12 Mart 2025

Çərşənbə, 22:12

TƏK RLS DEYİL…

İqor Korotçenko: "Moskva Azərbaycana Rusiya silahlarının istehsalı üçün lisenziya verə bilər…"

Müəllif:

15.08.2011

İqor Korotçenko - hərbi ekspert, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın Rəyasət Heyətinin üzvü, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (DSTTM) direktoru, "Milli müdafiə" jurnalının baş redaktorudur. Rusiyalı ekspertlə söhbətimizdə Azərbaycanla Rusiya arasında hərbi kooperasiya imkanları və pesrpektivini, bu əməkdaşlığın regiondakı vəziyyətə və beynəlxalq təhlükəsizlik probleminin həllinə təsiri məsələlərini təhlil etməyə çalışmışıq.

- Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu yaxınlarda Bakıya səfəri zamanı Moskvanın Qəbələ RLS-in icarə müddətini uzatmaqda maraqlı olduğunu bildirdi. Bu səfərədək isə Rusiya KİV Moskvanın Qəbələ RLS-i güman ki, Armavirdə tikilən RLS-lə əvəzləyəcəyini yazırdı.

- Coğrafi şərtlər və dislokasiya məkanından çıxış edərək demək olar ki, Qəbələ RLS Rusiyaya ilk növbədə cənub istiqamətində raketlərin buraxılmasına nəzarət üçün lazımdır. Rusiya hərbçilərinin marağı baxımından Qəbələ RLS-in böyük əhəmiyyəti var və biz onun icarəsinin maksimum artırılması üçün Azərbaycanla danışıqlar aparacağıq.

Armavirdə inşa olunan RLS-ə gəlincə, Bu, "Voronej" sinfinə aid müasir obyektdir. O, yüksək hazırlıqlı yeni tipli stansiyadır. Amma Armavir RLS Qəbələ RLS-in imkanlarının hamısına malik deyil. Odur ki, bu iki stansiya bir-birini tamamlayacaq. Qəbələ RLS-in rolu həm də ona görə unikaldır ki, o, cənub istiqamətində raketlərin buraxılmasına nəzarətlə bağlı çox geniş məsələlərin həllinə imkan verir. Odur ki, Qəbələ RLS Rusiya üçün çox qiymətlidir.

- Rusiya ABŞ-a Qəbələ RLS-dən Şərqi Avropada Hava Hücumundan Müdafiə Sisteminə alternativ kimi istifad olunmasını təklif edib. Moskva bu ideyanı inkişaf etdirəcəkmi?

- Rusiya NATO ilə Avropada raket hücumundan müdafiə sisteminin yaradılması istiqamətində danışıqlar aparır. Belə danışıqlar ABŞ-la da aparılır. NATO-nun Lissabon sammitində prezident Dmitri Medvedevin səsləndirdiyi təkliflərin əsas məğzi də Qəbələ RLS-lə bağlı idi. Prezident bu stansiyanın İranın raket proqramına nəzarət etmək üçün ideal yerləşdiyini bildirib. İran, Pakistan, Hindistan, Fars körfəzi ölkələrindən istənilən raketin buraxılmasına Qəbələ RLS-lə nazarət etmək mümkündür. Odur ki, bu RLS-in Avropanın raketdən müdafiə sisteminə inteqrasiyası məsələsi gündəmdə qalır. Təbii ki, Rusiyanın NATO ilə danışıqları davam etdirdiyi müddətdə. Danışıqlarda nailiyyət isə hələ ki, yoxdur. Problem ondadır ki, NATO bu təkliflə bağlı Rusiya ilə razılığa gəlmək istəmir. Amma danışıqlar davam edir. Qəbələ RLS-in informasiyasından birgə istifadə məsələsi də müzakirə edilir.

- Qərb mətbuatında belə fikirlərə rast gəlinir ki, 1986-cı ildə tikilmiş Qəbələ RLS texniki baxımdan köhnəlib və onun tam yenilənməsinə ehtiyac var. Bu, belədirmi?

- Qəbələ RLS-in imkanları onun istismarının elektron avadanlıqları yeniləmədən davam etdirməyə imkan verir. Məsələ ondadır ki, bu stansiya tikilərkən kosmik məkana nəzarət texnologiyası o qədər də güclü inkişaf etməmişdi. Qəbələ RLS onun üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlməyə qadirdir. Rusiyanın "Voronej" tipli mobil RLS-lərə malik olması başqa məsələdir. Qəbələ RLS-ə böyük vəsaitlər qoyulub və raket təhlükəsinin olduğu müəyyən istiqamətləri "bağlayır". Sırf iqtisadi baxımdan da Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair Azərbaycanla razılığa gəlmək daha asandır, nəinki bu RLS-i başqası ilə əvəzləmək.

- Rusiyalı nazir Bakıya səfəri zamanı Azərbaycanla hərbi sahədə əməkdaşlıqda maraqlı olduqlarını da bildirdi. Rusiyanın KTMT-yə üzv olmayan Azərbaycanla belə əməkdaşlıq imkanları nə qədər genişdir?

- Hərbi sahədə əməkdaşlıq imkanları çox genişdir. Bu, Azərbvycana silah satışı, Rusiya silahlarının istehsalı üçün lisenziyanın verilməsi ola bilər. Çünki Bakı müdafiə qabiliyyətinin gücləndirilməsinə, terrorla birgə mübarizəyə, birgə antiterror təlimlərinin keçirilməsinə, Xəzərdə təhlükəsizliyin təmininə çox böyük əhəmiyyət verir. raket zərbələrinin önlənməsi üçün informasiya mübadiləsi, Azərbaycanın HHM sisteminin MDB-nin eyni sisteminə inteqrassiyası və sair də çox perspektivli istiqamətlərdir.

- Yəni Azərbaycana silah satışı və ya Rusiya ilə hansısa birgə təlimlərin keçirilməsinə heç bir məhdudiyyət yoxdur?

- Azərbaycanla hərbi sahədə əməkdaşlığın genişləndirilməsi Ermənistanda, həmçinin, Rusiyadakı erməni lobbisində narazılıq yarada bilər. Amma Azərbaycanla hərbi-texniki əməkdaşlılın inkişafında Rusiya yalnız öz maraqlarından çıxış edəcək. Odur ki, Bakı ilə Moskva arasına hərbi əməkdaşlıqda heç bir məhtudiyyət olmamalıdır. Xüsusən də ona görə ki, prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində ardıcıl siyasət yürüdür. Azərbaycan hərbi büdcəsini artırır, milli müdafiə sənayesinin bazasısını yaradır, müxtəlif növ silha və hərbi texnikanın istehsalı ilə məşğul olan ayrı-ayrı müəssisələr açılır. Bu prosesdə Azərbaycan Türkiyə və Rusiyaya istiqamətlənib. O, Ukraynadan sovet istehsalı olan hərbi texnika da alır. Düşünürəm ki, Azərbaycan Ukraynadan aldığı əksər hərbi texnikanın əvəzinə Rusiyada yeni, müasir texnika əldə edə bilər. Bu, xüsusilə hərbi aviasiya sahəsinə aiddir. Nəzərə alsaq ki, Azərbaycan ordusu əsasən sovet silahları ilə silahlanıb, Azərbaycan və Rusiya hərbi komplekslərinin kooperasiyası üçün çox yaxşı imkanlar var.

- Siz birgə təlimlərin mümkün-lüyündən də danışdınız.

- İlk növbədə, Xəzərdə belə təlimlərin keçirilməsi perspektivləri böyükdür. İranın mövqeyi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə imkan vermir. Rusiya ilə Azərbaycanın antiterror təlimləri, Xəzərdə neft və qaz hasilatı zonalarının müdafiəsi istiqamətində təlimlər keçirməsi tam normal olardı. Rusiyanın hərbi məktəb və akademiyalarında Azərbaycanın hərbi kadrlarının hazırlanması üçün də yaxşı şərtlər var. Bu, ikitərəfli əməkdaşlıq üçün çox perspektivli istiqamətdir.


MƏSLƏHƏT GÖR:

570