Müəllif: Zərifə BABAYEVA Bakı
Şəxsi və ya korporativ əmlakın qorunması məsələsi üzərində bu gün çox adam düşünür. Məsələ heç də bizim ölkənin vətəndaşlarının daha yaxşı yaşaması ilə bağlı deyil. Sadəcə, insanlar artıq başa düşürlər ki, tədbiri bədbəxtçilik baş verəndən sonra deyil, əvvəl görmək lazımdır. Axı təhlükəsizlik insan fəaliyyətinin vacib tərkib hissələrindən biridir. Mənzilin, istehsalat və ofis əmlakının mühafizəsi bu gün insanlar qarşısında duran əsas məsələlərdəndir. Bizim hər birimiz dəfələrlə banklarda, ticarət mərkəzlərində və ictimai təşkilatlarda mərkəzləşdirilmiş təhlükəsizlik sisteminin bir hissəsi olan videomüşahidə kameralarını görmüşük. Çağdaş dünyada təhlükəsizlik məsələsinə lazımi diqqət yetirilməməsi başısoyuqluluq sayılır.
Təhlükəsizlik və müdafiə vasitələrinin texniki təchizatı sahəsində Azərbaycan bazarında özünü etibarlı və sanballı tərəfdaş kimi göstərmiş ilk özəl qurum - "SS - Security Systems"dir. Firma mütəxəssislərinin peşəkarlığı haqqında danışan zaman təkcə "SS"in rəsmi olaraq 1997-ci ildən mövcud olması barədə danışmaq yetərli deyil.
Öz fəaliyyətində şirkət qabaqcıl texnologiyalardan istifadə edir, təhlükəsizlik və mühafizə vasitələrinin bütün yeniliklərini izləyir. Fəaliyyəti dövründə "SS" mütəxəssisləri və mühəndisləri Azərbaycan Beynəlxalq Bankı (ABB) və onun Bakı, Sumqayıt və Gəncədəki bütün filiallarında, eləcə də Mərkəzi Bank, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər, Maliyyə, Nəqliyyat, Müdafiə, Vergilər, Ədliyyə nazirlikləri, həmçinin, Nazirlər Kabineti kimi dövlət və strateji əhəmiyyətli iri obyektlərdə çalışıblar.
Təhlükəsizlik və mühafizə vasitələrinin Prezident Aparatı yanında Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) ilə birgə əməkdaşlıqda quraşdırılması mühafizə sistemlərinin intellektual texnikası barədə fundamental biliklərlə yanaşı, həm də çevik yanaşma tələb edir. Bütün bunlar "Security Systems" mühəndis və mütəxəssislərinin işlədiyi tapşırıq və obyektlərin heç də tam siyahısı deyil. Bütün bunlar işə keyfiyyətli və effektiv yanaşmanın, həmçinin, təhlükəsizliyin təmini kimi ciddi məsələni "SS" şirkətinə həvalə etməyə layiq olduğunun sübutu deyilmi?
"Security Systems" şirkətinin təsisçisi Pərviz Nəsirov:
- Biz, demək olar ki, ölkənin bütün iri dövlət və kommersiya strukturları ilə işləmişik. 1998-ci ildən 2003-cü ilə kimi Beynəlxalq Bankın rəsmi kontarktçısı olmaq isə ölkənin maliyyə obyektlərinin intellektual mühafizə avadanlıqları ilə təchizatı üzrə yaxşı məktəb keçmək deməkdir. Vahid prinsip üzrə qurulmuş təhlükəsizlik sistemlərini layihələndirir, kökləyir, möhkəmləndirirdik. Bu, yetərincə irihəcmli iş idi. 1998-ci ildə "bp"nin yeganə təmiz yerli kontraktçısı olduq və 2005-ci ilə qədər britaniyalılarla işlədik.
Bu böyük işdir, çünki xaricilər onda bizə inanmırdılar və tam yerli şirkətlərlə əlaqə saxlamırdılar. Onlar əmin olana qədər biz öz işimizin peşəkarı olduğumuzu sübut eləməliydik; bu belədir. "bp" ilə birlikdə Gürcüstanda Bakı - Supsa - Qriqoleti layihəsi üzrə işləmişik. Sonra isə Bakı - Tbilisi - Ceyhana, Səngəçal terminalına keçdik. Fəaliyyətimizin zirvəsi isə bizim harada olmağımızdan asılı olmayaraq, bütün mühafizə sistemlərini özündə birləşdirən inteqrasiya edilmiş təhlükəsizlik sistemləri (İTS) yaratmağa başlamağımızdır.
Biz onda Prezident Aparatı yanında XDMX-nin tək kontraktçısı idik. Hazırda obyektiv səbəblər üzündən xidmətin işi artıb. Çünki az qala, bütün dövlət əhəmiyyətli obyektlərdə mühafizə sistemləri qurulub. Onda isə həddindən çox ciddi obyektlər və həddən artıq qeyri-standart tapşırıqlar var idi.
XDMX yalnız prezident obyektlərini deyil, iri dövlət idarə və nazirliklərini də qoruyur və onlar öz təhlükəsizlik məsələsini razılaşdırmalı idilər. Bir qayda olaraq, prezident obyektlərində tamamilə spesifik təhlükəsizlik məsələləri həll edilib. Özü də artıq məskunlaşma olan iri massivdə işləmək lazım gələndə proses bir qədər də mürəkkəbləşirdi. Hər şeyi nəzərdən keçirmək lazım idi, bütün istiqamətlərdə - havadan, sudan, torpaqdan təhlükəsizlik sistemlərini tam təmin etmək lazım gəlirdi. Bu məsələlər bizim xarici tərəfdaşlarımız və mütəxəssislərlə məsləhətləşmələrimizlə həll olunurdu. Orijinal qərarları dərhal vermək lazım gəlirdi - düşünmək, ixtira etmək, məsələyə analitik yanaşmaq lazım gəlirdi. Bəzən, əlbəttə, bu alınmırdı, amma biz çalışırdıq. Əgər alınmırdısa, məntiqi sonluğa çatdırılırdı.
Hər şey təbii şərtlərdən başlayıb. 90-cı illərin sonu idi. Onda Azərbaycanda artıq maliyyə və birja bazarları formalaşmağa başlayırdı. Böyük maliyyə baqajına malik iri banklar yaranırdı və onların rəhbərləri təhlükəsizlik məsələləri barədə düşünməyə başladılar. H?min vaxt Pərviz Nəsirov Tətbiqi Fizika İnstitutunda işləyirmiş və mühəndis kimi fəaliyyətinin bir istiqəməti də o cümlədən, mühafizə sistemlərinin quraşdırılması olub. Həmkarları banklara işə düzəlməyə başlayıblar, tezliklə onu da Azərbaycanın iri banklarından birinin təhlükəsizlik xidmətinin texniki şöbəsinə başçılıq etməyə çağırıblar.
"Security Systems" şirkətinin təsisçisi Pərviz Nəsirov:
- Mühafizə sistemlərinin texnikasını MDB və xarici ölkələr səviyyəsində öyrənməyə başlayanda, banklarda təhlükəsizlik sistemi yaradılması üçün müvafiq avadanlıq seçəndə anladıq ki, bu böyük və mürəkkəb çeşidli texniki vasitələr bazarıdır. Moskvaya gedirdim və müxtəlif profilli mühafizə və təhlükəsizlik mütəxəssisləri aylarla mənə məsləhət verirdilər.
Biz bankda mühafizə sistemini istismara verdikdən sonra, onun r?hbərləri öz şirkətlərini yaratmaq fikrinə düşdülər. Onlar bu istiqamətlə bir kommersiya sahəsi kimi maraqlanırdılar, çünki bankın öz holdinqi vardı və orada təhlükəsizlik sistemi ilə məşğul olacaq qurum çatışmırdı. Mənə bu işə rəhbərlik etmək təklif olundu.
İlk vaxtlar o, doğrudan da vahid sistemin tərkibində idi, sonra onu ayrıca şirkət kimi ayırdılar. Şirkət bununla da təhlükəsizlik sisteminin texniki istiqamətləri ilə məşğul olan ilk özəl qurum oldu. Biz texniki baxımdan savadlı elektronika mühəndisləri idik, ona görə də həmin vaxtlar bizim üçün mürəkkəb olan texnika ilə işləməkdən çəkinmirdik; həmin vaxtlar Azərbaycanda bu sahə hələ rüşeym halında idi.
Anlayırdım ki, buna tələb var, intellektual mühafizə sistemləri banklardan kənarlarda da lazım olacaq. Azərbaycanda pul peyda oldu, ticarət çiçəkləndi, uyğun olaraq cinayət səviyyəsi də yüksəldi. Anlayırdım ki, bundan heç vaxt yaxa qurtara bilmərik.
Obyektlərin təhlükəsizliyi mürəkkəb məsələdir, ona görə də bu sahənin bilicilərinin səylərini və çağdaş texnikanın istifadəsini hər zaman gündəmdə saxlayır, insan resurslarının, texniki vasitələrin, ən başlıcası, real təhlükələr və onların mümkün nəticələri barədə vaxtında məlumat alıb analiz etməyə imkan verən vasitələr olmadan insanın, təşkilatın, bankın və ya başqa qurumun təhlükəsizliyini təmin etmək yet?rincə problemlidir.
Mühafizə sisteminin quraşdırılması və ya mövcud sistemin modernləşdirilməsi müəssisənin və ya təşkilatın uğurlu inkişafının əsasında durur. İnsanlar heç də həmişə nədən qorunmalı olduqlarını bilmirlər. Buna görə də ilk növbədə, "SS" şirkətinin əməkdaşları aydınlaşdırmağa çalışırlar ki, xidmət üçün müraciət etmiş insanın özünü hansı təhlükələrdən qorumağa çalışdığını aydınlaşdırsınlar, nəticədə, risk dərəcəsi təhlil olunur və müəyyən qərarlar təklif edilir.
Təhlükəsizlikdə bu gün "SS" şirkətinin məşğul olmadığı elə bir istiqamət yoxdur. Bu sıraya videomüşahidə sisteminin quraşdırılması, girişin nəzarəti və idarə olunması, mühafizə-yanğın siqnalizasiyası, məlumatın müdafiəsi və emalının xüsusi texnika və müşahidə texnikası ilə təmin edilməsi, yüksək texnologiyalı avadanlığın və kommunikasiyanın quraşdırılması, eləcə də işlək vəziyyətdə saxlanması daxildir.
"Security Systems" şirkətinin təsisçisi Pərviz Nəsirov:
- Biz mühafizə texnikasına aid olan hər şeylə məşğül oluruq və zamanın nəbzini tutmağa çalışırıq. Dəqiq bilirik ki, nə baş verir, MDB və xaricdə daim müvafiq beynəlxalq sərgilərə qatılmaqla yeniliklər barədə bütün vacib məlumatları əldə edirik. Sərgilərə çıxırıq, müşahidə edirik, bizi tanıyırlar, bizə müraciət edirlər, yeni müştərilər və tərəfdaşlar tapırıq, bazarı öyrənirik. Biz rusiyalı və xarici həmkarlarımızdan dəfələrlə ən yaxşı tərəfdaş kimi mükafat və prizlər də almışıq. Ən böyük uğurumuz isə odur ki, xarici mütəxəssislər artıq bizimlə hesablaşmağa başlayıblar. Yenə təkrar edirəm, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "bp Exploration (Caspian Sea)" ilə birlikdə "Səngəçal - Supsa" və "Bakı - Tbilisi - Ceyhan" layihələri çərçivəsində terminalların inteqrasiya edilmiş təhlükəsizlik sistemləri ilə təmin edilməsi üzrə keçirilən tenderi udmuş yeganə Azərbaycan kommersiya şirkəti bizim kollektiv olub.
Mühafizə sistemlərinin istehsalçıları daim öz məhsullarını təkmilləşdirirlər, intellektual xəbərdarlıq sistemləri işləyirlər, onları vahid müşahidə və təhlil sistemlərinə inteqrasiya edirlər. Çoxları bu gün təhlükəsizlik üzrə kompleks tədbirlərə üstünlük verir və "SS" şirkəti belə tədbirlərlə yalnız dövlət müəssisələrini deyil, həm də kommersiya qurumlarını, sosialyönlü obyektləri də təmin etmək imkanındadır. Bu gün "Security Systems" sisteminin tərəfdaşları sırasında KT and C, Dedicated Micros, Automatic systems, Openers and Closers, Hyundai Telecom, System Sensor, Optex, FAAC, DSC Security Products, Infinity, Pinetron, Inter M və s. kimi sanballı şirkətlər var. Ancaq təhlükəsizlik sistemlərində avadanlıq və texniki ixtiralar sahəsində daim yeniliklər peyda olmasına baxmayaraq, son iki ildə Azərbaycan bazarında qeyri-peşəkar və keyfiyyətsiz məhsulların xeyrinə meyildəyişmə də müşahidə edilir.
"Security Systems" şirkətinin təsisçisi Pərviz Nəsirov:
- Ola bilər ki, bu, maliyyə böhranı ilə bağlıdır. Bu gün hara və nə qədər vəsait ayırmaq məsələsini düşünəndə ilk öncə təhlükəsizlik məsələsində qənaət etməyə başlayırlar. Bu, düzgün yanaşma deyil, amma gerçəklik belədir. Belə səhvi özəlliklə ortasəviyyəli şirkətlər buraxır. İri şirkətlər belə məsələlərə qabaqkı kimi yenə də ciddi yanaşırlar. Böhranın yaratdığı qarışıqlıqlar sisteminin bir əlaməti də odur ki, hazırda təhlükəsizlik sahəsinə işçiləri texnikadan baş çıxarmayan xeyli "şirkət" doluşub. Onlar Azərbaycana yararsız Çin və ya Türkiyə avadanlıqları gətirirlər ki, bunlar da daha məsuliyyətli anlarda sıradan çıxa və hətta insan itkilərinə yol aça bilər. Təhlükəsizlik sistemləri avadanlığı bazarı daim genişləndiyindən, yararlı peşəkar texnika ilə yanaşı, qeyri-peşəkar da gəlir. İnsanların böyük kütləsi problemsiz olacağına ümid edərək, nəsə sadə və primitiv şeylər quraşdırır. Bazarda ucuz, keyfiyyətsiz avadanlıq üstünlük təşkil etməyə başlayıb. Müəyyən vaxtdan sonra bu özünü göstərə bilər, qəzalarda və fəlakətlərdə. Vətəndaşların vaxtında evakuasiya edilməməsi, xəbərdarlıq olunmaması, bunların da kütləvi ölümlərə gətirməsi, çox vaxt müəyyən qədər də peşəkar intellektual təhlükəsizlik sistemi texnikasının quraşdırılmaması ilə bağlı olur. Onlar ya vaxtında işləmir, ya da onlara bağlanan ümidləri doğrultmur. Hər şey "təki nəsə olsun" prinsipinə meyillənməyin nəticəsidir. Yararlılıq və gərəklilik məsələsi arxa plana keçib. Çox işləri gözdən pərdə asmaq üçün edirlər. Hazırda bu, Azərbaycanın təhlükəsizlik sistemləri ilə təminatı sahəsində peyda olan ən əlverişsiz meyildir.
"SS"də hesab edirlər ki, bu gün mühafizə sisteminin əsas müdafiə obyektləri sırasında təhsil müəssisələri, vağzallar, kinoteatrlar, yəni ictimai yerlər olmalıdır; məsələn, orta məktəblərdə mərkəzləşdirilmiş təhlükəsizlik sistemlərinin yaradılması məsələsi dövlət qurumları qarşısında "Security Systems" şirkəti tərəfindən hələ beş il qabaq qaldırılıb. Çox sayda təklif olub, amma təhlükəsizliyin təmini üçün vəsaitlər bu gün yenə də yetərincə deyil.
"Security Systems" şirkətinin təsisçisi Pərviz Nəsirov:
- Özəlliklə, yol kənarında yerləşən məktəblərin spesifik mühafizəyə ehtiyacı var. İclas və idman zallarında "həyəcan düyməsi" sistemini qaydaya salmaq olar. Axı orada çox şey baş verir və sürətli reaksiya tələb edir. Biz məktəblərdə uçot və şagirdlərin məktəb vaxtının valideynlər üçün qeydə alınması sistemi kimi turniketlər quraşdırmağı təklif etdik. Onlar şagirdlərin gəlmə vaxtının qeydiyyatı, müvəffəqiyyət dərəcəsinin qiymətləndirilməsi, uşağın bu və ya başqa kabinetdə tapılması, SMS sistemi vasitəsilə valideynin operativ məlumatlarla təmin edilməsi üçün nəzərdə tutulur. Biz hətta bu sistemi pulsuz quraşdırmağı təklif etdik. Daha çox məlumat əldə etmək istəyən valideynlər 2-3 manat ödəməməklə buna nail ola bilərlər. Axı bundan onlar kasıb düşməzlər. Hazırda biz yaşayış komplekslərində domofonlar quraşdırmaq üzərində işləyirik. Bu, sosial müdafiədir. Məqsədi bina girişlərinə kənar adamların girməməsi və sakinlərin rahat olmasıdır. Əlbəttə, 10 il qabaq belə problem yox idi, amma indi 5-ə yaxın yaşayış kompleksində bizim avadanlıq dayanır. Pulsuz quraşdırmışıq, xidmət dövründə yavaş-yavaş pulunu çıxaracağıq. Daha öncə insanlar domofonun nə olduğunu bilmirdilər, indi bu barədə təsəvvürləri var. İnsanların bu sahədə ümumi savadı artıb ki, bu da əlbəttə, sevindirir. Evlərdə, xəstəxanalarda sosial müdafiə gücləndirilib. Kütlənin keyfiyyətə və dəyərə münasibət səviyyəsi, təəssüf ki, aşağı düşüb.
MƏSLƏHƏT GÖR: