
ŞÖHRƏT ÜÇÜN DEYİL
Yaratmaq üçün yaşamaq Azərbaycanın tanınmış bəstəkarı Elza İbrahimovanın həyatının əsas mənasıdır
Müəllif: Natali ALEKSANDROVA
Elza İbrahimovanın kompozisiyalarını eşidəndə düşünürsən ki, bu insan Tanrı vergisi ilə bəstəkar olub. Onun sehrli musiqisinin ilk notlarından yaratdığı təəssüratı Yaradanın bəxşişindən başqa heç nə saymaq olmaz - insan torpağa və Vətənə bağlılıq hiss edir. Onun hər bir kompozisiyasında Şərq naxışları kimi ilmələnən və sevgi kimi qəlblərə yol tapan nurlu sevinc və ürək sıxan kədər var. Bu qadının sanki qəlbinin dərinliklərində yaranan musiqi, demək olar ki, hər bir dinləyicinin könlündə boy atır, çünki bu, gerçək milli musiqidir, bizim hamımız üçün əsl hədiyyədir və Azərbaycan torpağının nə qədər zəngin olmasının parlaq sübutudur.
Bizim çoxumuz Elza xanımın mahnıları ilə böyümüşük, bəzən hətta bunu bilmədən belə. Axı bir qayda olaraq, bəstəkar kadr arxasında qalır və təəssüf ki, dinləyici yalnız müğənnini xatılayır. Elza xanımın mahnılarını Rəşid Behbudov və Şövkət Ələkbərova oxu-yub. Bu günsə Flora Kərimova, İlhamə Quliyeva, Akif İslamzadə onları bizə bəxş etməyə davam edir. "Bilə-bilə", "Gecə bulaq başında", "Bilməzdim", "Qurban verərdim", "Ey, Vətən" və başqa mahnılar Elza xanım İbrahimovanın əvəzsiz musiqisidir.
Müğənni özü vəziyyətin belə alınmasını heç də ədalətsiz olduğunu düşünmür, əksinə, nəğmələrinin çoxunun xalq mahnısı sayılmasını xoşbəxtlik hesab edir. Axı Elza xanım istedadlı olduğu qədər də şöhrətə can atmayan insandır. Amma heç olmasa, ayağını bir dəfə Azərbaycana basan bir insanın da qəlbini riqqətə gətirən bu musiqilərin müəllifi olduğu üçün onu tanımalı və xatırlamalıyıq. Biz oxuculara bu maraqlı qadın barədə danışmağı qərara aldıq. Amma müəyyən obyektiv səbəblər üzündən Elza xanım özü bizimlə görüşə gələ bilmədi, buna görə də "Region plus"un müxbiri onun əvəzsiz impresariosu, qardaşı Çin-giz İbrahimovla söhbət edib.
- Elza öz istedadını yetərincə erkən göstərdi. Mən xeyli gec dünyaya gəlmişəm, amma yadımdadır ki, bacım artıq 11-12 yaşlarından həmişə fortepiano çalırdı. Hansısa musiqi əsərinin yaranmasının şahidi olmaq mənim üçün adi hala çevrilmişdi. Elə olurdu ki, oturub söhbət edirdik və birdən Elza birbaşa salfet kağızında not yazırdı, - deyə Çingiz müəllim xatırlayır.
İstənilən şey - hanısısa söz, hansısa hadisədən aldığı təəssürat, şeirlər, pəncərədən küləyin uğultusu, ümumiyyətlə, təbiət ona ilham verə bilər. Bununla belə, istənilən adi bəstəkar və yaradıcı insana fikrini toplamaq üçün sakitlik lazımdır, amma Elza xanım öz həyatı boyunca rahatlıq barədə az düşünüb. Biz uşaqlıqdan birlikdə Çapayevdəki, yəni indiki Təbriz küçəsindəki ata evimizdə yaşayırdıq, həyətdən gələn müxtəlif səslər gündəlik həyatımızın adi mənzərəsi idi. Hə, əlbəttə, yaşayış şəraitimizi komfortlu saymaq olmazdı, kiçik bir mənzildə adamların sayı çox idi. Amma xatırlayıram ki, Elza həmişə yazırdı və ifa edirdi. Öz qəlbində musiqini hiss edən zaman ona heç kim və heç nə mane ola bilməzdi.
- Necə düşünürsünüz, Elza xanımın istedadında hansısa genlər rol oynayıb, yoxsa Elza xanım özü yetişib?
- Valideynlərimiz dəmir yolu işçiləri idilər, amma bizim ailədə musiqiyə sevgi nəsildən-nəslə keçir. Elzada musiqi duyumu çox erkən bəlli oldu və valideynlərimiz onu musiqi məktəbinə verməyi qərara aldılar. Sonra bacım Asəf Zeynallı adına Musiqi Məktəbinə girdi və oranı qurtardıqdan sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olundu. Müəllim sarıdan bəxti gətirmişdi - ilk müəllimi Cövdət Hacıyev oldu, sonra Qara Qarayev də ona dərs keçməyə başladı. Qürurla xatırlayıram ki, hələ tələbə ikən Elzanın istedadı yalnız bu iki gözəl bəstəkar tərəfindən deyil, həm də Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Arif Məlikov tərəfindən də aşkar edilmişdi. Onların hamısı Elzanın istedadının tam unikal olduğunu xüsusi vurğulayırdı.
Ən önəmlisi odur ki, ilk başdan Elza ciddi əsərlər yazırdı, yaradıcılığında məhz kamera musiqisinə üstünlük verirdi. Fortepiano müəllimi Fəridə Quliyeva ilə Konservatoriyanın böyük zalında "Orkestr üçün fortepiano ilə konsert"ini ifa edəndə Qara Qarayev onun əlini sıxmış və demişdi ki, heç zaman qazandığı uğurları dayandırmasın və davam etdirsin. Maestro Niyazi də öz növbəsində, onun əsərlərinin fakturasının mürəkkəbliyini qeyd edib.
Əlbəttə, bütün bu sözlər bacımın ürəyincə idi və özünə inanmaqda ona böyük güc verirdi. Həmin illərdə Elzanın şəxsi problemləri var idi, amma erkən uşaqlıqdan çox güclü xarakterə malik olduğundan, bütün bu ruhi sarsıntılardan dəyanətlə çıxdı. Özünü tamamilə işə verdi, təhsilini başa çatdırandan sonra, təyinatla Da-ğıstana yollandı, hazırda ona "Dağıstanın xalq artisti" adını veriblər. Onda Elza Dağıstanda cəmi bir il yaşamışdı. Geri dönən kimi ilk mahnısını - Məmməd Rahimin sözlərinə yazılmış "Yalan ha de-yil" əsərini yazdı. Bu mahnı ilk dəfə 1969-cu il aprelin 19-da Azərbaycan radiosunda Şövkət Ələkbərovanın ifasında səsləndi və dərhal Elza xanıma pərəstişkarların sevgisini bəxş etdi.
- Deyirlər ki, Rəşid Behbudov da Elza xanımın yaradıcılığına maraq göstərib?
- Elədir. Elza xanımın mahnılarının səsləndiyi konsertlərin birindən sonra Behbudov özü ona zəng etmişdi və maraqlanmışdı ki, indi nəyin üzərində işləyir. Elza, əlbəttə ki, həyəcanlanmışdı, axı hamı Rəşid Behbudovun istedadı qarşısında baş əyirdi, o da istisna deyildi. Həmin vaxt o, "Ey Vətən" mahnısı üzərində işini başa çatdırmışdı və həmin mahnını bu sevimli müğənniyə vermək qərarına gəldi. Onun Rəşid müəllimlə əməkdaşlığı bu mahnı ilə başladı. Bundan başqa, artıq heç kimə sirr deyil ki, bu mahnı bütün dünyada Azərbaycanın vizit kartına çevrildi. Rəşid Behbudov da torpağa həmin mahnının sədaları altında tapşırıldı.
Bundan başqa, Elza xanım Azərbaycan şairlərinin yüzdən artıq sözünə mahnı yazıb, ləzgi dilində də onlarca mahnısı var. Həm də rus şairlərinin şeirlərinə də musiqi yazmağa macal tapıb. Şişirtmədən demək olar ki, onun yaradıcılığı onlarca bəstəkar üçün yetərli olardı.
- Amma Elza xanım instrumental musiqi yazmaqda davam edirdi?
- Davam edirdi və indi də davam edir, çünki bunsuz onun həyatı mənasız olardı. Sözün birbaşa anlamında, bu onun üçün nəfəs aldığı hava kimi önəmlidir. Yaradıcılığı dövründə Elza xanım fortepiano üçün prelüd və variasiyalar tsikli, fortepiano sonatinası, skripka və fortepiano üçün skertso, iki skripka üçün birsaatlıq kvartet, dördbölümlük fortepiano triosu, simfonik poema, oratoriya, vokal-instrumental və kamera əsərləri, eləcə də müxtəlif tamaşalara musiqilər yazıb. Amma Elza xanımın bəzi əsərləri işıq üzü görməyib.
- Siz Elza xanımın "Yanan laylalar" operasını deyirsiniz?
- "Yanan laylalar" yaşanmış faciəyə həsr edilmiş əsərdir, özü də sözün həqiqi mənasında. Bu, Qarabağ faciəsinə həsr olunmuş lirik vətənpərvərlik əsərdir. O, 20 il qabaq sifariş verilib və nəhayət, Azərbaycanın Mədəniyyət Nazirliyi tamaşa üçün qəbul edib, amma necə deyərlər, yenə də irəliləyiş yoxdur. "Yanan laylalar"ın libretto müəllifi, şair və dramaturq Ramiz Heydər Elza xanımın yaradıcılıq gecəsində bildirib: "Elza İbrahimova Üzeyir Hacıbəyovdan sonra muğam əsasında opera yazan ilk bəstəkardır".
Hazırda Mehriban xanım Əli-yevanın qayğısı sayəsində ölkəmizdə muğamın inkişafına və onun dünya səviyyəsində təbliğatına dövlət diqqəti göstərildiyi bir zamanda, "Yanan laylalar" tamaşasının qoyulması vətənpərvərliyin gözəl təcəssümü olardı. Elza xanım yetərincə qürurlu insandır, eyni zamanda, açıqürəkli olması ilə də heyran edir. Hamıya bəllidir ki, bu gün də Elza İbrahimova mahnılarını ifaçılara əvəzsiz olaraq bağışlayır, özü də səmimi-qəlbdən bunu edir.
O, fərqli insandır, onun öz prinsipləri var və heç zaman öz prinsiplərinin əleyhinə getməz. Pul dalınca qaçmaqdansa, mahnılarının efirdə səslənməsini özü üçün böyük xoşbəxtlik sayır. Həm də ki o, sovet tərbiyəsi görmüş adamdır, həmin vaxt mahnıların pulunu müğənnilər yox, Mədəniyyət Nazirliyi ödəyirdi. "Orta bazar dəyəri"nə əsaslanaraq mahnısına qiymət təyin etməyi Elza xanım özü üçün təhqir sayır. Axı musiqi mal deyil, tamamilə başqa substansiyadır, ruhun bir parçasıdır.
Amma opera tamamilə başqa şeydir. İndi opera yazan çox sayda bəstəkar tanıyırsınız? Onları barmaqla saymaq olar. Ciddi kamera əsərləri yazanlar isə daha azdır. Bu gün belə operanın yaradılması həddindən vacibdir. Bu əsərə ikinci həyat vermək çox vacibdir.
MƏSLƏHƏT GÖR: