26 Dekabr 2024

Cümə axşamı, 05:08

SƏRHƏDSİZ YARADICILIQ

Gürcü rəssamlarının Bakıdakı sərgisi bunu bir daha sübut edir

Müəllif:

25.11.2014

Rəsmiliyə incəsənətdə yer yoxdur, lakin məhz rəsmilik bunun yaranmasına səbəb olur. Bu dəfə də belə oldu. O mənada da bizim qonşu və həmyerlilərimiz tərəfindən çox sevilən Gürcüstan, nəinki ərazi nöqteyi-nəzərdən, həmçinin mədəni tərəfdən də bizə əlçatandır. Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamların sərgilərinin açılışı olub. Bu hadisədən əvvəl Gürcüstan Milli Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.

İmzalanma mərasimindən sonra, ziyarətçilər sərgidə nümayiş edilən rəsmlərlə tanış olmaq fürsəti qazanıblar. Məlum olduğu kimi, Gürcüstan zəngin bədii, təsviri incəsənəti ənənələri ilə məşhurdur. Gürcü məktəbinin tarixi kökləri həm qədim Kolhida, həm də orta əsrə aid freskalara gedib çıxır. Ənənəvi incəsənətə yeni notları ötən əsrin 20-ci illərində Parisdə yaşayan və yaradan məşhur gürcü rəssam Niko Pirosmani (Pirosmanişvili), David Kakabadze və Yelena Axvlediani, Lado Qudiaşvili və digərləri gətiriblər və bununla da Qərbi Avropa incəsənəti ilə sıx əlaqələr yaradıblar. Ötən əsrin əllinci illərində, məsələn, "Arxivarius" və "Onuncu mərtəbə" qrupları simasında bir sıra rəssamlar və bəzi fərdi sənətkarlar ümumqəbul konsepsiyadan kökündən tamamilə fərqlənən rəsmi konsepsiyanı qəbul ediblər. Bu da müasir incəsənət prosesini əks etdirir və yeni vizual formaların müəyyənləşməsində böyük rol oynayırdı. 

XXI əsrin əvvəlində öz avropalı yoldaşları kimi gürcü rəssamlar yeni insan ideallarının formalaşmasının vacibliyini aydın şəkildə hiss edirlər. Qeyd etmək lazımdır ki, bu, çox vaxt konkret obrazlarla deyil, konsepsiyalarla özünü göstərən müasir incəsənətin ən nəzərəçarpacaq istiqamətlərindən biridir. Müasir rəssamlar, digərlərindən fərqli olaraq, onlara xas olan tərzdə ümumdünya problemləri - köhnə prioritetlərin qırılması, idealların dağıdılması, zorakılıq, absurd müharibələr, ekoloji, sosial, iqtisadi fəlakətlərlə bağlı narahatlığı ifadə edirlər. Burada da müasir incəsənətin əsas məqsədi dayanır - ənənəvi incəsənətin çərçivəsindən kənara çıxan ictimai dünya quruluşunun vizuallaşdırılma formaları vasitəsilə. Rəssamlar hesab edirlər ki, bu cür gərginlikdən çıxış - bu, əbədi dəyərlərin qorunmasıdır.

Müasir gürcü incəsənəti rəssamlıqda olan müxtəlif istiqamətlərdən ibarət mozaikaya bənzəyir. Texnika və semantika nöqteyi-nəzərdən, bu incəsənətin fərqləndirən cəhətləri özünü heç bir çərçivələrlə məhdudlaşdırmayan avanqard təbiəti ilə seçilirlər. Bakıdakı sərgi milli incəsənətin bir hissəsinə həsr olunub və bu halda bütün gürcü müasir incəsənətini özündə ehtiva edə bilməz. Mamuka Sesxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal və Laşa Kuxalaşvili, Aleksandr Berdişev, Lana Turmanidze, Lado Tevdoradzenin nümayiş olunan işlərində müasir meyillərə baxmayaraq, onların rəsmlərində təcrübə və incəsənətin əsrlik ənənələri və təcrübəsi hiss olunur. Sərgidə nümayiş edilən işlər böyük müxtəlifliyi ilə seçilirdi. Rəssamlığın texnikası, qrafika, sulu boya, yağ, karton, abstrakt instalyasiyalar, sırf milli motivlərin arasında görünən parlaq rəngarənglik: peyzajlar, xarakterik gürcü təsvirləri, natürmortlar və öz ekspressivlik və rənglərin istiliyi ilə heyrətləndirən sərbəst abstrakt kompozisiyalar... Əsasən, abstrakt rəsmləri ilə təqdim olunan rəssam Aleksandr Berdişev etiraf edir ki, Bakı onda böyük təəssüratlar yaradıb və o, burada özünün yeni rəsmləri üçün ilham mənbəyi tapacağına ümid edir. Ümumilikdə, biz bir çoxları Avropa ölkələrinin qalereyalarında nümayiş olunan Gürcüstanın məşhur müasir rəsmlərinin Bakıda nümayiş olunmasına yalnız sevinməliyik. Gürcüstanda müasir incəsənətin vəziyyətinə gəlincə, rəssam şikayət edir ki, çətin iqtisadi vəziyyətlə əlaqədar olaraq incəsənət bəzən kommersiyalaşmağa məcbur olur və məşhur sənətkarlar çox vaxt turistlərin zövqünə uyğun rəsmlər yaratmaq məcburiyyətində qalırlar (rəngarəng obrazlara güvənərək, nadir hallarda yüksək sənət nümunələri axtarırlar). Amma sənətkar əlavə edir ki, o, gənclər arasında müasir sənətsevərlərin olduğuna və özləri üçün rəsmlər aldığına görə məmnun olduğunu da gizlətməyib. Rəssamı daha çox Qərb rəssamlarının işlərindən ənənəvi formaların və vizuallaşdırmanın olmadığı incəsənət vüsəti heyrətə gətirir.

Gürcüstanda doğulan, lakin uzun müddət Almaniyada yaşayan rəssam Lana Turmanidzenin ovqatında müasir incəsənət - bu anlayış norma və meyarlarsız, çox vaxt isə daxili aləmlə bağlıdır. Ən əsası gənclər də, yaşlılar da eyni məmnuniyyətlə bu incəsənətə təslim olurlar. Bunu bizim həvəskarlara da tətbiq etmək olar: axı yaradıcılıqdan hüdudsuz həzz almaq - özünü uçan quş kimi hiss etmək deməkdir.



MƏSLƏHƏT GÖR:

693