15 Mart 2025

Şənbə, 01:39

PREZİDENT

İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirməklə yanaşı, həm də Azərbaycanın qarşısında açılan yeni imkanları reallaşdırmağı bacardı

Müəllif:

15.12.2011

Bir neçə il əvvəl jurnalımıza müsahibəsində Gürcüstan Prezidenti Mixail Saakaşvili demişdi: "Azərbaycanın üzləşdiyi vəziyyətdə dövlət qurmaq çox çətin idi - bunu yalnız qeyri-adi lider bacarardı. Açığı, tez-tez düşünürəm ki, Gürcüstandan fərqli olaraq, Azərbaycanın bəxti çox gətirdi - çünki sizin Heydər Əliyeviniz var idi".

Bu gün Azərbaycanın inkişafını gördükdə, Bakıya gələn əcnəbilərin təəssüratlarını dinlədikdə bir daha vaxtında Heydər Əliyevi  hakimiyyətə dəvət etmiş Azərbaycan xalqının müdrikliyinə əmin olursan.

Bu il Azərbaycanın Ümummilli Liderinin doğumundan 88 il keçir. O, artıq 8 ildir ki, bizimlə deyil. 8 ildir insanlar hər il dekabrın 12-də dahi siyasətçinin xatirəsini yad etmək üçün kütləvi şəkildə Fəxri Xiyabana axışırlar. Amma Moskvada keçirilən xatirə mərasimində Ümummilli Liderin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya bölməsinin rəhbəri Leyla Əliyevanın söylədiyi kimi, Heydər Əliyev, sözün bütün mənalarında, sağdır: "O, çiçəklənən Azərbaycanda, gözəlləşən Bakıda, tikilən yeni yollarda, binalarda, idman komplekslərində, aeroportlarda, məktəblərdə, muzeylərdə, teatrlarda və sairdə yaşayır. O yaşayır və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə necə çevrildiyini görür. O, öz adını daşıyın Heydər Əliyev Fondunun mədəniyyət, elm, təhsil, səhiyyə, ekologiya və xeyriyyəçilik sahəsində həyata keçirdiyi bütün xeyirxah işlərdə yaşayır".

İki əsrin məşhur siyasətçisi olmuş Heydər Əliyevin vəfatından keçən 8 il onun təşəbbüslərinin ölməz olduğunu aydın şəkildə göstərib. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan və onun dövlətçiliyi üçün həlledici olub. Həmin dövrdə qoyulmuş əsaslar ölkənin bu gün də inamla irəliləməsinə, qarşıdakı bütün vəzifələrin öhdəsindən gəlməsinə imkan verir.

Vətəndaşların etimad mandatının Heydər Əliyevdən onun ən yaxın silahdaşı, Ümummilli Lliderin yolunun davamçısı İlham Əliyevə keçməsi də əsasən bununla bağlı idi. İlham Əliyev öz növbəsində, siyasətçi üçün gənc sayılacaq yaşda hakimiyyət sükanının arxasında inamla dayandı.

24 dekabr 2011-ci ildə İlham Əliyevin 50 yaşı tamam olacaq. Geniş dünyagörüşə, dərin və hərtərəfli biliklərə, yüksək siyasi mədəniyyətə malik olar gənc siyasətçi qısa zamanda dünyada müasir, zirək dövlət xadimi kimi böyük hörmət və nüfuz qazandı.

Hakimiyyətdə olduğu 8 ildə İlham Əliyev  Heydər Əliyevin strateji kursunu davam etdirməklə yanaşı, həm də Azərbaycanın qarşısında açılan yeni imkanları reallaşdırmağı bacardı. Ölkənin bütün beynəlxalq reytinlərdə liderlər arasında olması, dünya liderlərinin Azərbaycan Prezidenti və onun siyasəti haqda fikirləri bunu sübut edir.

Müasir, sürətlə dəyişən və qloballaşan dünyada İlham Əliyev bütün beynəlxalq görüşlər və danışıqlarda ölkəsinin maraqlarını uğurla müdafiə edir.

İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bütün problemlərini özü yoluna qoyur. Bu problemlərin ən böyüyü isə Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakı problemin sülh yolu ilə həllinə sadiqdir. Amma dövlət başçısının da dəfələrlə dediyi kimi, münaqişənin həlli məqsədilə aparılan danışıqlar nəticə verməsə, Azərbaycan öz torpaqlarını işğaldan hərbi yolla azad etməyə hazırdır. Bu imkanı ona həm beynəlxalq hüquq, həm də ölkənin iqtisadi və hərbi qüdrəti verir.

Ölkə müstəqil və dünyəvi dövlət kimi inkişaf edir və möhkəmlənir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan haqlarının aliliyi prinsiplərini rəhbər tutan Azərbaycan Avropanın və dünyanın ən öndə gedən dövlətləri ilə sıx əlaqə saxlayır.

Düşünülmüş uğurlu siyasəti ölkəyə qlobal iqtisadi böhrandan minimum zərərlə çıxmağa, sabit sosial-iqtisadi inkişafı təmin etməyə imkan verib. Beynəlxalq səviyyədə Azərbaycan iqtisadiyyatının qlobal təlatümlər qarşısında ən dayanıqlı iqtisadiyyat sayılması da təsadüf deyil.

Balanslaşdırılmış və differensial xarici siyasət Azərbaycana dünya siyasətinin müxtəlif qütbləri ilə eyni dərəcədə uğurlu münasibət yaratmağa imkan verir. Ölkənin xarici siyasətində yaxın qonşularla, eyni zamanda Avropa İttifaqı və Avroatlantika strukturları ilə əməkdaşlıq vacib yer tutur. Bu gün Azərbaycan regionun əsas iqtisadi mərkəzlərindən biridir və o, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmininə ciddi töhfə verir. Biz Avropa İttifaqı ilə enerji sahəsində xüsusilə Cənub qaz dəhlizi üzrə uğurlu əməkdaşlıq edirik. İlin əvvəlində Aİ ilə Azərbaycan arasında bu məsələyə dair bəyannamə imzalanıb, işçi qrup yaradılıb.

Bu, həm neftə, həm də "Şahdəniz" yatağından çıxarılacaq qaza aiddir. Artıq Azərbaycanın enerjidaşıyıcılarını müxtəlif istiqamətlərə nəql etməsi üçün 7 boru xətti var. Bəzi ölkələr isə artıq neft və qaza olan tələbatının 40%-ni Azərbaycanın hesabına ödəyir. Dünya İqtisadi Forumunun apardığı təhlil göstərib ki, rəqabət bacarığına görə, Azərbaycan dünyada 55-ci, MDB məkanında 1-ci yerdədir.

Qeyri-neft sektoruna investisiya qoyuluşlarının artımını nəzərə alan ekspertlər bildirir ki, 2024-cü ildə Azərbaycanda inkişaf etmiş çoxşaxəli sənaye kompleksi yarana bilər.

Nəzərdə tutulmuş proqramların reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatın diversifikasiyasına nail olub. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın 3 ölkəsinin ümumi iqtisadiyyatının 80%-i deməkdir.

8 ildə Azərbaycan iqtisadiyyatı 300% artıb. 950 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 5 dəfə azalıb. Bununla yanaşı, büdcə xərcləri, təxminən, 20 dəfə çoxalıb.

Məhz Azərbaycanın irəli sürdüyü təşəbbüslər hazırda regional inkişaf istiqamətlərini əhəmiyyətli dərəcədə təsir göstərir, onu müəyyən edir. Azərbaycan sürətlə inkişaf edən dövlətə çevrilib. O, neftdən yüksək texnologiyalara keçid yolundadır. Son illərdə ölkədə informasiya-kommunikasiya texnologiyalarına böyük həcmdə investisiyaların qoyulması faktı da bunu təsdiqləyir.

Xarici siyasət daxili siyasətin davamı, onun məntiqi nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu və tamhüquqlu üzvü olan və özünü tam təmin edən ölkədir. Onun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun təsdiqidir. Bakının bu quruma seçilməsi 155 ölkə tərəfindən dəstəklənib. Rəmzi məna daşıyan bu hadisə göstərir ki, Azərbaycan 20 illik müstəqillik dövründə özünü dünya ictimaiyyətinə dost ölkə kimi təqdim edə bilib.

Bundan başqa, Azərbaycan beynəlxalq humanitar və dinlərarası dialoqun məkanı kimi də tanınıb. Burada yaşayan etnik icmaların sıx yaşadığı 5 regionda onların dilində 15-dən artıq qəzet və jurnal çıxır, yerli tele və radiokanallar fəaliyyət göstərir.

Azərbaycanın açıq səma altındakı etnoqrafik muzey adlandırılması da əbəs deyil. O, insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən artıq beynəlxalq konvensiyaya qoşulub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, daha sonra isə Heydər Əliyev Fondunun yaradılması ilə ölkə mədəniyyətinə ikinci nəfəs verilib. Bu fondların fəaliyyətə başladığı vaxtdan şəxsən Mehriban Əliyevanın iştirakı ilə nəhəng işlər görülüb. Söhbət həm mədəniyyət xadimlərinə dəstəkdən, həm də Azərbaycan mədəniyyətinin xaricdə təbliğindən, köhnə mədəniyyət obyektlərinin bərpasından, yenilərinin inşasından və s. gedir.

Amma Azərbaycan nail olduqları ilə kifayətlənmək niyyətində deyil. Gənc və enerjili prezidentin gələcəyə yönəlmiş fundamental proqramlar və layihələrdə yer almış çoxlu planı var. Bizə isə Azərbaycan Prezidentini yubileyi münasibətilə təbrik etmək, "Region plus" jurnalının kollektivi adından ona möhkəm cansağlığı, xoşbəxtlik, Vətənimizin rifahı naminə uzun illər səmərəli fəaliyyət arzulamaq qalır.

 

 

SİTAT

«Enerji sahəsində Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi, həmçinin, regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi».

Barak Obama, Amerika Birləşmiş Ştatlarının Prezidenti 

 

«Mən ölkənizin iqtisadi uğurunun bir sıra aspektlərini və rəhbərliyiniz altında Bakıda həyata keçirilmiş dəyişiklikləri öz gözlərimlə görmək məqsədilə Azərbaycana səfər etməyi arzulayırdım. Vaxtımın məhdud olmasına baxmayaraq, gördüklərim məndə böyük təəssürat yaratdı».

Nikola Sarkozi,Fransa Respublikasının Prezidenti  

 

«Prezident vəzifəsində Sizin fəaliyyətinizi haqlı olaraq Azərbaycanın - müasir və dinamik inkişaf edən dövlətin yeni uğurları ilə bağlayırlar. Ölkənizin iqtisadiyyatda və sosial sahədə sanballı nailiyyətləri, onun beynəlxalq aləmdə nüfuzunun durmadan artması yüksək qiymətə layiqdir».

Dmitri Medvedev,Rusiya Federasiyasının Prezidenti

 

«Azərbaycan Qafqazın parlayan bir ulduzudur. Buradakı dəyişikliklər ildən-ilə daha aydın hiss olunur. Bakıya hər gəlişimdə mən burada böyük dəyişikliklər görürəm. Bəlkə də Azərbaycanda yaşayanlar onları hiss etmir. Axı uşaqların böyüməsini evdəkilər hiss etmirlər. Amma uzaqdan gələn qohumlar dərhal görürlər ki, uşaq böyüyüb».

Abdullah Gül,Türkiyə Cümhuriyyətinin Prezidenti

 

«Avropada Azərbaycanın əldə etdiyi nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı».

Pal Şmitt,Macarıstan Respublikasının prezidenti

 

NÜFUZLU BEYNƏLXALQ REYTİNQLƏRDƏ AZƏRBAYCANIN MÖVQEYİ (2010-cu il)

l Standard & Poors - BB+ 

l Moody's Investor Services - Ba1

l Fitch Ratings - BBB-

l Qlobal rəqabət üzrə hesabat - rəqabət qabiliyyətinin ümumdünya indeksi (2011-2012-ci illər):

  *  142 ölkə arasında 55-ci yer (əvvəlki reytinqdə olduğundan 2 pillə öndə)

  * MDB ölkələri arasında 1-ci.

l Ümumdünya İqtisadi Forumu: MDB ölkələri arasında İKT üzrə 1-ci yer.

 

l BMT-nin 2010-cu ildəki  insan inkişafı haqqında  Proqramına dair hesabatında  Azərbaycan 182 ölkə arasında  2005-ci ildəki 101-ci yerdən  67-ci yerə gəlib çıxıb.


MƏSLƏHƏT GÖR:

411