
KÖÇƏRİLƏR, YOXSA BÖYÜK SİVİLİZASİYA?
Nə üçün Makedoniyalı isgəndəri böyük sərkərdə, Avropanın yarısını fəth etmiş Atillanı isə köçəri adlandırırlar?
Müəllif: Arif HÜSEYNOV Bakı
Türklərin köçəri sivilizasiya olmaları barədə nəzəriyyəni siyasətçilər yaradıblar. Özü də Rusiya əvvəllər türk dövlətlərinə mənsub əraziləri zəbt edəndən sonra. Məqsəd isə xalq kütlələrində nəyin bahasına olur-olsun türklər haqqında, onların köçəri olmaları və bu səbəbdən öz mədəniyyətlərini yarada bilməmələri fikrini təlqin etmək, eləcə də möhkəmləndirməkdən ibarət idi. Onların fikrincə, türklərin nə təsərrüfatları, nə də mədəniyyətləri olub.
Bu yerdə doktor Hebbelsin sözləri yada düşür. O, deyib ki, əgər hansısa xalqı məhv etmək istəyirsənsə, birinci onun tarixini əlindən al. Bunun nəticəsində iki nəsildən sonra həmin xalq güruha, daha iki nəsildən sonra isə asanlıqla idarə oluna bilən sürüyə çevriləcək. Heç də təsadüfi deyil ki, Böyük Sovet Ensiklopediyasının üçüncü nəşrində "Türklər" məqaləsi ümumiyyətlə yoxdur. Halbuki həmin nəşrdə digər xalqlar, hətta kiçik Afrika xalqları belə diqqətdən kənarda qalmayıb.
Böyük türk xalqının bütün tarixi 15 imperiyanın, 38 dövlətin, 34 bəyliyin, 16 xanlığın və 5 respublikanın tarixidir. Məsələ təkcə türk imperiyalarının və dövlətlərinin sayında deyil. Söhbət xalqların böyük köçünə səbəb olaraq Avropanı tabe etdirən, Birinci Roma imperiyasını süquta yetirərək, bütün Avropanı xərac verməyə məcbur edən xalqdan gedir. Bu, çinlilərin onların qorxusundan Böyük Çin Səddi çəkmələrinə baxmayaraq, dəfələrlə həmin səddi asanlıqda aşan xalqdır. Böyük hun imperatoru Mate təkcə Çini deyil, həm də Sakit okeandan Xəzər dənizinədək, Tibetdən, Kəşmirdən Şimali Sibirədək ərazini zəbt etmişdi. Ancaq sərhəd 18 milyon km təşkil edirdi. Söhbət gedən türk xalqı Səlib yürüşlərini dayandırmış və bu yürüşlərə birdəfəlik son qoymuşdu. Türklər İkinci Roma imperiyasının axırına çıxaraq, Osmanlı İmperiyasını yaratmış və həmin imperiya beş əsr ərzində 1 nömrəli dövlət kimi tanınmışdı. Avropanın heç bir dövlətinin kralı Türkiyə sultanından icazəsiz, hətta öz ölkəsində daxili islahatlar keçirməyə cürət etməmişdi.
Lakin bir sıra tarixçilər, xüsusən də rus tarixçiləri, türklərin böyük tarixi faktlarına məhəl qoymadan türkləri köçəri xalq adlandırmaqda davam edirlər. Qədim turk sivilizasiyası barədə faktlara nəzər salaq.
Əvvəla, harada görünüb ki, köçərilər əkinçiliklə məşğul olaraq oturaq həyat tərzi keçirsinlər?! Axı məlumdur ki, ən qədim çuğun kotanlar məhz Altay türklərində tapılıb. Qədim türklər hələ yeni eranın başlanğıcında həmin kotanlarla yer şumlayıblar. Türk əkinçiləri öz inadkarlıqları ilə hələ II əsrdə, hətta Böyük Stepi (Böyük Səhra) fəth ediblər. O Stepi ki orada indimizdə də at olmadan heç yüz kilometr getmək mümkün deyil.
Arxeoloqların türk kurqanlarının süni yaradılmış təpələrinin birində tapdığı əmək alətlərini (dəmir bıçaqlar, oymaqlı baltalar, kərkilər, baltalar, bizlər və s.) rus tarixçiləri VII-VIII və VIII-IX əsrlərə aid ediblər. Orada əl dəyirmanının daşı tapılıb (S. A. Pletnyovanın "Avrasiyanın orta əsrlərdəki səhraları" kitabından). Tuvada və Altayda Stepin quraqlıq ərazisində əkinləri sulamaq üçün suvarma kanalları sistemi aşkar edilib. Həmin yerlərdə taxılın əl dəyirmanlarında üyüdülməsi də sübut olunub.
Digər tərəfdən, harada görünüb ki, köçərilər inşaat işləri ilə məşğul olsunlar? Məhz Altayda dünyada ilk dəfə olaraq tirlərdən komalar, daxmalar və sonralar da digər yaşayış məskənləri inşa olunub. Xalqların böyük köçünün axırında qədim rus şəhərlərinin və qəsəbələrinin əsasını IV-V əsrlərdə türklər qoyublar. Avrorada ilk hamamları da məhz türklər tikiblər. O vaxta qədər avropalılar - ingilislər, almanlar, yunanlar, rusların özləri də çəlləklərdə çimirdilər. Avropada türk hamamları indiyədək də qorunub-saxlanılıb. Avropalılar türklərin 1 şam işığı ilə hamam havasını necə qızdırdıqlarının sirrini hələ də aça bilməyiblər.
Köçərilərin metallurgiya ilə məşğul olması da təəccüb doğurmazdımı? Metal əridilməsi üsulunu isə məhz türklər icad ediblər. İnsanlar türklərin gəlişinə qədər də dəmirin nə olduğundan xəbərdar idilər. Lakin onlar dəmirin əridilməsi üsulundan baş açmırdılar.Türklər isə mahir metallurqlar kimi tanınırdı. Tuvada və Altayda metaləridən sobaların qalıqları aşkar edilib. Tuvada, həmçinin, dəmir filizini mədənlərdən sobalar qurulmuş yerlərə qədər daşımaq üçün salınmış yollar da aşkara çıxarılıb. Metallurgiyanın Mərkəzi Qazaxıstanda da geniş miqyasda inkişaf etməsinə dair əsaslı dəlillər var.
Türk xalqının sirri onun güclü mədəniyyətində idi. Dünyada türklərin ixtiralarını qəbul edir və tanıyırlar. At üstündə həyat tərzi xalqın geyim-kecimində də öz əksini tapırdı. Türklər süvarilər üçün əlverişli olan paltarlar, məsələn, şalvarlar icad etmişdilər. Avropada isə şalvar tikə bilmədiklərinə görə kişilər və qadınlar bürüncüklərdə və alt köynəklərdə gəzirdilər. Avropaya ilk şalvarları Atilla gətirmişdi.
Arxeoloqlar Dağlıq Altay Muxtar Vilayəti ərazisindəki Pazırık kurqanlarında ipək parçalar, krujevalar, fetr, çesuça tapıblar. Avropada belə şeyləri hazırlaya bilmirdilər. Arxeoloqların Novqorod tapıntıları sübuta yetirir ki, qalın mahuddan tikilmiş kəndli paltarı armyak, yapıncı, uzunətəkli qədim kəndli paltarı kaftan, qadınlar üçün qabağı açıq qədim rus paltarı şuşun, xəz kürk (şuba), uzunboğaz yumşaq dəri çəkmələr, "klobuk" deyilən ucuşiş rahib papağı və xalatlar türklərdən qalma əşyalardır.
Atillanın sayəsində Avropada çəngəl-bıçağın da nə olduğunu bildilər. Buna qədər Roma aristokratiyası yeməyi əlləri ilə yeyirdi. Avropalılara atı yəhərləməyi də türklər öyrədiblər. Avropalılar o vaxta kimi ikitəkərli arabalarda gəzirdilər və at minib sürməyin nə olduğunu bilmirdilər. Avropaya bərabər yanlı xaçı da Atilla gətirib. İsa Peyğəmbərin çarmıxa çəkildiyi xaç isə bərabər yanlı deyil, T şəkilli idi. Xristianlar nəinki xaçın nə olduğunu bilmirdilər, hətta onun təsvirindən də çəkinirdilər. III əsrin görkəmli xristian müəllifi Feliks Minutsi bütün bunlara şahidlik edir.
Tanınmış tədqiqatçı, milliyyətcə kumık olan Murad Acının yazdığına görə, Georgi xaçı adlanan xaçlar əvvəlcə Qafqazda, sonralar isə Avropada yayılıb. Georgi xaçı yunanların səyləri ilə Bizans xaçı adlandırılıb. Qərb kilsə xadimləri adamları 312-ci ildən etibarən xristianlığa qədərki duaların türk dilində oxunduğunu unutmağa məcbur edirmişlər. Xristianlar duaları VIII əsrədək, Rusiyada isə XVII əsrədək türk dilində oxuyublar. Onların öz ikonaları olmayıb. İlk yepiskoplar və papalar isə yüksək dini rütbələrini tenqriçi türk ruhanilərindən alırdılar. Ona görə ki, xristian kilsələrinin patriarx taxt-tacı IV əsrdən başlayaraq, Qafqaz Albaniyasında, Dərbənd şəhərində yerləşmişdi.
Maraqlıdır ki, nə üçün xristian aləmində Makedoniyalı İsgəndəri böyük sərkərdə, Bütün Avropa qitəsinin, demək olar ki, yarısını tutan və onun xalqlarına mədəniyyət gətirən Atillanı isə köçəri adlandırırlar? Əgər hər bir yerdəyişmə hərəkəti köçərilikdirsə, bəs nə üçün Amerikanı zəbt etmiş konkisdatorlar köçəri deyillər? Axı zahirən hər şey - örtülü arabalar, mal-qara sürüləri, çöl düşərgələri eynən türklərinki kimidir. Nizami, Füzuli, Xaqani, Nəsimi və bir çox dahi mütəfəkkirləri, çox qədim ədəbiyyatı, dünyada məşhur xalçaları və digər sənət əsərləri olan türklərə köçəri demək olarmı?
MƏSLƏHƏT GÖR: