu işarələrindən biridir. Bəzən deyirlər ki, Əjdaha ilində anadan olmuş insanlar "ağzında gümüş qaşıq doğulmuş" insanlardır. O, çılğındır, iradəlidir, mübarizdir və qalibdir. Ona çox şey bəxş edilib, amma ondan tələb də çoxdur. Buna görə də bu il  uğur gözlənilir. Əjdaha dörd rahatlıq bəxş edir: zənginlik, səxavət, harmoniya və uzunömürlülük. 

Beləliklə, nisbətən sakit olan Dovşan ilindən sonra 2012-ci ildə bizim həyatımıza mübarizə və bayram geri dönür. Amma astroloqlar unutmamağı tövsiyə edirlər ki, Əjdaha şişirtməyə də meyillidir. Onun ehtimal etdiyi imkanlar başlanğıcda təsəvvür edilənlə müqayisədə tamamilə önəmsiz ola bilər. Amma bununla belə, astroloqlar deyir ki, Əjdaha ilinin himayəsi altında çox sayda böyük və şərəfli işlər görülür, çox sayda cəsur və yeni ideyalar ortaya çıxır, cürətli və iddialı layihələr sıralanır. 

 

Asan və dərhal 

Əjdaha, ilk növbədə, zənginliyin və xəzinələrin qoruyucusu olduğuna görə, bu il maddi nemətlər istehsalçıları və maliyyəçilər üçün ən sevindirici perspektivlər gözlənilir. İşlər asan gedəcək və dərhal  mükafatlar gələcək. Pullar yeni layihələrə yatırılacaq, əgər kiminsə hansısa konkret işlə bağlı kredit almaq planı varsa, məsələnin müsbət həll ediləcəyinə cürətlə inana bilər və xırdaçılıq etməməlidir. Uzaqgörənlikləri ilə adətən, qürurlanan ehtiyatlı və məntiqli insanlar bu il gülüş obyektinə çevrilə bilərlər. Bu ilin qəhrəmanları ehtiyatlı oyunçular və şüarları "ya hər şey, ya da heç nə" olan avantüristlər olacaq. Bu şüar Əjdahanın başlıca qaydasıdır. Əjdahanın təsiri altında çox sayda məntiqli insanlar da daha qərarlı  davranacaqlar, tez-tez yolverilən hədləri keçəcəklər. 

Doğru həyat tərzinə üstünlük verən, həmçinin, ümumi kütlədən hansısa bir istedadı ilə seçilən xeyirxah insanlara Əjdaha xoşbəxtlik və uğur bəxş edəcək.

Amma unutmamaq lazımdır ki, Əjdaha uğursuzlara himayədarlıqdan asanlıqla imtina edə bilər. O, istənilən işin başlanmasına xeyir-dua verə bilər və hətta adətən, bir sıra üstünlüklər də təqdim edə bilər. Əgər layihə sahibi yalnız uğura ümid bağlayarsa, tənbəllik edərsə və bağışlanmaz səhvlər buraxarsa, o, cəzalandırılacaq. 

Ən çox dağıdıcı hadisələr Odlu Əjdahanın hakimiyyəti illərində baş verir. Xoşbəxtlikdən,  2012-ci il su işarəsi altında gəlir. O, daha sakit olacaq. 



MƏSLƏHƏT GÖR:

391