Müəllif: Valentina REZNİKOVA Bakı
Bakıda "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində "Multikulturalizm və ümumi dəyərlər sistemində teatrın yeri" III beynəlxalq teatr konfransı keçirilib. Onun işində, demək olar ki, bütün dünyadan olan rəssamlar, teatrşünaslar, teatr menecerləri, rejissorlar, xoreoqraflar iştirak ediblər.
Alternativ teatr
XXI əsrin teatrı üçün uzunmüddətli böhran vaxtının gəldiyi məlum faktdır. Tamaşaçı teatra böyük incəsənətin bir növü kimi marağını itirib. Nəticə etibarilə - kütləvi mədəniyyətə üstünlük verməyə başlayıb. Niyə bu baş verir? Sadəcə, ona görə ki, vaxt bir yerdə dayanmır və o, hər zaman vaxtla ayaqlaşmaq və ona uyğun olmaq istəyən hər kəsə müəyyən şərtlər irəli sürür. Multikulturalizm ideyası hələ ötən əsr Avropada yaranıb və digər ölkələrdən gələn çoxlu sayda mühacirlərlə bağlıdır. Multikulturalizmin aspektlərindən biri - tolerantlıqdır. O, kütləvi mədəniyyətin ümumbəşəri məcrasında qarşılıqlı səmimilik, zənginlik və inkişaf etmək üçün paralel qarşılıqlı yaşam tələbində əks olunub. Multikulturalizm mədəniyyət sahəsinə digər ölkələrdən olan mühacirlərə məxsus mədəniyyətlərin elementlərinin daxil olunmasını ehtiva edir. Əsrlərlə çoxmədəniyyətli dəyərlər sistemində yaşayan Bakı üçün bu vəziyyət adi və ənənəvidir. Burada, kiçik bir ərazidə antaqonizmsiz məscid, pravoslav məbədləri və sinaqoqalar yerləşir və müxtəlif millətdən olan və dinlərə itaət edən, buna müvafiq olaraq mədəniyyətlərdən olan insanlar yaşayır - bir-birinə keçən və tamamlayan, mentallığın, dünya baxışının xüsusi quruluşunu formalaşdıran, yeni mənəvi qanunlar toplusu və itaət ənənələrini yaradan...
Bu da təbii ki, maraqlı nəticələrə gətirib çıxara bilər - həmçinin, teatrın fəaliyyətində də, alternativ teatr kollektivləri və səhnələrinin yaradılmasına da. Azərbaycanda bu yaxınlarda qəbul olunan teatr barədə qanun prodüsser mərkəzlərinin və dram incəsənətinin yeni formalarının axtarılması üçün alternativ səhnələrin yaradılması imkanını nəzərdən keçirir. Bu barədə öz yekun çıxışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev danışıb. Multimədəniyyətlərin dünyanın bir çox xalqları və millətlərinin nümayəndələrinin mədəniyyətlərindən ibarət vahid kulturoloji məkanda birləşdirilməsi imkanları barədə faktlara, teatr nəzəriyyəçiləri və praktiklərin nümunələrinə əsaslanaraq, dünyanın müxtəlif ölkələrindən olan natiqlər də danışıblar. Teatr səhnələrdə çoxmillətli birləşmə ideyasını həyata keçirən XX əsrin ən parlaq nümayəndələrindən biri Hindistanın milli eposu olan "Mahabharata"nı səhnəyə qoyan Piter Bruk olub. Bu, dünyada ən iri ədəbiyyat əsərlərindən biridir. Bu, "İlliada" və "Odisseya"dan birlikdə daha uzundur. "Mahabharata" novella, təmsillər, kinayələr və əfsanələrdən ibarətdir. Həmçinin buraya dini və siyasi mövzuda düşüncələr, kosmoqonik miflər, himnlər, ağılar, ümumilikdə, 18 kitab daxildir.
Bu, dünyada azsaylı əsərlərdəndir ki, özü-özündən bəhs edərkən deyir ki, onun içində dünyada hər şey var. Bununla da o, dahi rejissorun və islahatçının diqqətini cəlb edib. Teatr fəaliyyətinin təbiətini səhnə əsərinə məna və enerji həcmini verə biləcək həmin çoxmədəniyyətli xüsusiyyətləri ilə ayrılmaz əlaqədə araşdırılması onun üçün birinci dərəcəli iş idi.
Ona görə o, tamamilə başa düşülmüş şəkildə bir səhnə layihəsində müxtəlif milli, teatr mədəniyyətlərinin və dini konfessiyaların şahidi olan aktyorları birləşdirir. Bu layihədə o, Avstraliya, Belçika, İrlandiya, İslandiya, Danimarka, Böyük Britaniya, Norveç, ABŞ, İsveç və digər ölkələrdən olan aktyorların oyunundan istifadə edib. Bu, demək olar ki, incəsənət fəaliyyətində ilk təcrübədir.
Hələ 1968-ci ildə o, Parisdə teatr araşdırmalarının beynəlxalq mərkəzini təsis edib. Bertold Brext, Vsevolod Meyerxold, Eji Qrotovski, Antonena Artonun ideyalarının təsirini yaşayaraq, o, tamaşanı epik teatr və qəddarlıq teatrı üslubunda ("Kralı Lir") nümayiş etdirməyi bacarıb. Aktyor mövcudluğunun təbiətini araşdıraraq, o yazırdı: "Meyerholdun məktəbi bədənin ifadəliliyinə işarə edirdi. Qrotovski bu istiqaməti öz bildiyi kimi inkişaf etdirib, bədənin və hərəkət dilinə xüsusi maraq yaradıb. Digər tərəfdən, Brext iddia edirdi ki, aktyor XIX əsrdə hesab olunduğu kimi sadəlövh, səfeh olmamalıdır; əksinə, öz dövrünün düşünən, fikirləşən insan olmalıdır. Stanislavskinin məktəbi və onun davamçıları aktyorun rola emosional dərinliyə qərq olması probleminə diqqət yetirirdi. Bütün üç istiqamət vacibdir". Lakin bu, yarım əsr bundan əvvəl deyilib və bu gün müxtəlif teatr cərəyanlarının işini birləşdirməklə dünya kulturoloji məkanını anlamaq cəhdi olub. Sonra Piter Bruk müxtəlif teatr məktəbləri nümayəndələrinin çoxmədəni işlərini birləşdirməyə cəhd edəcək tamaşanı yaradacaq. Və görüdüyümüz kimi, bu ideya öz davamçılarına sahibdir - həm nəzəriyyəçilərə, həm də praktiklərə.
Teatr stereotiplərinin yenidən qiymətləndirilməsi
Bu gün bir çox avropalı rejissorlar (həmçinin britaniyalı) çoxmillətli səhnə layihələri ideyasına müraciət edirlər, xüsusilə də keçmiş SSRİ ölkələri ərazisində. Onlar gəlirlər və qarşılıqlı incəsənət əməkdaşlığına daxil olmağa hazır olan milli mədəniyyətlərin nümayəndələrini öz quruluşçu ideyaları ilə maraqlandırmağa çalışırlar. Əsas kimi təkcə milli eposun götürülməsi nəzərdə tutulmur; məsələn, ölkənin tarixi, iqtisadi və kulturoloji aspektdə yüzillik mövcudluğu versiyasını. Təbii ki, müxtəlif estetik platformaların və məktəblərin teatrlarını təmsil edən aktyorların, dramaturqların və xoreoqrafların iştirakı ilə. Bu gün bu, artıq eksperiment kimi görünmür. Bu gün bu, estetik baxışların, stereotiplərə peşəkar bağlılıqların, dünya miqyaslı kulturoloji məkan ilə qarşılıqlı fəaliyyət forması kimi teatrın ömrüboyu tapıldığı, inkişaf və istifadə olunduğu hər şeyin nəzərdən keçirilməsini tələb edən dərk olunmuş mövqedir. Və əgər bütün dünyanın teatr xadimlərinin səyləri qarşılıqlı inteqrasiya olunmağa yönələrsə, gələcəyin teatrı tamam ayrı forma və səslənmə əldə edə bilər. Çünki artıq bu gün Aristotelin teatr qutusuna və Aristotel dramına bağlı stereotipi dağıtmağa cəhd edən avropalı həmkarlarımız daha tez-tez digər məkanları dərk edir, onlarda klassik və ya yeni dramaturgiya dalğalarının pyeslərini nümayiş etdirirlər. Belə məkanlar çardaqlar və zirzəmilər, qədim xarabalıqlar və küçələr, kiçik və hətta çox balaca otaqlar ola bilər. Yəni rampa şəklində ayırıcı xətt çəkmək və dekorasiya ilə kostyum arxasında gizlənmək mümkün olmur. Teatr, həqiqidirsə - hər yer də teatrdır. Hətta bu gün bir çoxları tərəfindən qəbul olunmayan Stanislavskinin dediyi kimi, aktyor sərilmiş xalça üstündə tamaşaçıya əsl dahi teatrı nümayiş etdirə bilər. Bakıda keçirilən III beynəlxalq teatr konfransı onun iştirakçılarına bugünün strukturunda teatrın real həyat səhnəsini görməyə imkan verdi. Səhnə mozaikdir. Lakin burada bir birləşdirici halqa var - vaxt. O, həmişə bizə öz şərtlərini diktə edir, öz tələblərini irəli sürür. Onlara uyğun olmaq lazımdır.
MƏSLƏHƏT GÖR: